Çərşənbə günü, 26 mart 2025
     

Ömrünü qürbətdə bitirmiş daha bir məşhur qərbi azərbaycanlı - Parisdən qayıda bilmədi...

Image

“Mən Qərbi azərbaycanlıyam” rubrikasında 1891-ci ildə İrəvanda doğulan Azərbaycan Xalq Cümhuriyyətinin ictimai və siyasi xadimi, Sosialistlər Fraksiyasının üzvü, Hümmət Partiyasının üzvü, AXC Torpaq və Əmək Naziri Əkbərağa (Əkbər ağa ) Şeyxülislamovdan danışacağıq.

Ömrü qürbətdə başa çatan Ə.Şeyxüslamov Azərbaycanda milli hökumətin qurulması və Azərbaycan Xalq Cumhuriyyətinin qorunması üçün mücadilə verən dövlət xadimlərindən biridir. Ə.Şeyxüslamovun həyat və fəaliyyətini araşdıran alimlərin yazılarında qeyd edilir ki, o, orta təhsilini İrəvan gimnaziyasında başa vurduqdan sonra 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olub. Lakin 1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdməsi səbəbindən yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq Ə.Şeyxüslamov institutda bütün dərs kursunu başa vurduğuna baxmayaraq, ali məktəbi bitirmək haqqında diplomu almadan vətənə qayıtmalı olub.

  • “Bir az o tərəfdə Əkbərağa Şeyxülislamov yatır”

Tədqiqatçılarının verdiyi məlumata görə, Əkbərağa Şeyxülislamov 1961-ci il martın 2-də vəfat edib və Parisin yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunub. Tədqiatçıları qeyd edir ki, öz dövrünün siyasi və ictimai xadimi  Mustafa bəy Vəkilov Ceyhun bəy Hacıbəylinin dəfnində iştirak edərkən Əkbər ağa Şeyxülislamovun qəbrini də ziyarət edir və o, Ceyhun bəyin vəfatının ildönümü münasibətilə “Mücahid” jurnalında çap etdirdiyi “Parisdə bir məzar daha” adlı məqaləsində yazırdı: “Bir az o tərəfdə Əkbərağa Şeyxülislamov yatır”

  • Parisə əbədi səyahət...

Tədqiqatçıları yazırlar ki, 1918-ci ilin fevralında Ə.Şeyxülislamov Zaqafqaziya seyminin üzvü seçilib və o, həmin il fevralın 28-də seym tərəfindən təsdiq olunan müsəlman fraksiyasının tərkibindəki Hümmət partiyasının üzvü idi.

Qeyd olunana görə, Şeyxülislamov Zaqafqaziya seymi tərəfindən Türkiyə hökuməti ilə sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-də yaradılmış nümayəndə heyətinin tərkibinə daxil idi. O, həmçinin Zaqafqaziya hökumətində daxili işlər nazirinin müavini vəzifəsini icra edirdi.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Əkbərağa Şeyxüslislamov bitərəf Fətəli xan Xoyskinin təşkil etdiyi birinci kabinədə torpaq və əmək naziri vəzifəsini tutdu. Həmin il iyunun 17-də kabinə bütövlüklə istefaya çıxdığı üçün tutduğu vəzifəni tərk etdi.

Ə.Şeyxülislamov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilib. O, parlamentdə Sosialistlər Fraksiyasının tərkibinə daxil idi. Ə. Şeyxülislamov parlamentin açılışında daxil olduğu fraksiyanın adından hərarətli nitq söyləyib.

Ə.Şüyxülislamov 1918-ci il dekabrın 12-də Bakıda keçirilmiş siyasi partiyaların demokratik müşavirəsində  Hümmət Partiyası adından çıxış edərək sosialistlərin hökumət tərkibinə daxil olmasını tələb edib.

O, Əlimərdan bəy Topçubaşovun  rəhbərliyi altında Azərbaycan respublikası nümayəndəliyinin tərkibində 1919-cu ildə açılacaq Versal sülh konfransında iştirak etmək üçün Parisə yola düşüb. Nümayəndəlik İstanbul, Neapol və Roma şəhərlərindən keçərək, 1919-cu ilin martında çətinliklə Parisə gəlib.

Azərbaycan nümayəndəliyinin konfrans ərəfəsində burada çap etdirdiyi kitablar böyük əhəmiyyət kəsb edirdi. Fransızca buraxılmış "Qafqaz Azərbaycanı Respublikası" kitabı Qərbi Avropa dillərində Azərbaycan haqqında ilk məlumat idi.

Əkbərağa Şeyxülislamov keçən əsrin 20-ci illərdə Parisdə Azərbaycandan İnternasionalın üzvü olub. Onun ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Azərbaycan” jurnalında “Azərbaycan necə quruldu” adlı məqalə yazıb. Bu yazıda 1918-ci ilin 26–28 may günlərində baş vermiş tarixi hadisələrin gedişi müfəssəl işıqlandırılıb. Buna görə də həmin məqalə Ankarada nəşr olunan “Mücahid” jurnalında yenidən çap edilib.

  • “Bu asılan bayraq o inqilabın atəşidir”

Tarix elmləri doktoru Nəsiman Yaqublu Ə.Şeyxüslamov haqda yazır: “...Ə.Şeyxülislamovun Azərbaycan Xalq Cümhuriyyəti dövründə ən mühüm fəaliyyəti də Parlamentdəki çıxışlarıdır. O, parlamentdəki fəaliyyətini 1919-cu ilin yanvarın 9-na qədər davam etdirmiş, sonra Azərbaycan Nümayəndə Heyətinin tərkibində Fransaya getmişdir. 1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamenti fəaliyyətə başladı. Parlamentdə təmsil olunanlardan biri Əkbər ağa Şeyxülislamov idi. O, Parlamentdə sosialist fraksiyasının tərkibinə daxil idi. 1918-ci ilin dekabrın 10-da Parlamentin ikinci iclası keçirilir. İclas Həsən bəy Ağayevin sədrliyi və Rəhim bəy Vəkilovun katibliyi ilə açılır. M.Ə.Rəsulzadə Türk Ədəmi Mərkəziyyət - Müsavat Partiyası adından bəyannaməni oxuyur. M.Ə.Rəsulzadədən sonra sosialistlər ittifaqı adından Aslan bəy Səfikürdski çıxış edir.

Söz Hümmət fraksiyası təmsilçisi Əkbər ağa Şeyxülislamova verilir. O, çıxışında deyir: "Möhtərəm Parlament əzası! Bu gün möhtərəm və səmimi revolyusionerlər üçün böyük gündür. Bu asılan bayraq o inqilabın atəşidir. Biz sosialistlər məramnaməmizin üçüncü maddəsində ümum millətlərin azadəliyini və qardaşlığını yazmış və şüarı bayrağımızda qaldırıb yürütmüşük və yürüyürük. Mən üzümü o şəxslərə tuturam ki, bizi beynəlmiləlçilikdə müttəhim və millətə zidd hesab edirlər. Beynəlmiləlçilik ümumi bəşəriyyətin azadə yaşaması və işləməsi deməkdir (alqışlar).

Xarici düşmən o qədər də qorxulu deyildir. Daxili isə xarici düşməndən daha qüvvətlidir. Bunlar Tomsonun yanına qaranlıq bucaqlardan keçib. Azərbaycanı yıxmaq, milli müqəddəratımızı əlimizdən almaq istəyirdilər (sürəkli alqışlar). Biz sosialistlər Azərbaycan Cümhuriyyəti yolunda addımları bir daha geri götürməyəcəyiz (alqışlar). Biz demişik ki, idarələrin fəhlə və kəndçilər sinfi iştirakı ilə təşkil edilən millətlər yaşayacaqdı. Camaat Hökumətin işindən heç bir zaman kənar və bixəbər qalmamalıdır. İndi hamı millətlər bizim əsasları qəbul etmişlərdir. Almaniya imperatorluğu da yıxılıb dekoratik şəklə düşmüşdür. Və eşitdiyimiz Vilson prinsipləri, Vilsonun deyil, bütün dünya sosialistlərinin prinsipləridir (alqışlar). İnsan bu cərgəyə daxil olmaq üçün bir sinfə malik olmalıdır. İndi bizə nəsil, sənət lazımdır ki, insanlar cərgəsinə daxil olaq. Cümhuriyyət inama daxil olmaq üçün bu yolla çalışdıq, şəxsi mənfəətlərindən ötəri bizləri millətə düşmən edənlər Milli Komitəni dağıtdılar. Onların səhvi məlum oldu.

Məndən irəli nitq söyləyən arkadaşım unutdu, desin ki, bütün millət azad olmalıdır. Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan sifətində baxmalıyız (sürəkli alqışlar). Millətin yarısı işləyib, yarısı işləməsə, o millət çolaqdır. Üzərinə heç bir xeyir yetirə bilməz. Bu gün qadınlarımız gələcək övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar, dövlət və Vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməz, özləri qul və əsir insanlar yaradırlar (alqışlar)…””

N.Yaqublu vurğulayır ki, 1918-ci ilin dekabrın 20-də Parlamentin dördüncü fövqəladə iclası keçirilir. İclasın açılışında çıxış edən H.Ağayev bildirir ki, Parlamentin fövqəladə iclas keçirməsinə səbəb iki başlıca hadisədir: birincisi, gürcü-erməni millətləri arasında qeyri-rəsmi müharibənin aparılması və ermənilərin Gəncə qəzasında, Ağdamda, Şuşada, Cəbrayıl və Zəngilanda vəhşiliklər törətməsidir.

  • Vətəndə keçən son gün…

O yazır ki, Ə.Şeyxülislamov  baş vermiş hadisələrin öz-özündən, yaxud təsadüfdən olmadığı, bu hərəkətin hazırlanmış bir layihə əsasında baş verdiyini qeyd edir. “O, bildirir ki, bu layihə daşnaklar tərəfindən hazırlanıb və indi icra edilməkdədir. Ə.Şeyxülislamov Azərbaycan torpaqlarının onların proqramı ilə Ermənistana verilməsinin qəbuledilməzliyini, qan tökülmədən, sülh yolu ilə hüdud məsələsinin həllini vacib sayıb.

1919-cu ilin yanvarında Ə.Şeyxülislamovun da daxil olduğu Azərbaycanın Sülh Konfransına gedən Nümayəndə Heyətini təntənəli yolasalma mərasimi oldu. Başda Nazirlər Şurasının sədri F.X.Xoyski olmaqla nazirlər, Parlamentin əksər üzvləri dəmiryolu vağzalına toplaşmışdılar. Heyət yola düşməzdən öncə ilk olaraq M.Ə.Rəsulzadə, sonra Ə.Cövdət (Pepinov) və Ə.Ağaoğlu çıxış etmişdilər.

Bu, Əkbər ağa Şeyxülislamovun Azərbaycanda keçən son günü idi. Bundan sonra o, ömrünün sonunadək Fransada qalıb, ağır mühacirət həyatı yaşamağa məcbur olacaqdı.

Qeyd edək ki, Ə.Şeyxülislamov mühacirətdə olduğu illərdə sovet rejiminə qarşı mübarizəsini davam etdirirdi.

1924-cü ilin payızından başlayaraq Polşa dövləti Marşal Pilsudskinin başçılığı altında Qafqaz mühacirlərinin bir təşkilatda birləşdirilməsi xəttini gücləndirməyə başladı. Bu məqsədlə Polşanın Türkiyədəki rəsmi təmsilçisi Roman Knoll tərəfindən İstanbulda Qafqaz Konfederatorlarının Birliyi Komitəsinin yaradılması qərarı alındı.

Ə.Şeyxülislamov da ilk yaradılan təşkilatda fəaliyyət göstərirdi. Əlavə edək ki, Sovet dövləti ilə Türkiyə arasında münasibətlərin yaxşılaşmasına, 1925-ci ilin dekabrın 17-də hər iki dövlət arasında dostluq və neytrallıq haqqında müqavilənin imzalanmasına baxmayaraq, 1931-ci ilə qədər bu ölkədə sovet rejimi əleyhinə təbliğat işləri apara bilirdilər.

1924-cü ilin oktyabrında İstanbulda 3 Qafqaz Respublikasının Azərbaycanın, Gürcüstanın və Şimali Qafqazın məsul siyasi xadimləri tərəfindən bu respublikalar arasında Konfederasiya yaradılması haqqında ittifaq aktı imzalandı.

Həmin aktı Azərbaycan adından imzalayanlardan biri də Ə.Şeyxülislamov idi (X.Sultanzadə və Ə.Əmircanovla birlikdə).

1928-ci ilin dekabrın 4-də M.Ə.Rəsulzadə İstanbuldan Azərbaycan Milli Mərkəzinin Baş Katibi Ə.M.Topçubaşova məktub göndərir. O, məktubda Azərbaycan Milli Mərkəzinin burada keçiriləcək konfransında iştirakı məqsədi ilə M.Y.Mehdiyevin və Ə.Şeyxülislamovun gəlməsinə razılığını bildirir.

Azərbaycan Nümayəndə Heyətinin 1929-cu ilin aprelin 6-da keçirilən iclasının protokolundan çıxarışda Ə.M.Topçubaşova uzun müddətə məzuniyyət verilməsi qeyd olunub.

Həmin iclasa sədrliyi Ə.Şeyxülislamov etmiş, iştirakçılar isə M.Y.Mehdiyev, C.Hacıbəyli, M.Vəkilov və A.Atamalıbəyovdur. Nümayəndə Heyətinin üzvləri Ə.M.Topçubaşovla görüşdüklərini, ona səhhəti və yorğunluğu ilə bağlı, öz istəyini nəzərə alıb məzuniyyət verilməsini vacib sayırlar. İclasda məzuniyyət müddətində Ə.M.Topçubaşova büdcədə nəzərdə tutulan vəsaitin verilməsi bildirilir.

Qeyd edək ki, Mühacirətdə yaşayan azərbaycanlılar arasında, onların münasibətlərində problemlər yox idi. Vətənsizlik, Azərbaycanın işğalı, aparılan mübarizənin uzanması, ağır maddi vəziyyət, şübhəsiz ki, mühacirlərin münasibətlərinə də təsirsiz ötüşmürdü”.

  • “Ömrünün son illərini o, yoxsulluq və ehtiyac içində keçirirdi”

N.Yaqublu yazır ki, 1932-ci ildə Milli Mərkəz daxilindəki ziddiyyətlərdən başlayaraq Ə.M.Topçubaşovla  Ə.Şeyxülislamov arasında narazılıq yaranmışdı. 1934-cü ildə Ə.Şeyxülislamov "Qafqaz" jurnalında "Azərbaycan mühacirətində" başlıqlı yazısında yenicə dünyadan köçmüş Ə.M.Topçubaşovu tənqid etmiş və bu da onun ailəsində etiraza səbəb olmuşdu. Bundan sonra Ə.Şeyxülislamov Milli Mərkəz üzvlüyündən xaric edilmişdi. “Ə.Şeyxülislamov 1961-ci ildə Parisdə vəfat etdi. Ömrünün son illərini o, yoxsulluq və ehtiyac içində keçirirdi. Onu Paris yaxınlığındakı Bobinyidə - müsəlman qəbirstanlığında dəfn etdilər-deyə N.Yaqublu bildirib.

Ömrü qürbətdə başa çatan, Azərbaycanı daim azad və özgür görmək istəyən, son nəfəsinə qədər buna görə mübarizə aparan Şeyxüslamovun arzuları uzun illər sonra çin oldu. İrəvanda doğulan, orada boya-başa çatan Şeyxüslamov milli tariximizdə öz yeri olan dövlət xadimidir. İllər keçir, amma onun parlaq şəxsiyyəti unudulmur, ruhu xatırlanır...

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

26.03.2025 / 12:03
Bu gün sonuncu Qədr gecəsidir

26.03.2025 / 11:29
Ursula fon der Lyaye rədd cavabı aldı!

26.03.2025 / 11:25
Ermənistan rəsmən Aİ-yə üzvlük prosesinin başlanmasına start verdi - TƏCİLİ

26.03.2025 / 11:16
"Bu şərtlərlə əməkdaşlığa hazırıq" - Çindən ABŞ açıqlaması

26.03.2025 / 11:13
İlham Əliyev Banqladeş Prezidentinə təbrik məktubu göndərib

26.03.2025 / 11:04
Bir gündə bu qədər silah-sursat aşkarlandı...

26.03.2025 / 11:01
Qəbələ RLS-ə yeni direktor təyin olundu

26.03.2025 / 10:42
Argentina DÇ-2026-ya vəsiqə qazandı, Braziliya darmadağına üzüldü...

26.03.2025 / 10:35
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

26.03.2025 / 10:31
Marko Rubio və Hakan Fidan Cənubi Qafqazı müzakirə ediblər

26.03.2025 / 08:25
Rusiya ABŞ-dan sanksiyaların ləğvini və SWIFT-ə qaytarılmasını istədi - Trampdan da cavab gəldi…

26.03.2025 / 00:16
ABŞ-ın Rusiya ilə Ukraynasız ərazi müzakirəsi Zelenskini dilə gətirdi - bizimlə heç bir razılaşma olmayıb...

25.03.2025 / 23:51
Mayk Uoltsa olar, Hillari Klintona olmaz?

25.03.2025 / 23:38
Ukrayna dənizdə, quruda və havada hədəfləri vura bilən yeni pilotsuz təyyarə yaratdı

25.03.2025 / 20:22
ABŞ senatorları Rusiyanın dondurulmuş milyardlarının Ukraynaya verilməsini tələb etdi…

25.03.2025 / 19:53
MEDİA Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verdi

25.03.2025 / 19:47
Zatulin Paşinyandan əl çəkmir...

25.03.2025 / 19:23
XİN-dən Mirzoyanın iddialarına cavab - bu taktika heç bir nəticə verməyəcək...

25.03.2025 / 18:33
ISW: “Rusiya Ukraynada atəşkəsdə yox, ABŞ-la əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”

25.03.2025 / 18:17
Qara dənizdə atəşkəs istəyən Rusiyanın əsl hədəfi ortaya çıxdı - gəmilərini batıra bilməyəcəyik...

25.03.2025 / 18:05
Müharibəni dayandırmağa çalışan Trampa ağır ittiham - “Ukraynanı zəiflətmək üçün hər şeyi etdi”

25.03.2025 / 17:04
BAMF-ın nümayəndə heyəti BMT-nin Cenevrə ofisində - FOTO

25.03.2025 / 16:47
Gimnastlarımız Portuqaliyada qızıl medal qazandı - FOTO/VİDEO

25.03.2025 / 16:30
Paytaxtda keçmiş məhkum 13 kq marixuana ilə yenidən tutuldu

25.03.2025 / 15:50
Ermənistan KTMT ilə bağlı mövqeyinə yenidən baxmaqdan imtina etdi - "əslində KTMT özünə baxmalıdır..."

25.03.2025 / 15:15
İranlı ekspert Movahedian növbəti dəfə ermənidən betər ermənilik etdi

25.03.2025 / 14:48
Prezident bütün məsuliyyəti Mərkəzi Bank sədrinin boynuna qoymaq istəyir....

25.03.2025 / 14:25
Putinin paradına kimlər gələcək, kimlər yox?...

25.03.2025 / 13:42
Azərbaycandakı dini konfessiya rəhbərləri Britaniyanın Baş nazirinə müraciət etdi

25.03.2025 / 13:10
Армения возвращается в обьятие России. Опасная игра для региона - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

25.03.2025 / 12:26
Xaçmazda oğurluq edən şəxs saxlandı

25.03.2025 / 11:43
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlandı

25.03.2025 / 11:17
Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

25.03.2025 / 11:15
Trampın nümayəndəsinin müsahibəsi dünyanı heyrətə gətirdi - CANLI

25.03.2025 / 11:05
Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi

25.03.2025 / 01:43
Ər-Riyadda 12 saatlıq Rusiya-ABŞ danışıqlarının detalları açıqlandı - Vaşinqton rusların nəzarətində olan nüvə obyektinin ABŞ-a verilməsini istədi...

25.03.2025 / 00:32
Dünya böyük təhlükədə... Tramp silahlanma yarışını tətiklədi - nüvə dövlətlərinin sayı 25-ə yüksələ bilər...

25.03.2025 / 00:17
Tramp Qrenlandiyanı alacaq: “Avropalıların qışqırığına əhəmiyyət verilməyəcək”

25.03.2025 / 00:03
Kaya Kallas: "Qəzza fələstinlilərə məxsusdur"

24.03.2025 / 23:50
ABŞ-ın yeni planı – “Bütün Fələstini dağıtmaq”

24.03.2025 / 23:36
NYT: “Ukrayna qalıb bir kənarda Moskva ilə ABŞ danışıqlarında hərə öz xeyrini güdür”

24.03.2025 / 23:28
Ukraynanın mədən sənayesi ilə yanaşı nüvə stansiyaları da ABŞ-ın nəzarətinə keçir - saziş yaxın vaxtlarda imzalanacaq...

24.03.2025 / 23:17
İsrailin xarici işlər naziri: “Biz heç yerdəTürkiyə ilə qarşıdurma istəmirik”

24.03.2025 / 19:27
Ukrayna Trampın xüsusi nümayəndəsi Vitkoffun danışıqlardan kənarlaşdırılmasını istədi…

24.03.2025 / 17:19
Azərbaycan D-8-in tamhüquqlu üzvü oldu - təşkilat açıqlama yaydı

24.03.2025 / 16:22
Masallıda 3 mağazanı soyan şəxsin çoxlu cinayətləri ortaya çıxdı... - FOTO

24.03.2025 / 16:06
Xətai və Yasamalda silsilə oğurluqların üstü açıldı...

24.03.2025 / 15:49
DİN-dən müraciətləri asanlaşdıran növbəti yenilik - “E-Polis” mobil tətbiqi + VİDEO

24.03.2025 / 15:26
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - sərhədçilərimiz hərəkətə keçdi + VİDEO

24.03.2025 / 15:11
Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ölkəmizə gətirildi

24.03.2025 / 14:35
Abdulla Gül Ərdoğanı dəstəkləmədi - "İmamoğlu..."

24.03.2025 / 14:12
İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazılaşır...

24.03.2025 / 13:57
İsrail Qəzzada hərbi əməliyyatların bərpasına ABŞ-dan tam dəstək aldı...

24.03.2025 / 13:25
Ermənistan millisi Gürcüstanda biabırçı vəziyyətə düşdü - 1:6...

24.03.2025 / 13:16
Türkiyədən Misirin Qəzza planına dəstək - “İsraili dayandırmadan..."

24.03.2025 / 13:01
Ardıcıl 22 il qol vuran yeganə futbolçu - Ronaldo yenə tarix yazdı

24.03.2025 / 12:43
Gələcək Almaniya kansleri müdafiəyə görünməyən məbləğdə maliyyə ayırcaq

24.03.2025 / 12:16
"Avtomobillər yalnız təyin olunmuş yerlərdə park edilməlidir" - FHN müraciət yaydı

24.03.2025 / 12:10
İki gimnastımız Portuqaliyada qızıl medal qazanıb

24.03.2025 / 12:00
24 sm qar yağıb, 11 dərəcə şaxta var - FAKTİKİ HAVA

24.03.2025 / 11:30
Hakan Fidan sabah ABŞ-a gedir

24.03.2025 / 11:21
17 yaşında qol vurdu, Millətlər Liqasında rekord qırdı

24.03.2025 / 11:17
Bakı sakini Zaqatalada dəm qazından boğulub öldü...

24.03.2025 / 00:08
“Küçələrə çıxıb milli iradəyə barmaq silkələmə dövrü bitdi” - Ərdoğan

23.03.2025 / 23:36
Ermənistanın Suriyada humanitar əməliyyatlarda iştirakı Azərbaycana və qardaş Türkiyənin özünə qarşı çevrilmiş addımdır - Əlican-Marqara keçidi hələ açılmalı deyil...

23.03.2025 / 22:22
Putin Tramp güllələnəndə onun üçün dua etdiyini dedi

23.03.2025 / 20:53
Çexiya prezidenti Ukraynada tezliklə atəşkəsin əldə olunmasına şübhə ilə yanaşdı

23.03.2025 / 20:36
İsrail İordan çayının qərb sahilində 13 yəhudi yaşayış məntəqəsi salır

23.03.2025 / 20:21
Fransada on minlərlə insan irqçilik və dövlət İslamofobiyasına qarşı etiraza qalxdı

23.03.2025 / 19:40
İmamoğlu İstanbul Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırıldı

23.03.2025 / 17:38
Kurskdakı Ukrayna əsgərləri mühasirədə… ABŞ açıqladı - vəziyyət son dərəcə ciddidir

23.03.2025 / 17:12
Tramp Qəzzadan sonra gözünü Krıma dikdi - Putinlə gizli razılaşma iddiası…

23.03.2025 / 16:23
Ermənistan siyasətçiləri və şərhçilər qardaş Türkiyənin daxili siyasi hadisələrini var güclə qızışdırırlar, çünki onlar türk düşmənləridir...

23.03.2025 / 16:10
Tramp: “Putini dünyada məndən başqa kimsə dayandıra bilməz”

23.03.2025 / 15:58
Rusiya Zaporojye AES-ə nəzarəti Ukraynaya verməyəcək

23.03.2025 / 14:21
Narkotikin təsiri altında olan sürücü saxlanılıb

23.03.2025 / 13:55
İsrail Qəzza xalqı barədə növbəti dəhşətli qərarı verdi

23.03.2025 / 13:15
İmamoğlu barəsində həbs qətimkan tədbiri seçildi...

23.03.2025 / 11:08
Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifi təbrik edib

23.03.2025 / 10:05
XİN Mirzoyanın COP-la bağlı iddialarına cavab verdi - danışıqlardan xəbərsizdir...

22.03.2025 / 22:47
ABŞ-ın gizli planları ortaya çıxdı, Ermənistan qarışdı - İrəvanda gizli biolaboratoriyalara qarşı etirazlar başladı…

Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456