Məşhur aktrisanın atası həbs edildi - keçmiş arvadını döydüyü üçün...

Məşhur aktrisa Lindsi Lohanın atası Maykl Lohan 9 ay müddətinə həbs olunub. Aktrisanın valideyni keçmiş həyat yoldaşı Keyt Meycora qarşı fiziki zorakılıq törədib. O, keçən ay Florida ştatının Palm-Biç şəhərində saxlanılıb. Bildirilir ki, Maykl bundan əvvəl də keçmiş həyat yoldaşına qarşı şiddət göstəribmiş. Lindsi Lohan isə bu xəbərlə bağlı hələlik heç bir açıqlama verməyib.
Mətləb