Akif Nağı İran səfiri ilə görüşdə QAT-ın bu ölkədə nümayəndəliyinin yaradılmasını təklif edib
.jpg?v=1520254601)
Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayinlə görüşüb. QAT-dan APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında rəsmi və qeyri-rəsmi səviyyələrdə münasibətlərin daha da yaxşılaşması, bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsiri, qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin əməkdaşlığı və digər məsələlər müzakirə olunub.
QAT sədri Azərbaycanla İran arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi, bu münasibətlərdə qeyri-hökumət təşkilatlarının rolunun artırılması, İranda QAT-ın nümayəndəliyinin yaradılmasının vacibliyini vurğulayıb.
Səfir qoyulan məsələlərə müsbət yanaşdığını, bu əlaqələrə dəstək verməyə, ölkəsinin Dağlıq Qarabağ məsələsinin həllində istənilən dəstəyi verməyə hazır olduğunu, bu yöndə konkret təkliflər verdiyini bildirib.