Menendezin erməni arvadı Arslanyan bu boyda senatoru bütün ABŞ-ın maraqlarına qarşı yönəldə bilir...

ABŞ-ın Manhetten prokurorluğu ermənipərəst çıxışları ilə tanınan Nyu-Cersi ştatından olan senator Robert Menendezin həyat yoldaşı Nadine Arslanyanın ərinin mövqeyinə təsir göstərmək istəyən şəxslərdən hədiyyə almasını və ya onların xidmətlərindən yararlanmasını araşdırır. Bu barədə “Wall Street Journal” yazıb.
Nəşrin məlumatına görə, N.Arslanyanın tərəfdaşları Nyu-Yorkun Cənub Dairəsi üzrə prokurorluğun apardığı istintaq prosesi çərçivəsində məhkəməyə çağırılıb və onlardan həm Nadine Arslanyan, həm də Robert Menendez haqqında məlumat vermələri istənilib.
Bu istintaq amerikalı senatorun 2015-ci ilin aprelində Floridada çalışan göz həkimi Solomon Melqendən rüşvət alması ilə bağlı istintaqdan ayrı aparılır. Həmin vaxt prokurorlar Menendezi seçki kampaniyası çərçivəsində 1 milyon dollara yaxın ianə və bahalı hədiyyələr almaqda, həmçinin Melqenin şəxsi təyyarəsilə səyahət etməkdə günahlandırıblar.
Nadine Arslanyana qarşı hazırkı istintaq 2019-cu ildə baş vermiş hadisələrlə bağlıdır. Belə ki, həmin vaxt Misirə ixrac olunan ətin halal olduğunu sertifikatlaşdırmağa icazəsi olan yeganə şirkətin rəhbəri Nyu-Cersili iş adamı Vael Xananın əmlakında axtarış aparmaq üçün icazə verilib. Həmin şəxs isə N.Arslanyanın ortağıdır.
Prokurorluq iş materiallarına əsasən, mümkün gizli xarici lobbiçilik faktının olub-olmadığını araşdırır.
Görünən budur ki, tanınmış bir senator erməni arvadının felinə uyaraq, ümum ABŞ maraqlarına belə zidd gedir. Bunun səbəbibini nə ilə izah etmək olar?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, bu adam məhz arvadının milli mənsubiyyətinə görə ən qatı ermənipərəst mövqe sərgiləyib: “44 günlük müharibədən sonra Vaşinqtonun Bakıya yardım məsələsi Dövlət Departamenti rəhbərinin iştirakı ilə keçirilən dinləmələrdə qaldırılıb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes ABŞ rəhbərliyinin müstəsna əsasda, hərbi hökumət də daxil olmaqla, Azərbaycan hökumətinə yardım göstərməyə davam etmək qərarından məyus olduğunu bildirmişdi. Qeyd edim ki, Rusiya ABŞ-ın ermənipərəst senatoru Robert Menendesin erməni əsilli arvadına qarşı sansksiya tətbiq edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Rusiya Federasiyası ərazisinə girişi qadağan olunan 200 ABŞ vətəndaşının adı və soyadının dərc olunduğu siyahıda ermənipərəstliyi ilə tanınan Robert Menendesin arvadı Nadine Arslanyanın da adı var. ABŞ-da çox böyük erməni disporu fəaliyyət göstərir. Onlar müxtəlif nüfuzlu şəxsləri öz maraqlarına xidmət elətdirirlər. Senatorlar və konqresmenlərin pulla ələ alınması ilə yanaşı, milli faktordan da istifadə edilir. Həyat yoldaşları erməni olanlar asanlıqla ermənilərin toruna düşüb, obyektivliklərini itirirlər. Ermənilər bu məkrli siyasətlərini uzun illərdi hıyata keçirirlər. Hətta Rusiya və digər dünya ölkələrində də bu tendensiya var. Onlar erməni qadınları vasitəsilə təsir imkanlarından bütün tarix boyu istifadə ediblər. Vəziyyəti o həddə çatdırıblar ki, sözügedən senator oyrəncəkli olub. İndi isə ABŞ-ın maraqlarını pula satmaqla məşğuldur. Menendezin düşdüyü bu rəzil durum digərləri üçün vacib örnək olmalıdır. Baxıb ibrət götürsünlər və onun səhvini bir daha təkrar etməsinlər”.
Məhəmmədəli QƏRİBLİ