İran "Rusiya Talış Diasporunun" sədri İsmayıl Şabanova xüsusi diqqət yetirir...

İran heç vaxt öz sərhədində güclü Azərbaycan dövlətinin olmasıni istəməyib, istəməyəcək də!
İranın fars-molla rejimi separatizmi dəstəkləməkdə davam edir. Bu yaxınlarda Tehranda Qasim Süleymaninin vəfatının ildönümü ilə bağlı keçirilmiş tədbirdə “Rusiya Talış Diasporu”nun sədri İsmayıl Şabanov da iştirak edib. Təbii ki, o, bu görüşə öz təşəbbüsü ilə qatılmayıb.
İsmayıl Şabanovu İrana bu ölkənin rəsmi qurumları dəvət edib.
Belə ki, onu İranın xarici işlər nazirinin müavini Həsən Kazımi Qumi də qəbul edib.
Hər kəsə yaxşı məlumdur ki, İsmayıl Şabanov Ermənistan-Rusiya kəşfiyyatı ilə işləyir, İranla da sıx əlaqələri var.
İran XİN rəsmisi İsmayıl Şabanovu qəbul edirsə, bu açıq-aşkar separatrizmi dəstəkləmək deməkdir.
Bütün bu baş verənlər son vaxtlar İranla Azərbaycan arasında münasibətlərin normallaşması fonunda qəribə təsir bağışlayır.
Yəqin ki, Azərbaycan Xarici İşlər Nazirliyi buna görə İran tərəfinə nota verəcək.
İran özü Azərbaycanın daxilində separatçılıq toxumu cücərtdiyi, düşmənimiz Ermənistanı dəstəklədiyi halda, bizim İsraillə beynəlxalq hüquq çərçivəsində əməkdaşlığımıza xor baxır. Bunu bizə irad tutur, daima ölkəmiz daxilində "İsrail kəşfiyyatı" axtarır.
Əslində İran hökuməti Azərbaycanla münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsini çox tez-tez dilə gətirsə də, bunu səmimi olaraq istəmir. Həmişə münasibətlər yoluna düşən kimi İranın molla rejimi yeni bir problem yaradır.
Məsələn, İranla münasibətlərin üst mərhələyə çatdığı bir dövrdə Azərbaycanın Tehrandakı səfirliyi gülləbaran edildi, bir nəfər həlak oldu, bir neçə nəfər isə yaralandı. Həmin hadisənin xarakterindən də hiss edilirdi ki, bunu İran hökuməti təşkil edib. Çünki hadisəni törədən silahlı canini - Yasin Hüseynzadəni dayandırmaq üçün İran hakimiyyəti yarım saatdan çox heç bir cəhd göstərmədi. İndi isə İran prokurorluğu zərərçəkmişin varisinə yalvarır ki, canini əfv edin. Nəyə görə? Çünki cani hakimiyyətin öz adamıdır, bunun başqa uzahı yoxdur.
Hazırda isə İran Rusiyadakı talış diasporu ilə işləmək istəyir ki, Rusiya ilə birlikdə Azərbaycanın daxilində "talış separatçılığı" formalaşdırsınlar və bununla da dövləti zəiflətsinlər. Rusiya və İranın yaddaşından hələ də "talış muğan respublikası" separatçılarının tarixi silinməyib. Onlar hələ də İsmayıl Şabanov kimi dayaz düşüncəli insanlardan istifadə edərək Azərbaycanın cənubunda hansısa bir problem yarada biləcəklərinə ümid edirlər. Ona görə də bu cür insanları vaxtaşırı ölkəyə dəvət edib, onlara layiq olmadığı nəvazişi göstərir, onu dövlət rəsmiləri ilə görüşdürüb, fəaliyyətinə yeni ruh vermək istəyir. Lakin ölkəmizdə yaşayan talış millətindən olan vətəndaşlarımız Azərbaycan xalqının bir hissəsi olaraq dövlətimizin qorunması və inkişaf etdirilməsində yaxından iştirak edir. Bu cür separatçılar vətəndaşlarımız olan talışlara heç cür təsir edə bilməzlər. Çünki talışlar Azərbaycan Respublikasının vətəndaşları olaraq bütün hüquqlara malikdir. Ölkənin müxtəlif şəhərlərində vaxtaşırı olaraq talış mədəniyyəti günləri keçirilir və talışların öz kimliklərini qoruyub saxlaması üçün hər cür münbit şərait yaradılır. Talış xalqınin nümayəndələri birinci və ikinci Qarabağ müharibələrində ölkəmizdə yaşayan digər xalqlarla çiyin-çiyinə rəşadətlə vuruşub, talış millətinə mənsub olan qəhrəmanlarımiz və şəhidlərimuz var, Azərbaycan xalqı onlarla qürur duyur.
İran heç vaxt öz sərhədində güclü Azərbaycan dövlətinin mövcud olmasını istəməyib və istəməyəcək də! Çünki İranın əhalisinin tən yarısı bütün milli haqları pozulan azərbaycan türklərindən ibarətdir. İranin molla rejimi qorxur ki, bir vaxt 40 milyondan çox azərbaycanlı hayqıraraq öz haqları uğrunda mübarizəyə qalxacaq və Azərbaycan da ona dəstək verəcək. O zaman İranın mölla rejimi bu selin qarşısında dayana bilməyəcəyini düşünür. Ona görə də İran hakimiyyəti gah Azərbaycanın daxilində separatçılıq ocağı qalamaq istəyir, gah da özünü hələ də bizə düşmən sayan Ermənistanın inkişaf edib çiçəklənması üçün əlindən gələni əsirgəmir. Bu gün İran vətəndaşlarının rifahına xərclənməli olan dövlət büdcəsinin vəsaitlərini Tehran rejimi bu cür mənasız məsələlərə xərcləyir. İran əhalusi isə ciddi problemlərlə üz-üzədir, həyatiüü SAİŞİKI. ehtiyaclar içində vurnuxur.
Akif NƏSİRLİ