Cümə günü, 21 fevral 2025
     

Azərbaycan Talışlarının Ictimai Şurası deyilən təxribatçı qurum böyük etirazlar doğuran böhtançı hesabat yaydı…

Image

Görünən budur ki, 44 günlük müharibədən sonra müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana hansısa yöndən təzyiqlər üçün yeni modellər axtarırlar. İndi də talışların hüquqlarının pozulması, yaxud təhsil almaq hüququnun olmadığı barədə yeni format tapıblar. Azərbaycan Talışlarının İctimai Şurası (ATİŞ) sentyabrın 15-də hesabat yayıb.

Hesabatda Avropa Şurasının 2016-2021-ci illər ərzində “Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Sazişinə istinad edilərək Azərbaycanda talış xalqına münasibətdən bəhs olunur. Bildirilir ki, Azərbaycan hökuməti talışları xalq olaraq tanımır, onların dil, kimlik və təhsil hüquqlarına hörmətlə yanaşmır.

Təbiidir ki, bu iddialar cəfəngiyatdır. Belə sərsəm iddiaların məhz indiki məqamda meydana çıxması təsadüfdür, yoxsa təşkil olunmuş bir oyundur?

Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, özünü “Azərbaycan talışlarının ictimai şurası” adlandıran qurumun Avropa Şurasının Parlament Assambleyasına hesabatı kənar təsirlər nəticəsində ortaya çıxıb: “Azərbaycan multikultural məkan kimi milli azlıqlara və müxtəlif dini konfessiyalara müsbət münasibətilə tanınır:

“Talışlarla bağlı hazırlanıb AŞPA-nın nəzərinə çatdırılan hesabat başdan-ayağa Azərbaycan dövlətinin bu sahədə yeritdiyi siyasətə kölgə salmaq məqsədi güdür. Çünki talışlarla Azərbaycan türkü arasında qohumluq, mənəvi yaxınlıq, qaynayıb-qarışmaq minillərə dayanır. Talışlarla türklər hər zaman bir yerdə olub və həmişə ortaq mövqe nümayiş etdirib. Azərbaycan Prezidentinin azsaylı xalqlarla bağlı xüsusi fərmanı var. Həmin fərmanda azsaylı xalqların milli, mədəni inkişafı üçün bütün müddəalar öz yerini tapıb. Talış xalqına münasibət çox yaxşıdır. Biz qaynayıb-qarışmış bir toplumuq. Onlar bizimlə iç-içə yaşayır. Lənkəranda əhalinin 55 faizi talışlardı, Masallıda əhalinin 30 faizi həmin etnik azlıqlardı. Yalnız Lerik və Astarada əhalinin əksəriyyətini onlar təşkil edir. Talışların yaşadığı Lənkəranda  Dövlət Universiteti var. Orada talış dili və ədəbiyyatı üçün müəllimlər hazırlayan xüsusi fakültə mövcuddur. Bu bölgədə orta məktəblərdə 1-4-cü siniflərə talış dili tədris edilir. Yəni talış dilinə bu kimi diqqət ayrılır. Lənkəranda dövlət tərəfindən maliyyələşdirilən Lənkəran Dövlət Teatrında həm Azərbaycan, həm də talış dilində tamaşalar hazırlanıb nümayiş olunur. Bundan başqa, orda regional televiziya var. Sözügedən regional televiziyada həftənin üç günü talış dilində proqramlar hazırlanıb təqdim edilir. Regional televiziyanın nəzdində radio da var və orda da talış dilində verilişlər yayımlanır. Talışların nümayəndələri Azərbaycan parlamentində, müxtəlif strukturlarda təmsil olunurlar. Mənsubiyyət etibarilə talış olanlar sırf Azərbaycan türklərinin yaşadığı rayonlarda həm icra başçısı, həm polis rəisi, həm də digər vəzifələrdə olurlar. Azərbaycanda ən ali dini təşkilatın başında milliyyətcə talış olan Allahşükür Paşazadə durur. Onun qardaşı isə millət vəkilidir. Yəni bizdə heç bir məhdudiyyət və ayrıseçkilik yoxdur, kadr seçimində şəxsi keyfiyyətə baxılır, milliyyətə deyil”.

Politoloqun sözlərinə görə,  dünyada 6 mindən çox millət olsa da, cəmi 202 dövlət quruluşu var: “Hər bir millətin ayrıca dövlətinin olması mütləq bir norma deyil. İndi biz  Xınalıq kəndində yaşayanlar üçün ayrıca məktəb açmalıyıq? Amerikada 2 mindən çox millətin nümayəndəsi var. Amma o 2 mindən artıq millətin ayrıca məktəb və ya başqa müəssisəsi yoxdur. Rusiyada 26-dan şox türksoylu millət yaşayır. Onlardan yalnız irilərinin - tatarların, başqırdların, çuvaşların zəif bir muxtariyyəti var. Cənubi Azərbaycanda yaşayan 30 milyonluq soydaşımızın isə adi dil haqqı təmin edilmir. Onların dilində tədris, teatr, mədəniyyət müəssiləri yoxdur. Hətta onlara küçələrdə öz dilində danışmağı qadağan edirlər. Bizdə milli azlıqlara xüsusi diqqət göstərilir. 44 günlük Vətən müharibəsində talışlar xüsusi cəsarət, qəhrəmanlıq göstərdilər. Hər zaman talışlar bu cür davranıb, çünki Azərbaycan onların vətənidir və bu vətəni qorumaq üçün həmişə öndə olublar.  Onlar saylarının azaldılmasından gileylənirlər. Siyahıyaalmada kimsə öz milli mənsubiyyətini talış kimi göstərmirsə, biz buna nə edə bilərik? Bütün bu millətlər vahid Azərbaycan ətrafında birləşir. Biz bunun ən bariz nümunəsini 44 günlük müharibə zamanı gördük”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

SON XƏBƏRLƏR

21.02.2025 / 21:17
Trampın Ukrayna siyasəti gürcüləri qəti seçimə yönəltdi - "3+3"...

21.02.2025 / 21:01
Dövlət katibi Rubio senator olanda Putini, indi Zelenskini ittiham edir - Tramp onu çox dəyişdi...

21.02.2025 / 20:46
Gürcüstan elitası Trampın Ukraynanı bada verməsindən məmnun qalıb...

21.02.2025 / 20:31
Dünyanın məşhur yəhudi beyin mərkəzindən çağırış - 907-ci düzəlişi ləğv edin...

21.02.2025 / 20:17
G7 ölkələri Trampın acığına Rusiyaya qarşı bu addımları planlaşdırır...

21.02.2025 / 20:02
Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatdan imtina etdi...

21.02.2025 / 19:48
Avropa mülki missiyası Ermənistan-Azərbaycan sərhədində məktəb və xəstəxanaları da yoxlayır...

21.02.2025 / 19:33
BBC-nin Bakı ofisinin bağlanmasının əsl səbəbi budur - baş-ayaq təsəvvürlər...

21.02.2025 / 19:19
Senatorlar Trampa səsləndilər - Putindən əl çək, Zelenskini rahat burax... Parçalanma başladı...

21.02.2025 / 19:04
Prokurora, hakimə 3500-4500, polis zabitinə 1000-1500?...

21.02.2025 / 18:50
Qarabağ müharibəsi iştirakçısı Xocalıda minaya düşdü - FOTO

21.02.2025 / 18:42
Tramp Zelenskidən Hanter Baydenə görə qisas alır...

21.02.2025 / 18:28
Harutyunyan Qarabağda əməllərini belə gizlətmək istəyir - günahı sovet KQB-nin üstünə atmaq...

21.02.2025 / 18:27
İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirildi

21.02.2025 / 18:10
Qəhrəmanlığı ilə dastan yazan Kənan İbrahimli...

21.02.2025 / 17:48
Avropa ölkələri ilk dəfə BMT-də ABŞ-ı təklədilər - Ukraynaya görə...

21.02.2025 / 17:34
Trampın siyasəti Rusiyanı təhrik edir - Avrasiya Dövlətlər Birliyi qurulur...

21.02.2025 / 17:21
Paşinyanın ermənisayaq konstitusiya islahatı... - VİDEO

21.02.2025 / 17:10
Erməni dinində keşiş voskanyanların da müqəddəsliyi saxtadır - ermənilər Bizansdan əvvəl xristian ola bilməzdilər...

21.02.2025 / 16:58
Paşinyanın yeni konstitusiya oyunlarının arxasında nə dayanır?..

21.02.2025 / 16:45
Çindən Avropaya “Yaşıl dəhliz” - Azərbaycan təşəbbüskar və aparıcı rolda...

21.02.2025 / 16:38
“Sosial İşin Əsasları” təhsil proqramının altıncı mövsümünə start verilir

21.02.2025 / 16:24
Əmək pensiyalarının təyin edilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

21.02.2025 / 16:19
Vüqar Rəhimzadə: Vətənini sevən hər kəs ana dilini sevməli və onun inkişaf etdirilməsinə öz töhfəsini verməlidir

21.02.2025 / 16:16
“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı III cildlik kitabın yenidən nəşrnin təqdimatı keçirilib

21.02.2025 / 16:02
Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verildi

21.02.2025 / 15:51
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır - FOTO

21.02.2025 / 15:35
Qara dənizdə "Natiq Əliyev" tankeri yük gəmisi ilə toqquşdu

21.02.2025 / 15:19
Cəbrayıla köçən daha 33 ailəyə evlərin açarları təqdim edildi

21.02.2025 / 14:45
ABŞ avropalılara söz verdi - Moskva bunu etməyənə qədər sanksiyalar ləğv edilməyəcək...

21.02.2025 / 14:22
Bakıda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlandı

21.02.2025 / 14:07
ABŞ BMT-dən çıxır - ilk addım atıldı...

21.02.2025 / 13:50
Sumqayıtda 20 min manatlıq dələduzluq edən şəxs saxlandı

21.02.2025 / 13:42
Çin ABŞ-Rusiya “konsensusu”nu dəstəkləyir

21.02.2025 / 13:38
ABŞ Prezideni Tramp bir ayda Putinin 29 istəyini reallaşdırdı

21.02.2025 / 13:36
ABŞ və Rusiya İsveçrədə gizli şəkildə Ukraynadakı müharibəni müzakirə ediblər – Reuters

21.02.2025 / 13:34
ABŞ Trampla “fürer” Putinin görüşü üçün əsas şərti açıqlayıb

21.02.2025 / 13:33
Spiker Conson Ukraynaya yeni yardımla bağlı məyusedici açıqlama verib

21.02.2025 / 13:14
“Dövlət Mülki Aviasiya Agentliyi” yaradıldı

21.02.2025 / 13:10
У Затулина что-то горит - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

21.02.2025 / 13:07
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

21.02.2025 / 12:03
“Neftçi” bu gün “Sumqayıt”ı sınağa çəkəcək

21.02.2025 / 11:43
Reuters: ABŞ Kiyevlə “sadələşdirilmiş” resurs sazişi bağlamaq istəyir

21.02.2025 / 11:18
Qarlı havada 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

21.02.2025 / 11:10
Trampın Zelenskiyə basqının şok detalları ortaya çıxdı - CANLI

21.02.2025 / 11:10
Avropadan Moldovaya 2 milyard avroluq VƏD...

21.02.2025 / 11:04
Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib - FOTO

21.02.2025 / 11:01
Böyük Britaniyanın müdafiə naziri Zelenskini Çörçilllə müqayisə edib

21.02.2025 / 10:40
Tramp Avropadan Ukraynanı Rusiyaya “təslim etməyi” tələb edir – AŞPA-nın deputatı

21.02.2025 / 10:22
Bu gün Naxçıvanın bir hissəsi susuz qalacaq

21.02.2025 / 10:21
ABŞ Federal Təhqiqatlar Bürosunun yeni rəhbəri açıqlandı

21.02.2025 / 10:16
Bu iki aktyor məşhur serialı tərk edirlər

21.02.2025 / 10:03
Avropanın bu ölkələri borc içində batır...

21.02.2025 / 10:00
Makron gələn həftə Trampla görüşəcəyini açıqlayıb

21.02.2025 / 09:48
Stiven Kinq Tramp və Maskı “Putini bütləşdirən” xain adlandırdı

21.02.2025 / 09:28
Aleksandra Ustinova “odun üzərinə yağ tökməməyə” çağırıb

21.02.2025 / 09:23
Balaxanı "zibil zavodu" barədə ilkin qərar verildi... Səmərəsiz işləyirmiş...

21.02.2025 / 09:18
Rusiya gecə saatlarında Odessa vilayətinə ballistik raketlərlə hücum edib

21.02.2025 / 09:12
Daha 33 ailə Cəbrayıla köçürüldü

21.02.2025 / 09:07
Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısı 2001-ci ildə təsdiq edilib...

21.02.2025 / 09:04
ABŞ Ukraynaya silah satışını dayandırdı – Ali Radanın deputatı

21.02.2025 / 08:38
Həccə gedənlər sayca azalır, qiymət artır - say itkisi bahalaşdırma ilə əvəzləşdirilir...

20.02.2025 / 23:29
Eyforiyaya düşmək əbəsdir, Paşinyan yeni konstitusiyada Azərbaycanın əsaslı tələbini nəzərə almayacaq...

20.02.2025 / 23:27
"Tramp Ukraynaya nifrət edir və hər barədə onu günahlandırır" - The Times

20.02.2025 / 23:24
"Dünya həqiqət üzərində qurulmalıdır": Trampın Zelenskiyə hücumları respublikaçıları böldü

20.02.2025 / 23:22
Bloomberg: Trampın Zelenskiyə hücumları Kremlin “bütün gözləntilərini doğruldub”

20.02.2025 / 23:18
ABŞ-ın Rusiya aludəçiliyi: Onu “təcavüzkar” adlandırmaqdan belə yayınır

20.02.2025 / 21:45
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama...

20.02.2025 / 21:19
Suriyada Azərbaycana və Türkiyəyə PKK təhdidi aradan qalxa bilər...

20.02.2025 / 21:04
Ermənistan müharibə konstitusiyasını 2026-cı ilin sonunda dəyişəcək...

20.02.2025 / 20:49
Trampın siyasətini tanınmış ABŞ diplomatları da başa düşə bilmirlər...

20.02.2025 / 20:35
Tramp Ukrayna müharibəsinin bütün məsuliyyətini Zelenskinin çiyninə yığdı...

20.02.2025 / 20:32
Harutyunyan Qarabağ münaqişəsinin təhrik edilməsində Sovet İttifaqının xüsusi xidmət orqanlarını ittiham etdi

20.02.2025 / 20:27
Bloomberg: Trampın Zelenskiyə hücumları Kremlin “bütün gözləntilərini doğruldub”

20.02.2025 / 20:23
Qafqazşünaslıq İnstitutu bu səbəbdən bağlandı

20.02.2025 / 20:21
USAID-in pozucu işi barədə Azərbaycan ABŞ-dan rəsmi hesabat istəyə bilər...

20.02.2025 / 20:18
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir - FOTO

20.02.2025 / 20:13
“Rusiya Putinin zəhərindən azad olsun” `- VİDEO

20.02.2025 / 20:08
Zelenski Trampa tövsiyə verdi - "Gəl Ukrayna əsgərləri ilə danış"...

20.02.2025 / 19:54
Paşinyan yeni "Milli ideologiya"nı da saxtalaşdırdı - "erməni aşıq sənəti"?...

20.02.2025 / 19:41
Hərbi çağırışın ilkin qeydiyyatı xaosa çevrilib - 14-15 yaşlı uşaqlar Bakının xəstəxanalarını dolaşır...

Çindən Avropaya “Yaşıl dəhliz” - Azərbaycan təşəbbüskar və aparıcı rolda...

XƏBƏR ARXİVİ

Fevral
B.eÇ.aÇC.aCŞB
272829303112345678910111213141516171819202122232425262728123456789