NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

Rutte NATO üzvü Danimarkanın suveren hüquqlarını heç saydı.
NATO-nun baş katibi Mark Rutteni Ağ Evdə qəbul edən ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı yeni açıqlamalar verib. Rutte də həmçinin Trampı dəstəkləyib və ABŞ-ın da bu regionda söz sahibi olması gərəkdiyini deyib.
ABŞ-ın Qrenlandiyanı ilhaq edib-etməyəcəyi ilə bağlı suala cavabında Tramp bunun baş verə biləcəyini deyib: "Düşünürəm ki, bu baş verəcək. Biz bununla bağlı razılaşma əldə etmək məcburiyyətindəyik və Danimarka bunu edə bilməz. Onlarla ilə danışırıq. Milli təhlükəsizliyimiz üçün buna həqiqətən ehtiyacımız var".
NATO-nun baş katibi Rutte də Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını dolayısı ilə dəstəkləyərək, ABŞ-ın da bölgədə söz sahibi olması gərəkdiyini vurğulayıb. Ruttenin NATO üzvü olan Danimarkanın suveren hüquqlarına məhəl qoymaması və Trampı dəstəkləməsi diqqət çəkirdi.
Trampın bu açıqlamaları, Qrenlandiyanın “satın alınması” kimi bir cəhdin Danimarka və Qrenlandiya hökumətləri tərəfindən qəti şəkildə rədd edilməsinə baxmayaraq gəlib.
2024-cü ilin dekabrın Tramp sosial media hesabında Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması barədə bəyanat verərək, adaya sahiblik və nəzarətə sahib olmağın "mütləq zərurət" olduğunu bildirib. Qrenlandiyanın baş naziri isə Qrenlandiyanın bir ABŞ ştatına çevrilməsi ehtimalını rədd edərək, ölkənin "satılmadığını" deyib.
TAHİR