Bazar ertəsi günü, 7 aprel 2025
     

İcma rəhbərindən şok iddia - Şuşada vaxtilə yəhudi məhəlləsi olub...

Image

“...Bu gün mənə maraqlı məlumat verdilər ki, (tarixçi dostumuz Aron Hanukayev, çox sağ ol!) Şuşada “Yəhudi məhəlləsi” adlanan bir yer olub.

Mənə çox maraqlı gəldi, şuşalı tanışlarımdan sorğu-sual etdikdən sonra məlum oldu ki, bəli, həqiqətən də təxmini olaraq məscidin arxa tərəfində belə məhəllə olub (17-ci məhəllə) və hətta məktəbimizin sürücüsü Oqtay müəllimin uşaqlıq xatirələrinə görə, orada bir neçə yəhudi ailəsi kimi tanınan ailələr də olub.

Bu fakt Azərbaycanın Qarabağ daxil butün bölgələrində müxtəlif xalqların ta qədimdən sülh içində qardaşcasına yaşamalarının bariz nümunəsidir.

Sovet hakimiyyəti dağılan kimi yağı düşmən Şuşanı işğal etməsəydi, indi kim bilir neçə-neçə maraqlı tarixi faktlar üzə çıxardı, öyrənilərdi. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin əfsanəvi ifadəsi yadıma düşdü: "Əziz Şuşa, biz qayıtmışıq!".

Allah sənə rəhmət eləsin, Albert. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və əlbəttə ki, Şuşa fatehlərinə hədsiz minnətdarıq”.

Bu fikirlər Bakıdakı 46 saylı yəhudi məktəbinin müdiri, “Vaad le-atsala” yəhudi təşkilatının Azərbaycan filialının sədr müavini Zamir İsayevin “Facebook”dakı rəsmi hesabında yazdığı statusda əks olunub.

Şuşada vaxtilə yəhudi məhəlləsinin olması məsələsi bizim üçün də çox maraqlı göründü. Sözün düzü, bu barədə çoxlarımız, bəlkə də elə hamımız ilk dəfədir eşidirik.

Şuşada yəhidi məhəlləsi olubmu? Bunu əslən Şuşadan olan tanınmış şəxslərdən soruşduq.

  • Mehman İsmayılov: “Şuşada yəhudi məhəlləsinin olması və orada nə vaxtsa yəhudilərin yaşaması barədə deyilənlər...

Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Şuşada yəhudi məhəlləsi olmayıb, burada 17 məhəllə olub və hamısında da Azərbaycan türkləri yaşayıblar. M.İsmayılovun sözlərinə görə, bunlar Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə olub. “Şuşada 17 məhəllə var idi. Amma  Şuşada heç vaxt yəhudi məhəlləsi olmayıb və orada yəhudilər yaşamayıblar. Şuşa əhalisinin 90 faizi müsəlman-türk əhalisi olub. Bundan sonra isə bura köçürülən bir qism erməni olub. 20-30-cu illər arasında, ümumiyyətlə, Şuşada erməni olmayıb, onlar Şuşaya yenidən köçürülüblər. Dediyim kimi, Şuşada olan 17 məhəllənin hamısının adı sırf türk mənşəli adlardır. Pənahəli xanın vaxtında əvvəl Şuşanın aşağı 8 məhəlləsi salınıb, sonralar yuxarı məhəllələr artaraq 17 məhəllə olub. Şuşada nə yəhudilər olub, nə də yəhudilər yaşayıblar. Şuşada yəhudi məhəlləsinin olması və orada nə vaxtsa yəhudilərin yaşaması barədə deyilənlər həqiqətə uyğun olmayan informasiyadır, dezinformasiyadır. Mən belə başa düşürəm ki, bu, yəhudi lobbisi tərəfindən ortaya atılan bir məsələdir. Şuşa kökündən sırf türk şəhəridir. 17 məhəllənin hamısı da türk məhəlləsidir, Şuşada yəhudi məhəlləsi olmayıb”.

M.İsmayılov əlavə etdi ki, Şuşada qeyri-türklərə aid məhəllələr olmayıb.

  • Vasif Quliyev: “Yəhudilər Şuşaya XIX əsrin əvvəllərində, Rusiyanın tərkibinə daxil olandan sonra gəliblər, onlar tacir idilər”

“Şuşa” qəzetinin redaktoru, tədqiqatçı-jurnalist, əslən Şuşadan olan və Şuşanın tarixini çox mükəmməl şəkildə qələmə alan Vasif Quliyev isə M.İsmayılovun fikrinin əksini söylədi. V.Quliyevin sözlərinə görə, Şuşada yəhudilər yaşayıb və onlar yaşayan yerə “Cuhudlar məhəlləsi” deyilib. “Şuşada yəhudilər olub. Mən bu barədə yazmışam. Yəhudilər Şuşaya XIX əsrin əvvəllərində, Rusiyanın tərkibinə daxil olandan sonra gəliblər, onlar tacir idilər. Yəhudilər yaşayan məhəllə böyük məhəllə olmayıb, kiçik məhələ olub, ora isə “Yəhudilər məhəlləsi” yox, “Cuhudlar məhəlləsi” deyiblər. Bu məhəllədə çox yox, uzaqbaşı 10 ailə yaşayıb. Onlar da həmişə ticarətlə məşğul imişlər, orada dükanları da olub. Amma məscidin arxa tərəfində yox, Üzeyir Hacıbəyovun, Süleyman Ələsgərovun, Rəşid Behbudovun (hər üçü qonşu idilər - V.Q.) evlərinin önündəki Çöl qala məhəlləsində yaşayıblar. Yəhudilər yaşayan məhəlləyə həm də Çöl qala məhəlləsi deyiblər. Çünki qalanın içində yer olmadığı üçün onlar gələndə qalanın çölündə məskunlaşıblar, ona görə də, eyni zamanda, ora Çöl qala deyiblər” - deyə V.Quliyev bildirdi.

  • Səyyar Əliyev: “Eşitdiyimə görə, Şuşada yəhudilər yaşayıblar

Digər bir şuşalı, tarix üzrə fəlsəfə doktoru, görkəmli  rəssam Səyyar Əliyev də bizimlə söhbətində V.Quliyevin fikirlərini təsdiqlədi: “Siz mənə bu barədə sual ünvanladınız, mən də bu məsələni araşdırdım və faktın doğru olduğunu öyrəndim. Eşitdiyimə görə, Şuşada yəhudilər yaşayıblar. Əlbəttə, vaxtilə Şuşada yəhudilərin yaşaması çox yaxşı haldır. Biz hər zaman yəhudilərdən dəstək görmüşük. Birinci Qarabağ müharibəsində Albert Aqarunovun göstərdiyi şücaəti hər zaman minnətdarlıqla xatırlayırıq. Şuşa uğrunda gedən döyüşlərdə yəhudi balası Albertin qəhrəmanlığı unudulmazdır, o, Şuşa uğrunda canını fəda edib”.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

07.04.2025 / 18:32
Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

07.04.2025 / 18:18
Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

07.04.2025 / 18:06
Avroittifaqın Gürcüstanda çevriliş planı ifşa edildi - QHT-lərə bunun üçün pullar verilir...

07.04.2025 / 17:57
BOKT-larda "qızıl ehtiyatları" hansı yollarla əldə edilir?..

07.04.2025 / 17:50
Müraciətlərin çox olduğu məktəblərə qəbul zamanı kimlərə üstünlük tanınacağı açıqlandı

07.04.2025 / 17:44
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

07.04.2025 / 17:37
Neftimizi 70 dollardan aşağı düşürə biləcək 2 ciddi təhlükə var...

07.04.2025 / 17:34
Qarabağ mövzusu sülh sazişindən bu yolla çıxarıldı - erməni XİN-in yanlışı...

07.04.2025 / 17:23
“Şərurlu İsfəndiyar” təhqir etdiyi alimlərdən üzr istəməyə necə məcbur edilə bilər? - Rəylər...

07.04.2025 / 17:10
Almanlar rusları "antifaşizm - 80" tədbirlərindən qovdular - kim haqlıdır?..

07.04.2025 / 16:57
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi - səbəbini də ilk dəfə açıqladı...

07.04.2025 / 16:45
Azərbaycan Prezidentinin Pakistan səfəri ermənilərə od qoydu

07.04.2025 / 16:36
“Düşünсə dəhlizi”

07.04.2025 / 16:22
ABŞ üniversitetlərində repressiya dalğası

07.04.2025 / 15:42
Valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması təklif edilir

07.04.2025 / 15:25
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

07.04.2025 / 15:21
İsrail jurnalistlərin olduğu çadırı vurdu

07.04.2025 / 15:16
Babayan: "Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim"

07.04.2025 / 14:44
"Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - David Babayan

07.04.2025 / 14:15
Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

07.04.2025 / 13:51
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü

07.04.2025 / 13:38
Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən bıçaqlandı...

07.04.2025 / 13:26
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi

07.04.2025 / 13:20
İran Azərbaycana yeni səfir təyin edəcək

07.04.2025 / 13:10
Трамп и Путин совершили грубейшую ошибку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.04.2025 / 12:51
Həyəcan verici perspektivlər: hökumətimizin bunlardan xəbəri varmı?!

07.04.2025 / 12:47
Qarabağ bölgəsi Bakının sosial yükünü necə azalda bilər?

07.04.2025 / 12:41
Şəmkirdə quldurluqda şübhəli bilinən şəxslər saxlandı - FOTO

07.04.2025 / 12:25
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

07.04.2025 / 12:06
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır

07.04.2025 / 12:00
"Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək - metropoliten rəsmisi

07.04.2025 / 11:43
DSX hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

07.04.2025 / 11:33
Sahibə Qafarova daha 3 il sədrlik edəcək - Qoşulmama Hərəkatından QƏRAR

07.04.2025 / 11:25
Bakıda 53 evin qaz sayğaclarını oğurlayanlar yaxalanıb

07.04.2025 / 11:15
Dmitriev:- “Amerika şirkətləri Rusiyaya qayıtmaq üçün minnətci düşürlər”

07.04.2025 / 11:08
Gələn aydan Bakıdan Kişinyova hər gün uçuşlar başlayır

07.04.2025 / 11:03
İran Bakıda ravvini öldürmək istədi - CANLI

07.04.2025 / 11:00
Bu gün Binəqədinin əksər yerlərində işıq olmayacaq - XƏBƏRDARLIQ

07.04.2025 / 10:31
"Yalnız bu halda saziş bağlaya bilərik"- Tramp Çinə şərtini açıqladı

07.04.2025 / 10:16
Əhməd əş-Şəraa Ankara yolçusudur

07.04.2025 / 10:07
5 güləşçimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

07.04.2025 / 10:00
Bu gün Bakının 2 rayonu qazsız qalacaq

07.04.2025 / 09:39
TƏCİLİ - Cəbrayılda minaya düşən hərbçimiz həlak oldu

07.04.2025 / 09:32
Şəmkirdə 3 quldur yaxalanıb

07.04.2025 / 09:29
50-dən çox ölkə Trampa minnətçi düşüb - gömrük rüsumlarına görə...

07.04.2025 / 09:15
"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

07.04.2025 / 09:10
Berliner Zeitung: “Dmitriev Rusiya-ABŞ danışıqlarında əsas fiqur oldu”

07.04.2025 / 09:03
Xaçmazda ər arvadını öldürüb

07.04.2025 / 00:33
ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

06.04.2025 / 22:31
Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

06.04.2025 / 22:07
İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

06.04.2025 / 21:53
İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

06.04.2025 / 20:26
Mask Trampın tarif qərarına qarşı çıxdı - ləğv edilsin və...

06.04.2025 / 20:12
Trampın müşaviri ilə bağlı növbəti qalmaqal - Uolts bu dəfə cəzalandırıla bilər...

06.04.2025 / 19:57
Konqres Trampa impiçment hazırlayır

06.04.2025 / 19:43
İsrail iki britaniyalı deputatı ölkədən qovdu...

06.04.2025 / 19:16
“Trampın Ukraynaya sülh gətirəcəyinə inanmaq sadəlövhlükdür”

06.04.2025 / 18:50
ABŞ ikinci THAAD batareyasını İsrailə təhvil verdi

06.04.2025 / 18:09
Rusiya Ukraynanın qərbini bombaladı - Polşa NATO qırıcılarını havaya qaldırdı...

06.04.2025 / 17:20
Avropa və ABŞ-da Tramp və Maska qarşı etiraz aksiyaları keçirilir

06.04.2025 / 16:58
Tanımış yazar Kənan Hacının yubileyi qeyd olunub

06.04.2025 / 16:20
Bir gündə 4 vətəndaşımız minaya düşdü - XİN-dən Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış...

06.04.2025 / 14:11
Ağdamda ata və 2 övladı minaya düşdü...

06.04.2025 / 13:27
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin UFO-larla bağlı dəhşətli bir sənədi ortaya çıxdı - yadplanetlilər 35 il əvvəl 23 sovet əsgərini daşa çeviriblər...

06.04.2025 / 12:32
Ukraynada ABŞ-la planlaşdırılan sazişin detalları sızdırıldı - Zelenski SBU-nu hərəkətə keçirdi

06.04.2025 / 11:20
ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü

06.04.2025 / 01:44
Orban İsrailin, Netanyahu Macarıstanın bayrağının altında dayandı...

06.04.2025 / 01:23
Tramp və Putin: bir məzara iki iddiaçı

06.04.2025 / 00:15
Pezeşkian: “ABŞ təkcə İranı deyil, bütün dünyanı aşağılayır”

06.04.2025 / 00:07
BMT Şurası Vaşinqton və İsrailin cəhdlərinə baxmayaraq Albaneseni yerində saxladı

05.04.2025 / 23:56
Sabah İmamoğlunun taleyinə qərar veriləcək...

05.04.2025 / 22:52
PSJ çempionluğunu elan etdi!

05.04.2025 / 20:16
İran Yəməndəki ordusunu geri çəkir, regiondakı digər silahlı qruplara da dəstəyi dayandırır - ABŞ-la müharibə hazırlığı…

05.04.2025 / 17:36
Zakir Həsənov xidməti müşavirə keçirdi - vəzifəli şəxslərə tapşırıqlar verildi

05.04.2025 / 17:17
Rəsmi Bakı Avropadan haqlı təminat istəyir - inandırın ki, uzun zaman qaz alacaqsınız...

05.04.2025 / 17:01
İsrail də Suriyada Türkiyə ilə qarşıdurma istəmir

05.04.2025 / 16:53
Público: “Rusiya ABŞ-la AB-yə qarşı tərəfdaşlıq formalaşdırır”

05.04.2025 / 16:50
Pezeşkiyan dəbdəbəli səyahətə çıxan köməkçisini bağışlamadı

05.04.2025 / 16:48
“Aprelin 7-də Ağ evdə Nitanyahunun Trampla görüşəcəyi gözlənilir”

05.04.2025 / 16:47
Misir İsraili gərginliyi artırmaqda ittiham etdi

05.04.2025 / 16:27
Bakıda mühakimə olunan ermənilərin işində yenidən "ATƏT oyunu"...

Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011