Bazar günü, 27 aprel 2025
     

Makronun “beynəlxalq hüquq maarifsizliyi” belə zərbə aldı - Əliyevdən...

Image

“Fransa prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər”. Bunu Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib.

Ölkə başçısının sözlərinə görə, çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb: “Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır”.

  • “Fransanın BMT-nin aparıcı dövləti olaraq beynəlxalq hüquqdan danışmağa heç bir haqqı yoxdur”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bildirdi ki, son zamanlar Fransa prezidentinin Azərbaycan əleyhinə yönəlmiş böhtan xarakterli çıxışları cəmiyyətimiz  tərəfindən qəzəblə qarşılanır: “Ona görə də Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə Fransa dövlətinin əsl mahiyyətini mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Son aylarda apardığımız müşahidələr onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti son aylarda reallıqları nəzərə alaraq sülh çağırışlarına müsbət reaksiyalar göstərdiyi halda, Fransa kimi dövlətlərin siyasi rəhbərliyi bu müsbət dəyişiklikləri həzm edə bilmir. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması bu kimi dövlətlərdə qısqanclıqla qarşılanır. Fransa ATƏT-in Minsk qrupunda illərlə nəticəsi olmayan fəaliyyət göstərməsi ilə əslində öz mahiyyətini birdəfəlik Azərbaycan cəmiyyətinə sübut edib. Ona görə də Prezident İlham Əliyev haqlı olaraq indiki məqamda 3-cü bir dövlətin Azərbaycanın həll olunmuş münaqişəyə yenidən müdaxilə etməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib. Azərbaycan öz dövlət süverenliyini, konstitusiya quruluşunu bərpa edib. Azərbaycan ərazisində etnik separatçılığa son qoyulub. Fransa kimi beşüzlü siyasət aparan dövlətlər Azərbaycana minnətdar olmaq əvəzinə, bizə qarşı qarayaxma kampaniyaları aparmaqla özlərini beynəlxalq aləmdə nüfuzundan salırlar. Qısaca, bu dövlətlər yeni dünya nizamında nə yolla olursa-olsun özlərini Cənubi Qafqaza soxmağa çalışdılar.Təbii ki, Azərbaycan dövlətinin apardığı incə siyasət nəticəsində onların istəkləri gözlərində qaldı. Mən də belə düşünürəm ki, Fransanın BMT-nin aparıcı dövləti olaraq beynəlxalq hüquqdan danışmağa heç bir haqqı yoxdur. Müstəmləkə illərində Fransa silahlı qüvvələri tərəfindən etnik və dini mənsubiyyətinə görə 2 milyondan artıq dinc sakin kütləvi surətdə qətlə yetirilib. Əlcəzairin Reggan və İn-Ecker adlanan ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib ki, onlardan 11-i yeraltı sınaqlar olub. Fransa bugünə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzair tərəfinə təqdim etmir.  Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərini araşdırmaq və müvafiq kompensasiyanın alınması məsələsindən də boyun qaçırır. Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yer tutur. Burada hər iki dövlətin əsl mahiyyəti ortaya çıxır. Fransa dövləti yuxarıda sadaladığım faktlara görə Beynəlxalq Cinayət Məhkəməsində cavab verməli olduğu halda, hiyləgərcəsinə beynəlxalq hüquqdan danışır. Sübut olunmuş həqiqətləri, Fransanın cinayətkar əməllərini təkcə dövlət başçımız, siyasətçilərimiz deyil, Azərbaycanın xarici dövlətlərdə yaşayan diaspor təşkilatları, fəal vətəndaşlarımız vaxtaşırı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Belə bir dövlətin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olmağa nə mənəvi, nə də hüquqi haqqı var”.

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

27.04.2025 / 17:04
Tramp Vatikanda Zelenski ilə görüşdə iştirak etmək istəyən Makronu zaldan qovdu

27.04.2025 / 16:55
Prezident İlham Əliyev Pezeşkiana başsağlığı verdi

27.04.2025 / 15:30
İran-Azərbaycan sərhədində atışma - bir sərhəd pozucusu zərərsizləşdirildi, üçü yaxalandı...

27.04.2025 / 15:01
Azərbaycanın Şimal-Cənub dəhlizinə İranda böyük düşmənçilik zərbəsi vuruldu...

27.04.2025 / 14:23
İslam Kərimovun qızının oğurladığı pulların yarım milyardı Özbəkistana qaytarıldı - qız isə...

27.04.2025 / 13:41
Lavrovu Özbəkistanda dediyinə peşiman etdilər

27.04.2025 / 13:24
Əhməd İsmayılov Astana Media Forumunda Evronyus televiziyasına müsahibə verib..

27.04.2025 / 11:27
Leyla Əliyeva Nepal Prezidenti Ramçandra Paudellə görüşüb - FOTO

27.04.2025 / 10:50
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

27.04.2025 / 10:48
Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidentini təbrik edib

27.04.2025 / 10:32
Azərbaycan XİN İrana başsağlığı verdi

27.04.2025 / 10:15
İmaməddin Xəlilov gümüş, Sabir Zeynalov bürünc medal qazanıb

26.04.2025 / 20:30
Ədalət Partiyasındakı qalmaqalda adı hallanan Meydan Babayev və Mütəllim Rəhimli kimdir?

26.04.2025 / 19:30
Şərurlu İsfəndiyarın deputatlar və alimlərlə döyüşü... - VİDEO

26.04.2025 / 18:55
Kliçko Trampın təzyiqi ilə Zelenskinin ərazi güzəştinə gedə biləcəyini açıqladı – Ukrayna xalqı bunu qəbul etməyəcək

26.04.2025 / 18:12
Ukrayna Kurskda Putinin qələbəsini təkzib edir - vəziyyət ağırdır, ancaq döyüşlər davam edir…

26.04.2025 / 17:38
ATƏT-in baş katibi Minsk Qrupu barədə hələlik konkret söz demədi...

26.04.2025 / 17:26
Gerasimov Putinə raport verdi - Kursk Ukrayna ordusundan tamamilə geri alındı…

26.04.2025 / 17:10
Həccə maraq azalır, kvota dolmur, qiymət isə 6 min dollara qalxır - bunu necə başa düşək...

26.04.2025 / 16:47
Avropa İttifaqı Azərbaycanla yarımçıq buraxdığı prosesi yenidən başlayır...

26.04.2025 / 16:14
İri bankların "pensiya monopoliyasına" son qoyulur...

26.04.2025 / 15:22
İranın Bəndər Abbas limanında güclü partlayış – 300-ə yaxın yaralı var...

26.04.2025 / 15:08
Hindistanla Pakistan arasında toqquşmalar başladı...

26.04.2025 / 14:34
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

26.04.2025 / 14:21
Qondarma “erməni soyqırımı” “qurbanlarının” sayını 3 milyona çatdırmaq istəyirlər

26.04.2025 / 14:05
Fransalı deputat Bakıda mühakimə olunan caniləri siyasi məhbus adlandırdı

26.04.2025 / 13:21
Prezident İlham Əliyev: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"

26.04.2025 / 13:20
"Azərbaycan ilə Çinin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsəti var" - Prezident

26.04.2025 / 13:12
Prezident İlham Əliyev: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"

26.04.2025 / 13:06
"Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" - Prezident

26.04.2025 / 13:04
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.04.2025 / 12:57
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO/YENİLƏNDİ

26.04.2025 / 12:25
BAMF Kanadanın Baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayımladı

26.04.2025 / 12:22
Kuklaçıların Ankara səfəri uğurla başa çatdı

26.04.2025 / 11:03
Beynəlxalq Məhkəmə Vardanyan və 15 erməni əsilli şəxslə bağlı Ermənistanın iddialarını rədd etdi...

26.04.2025 / 10:15
Bir gündə bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

26.04.2025 / 10:06
Serenay Sarıkayanın yeni serialı bu tarixdə yayımlanacaq

26.04.2025 / 10:00
Ağdaşda "Opel" və VAZ toqquşub, bir nəfər ölüb

26.04.2025 / 09:31
“Beşiktaş” darmadağınla üçüncü pilləyə yüksəldi

26.04.2025 / 09:25
Deputat Rövşən Muradovun kombilərə qarşı kampaniyası uğursuz başladı - dəstəkləyən yoxdur....

26.04.2025 / 09:16
Orbandan Ukrayna AÇIQLAMASI: - "bu, yaxın gələcəkdə baş verməyəcək"

26.04.2025 / 09:09
Ərəbistan nəşri İlham Əliyevin Çin səfərindən yazdı

26.04.2025 / 08:43
"Azparkinq"in fəaliyyətindən narazılıqlar böyüyür...

26.04.2025 / 00:21
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək

25.04.2025 / 23:37
İsfəndiyar Axundov alimlərə qarşı danışanda deputatlar, deputatlar barədə danışanda isə alimlər dillənir... Niyə?..

25.04.2025 / 23:34
Əkrəm İmamoğlu həbsxanadan “bayraq çağırışı”etdi

25.04.2025 / 21:27
Ermənistan 8 dekabr 2023-cü il sazişi ilə rəsmən Avropadan idarə olunur...

25.04.2025 / 21:11
Gah deyir "genosid"i Stalin uydurub, gah da özü saxta genosid sərgisinə gedir - Paşinyan nə istəyir...

25.04.2025 / 21:05
Zərərçəkmiş şəxs: "Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər" - MƏHKƏMƏ +FOTO

25.04.2025 / 20:56
18-ci əsrdə erməni pul sikkələri? - Bu qədər yalan?

25.04.2025 / 20:44
Tramp:-“Rusiya bütün Ukraynanı ələ keçirməməklə “böyük güzəştə gedib”

25.04.2025 / 20:42
Avropa İttifaqı Azərbaycana münasibətdə səhvlərini düzəldir...

25.04.2025 / 20:32
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

25.04.2025 / 20:27
Fransa və Ermənistan Cənubi Qafqazda 2 müharibə variantının ortasındadır...

25.04.2025 / 20:14
AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

25.04.2025 / 20:00
Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

25.04.2025 / 19:54
Ədalət Partiyasında "veto" qalmaqalı...

25.04.2025 / 19:47
Oljas Süleymenov Azərbaycana mesaj göndərdi - “gec tez Turan olacaq”...

25.04.2025 / 19:41
“Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur” - Ceyhun Bayramov

25.04.2025 / 19:34
Tramp ermənilərin "genosid gözləntisinə" od qoydu...

25.04.2025 / 19:22
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib - FOTO

25.04.2025 / 19:19
Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

25.04.2025 / 19:06
"Vətən marşı" şeirinin ...məni suçlayanlar yanılırlar" - Asif Rüstəmli

25.04.2025 / 19:03
DİN-in Kollegiya iclasından mühüm fakt - Azalma var.. - FOTO

25.04.2025 / 18:57
Banklarda müştəri böhranı var - Taleh Kazımov iqtisadçılarla müzakirə apardı…

25.04.2025 / 18:45
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

25.04.2025 / 18:43
Əliyev-Netanyahu görüşündə bütün Şərqin taleyi həll oluna bilər - işdə ABŞ və Türkiyə də var...

25.04.2025 / 18:29
Azərbaycan Ermənistanın Avropa ilə "Ümumi təhlükəsizlik" sazişini ifşa etdi...

25.04.2025 / 18:23
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişdi

25.04.2025 / 18:15
Avroparlamentin yunan deputatı Kallasın Bakı səfərinə qarşı çıxdı - Yunanıstanın "qazı azaldılmalıdır"...

25.04.2025 / 18:02
Bakı-Tbilisi-Qars dəmiryolu ilə neft məhsulları daşınacaq...

25.04.2025 / 17:53
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi

25.04.2025 / 17:48
Tramp Zelenskini təkləmək istəyir - kəskin reaksiya: “Krım verilməyəcək”...

25.04.2025 / 17:35
Erməni məsələsi yenidən Rusiya-Türkiyə münasibətlərini poza bilər - Zaxarovadan “350 min erməni” təxribatı...

25.04.2025 / 17:30
Narışkin Bakıda Suriyanın xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşdü

25.04.2025 / 17:28
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq

25.04.2025 / 17:25
Anar Quliyev Bakıda keçiriləcək WUF13-ün milli koordinatoru təyin edildi

25.04.2025 / 17:22
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

25.04.2025 / 17:18
Banklarda Elman Rüstəmovdan qalmış süni problemlərin kökü kəsilmir - "marja nədir"?

25.04.2025 / 17:15
“Nəqliyyat haqqında” qanuna dəyişiklik edildi

25.04.2025 / 17:12
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyən edildi

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011