Cümə günü, 11 aprel 2025
     

İrəvanın məşhur Sərdar Sarayının eksponatları Tiflisdə harada saxlanır?

Image

İrəvanın məşhur Sərdar Sarayı (İrəvan xanlarının sarayı) 300 ildən artıq bir dövrdə Cənubi Qafqazın ən möhtəşəm saraylarından biri kimi mövcud olub. Rus işğalına qədər öz əzəmətini qoruyan Sərdar Sarayında İrəvan xanları yaşayıblar.

Sərdar Sarayı çar ordusunun işğalından sonra əraziyə köçürülən ermənilər tərəfindən dağıntıya məruz qalıb. İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılan, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilən sarayda 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirib.

Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797-1834), Abbas Mirzənin (1784-1833), Rüstəm və Söhrabın portretləri olub. Saray 1913-1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb, dağıdılıb. Saraydakı portretlər çıxarılaraq Tiflisə aparılıb və hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanmaqdadır. 1918-ci ildə isə ermənilər sarayı yerlə-yeksan ediblər.

Sərdar Sarayına aid olan əşyalar, portretlər və digər eksponatların taleyi uzun illər idi ki, müəmmalı olaraq qalırdı.

Bəzi tədqiqatçılar qeyd edirlər ki, saray İvan Paskeviç tərəfindən işğal edildikdən sonra saraya aid bütün qiymətli əşyalar Rusiya muzeylərinə daşınıb. Bəziləri isə Sərdar Sarayına aid eksponatların ermənilər tərəfindən mənimsənildiyini bildirirlər. Son dövrlər üzə çıxan məlumatlara görə isə bu eksponatlar Tiflisdə, olduqca ağır şəraiti olan zirzəmidə saxlanır.

Artıq Azərbaycan tərəfi Sərdar Sarayının eksponatlarının izinə düşüb. Belə ki, o eksponatların xeyli  hissəsi Heydər Əliyev Mərkəzində açılan “Tarixin şah əsərləri” adlı sərgidə nümayiş olunur. Qacarlar sülaləsi dövründə yaradılan və toplanan Azərbaycan incəsənəti nümunələri, İrəvan xanlarının sarayı və ya Sərdar Sarayından yadigar qalan məişət əşyalarının nümayiş olunması diqqəti çəkir.

Mediada tarixi İrəvan qalası və ermənilər tərəfindən məhv edilmiş Sərdar Sarayı ilə bağlı maraqlı faktlar yer alıb. Onu da vurğulayaq ki, Sərdar Sarayına aid eksponatların heç də hamısı qalmayıb, onların xeyli hissəsi məhv edilib.

  • Solmaz Tohidi: “Bu eksponatların Azərbaycana gətirilərək bərpa edilməsində və sərgilənməsində Heydər Əliyev Fondunun və Prezident Administrasiyasının böyük rolu var”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Tohidi Fransanın Anadolu Araşdırmaları Mərkəzi ilə G.Sereteli adına Gürcüstan Dövlət Şərqşünaslıq İnstitutunun birgə təşkil etdiyi “Geriyə və gələcəyə baxış: İranın Qafqazda təsirinə dair” mövzusunda beynəlxalq elmi konfransa iştirak edərkən Sərdar Sarayının eksponatlarının izinə düşüb. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin eksponatlar Gürcüstanda zirzəmidə saxlanıb: ”Orada gürcü tarixçiləri ilə söhbət edən zaman bəlli oldu ki, İrəvan qalası dağıdıldıqdan sonra bütün tarixi nümunələr Gürcüstana aparılıb. Tarixçilərlə zirzəmiyə baxan zaman gözlərimə inana bilmədim. Bu gün Heydər Əliyev Mərkəzində sərgilənən eksponatlar orada idi. Daha sonra ölkəyə qayıdıb bu barədə aidiyyəti orqanlara məlumat verdik.

Ermənilərin dağıtmaq istədiyi tariximizə sahib çıxdıq. Bu gün tarixi İrəvan qalası, Sərdar Sarayından  qalan eksponatlar aid olduğu yerdədir. Bu günə qədər dünya tarixçiləri İrəvan xanlığını Azərbaycan xanlığı kimi qəbul etmirdi, hətta gürcü iranşünaslar belə bu fikirdə idi. Nəhayət, biz bunu sübut etdik” - deyə qeyd edən alimin sözlərinə görə, müxtəlif mənbələrdən toplanan məlumatlara görə, illər əvvəl Gürcüstanda zirzəmidə saxlanan eksponatlar üç bölmədə - Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar Sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası əsasında olub. Həmin eksponatlar arasında rus fotoqraf, 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər də yer alıb. Dmitri Yermakov həm də İrəvan qalasının nadir tikililəri - Sərdar Sarayı, məscidlər, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatı ilə göstərən fotoşəkillərin müəllifidir.

Gürcü tarixçilərin məlumatına görə, məşhur İrəvan xanlığına, Sərdar Sarayına aid əşyalar İrəvan qalası dağıdıldıqdan sonra ruslar tərəfindən Tiflisə aparılıb. Həmin eksponatların Tiflisdəki Qafqaz muzeyinə təhvil verilməsi isə XX əsrin birinci rübünə (Sərdar Sarayının dağıldığı ərəfələr - red.) təsadüf edib. İrəvan xanlığı, İrəvan qalası, Sərdar Sarayı ilə bağlı araşdırmalar aparan tanınmış gürcü alim Georgi Beradze də bu məlumatları təsdiq edib.

Alim vurğuladı ki, lakin hər şey bununla bitməyib. Onun sözlərinə görə, aparılan eksponatlar arasında itirilən, sınan parçaların olduğu da güman edilir. Sərdar Sarayının digər əmlakları arasında mebel dəstləri, məişət əşyaları, musiqi alətləri, silah-sursatlar olub. Tarix boyu dillərə dastan olan, eksponat kimi qorunub saxlanan xalçalarımız, onlar haqqında yazılan məqalələrlə yanaşı, bütün bu tarixi faktları görməzdən gələrək həmin xalçaları mənimsəməyə çalışan düşmənlər də az olmayıb.

Alim qeyd edir ki, XX əsrin ortalarında İrəvan xanlığı və Sərdar Sarayının salamat qalmış orijinal əsərləri, saray kompleksinin məscid və sarayının dekorunda istifadə edilən köhnə plitələr Mirzə Qədim İrəvani tərəfindən yenidən boyanaraq istifadəyə yararlı hala salınıb. Beləliklə, vaxtilə Azərbaycan memarlığının incilərindən biri olmuş tarixi saraydan təəssüf ki, sınıq-sökük, uzun illər baxımsız vəziyyətdə olmuş əşyalar qalıb.

S.Tohidinin sözlərinə görə, Tiflisin Milli Rəsm Qalereyasında saxlanan bu eksponatların Azərbaycana gətirilərək restavrasiya olunmasında və həmin eksponatlardan ibarət sərginin açılmasında Heydər Əliyev Fondunun böyük rolu var. “Bu olduqca maraqlı və unikal bir sərgidir. Hər kəsə tövsiyə edərdim ki, gedib o sərgiyə baxsın. Mədəniyyət Nazirliyi və Prezident Administrasiyasının təşkil etdiyi bu sərgi sentyabra qədər davam edəcək. Bu eksponatları Gürcüstan həmişəlik bizə verməz. Amma çox böyük iş görüb o eksponatları bizə veriblər, biz onları restavrasiya edib sərgiləyirik. Bu eksponatların Azərbaycana gətirilərək bərpa edilməsində və sərgilənməsində Heydər Əliyev Fondunun və Prezident Administrasiyasının böyük rolu var.

Həmin eksponatlarla bağlı artıq bir kitab nəşr olunub. İndi onun bukletlərini çap edəcəyik. Gələcəkdə də bu eksponatlarla bağlı müştərək işlər başlayacağı gözlənir. Əsas odur ki, əlimizdə bu qədər fakt var. Bu eksponatların Tiflisdən tapılması da mühüm hadisədir. Sərdar Sarayına aid olan eksponatlar Gürcüstanda vaxtilə saxlandığı zirzəmidən çıxarılıb və Gürcüstan Milli Qalereyasında yerləşdirilib. Burada sarayın mebelləri, başqa əşyaları, o cümlədən də daşlar saxlanır. Bunlar hamısı sərgi üçün ölkəmizə gətirilib. Bu bizim tariximizdir. Əsas odur ki, bu eksponatlar var, saxlanır və Azərbaycan onu öz eksponatları kimi bərpa edib sərgilədi. Sərdar Sarayına aid eksponatlar çox dəyərlidir. O eksponatların aşkarlanmasının özü böyük bir hadisədir” - deyə müsahibim qeyd etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

11.04.2025 / 00:58
Bakıda Türkiyə ilə İsrail arasında Suriya zirvəsi - Azərbaycan iki ölkə arasında gərginliyi azaltmaq üçün hərəkətə keçdi

11.04.2025 / 00:04
İstanbulda 6 saat davam edən Rusiya-ABŞ danışıqları başa çatdı – Vaşinqton və Moskvadan ilk açıqlama...

10.04.2025 / 23:18
Tərtər sakinini aldadıb kartındakı 15 mindən çox pulunu oğurladılar - DİN-dən növbəti XƏBƏRDARLIQ...

10.04.2025 / 22:35
"Bizim Ermənistanın gerçək niyyətləri ilə bağlı ciddi və legitim narahatlığımız var" - Elçin Əmirbəyov

10.04.2025 / 22:04
Türkiyə "Kürəcik radarını" söndürsə, İsrail İran raketlərinə "kor" qalacaq...

10.04.2025 / 21:46
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 21:33
Davit Allahverdiyan işğal edilmiş ərazilərdə becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf etdi

10.04.2025 / 21:27
Tramp yenə fikrini dəyişdi, İranı güc yolu ilə çökdürməyə qərar verdi

10.04.2025 / 21:12
Ermənistan vətəndaşından məhkəmədə etiraf: "Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim" - MƏHKƏMƏ +FOTO

10.04.2025 / 21:12
Rusiya Qafanda konsulluq açmağa tələsir - Paşinyanın atacağı addımdan(?) qorxur...

10.04.2025 / 20:58
Müharibədən sonra "müharibə, ya sülh" - seçimi Ermənistan edəcək...

10.04.2025 / 20:45
10 il əvvəl Azərbaycan İsraillə Türkiyəni necə barışdırdı...

10.04.2025 / 20:32
ABŞ Cənubi Qafqazda Azərbaycanla Ermənistanın fərqini görməlidir - "çox mühüm tərəfdaş"...

10.04.2025 / 20:17
Trampın seçilməsində erməniləri məyus edən məqamlar...

10.04.2025 / 20:03
Ermənistanın iqtidar komandası revanşist qrupdur...

10.04.2025 / 19:50
ABŞ-Azərbaycan münasibətləri əsaslı dəyişir, Bayden-Blinken səhvləri aradan qaldırılır...

10.04.2025 / 19:45
Hüsilər ABŞ üçün real təhdidə çevrilib

10.04.2025 / 19:42
“TÜRK” etnonimi və törələri - YUNUS OĞUZ yazır

10.04.2025 / 19:36
Cənubi Qafqaz vacib strateji bölgəyə elə-belə çevrilməyib - Azərbaycanı görməyənlərə mesaj...

10.04.2025 / 19:23
Tramp Çinə tarifi 125, Çin isə 84 faizə qaldırdı - "Trampın arxasını öpən ölkə olmarıq"...

10.04.2025 / 19:09
Bədənin və ruhun tərbiyəsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrilib

10.04.2025 / 18:56
İran - Azərbaycan münasibətləri hələ də səfirlikdə terror məsələsindən asılı qalır...

10.04.2025 / 18:41
Ermənistan həm sazişdən danışır, həm də sərhədlərdə xarici missiyanı gücləndirir - paradoks...

10.04.2025 / 18:27
Suriyanın yeni hakimiyyəti Ermənistanla yanlış siyasət aparır – “Azərbaycan unutmayıb”...

10.04.2025 / 18:14
Azərbaycanla ABŞ arasında “siyasi düşmənçilik” salan digər qurumların “dərsi veriləcək”...

10.04.2025 / 18:00
Azərbaycan özü Günəş panellərinin istehsalına hazırlaşır - Prezident anons etdi...

10.04.2025 / 17:54
İsrail bu il də hərbi parad keçirməyəcək

10.04.2025 / 17:53
İndoneziya: “ Türkiyə ilə yan-yana olmaq istəyirik”

10.04.2025 / 17:47
Şimali Kipri “unudan” bəzi türk dövlətlərinə Əliyev nümunə jesti göstərdi...

10.04.2025 / 17:36
Donald Tramp Prezident İlham Əliyevi təbrik etdi

10.04.2025 / 17:33
İran-Ermənistan sərhədində “terrorçu qruplar” - fars-erməni rejimi nəsə hazırlayır...

10.04.2025 / 17:20
Cənubi Qafqazda "yad və doğma ölkələr" ola bilməz - Avropa Komissiyası yolu dəyişməlidir...

10.04.2025 / 17:07
İsrail Bakıda Təl-Əviv-Ankara görüşünün təşkilinə görə Prezident Əliyevə təşəkkür etdi

10.04.2025 / 16:52
Mayot adasında Fransa zülmü... Həm istismar edir, həm də vətəndaşlığı çətinləşdirir...

10.04.2025 / 16:33
Qırğızıstanda çevriliş cəhdi - BƏƏ mərkəzli qrupun qanlı planları ifşa edildi...

10.04.2025 / 16:14
Maskın da “kitabını bağlayırlar”

10.04.2025 / 16:09
Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 16:05
“Bayraktar Azərbaycan” şirkəti ilə BMU memorandum imzaladı

10.04.2025 / 15:50
Türkiyə və İsrail nümayəndələri Bakıda bir araya gəldi...

10.04.2025 / 15:44
"Ermənistanı Araz çayında çirklənmə ilə bağlı monitorinq keçirmək üçün şərait yaratmağa çağırırıq" - Amin Məmmədov

10.04.2025 / 15:30
Nazarbayev Prezident İlham Əliyevi təbrik etdi

10.04.2025 / 15:22
Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

10.04.2025 / 14:55
Rusiyanın gizli Kursk əməliyyatının təfərrüatları ortaya çıxdı - 800 əsgər 15 km-lik borunun içərisi ilə iki gün sürünüb...

10.04.2025 / 14:27
Paşinyanın partiyası uduzdu, revanşistlər geri qayıdır...

10.04.2025 / 14:23
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

10.04.2025 / 14:20
Argentina prokuroru Xamneyinin həbsini tələb etdi

10.04.2025 / 14:07
Prezident İlham Əliyev Türkiyəyə səfər edib - FOTO

10.04.2025 / 13:57
55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - video - FOTO

10.04.2025 / 13:56
Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

10.04.2025 / 13:39
“Türk Ordusu 72 saata Təl-Əvivi tutmaq iqtidarındadır”

10.04.2025 / 13:38
Minə yaxın hərbçi girovlara görə Netanyahunu ittiham etdi

10.04.2025 / 13:16
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək...

10.04.2025 / 13:04
Армения играет с огнём, Иревану нужна война - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.04.2025 / 12:33
Vüqar Rəhimzadə: Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

10.04.2025 / 12:30
"Mən nə etdiyimi bilirəm" deyən Tramp tarif kursunu qəfil dəyişdi

10.04.2025 / 12:00
Səudiyyə Ərəbistanı zəvvarlara xəbərdarlıq edib!

10.04.2025 / 11:49
Gürcüstan mediası İlham Əliyevin çıxışını diqqət mərkəzində saxlayıb

10.04.2025 / 11:43
Professor Mədəd Çobanovun xatirəsinə həsr edilmiş daha bir kitab işıq üzü görüb

10.04.2025 / 11:41
Zelenski: “155 Çin vətəndaşı Ukraynaya qarşı döyüşür”

10.04.2025 / 11:14
İlham Əliyevin "sevimli, qeyri- sevimli ölkələr" ifadəsi Avropa komissiyasının sədrinə cavab idi...

10.04.2025 / 11:03
Trampdan Çinə 125%-lik tarif! Bu yol əsl müharibəyə aparır - CANLI

10.04.2025 / 11:00
Bank kartlarından 39504 manat talanıb! - DİN məlumat yaydı

10.04.2025 / 10:22
Bu axşam Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək

10.04.2025 / 10:15
Tramp İrana qarşı yenə “qan-qan” deyir

10.04.2025 / 10:13
Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirəcək

10.04.2025 / 10:12
Prezident Rafael Qvaladzeni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

10.04.2025 / 10:06
Türkiyədə daş kömür mədəni çöküb

10.04.2025 / 10:03
Ceyhun Bayramov Türkiyə yolçusudur

10.04.2025 / 10:00
Sabirabadda ev yanıb, 5 nəfər xəsarət alıb

10.04.2025 / 09:39
Makron iyun ayında Fələstin dövlətini tanıyacaq

10.04.2025 / 09:27
Türkiyəli reperi bu tərifinə görə saxlanıldı

10.04.2025 / 09:24
Bakıda dəhşətli tıxacların dolayı səbəblərindən biri bankların ucuz "avtomobil krediti" siyasətidir...

10.04.2025 / 09:20
Qəbələ - Xankəndi ultramarafonuna start verilib

10.04.2025 / 09:13
"Hücuma İsrail liderlik edəcək" - Trampdan İrana müharibə ANONSU!

10.04.2025 / 09:11
Leyla Əliyeva qızı Əminənin ad günündən fotolar paylaşıb

10.04.2025 / 09:07
Ağdamın Sarıcalı kəndinə daha 39 ailə yola salınıb

10.04.2025 / 09:00
Mövqelərimiz yenə atəşə tutulub - bu dəfə Tovuzqala istiqamətindən

10.04.2025 / 08:47
"Barselona"dan almanlara futbol DƏRSİ!

10.04.2025 / 08:40
Bundan sonra orta məktəb direktorlarının başı pul qazanmağa qarışa bilər...

09.04.2025 / 23:17
Ersin Tatar Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür etdi

09.04.2025 / 22:20
Hollandiya İsrail səfirini məhşər ayağına çəkdi

Bədənin və ruhun tərbiyəsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrilib

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011