Şimali Makedoniya Prezidenti: "Qlobal Bakı Forumunda ən mühüm regional və qlobal problemlər müzakirə edilir"

Azərbaycanın qonaqpərvərliyi həm də son illərdə ən mühüm beynəlxalq platformalardan birinə çevrilmiş Qlobal Bakı Forumu vasitəsilə beynəlxalq miqyas alır.
Bunu Şimali Makedoniya Prezidenti xanım Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
“Qlobal Bakı Forumu ən mühüm regional və qlobal problemlərin həlli yollarını müzakirə edir. Bu, bəzilərinin dönüş nöqtəsi olacağını gözlədiyi 2025-ci ildə xüsusilə çox əhəmiyyət kəsb edir”, - deyə Şimali Makedoniya Prezidenti vurğulayıb.
ZÜMRÜD