Çərşənbə günü, 14 may 2025
     

Yüzlərlə məktəbi dağıdılan Azərbaycandır, 32 milyon yardım Ermənistan məktəblərinə edilir - Avroittifaqa ayıb... - MÜSAHİBƏ

Image

Avropa İttifaqı Ermənistan hökumətinə təbiət və dəqiq elmlər, eləcə də mühəndislik (STEM fənləri) üzrə məktəb laboratoriyaları üçün 32 milyon avro verəcək.

Proqrama Göyçə, Vedi və Ağadərəsi rayonlarının bütün məktəbləri, eləcə də Zəngəzur vilayətinin Qafan şəhərindəki 13 məktəb - ümumilikdə isə 340-a yaxın məktəb daxil olacaq: “Burada laboratoriyalar tikiləcək, müəllimlər qeyri-formal təhsil metodlarını əhatə edən yeni tədris metodikası üzrə yenidən hazırlaşacaqlar”.

Müharibədən ən çox əziyyət çəkən, işğal dövründə yaşayış məntəqələri məhv edilən ölkə Azərbaycan, yardım proqlamlarına cəlb olunan Ermənistan. Aİ-nin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan, maliyyə yardımı alan, Rusiya sanksiyalarından yayınan Ermənistan.

  • “Ermənistan tərəf deyil, Cənubi Qafqazda əlverişli mövqe uğrunda aparılan mübarizədə oyuncaq bir alətdir”

Bu və digər məsələlərlə bağlı AMİP-in sədr müavini Afsəddin Nəbiyevə bir sıra suallar ünvanladıq:

- Belə ədalətsizliyin kökündə dayanan faktor nə ilə bağlıdır?

- Fikrimcə, Ermənistana olan himayədarlıq təkcə bugünümüzlə bağlı olan məsələ deyil. Keçmiş sovetlər dönəmində belə Ermənistana rəsmi Kremldən xüsusi münasibət sərgilənib. Rusiya Azərbaycanının əraziləri hesabına süni Ermənistan yaratmaqla, həm də bu dövlətin hamisi rolunda çıxış edib. Rusiyanın "parçala hökmranlıq et" siyasəti nəticəsində Azərbaycan tarixi torpaqları param-parça olub. Bu gün də biz Rusiyanın bu mənfur, qəddar işğalçılıq siyasətinin ağrı-acılarını yaşamaqdayıq. Bunun da üzərinə Avropa dövlətlərinin "çoxüzlü" siyasətini əlavə etsək ümumi mənzərə çox aydın gününür. Mən də belə bir qənaətdəyəm ki, burada xristian təəssübkeşliyi faktoru var. Hazırda baş verən qlobal geosiyasi proseslər sadəcə Rusiya amilini Avropa dövlətləri ilə əvəzləməyə sövq edib. Ermənistan bu mənada tərəf deyil, Cənubi Qafqazda əlverişli mövqe uğrunda aparılan mübarizədə oyuncaq bir alətdir. Yəni Ermənistan bu dövlətlərə təkcə dini faktora görə "cəlbedici" tərəfdaş deyil, onlara  əsas oyuncaq alət qədər gərəklidir.

- Bir sıra hallarda Ermənistanın törətdiyi pisliklərin görməzdən gəlinməsini xristian amili ilə əlaqələndirirlər. Bunda həqiqət payı nə qədərdir?

- Bəli, əvvəlki sualın cavabında da ermənilərə qarşı xristian təəssübkeşliyini istisna etmədim. Ancaq burada təkcə dini deyil, başqa faktorlar da var. Bu gün gözlərimiz önündə dünyanın yenidən dizayn olunması prosesləri gedir. Özünü ayaq üstə tutmağı bacaran dövlətlər və xalqlar bu mərhələdə alət rolunda deyil, diqtə edən aktorlar roundadırlar. Azərbaycan dövləti də məhz bu prosesdə diqtə edən dövlətlər sırasındadır. Azərbaycan xalqı hər cür haqsızlıqlara məruz qaldığı halda, dilənçi Ermənistana yardımların verilməsi humanitar məqsədlərlə edilmir. Avropa dövlətləri və Rusiya erməni cəmiyyətini öz tərəflərinə çəkmək üçün hərbi, humanitar "yarışa" durublar. Ermənistanı "qazanmaq" üçün sözün həqiqi mənasında savaş gedir. Ermənistan bu dövlətlər üçün strateji nöqtədir.

- Aİ bir tərəfdən Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir, o biri tərəfdən regionda baş verənlərin əsl mahiyyətinə biganə yanaşir. Belə olan halda Avroittifaqın bölgədə möhkəmlənmə perspektivi nə dərəcədə realdır?

- Bəli, Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Ancaq bu proseslər indiki  mürəkkəb siyasi gərginliklərin axını ilə baş verməkdədir. Yəni proses ləng gedir. Bayaq ifadə etdiyim kimi, hər bir dövlət özünü təhlükələrdən maksimum qorumağa çalışır. Bu da təbiidir. Avropa İttifaqı Rusiyanın tamamilə gücdən düşməsini gözləyir. Sanksiyalar Rusiyanın tamamilə gücdən düşməsi üçün yetərli deyil. Ona görə dövrümüzün ən mürəkkəb tarixi hadisələrinin növbəti aylarda və illərdə də davam edəcəyi qənaətindəyəm. Rusiyanın tamamilə gücsüz hala gətirilməsindən sonra bölgədə sabitlik tədricən bərpa oluna bilər. Bu məsələ də Avropa İttifaqının bir mövqedən çıxış etməsinə bağlıdır.

- Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə nə vəd edir?

- Cənubi Qafqazı bir çox politoloqlar dünyanın "urəyi" adlandırır. Bu yanaşma rəmzi mənada olsa belə, müəyyən həqiqəti əks etdirir. Əgər Asiya dünyanın yaşam qaynağı hesab olunursa, o zaman Cənubi Qafqaz Asiya və Avropanın bağlantı nöqtəsi hesab olunur. Son 200 illik tarixi nəzərdən keçirsək, müharibələrin əksəriyyətinin, xüsusilə bu bölgə uğrunda getdiyini vurğulamaq yerinə düşər. Ancaq Azərbaycan dövləti, Ordumuz 2020-ci ildə 44 günlük Vətən savaşında Cənubi Qafqazın ən qaynar ocağını təkbaşına söndürməyi bacardı. İndi Cənubi Qafqaz uğrunda gedən mübarizə  Rusiyanın bu bölgədən sıxışdırılıb çıxarılması ilə bağlıdır. Bu asan deyil, ancaq görünən odur ki, mümkündür. Proses ləng getsə belə, bu bölgənin dövlətləri nəhayətində sülhə, barışa nail olib rahat nəfəs alacaqlar. Bizim üzərimizə düşən əsas işlər ondan ibarət olmalıdır ki, ayıq-sayıqlığımızı, birlik və bərabərlik modelini qoruyub  saxlamaqla növbəti uğurlara imza ataq. Cənubi Qafqazın sülh və təhlükəsizliyi məhz Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində təmin olunacaq.

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

14.05.2025 / 13:48
Azad ərazilərə fərdi avtomobillərlə getmək istəyənlərin nəzərinə - artıq bu rayonlara da səfər mümkündür

14.05.2025 / 13:35
Abşeronda əməliyyat keçirildi - 48 kq narkotik aşkarlandı - VİDEO

14.05.2025 / 13:21
Prezident Tural Piriyevi yenidən icraçı direktor təyin etdi

14.05.2025 / 13:10
Почему Армения не является государством? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.05.2025 / 12:57
Azərbaycan 2026-cı ildə iki Zirvə Görüşünə ev sahibliyi edəcək

14.05.2025 / 12:05
Tramp Israili saymadı, Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini bildirdi

14.05.2025 / 11:47
Tramp Suriya lideri ilə görüşdü - TƏCİLİ

14.05.2025 / 11:44
Məzələnmək -3- Yunus Oğuz yazır

14.05.2025 / 11:30
Pakistan Hindistanlı diplomata 24 saat vaxt verdi - "ölkəni tərk et!"

14.05.2025 / 11:20
Avropa İttifaqından Rusiyaya "sürpriz" - yeni sanksiya paketi təsdiqləndi!

14.05.2025 / 11:14
Prezident İlham Əliyev Paraqvay Prezidentini təbrik etdi

14.05.2025 / 11:12
Sərhədlərimizi pozan Yəmən və Mərakeş vətəndaşları saxlanılıb

14.05.2025 / 11:05
"Azərbaycan mediası bədniyyətli qrupların diqqət mərkəzindədir" - PA rəsmisi

14.05.2025 / 11:03
Xorenin diqqətinə!!! Pakistan Hindistanın nəfəsini kəsdi! - CANLI

14.05.2025 / 11:00
Bu il bu şəxslərə 1000 mənzil veriləcək

14.05.2025 / 10:45
“Trabzonspor” və “Qalatasaray” bu axşam Kubokun finalında qarşılaşacaq

14.05.2025 / 10:43
Kiberdələduzluq bitmir - bank kartlarından 15 min manat oğurlanıb...

14.05.2025 / 10:20
Qazaxıstandə çətənə yetişdirilməsi leqallaşdırılır?

14.05.2025 / 10:14
ŞOK - bir ailənin üzvləri dəm qazından zəhərləndi

14.05.2025 / 10:10
Husilər İsrailə raket zərbəsi endirib

14.05.2025 / 10:05
Nazirdən yeni əmr - pianoçu xanım direktor təyin edildi

14.05.2025 / 10:00
Bu gün Bakıxanov qəsəbəsində işıq olmayacaq - qurumdan XƏBƏRDARLIQ

14.05.2025 / 09:30
"Bu, tamamilə yeni dünya açacaq" - Tramp təyyarədə Çin barədə danışıb

14.05.2025 / 09:25
Rusiya vətəndaşı Bakıda maşınla adam öldürdü

14.05.2025 / 09:25
Bütün banklar SMS-ləri dəfələrlə bahalaşdırdı - Azərbaycanda bank monopoliyası əndazəni aşdı…

14.05.2025 / 09:20
Təmsilçilərimiz "Avroviziya-2025" -in finalına adlaya bilmədi

14.05.2025 / 09:13
Bir vaxtlar İtaliya çempionu idilər, indi 3-cü Liqaya düşdülər...

14.05.2025 / 09:06
“Mən Putinlə görüşməyə hazıram" - Zelenksidən yeni açıqlama

14.05.2025 / 09:02
Ermənilər dinc durmur - mövqelərimiz yenə atəşə tutulub

14.05.2025 / 08:37
Kollec məzunlarının müəllim işləməsinə son qoyuldu...

14.05.2025 / 00:15
Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qatılmayacağını açıqladı...

13.05.2025 / 22:34
İsrailin qulağı səsdədir: Husilər Təl-Əvivə hücumlarını davam etdirirlər

13.05.2025 / 21:18
Saxta erməni “soyqırımı”nın 110 illiyində 2 İran alimi Tehranda əsl həyasızlıq etdi...

13.05.2025 / 21:03
PKK-nın silahı buraxmasına Öcalan özü şəxsən nəzarət edəcək... Necə?

13.05.2025 / 21:02
“Tramp sabah Ər-Riyadda Suriya lideri ilə görüşəcək”

13.05.2025 / 21:00
ABŞ Suriyaya qarşı sanksiyaları aradan qaldırdı

13.05.2025 / 20:50
ABŞ konqresmenləri “Qarabağda deportasiya, genosid girovluğundan” qurtula bilmir...

13.05.2025 / 20:42
Adəm Kadırovun təltif mərasimində qalmaqal yaşandı

13.05.2025 / 20:36
Azərbaycandan Ukrayna və Rusiyaya növbəti atəşkəs çağırışı edildi...

13.05.2025 / 20:22
Bakı-İrəvan sülh sazişi barədə yeniliklər var...

13.05.2025 / 20:08
İrəvan inanılmaz şəkildə yenidən Rusiyaya yaxınlaşır - Bakı üçün təhlükə...

13.05.2025 / 19:54
Paşinyan Putinlə danışıb Köçəryanın qələmini qırdı...

13.05.2025 / 19:49
Tramp Səudiyyə ilə tarixin ən böyük silah sazişini imzaladı, həm də musiqi sədaları altında - 142 milyard dollarlıq...

13.05.2025 / 19:44
Mayın 15-də İstanbulda Putin-Zelenski görüşü baş tutmaya bilər... Putin yanlış etdi və Zelenski bu səhvi dərhal tutdu...

13.05.2025 / 19:40
PKK-nın buraxılmasından sonra nələr olacaq...

13.05.2025 / 19:27
Muğama sahib çıxmağımız ermənilərin “mədəni təcavüz” planlarını alt-üst etdi...

13.05.2025 / 19:14
Azərbaycanın ən böyük insan haqları layihəsi - Qərbi azərbaycanlıların qayıdışı...

13.05.2025 / 19:09
Edqar Kazaryan erməniləri Azərbaycanın İrəvana hücumuyla qorxudur

13.05.2025 / 19:06
PKK- nın 46 illik terror mübarizə yolu uğurla icra ediımiş tarixi missiya adlandırıldı....

13.05.2025 / 18:58
Rusiyaya daxil olan azərbaycanlılar üçün yeni çətinlik yaradılır - QR kod əngəli...

13.05.2025 / 18:45
Terrorun günahsız qurbanlarından üzr istəmək PKK-nın əsas gündəm məsələsi olaraq qalır...

13.05.2025 / 18:37
Vardanyanın barəsində məhkəmə prosesi davam etdirilib - FOTO

13.05.2025 / 18:31
Tramp Putin-Zelenski görüşündə əsas bir səbəbə görə iştirak etmək istəyir...

13.05.2025 / 18:25
"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub" - Anar Ələkbərov

13.05.2025 / 18:17
Ukraynaya atəşkəs tövsiyəsi verənlər Əliyevin 1994-cü il təcrübəsini xatırlatmağı "unutdular"...

13.05.2025 / 18:03
2-ci Dünya müharibəsindən sonra bu yeganə fenomen Azərbaycanda baş verdi...

13.05.2025 / 17:50
Çinə rüsum qərarının dəyişməsi Trampın nüfuzunu daha da sarsıda bilər...

13.05.2025 / 17:36
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - DOSYE

13.05.2025 / 17:34
Putin böyük psixoloji çətinlikdə - Zelenski təkbətək görüşə israr edir...

13.05.2025 / 17:32
Məhkəmədə "Şərurlu İsfəndiyar"ın barəsində həbs qətimkan tədbirinin seçilməsi istəndi

13.05.2025 / 17:20
Plastik cərrahiyyənin vahid standartları olacaq - standartı aşanlar cəzalanacaq...

13.05.2025 / 17:15
Əhliman Əmiraslanov TBMM nümayəndə heyəti ilə görüşdü

13.05.2025 / 17:11
Bəhruz Əhmədov hərbi prokuror təyin edildi

13.05.2025 / 17:02
Müharibə əlilləri və şəhid ailələri 2030-cu ilədək mənzillə təmin ediləcək

13.05.2025 / 16:56
Öz həqiqətinə söykənən dərviş ruhlu şair

13.05.2025 / 16:55
“Netanyahudan narazı olan Tramp, İsraili Yaxın Şərq razılaşmalarından kənarlaşdırdı”

13.05.2025 / 16:41
Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub - VİDEO

13.05.2025 / 16:34
Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edildi

13.05.2025 / 16:33
Vətən üçün yaşadı Cavid

13.05.2025 / 16:10
Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir

13.05.2025 / 15:42
Ukrayna Putinlə danışıqlara qoyulan qadağanı ləğv edə bilər - Putin İstanbula getsə...

13.05.2025 / 15:28
Lənkəranda adı “Qırmızı kitab”da olan balıqları ovlayan şəxs saxlandı

13.05.2025 / 15:17
Eşqi Bağırov səs yazısı yayılan məktəb direktorundan danışdı - bu hallara qarşı barışmaz mövqedəyik

13.05.2025 / 15:05
Neftçalada 18 min manatlıq kommunikasiya naqilləri oğurlandı

13.05.2025 / 14:16
"Saxta yolla tələbə adını qazananlara viza verilir" – Millət vəkili

13.05.2025 / 14:11
Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub - FOTO/YENİLƏNDİ

13.05.2025 / 14:00
60 nəfərə qarşı dələduzluq edən turizm şirkətinin qadın rəhbəri həbs olundu

13.05.2025 / 13:46
UNICEF yaxın aylarda Azərbaycanda operativ fəaliyyətini sona çatdıracaq

13.05.2025 / 13:22
Bakıda 128 yaşlı tarixi bina söküldü... - FOTO

13.05.2025 / 13:10
Путин попал в геополитическую кому - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.05.2025 / 12:41
Qarabağ Universitetinə qəbul planı açıqlandı

Azərbaycanın ən böyük insan haqları layihəsi - Qərbi azərbaycanlıların qayıdışı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678