Şənbə günü, 10 may 2025
     

Zaxarova eyni vaxtda həm Azərbaycanı, həm də Fransanı vurur - Ermənistanın xatirinə...

Image

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Laçın yolu ilə və Qarabağla bağlı ziddiyətli mövqe sərgiləyib. Eyni vaxtda həm Azərbaycanı, həm də Fransanı vurub:

“Moskva Bakını Laçın yolunu açmağa və azad hərəkəti bərpa etməyə çağırır. Moskva atəşkəs rejiminin pozulması hallarının artması və Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahatdır. Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində reaksiya verəcək. Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb. Bizdə uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur. Fransanın göstəriş xətrinə atdığı addımlar tərəflərə kömək etmir. Paris sadəcə Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə çatmağa çalışır”.

Əvvəla, Zaxarova obyektiv olsaydı, zamanında Fransanı tənqid edərdi, indi yox. İndi ona görə bu mövqedən çıxış edir ki, Rusiya-Fransa münasibətləri pisləşib. Fransaya bir rəqib kimi yanaşdıqlarından belə danışır. Zaxarova bu bəyanatlarla həm Azərbaycanın üstünə gedir, həm də Fransanın. Azərbaycanı guya Laçın dəhlizini bağlamağa görə tənqid edir. Ultimativ dildə deyir ki, Azərbaycan Laçın yolunu açsın. Nümayişkaranə şəkildə elə görüntü yaradır ki, Azərbaycan yolu bağlayıb. Daha sonra utanmadan deyir ki, sərhəddə toqquşmalardan narahatıq. Belə çıxır ki, toqquşmanı törədən Azərbaycandır. Yəni eyni vaxtda Rusiyanın həm Azərbaycanın, həm də Fransanın üstünə getməsi anormaldır. Çünki Rusiyanın yanaşması belədir ki, Fransa qədər Azərbaycan da günahkardır.

  • “Onun Fransanı tənqid etməsi məhz rəsmi Parisin indiki durumda Rusiya əleyhinə olan koalisiyada yer alması ilə bağlıdır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Laçın yolu ilə əlaqədar Qarabağla bağlı ziddiyyətli mövqeyinin hər zaman şahidi oluruq: “Bu ilk deyil. Budəfəki açıqlaması və Laçın yolu ilə bağlı çağırışı ilə Zaxarova iki xalq arasında nizamlanma və sülh prosesinə açıq şəkildə əngəl yaratdıqlarını nümayiş etdirdi. Rusiya XİN sözçüsü çox yaxşı bilir ki, Laçın yolunda ermənilərin hər iki istiqamətdə maneəsiz və təhlükəsiz hərəkəti Azərbaycan dövləti tərəfindən təmin olunub. Onu da yaxşı bilir ki,  Azərbaycanın quru sərhədləri digər qonşu dövlətlərlə bağlı olduğu halda, istisna olaraq Azərbaycan məhz bu bölgədə sərhədimizi açıq saxlayır. Qarabağda yaşayan ermənilər hər iki istiqamətdə, həm Ermənistana, həm də Qarabağa maneəsiz olaraq sadə pasport yoxlamasından keçərək hərəkət edirlər. Özü də bütün bu proseslər çox şəffaf şəkildə həyata keçirilir. Mətbuat  orqanları ermənilərin keçid məntəqəsindən sadə prosedurlarla keçdiyini mütəmadi olaraq işıqlandırır. Məqsədli şəkildə Mariya Zaxarova bu barədə bir kəlmə də olsun danışmır. Biz nə etməliyik, sərhədimizi açıq saxlamalıyıq ki, erməni silahlı dəstələri ərazilərimizə soxulsunlar? Bu nə məntiqdir, bu hansı hüquqdur? Rusiyanın onlarla dövlətlə sərhədləri mövcuddur. Rusiya siyasətçiləri bizə tövsiyə etdikləri, çağırış etdikləri məsələləri öz dövlətinə rəva görə bilərmi? Hansısa dövlətlə sərhədi olan yerdə sərhədlərinin müəyyən bir hissəsini tamamilə nəzarətsiz buraxsınlar. Bu mümkündürmü? Axı bu necə olur ki, beynəlxalq hüquq bütün dövlətlərə bərabər şamil olunduğu halda, Azərbaycana gəldikdə ikili standartlar "işə" düşür. Rusiya XİN sözçüsünün Laçın yolu, Qarabağla bağlı çağırışları Azərbaycan dövlətinin bu bölgədə ədalətli, dürüst davranışlarını əngəlləmək gücündə deyil. O ki qaldı Moskva bəyannaməsinə, əslində bu bəyannamənin şərtlərinə erməni tərəfi  əməl etmir. İndiyədək ermənilər Qarabağdan  silahlı hərbi birləşmələrini çıxarmayıblar. Ermənistan  Azərbaycanla Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasını təmin etməyib. Zaxarova bunları niyə dilə gətirmir? Çünki dilinə doğru sözü gətirsə  "erməni icmasının" xətrinə dəymiş olar. Onun Fransanı tənqid etməsi məhz rəsmi Parisin indiki durumda Rusiya əleyhinə olan koalisiyada yer alması ilə bağlıdır. Azərbaycan dövləti ərazimizin bütövlüyü, suverenliyimizin təmin olunması yolunda çox uğurlu addımlar atmaqdadır. Bizim bu yoldan dönüşümüz mümkün deyil. Kimlərin, hansısa dövlətlərin nə deməsindən asılı olmayaraq, bu bölgənin təhlükəsizlik arxitekturasını Azərbaycan dövləti, Azərbaycan Ordusu qurub yaradır”.

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

10.05.2025 / 06:37
Hindistan Pakistanı ballistik raketlərlə vurdu, Pakistan genişmiqyaslı hərbi əməliyyata başladı - düşmənin 4 hərbi bazası bombalandı…

10.05.2025 / 00:25
Hindistan qorxu içində - ümumi hərbi səfərbərlik elan olundu...

10.05.2025 / 00:16
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşanın Daşaltı kəndinə səfərdən görüntülər paylaşıb - FOTO

10.05.2025 / 00:10
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO

09.05.2025 / 23:53
“ABŞ-ın Raketdən Müdafiə Sistemi Husilərin raketini vura bilmədi”

09.05.2025 / 20:56
ABŞ və Rusiya Avropaya qaz nəqlini masaya yatırdı - rus qazını Avropaya Amerika şirkətləri satacaq…

09.05.2025 / 20:43
"Hindistanın Pakistana hücumu Hərbi Hava Qüvvələrinin bacarıqsızlığını üzə çıxardı"

09.05.2025 / 20:34
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni səhifə açılır

09.05.2025 / 19:27
Çin lideri Moskvada “əsas qonaq” statusu aldı - başqa dövlət başçıları aşağılarda...

09.05.2025 / 19:18
“Femin Art” Beynəlxalq Qadın Rəssamların sərgisi Bakıda – Mədəniyyət və sülhün birliyi

09.05.2025 / 18:43
ABŞ müdafiə naziri İsrailə səfərini ləğv etdi

09.05.2025 / 18:17
Trampın yeni niyyəti - Ərdoğanı Ukrayna bataqlığında batırmaq...

09.05.2025 / 18:02
İşğalçı Hindistan əsasən Rusiya və İsrail silahlarından istifadə edir

09.05.2025 / 17:44
Ermənistandan yeni tələb - terrorçu Monte Melkonyanı hər yerdən silin…

09.05.2025 / 17:20
Makronla Şolts bacarmadı, Merslə Makron bacaracaq?...

09.05.2025 / 16:53
Roma Papasının əsas vəzifəsi Trampı Avropaya yaxınlaşdırmaq olacaq...

09.05.2025 / 16:44
Heydər Əliyev: Əsrlərə sığmayan tarixi Lider

09.05.2025 / 16:10
Moskvada Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirildi

09.05.2025 / 16:02
Pakistan gecə ərzində Hindistanın 4 kəşfiyyat təyyarəsini vurub

09.05.2025 / 15:37
Pakistanın J-10c qırıcısı Hindistan qırıcılarını quş kimi ovlayır

09.05.2025 / 15:15
Prezident “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışında iştirak edib - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:43
“Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:15
Tramp Ərdoğandan vasitəçilik xahişini məqsədli şəkildə etdi...

09.05.2025 / 14:07
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:03
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:56
DİN əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

09.05.2025 / 13:52
Prezident və Birinci xanım Daşaltı kənd məscidinin açılışını etdi - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:42
“Putin istəsə belə müharibəni dayandıra bilməz”

09.05.2025 / 13:20
Zatulin həddini aşdı: “Onu yerinə oturtmağın vaxtı deyilmi?”

09.05.2025 / 13:08
Ermənilər Şuşanın işğalını Qələbə günü kimi qeyd edə bilmədilər

09.05.2025 / 12:55
Ailə Konsepsiyası ilin sonuna qədər hazırlana bilər...

09.05.2025 / 12:43
Bill Qeyts bütün sərvətini xeyriyyəçiliyə bağışlayacaq

09.05.2025 / 12:24
Tramp Kiyevin 30 günlük atəşkəs təklifini dəstəklədi

09.05.2025 / 11:51
İsrail Ordusu Radiosu: “Tramp Netanyahu ilə əlaqəni kəsdi”

09.05.2025 / 11:36
Kreml: ”Tramp Ukraynanın tələblərini anlamağa başlayıb, lakin bir nüans var”

09.05.2025 / 10:55
Prezident İlham Əliyev Fridrix Mertsi təbrik edib

09.05.2025 / 10:52
Prezident İlham Əliyev Ekvadorun Prezidentini təbrik edib

09.05.2025 / 10:48
Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib

09.05.2025 / 10:32
Bir gündə bank kartlarından 11 min manatdan çox pul oğurlandı...

09.05.2025 / 10:07
Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

09.05.2025 / 09:51
Prezident İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2025 / 09:40
Prezident İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2025 / 09:28
Vensdən yeni açıqlama: - "Ukraynanın parçalanmasını istəmirik"

09.05.2025 / 09:26
Bakı məktəblərində kütləvi narkoloji test... Geniş panika yaranıb…

09.05.2025 / 09:20
Papa Leo ilk çıxışında papalığı ilə bağlı əsas ipuçlarını verdi

09.05.2025 / 09:18
Konfrans Liqası: Finalın adı "Çelsi"-"Betis" olacaq!

09.05.2025 / 09:16
Papa XIV Leo niyə Vensi və Ağ Evin siyasətini tənqid etdi

09.05.2025 / 09:07
Anqola və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

09.05.2025 / 09:02
Zatulin yenə sərsəmlədi:” Azərbaycan Rusiyanın müttəfiqi deyil”

09.05.2025 / 08:41
Türkmənistan pomidorunun ümidinə qalanda axırımız elə belə olar...

09.05.2025 / 08:00
Faşizm üzərində Qələbədən 80 il keçir

09.05.2025 / 00:05
Prezident İlham Əliyev 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO

08.05.2025 / 23:57
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı - Pakistan xalqı ilə həmrəyik...

08.05.2025 / 23:57
Yeni Papa katoliklərə müraciət etdi

08.05.2025 / 22:46
Amerikalı kardinalın 267-ci Roma Papası seçilməsi təsadüfdür?...

08.05.2025 / 22:33
BƏƏ Prezidenti Prezident İlham Əliyevə zəng edib

08.05.2025 / 22:07
Məhkəmədə Ermənistan tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib - FOTO

08.05.2025 / 21:50
14-cü Leo 267-ci Roma Papası seçildi

08.05.2025 / 21:35
Pakistan: “Hindistandan fərqli olaraq mülki insanları hədəf almadıq”

08.05.2025 / 21:26
İraq Kürdüstanında Azərbaycan konsulluğu - Bakı-Ankara münasibətlərində həssas məsələ...

08.05.2025 / 21:09
Avtosalonlarda "qarantiyalı satış fırıldaqlarını" dilerlərin özləri açır - rəsmi servisə 200 manat veririk ki, müştəriyə bu sözləri desinlər...

08.05.2025 / 20:54
Bayden Trampa sərrast atəş açdı - “ay axmaq...”

08.05.2025 / 20:40
Vatikan yeni papanı seçdi

08.05.2025 / 20:37
Ermənistan bu il də Azərbaycanla sülh imzalanmasının qarşısını aldı...

08.05.2025 / 20:24
Əliyevin və Paşinyanın Moskva paradına yanaşmaları müqayisəli təhlil edildi - üstünlük...

08.05.2025 / 20:11
Ermənistan hökumətinin "məxfi 2-ci bəndi" - Azərbaycanla delimitasiya prosesi pozula bilər...

08.05.2025 / 19:57
Hindistan-Pakistan müharibəsi Şimal-Cənub dəhlizinə təqribən bu qədər ziyan vura bilər...

08.05.2025 / 19:44
Pakistan Hindistanın 85 qırıcısının rabitə sistemini pozdu - düşmənin "güc mifi" yerlə bir oldu...

08.05.2025 / 19:31
Əhmədiyyə Cəbrayılovun ruhu Makrona qənim olsun - Milli Qəhrəmana qarşı unutqanlıq...

08.05.2025 / 19:17
Oxucularımızdan xalq artisti Samir Cəfərova mesaj...

08.05.2025 / 19:04
Rusiya nefti büdcə qiymətinin 40 faizindən də aşağı düşdü - əsl fəlakət indi başlana bilər?..

08.05.2025 / 18:50
DİM qabiliyyət müsabiqəsinə keçidi 10 bal artırdı... Narazılıqlar var

08.05.2025 / 18:36
Son 70-80 ildə Azərbaycan-Vyetnam mədəni əlaqələrində unudulmuş şedevrlər...

08.05.2025 / 18:30
Bir vaxtlar "nazirlər vətəni" deyilən Naxçıvan indi "bir nazirin əlində qalıb"...

08.05.2025 / 18:26
Konyada “Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirildi

08.05.2025 / 18:22
Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

08.05.2025 / 18:16
DTX və DSX birgə əməliyyat keçirdi - saxlanan var...

08.05.2025 / 18:09
Azərbaycanda bütün partiyaların pulu 1 illiyə kəsildi...(?)

08.05.2025 / 18:01
Müstəqil Azərbaycan səhiyyəsinin memarı - Əhliman ƏMİRASLANOV yazır...

08.05.2025 / 17:56
Ədliyyə naziri konstitusiya ilə bağlı suala birbaşa cavabdan qaçdı - erməni elitası hələ oynayır...

08.05.2025 / 17:43
Valideynlərin məktəb və müəllim seçimində böyük problem var - şəxsi məlumatlar açıq olsa nə olar?!...

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678