Murat Boz Novruz ərəfəsində Bakıda konsert verəcək

2014-cü il 17-18
mart tarixlərində Türkiyənin "yeni meqastarı" Murat Boz Heydər Əliyev
Sarayında konsert proqramı ilə pərəstişkarlarının görüşünə gələcək.
Murat Boza görə, səhnədə performans zamanı təkcə oxumaq yetərli
deyil, çünki tamaşaçının qulaq zövqünü oxşamaqla yanaşı, eyni zamanda
onun göz zövqünü də nəzərə almaq vacibdir. Boz səhnə performanslarında
dünyaca məşhur pop ulduzu Madonnanı hər zaman özünə örnək hesab edir.
Xatırladaq ki, müğənniliklə yanaşı, şair və bəstəkar kimi də fəaliyyət
göstərən Murat Boz "World Consumer Academy", "Kral TV Video-Musiqi",
"İstanbul FM Altın", "Altın Kelebek" mükafatları laureatıdır.
Türkiyədə olduğu kimi, Azərbaycanda da çox populyar olan sənətçinin
Bakıda ilk solo konserti Novruz bayramı ərəfəsində Murat Boz sevənlər
üçün möhtəşəm hədiyyə olacaq.
Günel CƏLİLOVA