Cümə axşamı günü, 1 may 2025
     

Prezidentin Qəbələyə ən yeni səfərinə qədər alban dili və əlifbasının öyrənilməsi sahəsində nə iş görülüb... - I yazı

Image

Prezident İlham Əliyevin Qəbələyə sonuncu səfəri və ölkə başçısının alban-udi icması ilə görüşü, alban kilsələrini ziyarət etməsi, görüş zamanı alban dilinin və əlifbasının tədris edilməsini, öyrədilməsini önə çəkməsi albanşünasların qarşısına yeni vəzifələr qoydu, bu vacib məsələni daha da aktuallaşdırdı.

Qafqaz Albaniyasının şəriksiz varisi olan müasir Azərbaycan dövləti alban irsinin daha dərindən öyrənilməsində, yaşadılmasında və təbliğində maraqlıdır.

Ölkə başçısının Qəbələyə səfərinə qədər albanşünaslıqda hansı işlər görüldüyü özü maraqlı məsələdir. Alban dilinin, əlifbasının, bir sözlə, alban irsinin təbliğinin, tədrisinin və öyrədilməsinin önündə getmək üçün mütəxəssislərimiz varmı, ümumiyyətlə, alban dilini və əlifbasını bilənlərimiz yetərincədirmi, bu sahədə mütəxəssis yetişdirə bilmişikmi?

Ölkəmizdə albanşünasların sayı elə də çox deyil, əlbəttə, bunun da müxtəlif səbəbləri olmamış deyil. Alban tarixinin, dilinin, əlifbasının öyrənilməsi istiqamətində o qədər tabu, maneə olub ki, bəzən alimlərimiz həqiqəti dilə gətirməkdən çəkiniblər. Bu gün isə Azərbaycan müstəqildir və alban dilinin, əlifbasının öyrənilməsi, təbliği, bu sahədə mütəxəssislərin yetişdirilməsi, tədrisin təşkil edilməsi məsələsində ortada dövlətin iradəsi var.

  • “Azərbaycanda Albaniya tarixinin öyrənilməsi “Gülüstani İrəm” əsəri ilə başlayır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, albanşünas Ellada Bəkirova “Bakı-Xəbər”ə bildirdi ki, müasir dövrdə alban irsinin kompleks şəkildə öyrənilməsinə ciddi ehtiyac var. İndiyə qədər alban irsinin, Albaniya tarixinin, coğrafiyasının və sair öyrənilməsi istiqamətində xeyli iş görüldüyünü vurğulayan E.Bəkirovanın sözlərinə görə, bu sahədə proses davam etdirilməlidir. Albaniya tarixinin öyrənilməsi işinə hələ Çar Rusiyası dövründə başlanıldığını deyən E.Bəkirovanın verdiyi məlumata görə, Azərbaycan tarixşünaslığında Albaniya tarixi haqqında ilkin məlumatlara Abbasqulu ağa Bakıxanovun “Gülüstani İrəm” əsərində rast gəlinir. “Ümumiyyətlə, Albaniya tarixinin araşdırılmasının tarixi qədimdir. Bizdə Albaniya irsinə maraq Çar Rusiyası dövründən başlayıb. Çünki o dövrdə Çar Rusiyası işğalı yeni gerçəkləşdirmişdi, onda işğal etdiyi ərazilərin tarixini öyrənməyə maraq yaranmışdı. Yəni iqtisadi səbəblərdən, məcburiyyətdən yavaş-yavaş işğal etdiyi ərazilərdə yaşayan xalqların tarixi ilə də maraqlanılmışdı. İlk tədqiqatlar XIX əsrin ilk yarısına təsadüf edir. Amma sonrakı dövrlərdə təbii ki, Albaniya tarixi ilə bağlı daha elmi məqsədli araşdırmalar oldu. Azərbaycan tarixşünaslığından danışsaq, yəni sırf azərbaycanlıların alban tarixi ilə məşğul olmasının tarixinə nəzər yetirsək, ilk izlərə Abbasqulu ağa Bakıxanovun “Gülüstani İrəm” əsərində rast gəlirik. Azərbaycanda Albaniya tarixinin öyrənilməsi “Gülüstani İrəm” əsəri ilə başlayır. Daha sonra bu istiqamətdə daha ciddi tədqiqatlar meydana çıxıb. Antik dövr Albaniyası ilə bağlı ən ciddi tədqiqatlar aparan isə Kamal Əliyev olub. Kamal Əliyevin Albaniya ilə bağlı çoxlu əsəri var. O, antik yunan-roma müəlliflərinə istinadən sırf antik dövr Albaniyasını işləmişdi və “Antik Qafqaz Albaniyası” və sair kitabları var, bu barədə çox kitab yazıb. Eyni zamanda, Albaniya tarixi ilə bağlı olan mənbələrin tərcüməsini etmişdi. Yəni Kamal müəllim yunan və roma müəlliflərinin əsərlərindən Albaniyaya aid hissələrin tərcüməsini vermişdi, bu da çox əhəmiyyətli məsələ olub. Sovet dövründə Azərbaycanda Albaniya tarixi ilə məşğul olan başqa alimlər də olub. Biz onlardan Fəridə Məmmədovanın adını çəkə bilərik, hazırda yaşayır, o, Albaniyanın həm antik dövrünün, həm də erkən orta əsrlər çağının tədqiqi ilə məşğul olub. Bildiyim qədər, Fəridə xanım Moyisey Kalankatlunun “Alban tarixi” əsərini oxuyan bəlkə də yeganə azərbaycanlıdır, ikinci belə bir adam yoxdur. Fəridə xanımın da tədqiqatları məlumdur və onun Albaniya tarixi, coğrafiyası ilə bağlı bir sıra əsərləri var. O, “Albanlar” adlı böyük əsər yazıb və sair. Düzdür, Fəridə xanımın müyyən məsələlərdə razılaşmadığımız fikirləri də var, amma ümumən götürəndə albanşünaslıq baxımından onun tədqiqatlarının həqiqətən də yeri ayrıdır. Xüsusən də tarixi-coğrafiya əsərlərinin”.

  • “Sovet dövründə məhdudiyyətlər olub”

Albaniya tarixinin müxtəlif səviyyələrdə araşdırıldığını deyən E.Bəkirovanın sözlərinə görə, bu məsələ arxeologiya baxımından da araşdırılıb. “Alban dövrü abidələri də araşdırılıb. Alimlərimiz Mingəçevir, Qəbələ və digər bölgələrdə olan alban  abidələrini araşdırmışlar. Albaniya dövrü abidələri arxeologiya sahəsində geniş araşdırılmış sayılır. Sadəcə, Qarabağın dağlıq hissəsinin arxeologiyası yetərincə tədqiq edilməyib. Bu məsələ həmişə problemli olub. Albaniyanın o bölgəyə düşən, aid olan hissəsinin arxeoloji cəhətdən tədqiqi bir qədər zəifdir. Məsələn, mən öz tədqiqat işim üzərində işləyəndə də bu bölgə ilə bağlı çox az materiala rast gəlirdim. Ola bilsin, Sovet dövründə məhdudiyyətlər olub, müəyyən məsələlərə görə bu işlər zəif gedib. Sonra isə həmin torpaqlarımız işğal edilmişdi və uzun illər işğal yaşadıq. 1990-cı ildən bəri alban abidələrinin tədqiqindən danışanda Qarabağdakı abidələrdən danışa bilmirik. Çünki ora uzun illər işğal altında olub. İndi isə vəziyyət başqadır, ərazilərimiz işğaldan azad edilib, torpaqlarımız geri qaytarılıb. Bundan sonrakı tədqiqatlarda daha çox Qarabağın dağlıq hissəsindəki alban irsi araşdırılacaq. Çünki işğal səbəbindən bu ərazi bizim üçün uzun illər əlçatan olmayıb. Mənə elə gəlir ki, indən sonra işlər daha sürətlə gedəcək. Ona görə ki, alban irsinin böyük bir hissəsi, xüsusən də Albaniya xristianlıq irsinin, Albaniyanın xristianlığa qədərki irsinin böyük bir hissəsi işğaldan azad olunmuş ərazilərimizdədir.

Prezidentin işğaldan azad edilmiş rayonlarımıza səfərləri, hər səfərində alban irsini xatırlatması bizdə bir daha əminlik yaradır ki, bu irs həqiqətən də tədqiqatçıların diqqətində olacaq və daha dərindən araşdırılacaq”.

  • “Bu, Azərbaycan tarixşünaslığında bir sual işarəsidir...

Alban əlifbasına, yazısına gəlincə, E.Bəkirova bildirdi ki, Azərbaycan albanşünaslarının əlində olan alban yazıları Mingəçevirdən tapılan alban əlifbasıdır və bundan əlavə, digər yerlərdən tapılan nümunələrdir. “Tarix Muzeyində də var, şamdanların üzərində alban əlifbası izləri qalıb, burada alban əlifbası ilə yazılan işarələr var. Onlar runik işarələrə çox bənzəyir. Son dövrlərdə alban işarələri ilə bağlı araşdırmalar Avropa və gürcü tədqiqatçıları tərəfindən də aparılıb. Buna səbəb nədir? Sinayda palimpsestlər tapılmışdı, üstündəki yazılardan birinin də alban dilində olduğu deyilirdi. Çünki orada bir neçə dildə yazı vardı. Həmin palimpsestləri sonradan udi dili vasitəsilə oxumağa cəhd edildi. Amma bunun özü də tam sübut olunmuş bir məsələ deyil. Nəyə görə M.Kalankatlı alban əlifbasından danışarkən deyir ki, “albanların əlifbasını Mesrop Maştos (?) qarqar dili əsasında düzəltdi”. O, udiləri də tanıyırdı, digər etnosları da bilirdi, amma nəyə görə udi əlifbası əsasında deyil, qarqar dili əsasında deyir, bax, bu, mübahisəli məsələdir. Yəni heç bir mənbədə göstərilmir ki, alban əlifbası udi əlifbası əsasındadır. Amma o yazıların udi dili əsasında oxunmasına Gürcüstan tarixşünaslığında və Avropanın məşhur tədqiqatçılarının tədqiqatlarında rast gəlinir, amma bu, Azərbaycan tarixşünaslığında bir sual işarəsidir. Üstəlik də Mingəçevir əlifbasının sirri hələ açılmadığı üçün biz onu tam əminliklə deyə bilmirik ki, udi əlifbası alban əlifbasıdır”.

M.Maştos adlı tarixdə insan olmadığı və onun qriqoryan kilsəsi tərəfindən uydurma bir obraz olduğu məlumdur. Bu mifik obrazın Kalankatlının məşhur əsərində peyda olmasının özü də xeyli şübhəli məqamlardan xəbər verir. Onu da nəzərə alsaq ki, M.Kalankatlının “Albaniya tarixi” hazırda qrabardadır. Bu kitab qrabarda yazıya alınarkən Maştos məsələsinin ora əlavə edildiyi də heç bir şübhə doğurmur. Hər halda, bütün bunlar alban irsinin növbəti tədqiqat prosesi zamanı öyrənilib üzə çıxarılacaq olan məsələdir. Bilirik ki, ayrı-ayrı mənbələrdə Qafqaz Albaniyasında bir deyil, 4-5 əlifba mövcud olduğu və yalnız onlardan 52 hərfdən ibarət olan qarqar əlifbası əsasında yaradılan əlifbanın bizə gəlib çatdığı qeyd edilib. Kalankatlının “Albaniya tarixi”nə erməni barmağının toxunub-toxunmadığını da alimdən soruşduq.

“Bilirsiniz, M.Kalankatlının “Albaniya tarixi” əsərinin orijinalı bizə gəlib çıxmayıb. Bizim əlimizdə olan variant qrabardadır. Siz bilirsiniz ki, ermənilərin tarix yazma anlayışları bizimkindən çox fərqlidir. Siz əgər ən qədim dövrlərdən “Ermənistan tarixi” adlı kitab axtarsanız, tapa bilməzsiniz. Onların hamısı “erməni xalqının tarixidir”, ermənilər öz tarixlərini qədimləşdirmək, şişirtmək üçün müxtəlif xalqların tarixinə müdaxilə ediblər, oradan nələrisə qoparıblar. M.Maştos məsələsinə gəlincə, o, albanlar üçün əlifba yaratmayıb” - deyə alim bildirdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

01.05.2025 / 17:15
Rusiyada bir mənzildə güclü partlayış 3 ukrayna agentini ələ verdi - bomba əllərində partladı...

01.05.2025 / 17:03
Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...

01.05.2025 / 16:33
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

01.05.2025 / 16:28
“Azəristiliktəchizat”a yeni sədr təyin edildi

01.05.2025 / 16:20
Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edildi

01.05.2025 / 16:17
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - FƏRMAN

01.05.2025 / 15:19
Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası ona həvalə olundu

01.05.2025 / 15:13
“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”

01.05.2025 / 15:11
Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı

01.05.2025 / 15:06
Polis Qaradağda əməliyyat keçirdi - saxlanan var...

01.05.2025 / 14:50
Koordinasiya Şurasının növbəti iclası keçirildi

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:23
"Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var" - Eldar Səmədov

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 13:22
Bir gündə vətəndaşların bank kartlarından 30 min manat apardılar - DİN növbəti dəfə xəbərdarlıq etdi

01.05.2025 / 13:10
Что такое родина для армян? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.05.2025 / 12:54
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:05
Putin məhz buna görə sülhdən qorxur - CANLI

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanımı olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

30.04.2025 / 18:21
Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

30.04.2025 / 18:14
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirildi

30.04.2025 / 18:07
Tbilisidə oxuyan tələbələrimizlə bundan sonra müşavir məşğul olacaq...

Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678