Ukraynanın keçmiş birinci xanımı Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür etdi

Qlobal Bakı Forumunun təşkilində göstərdiyi dəstəyə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə (NGIC) təşəkkürümü bildirirəm.
Trend xəbər verir ki, bunu Ukraynanın 2005–2010-cu illərdə birinci xanımı olmuş Katerina Yuşenko 12-ci Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülhə aparan yol" mövzusunda panel müzakirəsi zamanı deyib.
"Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə çıxış etmək və baş verən hadisələr barədə danışmaq imkanı yaratdığına görə təşəkkür etmək istəyirəm, eləcə də bizə çətin dövrlərdə dəstək olan, yardım göstərən və vacib məsləhətlər verən NGIC-dəki bütün dostlarımıza minnətdarlığımı bildirirəm. Ədalətə və beynəlxalq hüquqa sadiqliyinizə görə sizə səmimi qəlbdən təşəkkür edirik", - deyə Katerina Yuşenko bildirib.