Ümidlərimiz tükənən vaxt yanımızda oldunuz - Milli Qəhrəman, general-mayor Fəxrəddin Cəbrayılov Prezidentə nələrdən yazdı...

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Cəbrayılov Fəxrəddin Mövsüm oğlu Prezident İlham Əliyevə müraciət edib.
“Ailəm üçün etdiklərinizə görə Sizə sonsuz ehtiramımı və minnətdarlığımı bildirirəm.
Həyatımın ən çətin anında - ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşımla bağlı ümidlərimin tükəndiyi bir vaxtda Siz kömək əlinizi uzatdınız, müraciətimə həssaslıqla yanaşaraq lazımi göstəriş verdiniz. Heydər Əliyev Fondunun xətti ilə həyat yoldaşımın Türkiyədə müalicəsi üçün bütün işlər görüldü, ailəmizə böyük sevinc bəxş edildi.
Sizə dərin təşəkkürümü bildirirəm, cənab Prezident. Siz və ailəniz həmişə sağlam və xoşbəxt olasınız. Mən bu qayğınızı heç zaman unutmayacağam. Mən həmişə Sizin əsgəriniz olmuşam, bu gün də hər bir əmrinizin icrasına hazıram. Allah Sizi qorusun” - deyə Azərbaycanın Milli Qəhrəmanı Prezidentə müraciətində bildirir.
Baki-xeber.com