Cümə axşamı günü, 1 may 2025
     

Qərbi azərbaycanlı məşhur əməkdar jurnalist, dövlət xadimi İrəvanda necə güllələndi...

Image

Qərbi Azərbaycan tarixən böyük şəxsiyyətlərin doğulub boya-başa çatdığı yurd yerlərimizdən biridir. Bu əzəli Azərbaycan torpağında minlərlə ziyalı, elm-mədəniyyət, dövlət xadimi, ədəbiyyat, sənət adamları  yetişib.

Biz vaxtaşırı olaraq həmin şəxsiyyətləri Azərbaycan xalqının yaddaşına qaytarmaq üçün silsilə yazılar hazırlayırıq. İndiyə qədər bu silsilədən xeyli sayda görkəmli irəvanlı barədə danışmışıq. “İrəvanda izim qaldı” rubrikasında növbəti yazımız  1928-ci ildə İrəvan qəzasının Aşağı Necili kəndində anadan olan Amasiya rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan KP MK-nın üzvü, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini, Ermənistan SSR Ali Sovetinin deputatı (VIII–X çağırış), "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR-in əməkdar jurnalisti Məhərrəm Bayramovdan bəhs edəcək.

Qərbi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında məxsusi rol oynayan şəxsiyyətlərdən biri olan Məhərrəm Bayramovun dünyadan köçü faciəli olub, o, erməni terrorunun qurbanı olub, özü də Sovetlərin hakimi-mütləq olduğu dövrdə. Bu barədə internet resurslarında gedən məlumata görə, Məhərrəm Bayramov 6 yanvar 1981-ci ildə İrəvanda "Polyak" ləqəbli şəxs tərəfindən güllələnərək qətlə yetirilib. Göründüyü kimi, ölümü bu şəkildə faciəli olub. Yüksək vəzifələrə qalxıb, sonda erməni terroruna tuş gəlib.

Məhərrəm Bağır oğlu Bayramov 13 may 1928-ci ildə İrəvan yaxınlığındakı Uluxanlı (Masis) rayonunun Aşağı Necili  kəndində doğulub. Burada yeddiillik kənd məktəbini bitirdikdən sonra təhsilini İrəvan pedaqoji məktəbində davam etdirib və doğulduğu kənddə bir il müəllim işləyib.

Aldığı təhsillə kifayətlənməyən və təhsilini davam etdirməkdə israrlı olan qəhrəmanımız 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1952-ci ildə buranı bitirdikdən sonra Azərbaycan LKKİ MK-da təlimatçı kimi fəaliyyət göstərib. Onun barəsində internet resurslarında yer alan məlumata görə, iki il Bakıda işlədikdən sonra 1954-cü ildə İrəvana qayıdır və burada Ermənistan LKGİ MK-da təlimatçı işləyir. Savadı, dünyagörüşü, bacarığı onu yavaş-yavaş ucaldır, yeni vəzifələrə aparırdı. Belə ki, o, 1955-ci ildə Ermənistan KP MK təlimçisi vəzifəsinə yüksəlir.

Məlumatlara görə, Məhərrəm Bayramov 1964–1966-cı illərdə Ararat (Vedi) rayon komitəsinin katibi, 1966–1969-cu illərdə "Sovet Ermənistanı" qəzetinin redaktor müavini vəzifəsində işləyir.

O, 1969-cu ildən 1974-cü ilə qədər Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən ömrünün sonuna qədər "Sovet Ermənistanı" qəzetinin baş redaktoru işləyib. Məhərrəm Bayramov bu illərdə həm də Ermənistan SSR Ali Sovetinin deputatı və Rəyasət heyətinin müavini olub. O, "Ermənistan SSR əməkdar jurnalisti" fəxri adı, "Şərəf nişanı" ordeni və digər medallarla təltif olunub.

Qərbi Azərbaycanın həyatında mühüm rola malik olan bir şəxsiyyətin hansı səbəbdən qətlə yetirildiyi barədə hər hansı bir informasiya yoxdur,  sadəcə Məhərrəm Bayramovun 6 yanvar 1981-ci ildə İrəvanda "Polyak" ləqəbli şəxs tərəfindən güllələnərək qətlə yetirildiyi yazılır.

Həmin o “Polyak”ın isə kimliyi açıqlanmır. M.Bayramovun faciəli ölümü ilə bağlı yerli qəzetdə nekroloq dərc edilib. 

İctimai-siyasi, jurnalistik fəaliyyətlə yanaşı o həm də yazıçı və dramaturq, alim kimi tanınırdı.Yazıçı və dramaturqun ilk kitabı "Fırtınadan sonra" 1964-cü ildə İrəvanın "Haypethrat" nəşriyyatı tərəfindən nəşr edilib, "əziz və mehriban anası Fatmaya" ithaf edib. Kitaba "Peşmançılıq", "Pir kömək eləmədi", "Molla Qədirin toru", "Məni bağışla", "Carulla" və sair hekayələri, "Qeybulla" kiçik pyesi daxil edilib. Qeyd olunana görə, Məhərrəm Bayramov təcrübəli jurnalist və filoloq olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən M. Bayramov 1969-cu ildə Bakıda "Şirvanzadə və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, filologiya elmləri namizədi olub. O, erməni-Azərbaycan ədəbi əlaqələri haqqında bir sıra kitab və məqalələrin müəllifi idi. Yazılanlara görə, Əkbər Yerevanlı ilə yanaşı Ermənistan SSR-də yaşayıb-yaratmış Azərbaycan yazıçı və şairlərinin əsərlərinin nəşr edildiyi "Ədəbi Ermənistan" məcmüəsinin tərtibaçılarından olub. “Fırtınadan sonra”, “Məslək dostları. C.Məmmədquluzadə və A.Şirvanzadə” (C.Məmmədquluzadənin anadan olmasının 100 illiyi münasibəti ilə) (Yerevan: Ermənistan SSR "Bilik" Cəmiyyəti, 1966;)  və “Aleksandr Şirvanzadə və Azərbaycan” (Yerevan: Hayastan, 1971” əsərlərinin müəllifi olub.

M.Bayramov kimi şəxsiyyətlərimizin həyat və fəaliyyətini, onların Ermənistan adlanan dövlətin inkişafında oynadıqları rolu vurğulamaqla o yerlərin tarixi Azərbaycan torpaqları, oranın yerli sakinlərinin Azərbaycan türkləri olduğunu bir daha yada salmış, haylara xatırlatmış oluruq. Biz həyatımızdan, taleyimizdən, başlıcası isə tariximizdən 70 illik Sovet dövrünü silib ata bilmərik, çünki bu illərdə bizim saysız böyük şəxsiyyətlərimiz, elm, dövlət, mədəniyyət, ədəbiyyat xadimlərimiz yetişib. Ermənistanın həyata keçirdiyi şovinst siyasətə sinə gərən Azərbaycan övladları Qərbi Azərbaycanda böyük epopeyalar yaradıblar. Sovet illərində bir neçə azərbaycanlı erməni şovinstlərinin içində yüksək vəzifələrdə fəaliyyət göstərərək Azərbayan xalqına xidmət ediblər. Bu gün Ermənistan adlanan ölkənin hər səhifəsində Azərbaycan xalqının silinməz izi var, çünki o torpaqlar bizim əzəli torpaqlarımızdır...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

01.05.2025 / 21:37
Bəzi İran dairələrinin Azərbaycana qarşı "mədəniyyət iddialarına" son qoyula bilər...

01.05.2025 / 21:22
Bank kartlarındakı pulun sığortalanması mümkündür?...

01.05.2025 / 21:08
Putinin partiyasının konfransında ermənilərin Azərbaycana qarşı təxribatı baş tutmadı...

01.05.2025 / 20:55
Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...

01.05.2025 / 20:41
Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...

01.05.2025 / 20:27
Azərbaycanın Çinlə birgə avtomobil istehsalının uğursuzluğu Naxçıvandan başladı...

01.05.2025 / 20:14
Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...

01.05.2025 / 20:01
Kiprin tanınmış müğənnisi Bahar Gökhan Bakı Beynəlxalq Muğam Mərkəzində təntənəli konsertlə çıxış etdi... - FOTO/VİDEO

01.05.2025 / 19:57
Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...

01.05.2025 / 19:44
Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...

01.05.2025 / 19:30
Netanyahu və Ərdoğanın Bakıda görüş ehtimalına ziddiyyətli reaksiyalar var...

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO/VİDEO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:26
Bakıda “Porsche” ilə “avtoşluq” edən sərxoş sürücü həbs edildi...

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

01.05.2025 / 17:20
“Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır” - Umud Mirzəyev

01.05.2025 / 17:15
Rusiyada bir mənzildə güclü partlayış 3 ukrayna agentini ələ verdi - bomba əllərində partladı...

01.05.2025 / 17:03
Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...

01.05.2025 / 16:33
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

01.05.2025 / 16:28
“Azəristiliktəchizat”a yeni sədr təyin edildi

01.05.2025 / 16:20
Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edildi

01.05.2025 / 16:17
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - FƏRMAN

01.05.2025 / 15:20
Dağılmaqda olan tarixi hamamlar...

01.05.2025 / 15:19
Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası ona həvalə olundu

01.05.2025 / 15:13
“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”

01.05.2025 / 15:11
Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı

01.05.2025 / 15:06
Polis Qaradağda əməliyyat keçirdi - saxlanan var...

01.05.2025 / 14:50
Koordinasiya Şurasının növbəti iclası keçirildi

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:23
"Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var" - Eldar Səmədov

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 13:22
Bir gündə vətəndaşların bank kartlarından 30 min manat apardılar - DİN növbəti dəfə xəbərdarlıq etdi

01.05.2025 / 13:10
Что такое родина для армян? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.05.2025 / 12:54
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:05
Putin məhz buna görə sülhdən qorxur - CANLI

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanımı olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678