Mladen İvaniç: "Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər"

“Orta güc yox, regional güc haqqında danışmaq istərdim. Bir çox məsələdə əsas rol oynamaq üçün böyük güclərin orta güclərlə ümumi baxışları olmalıdır. Burada, həmçinin etimad da böyük rol oynayır. Biz bir yenilik gətirmək istəyirik və şansımız da var. Lakin bu, istədiyimiz məcrada getməyə də bilər. Təkliflərimiz orta güclər, məsələn, Avropa İttifaqı və Çin tərəfindən dəstəklənə bilər”.
Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya nizamında orta güclər " adlı panel iclasında Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-ın idarə etdiyi qatarda sərnişin olmaq istəyir: “Çin bu istiqamətdə pozitiv iştirakçı ola bilər. Fərqli dəyişikliklər baş verə bilər. Amma nə dərəcədə faydalı olar, bu sual altındadır. İnanıram ki, orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər”.