Əbu Müslüm məscidi ilə bağlı on quruma müraciət edildi

Tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev Əbu Müslüm məscidinin dağılma təhlükəsindən xilası üçün 10 quruma müraciət edib. Bu barədə baki-xeber.com-a Elnur Nəciyev özü məlumat verib.
Alimin müraciət etdiyi qurumlar Nazirlər Kabineti, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, AMEA, AMEA-nın Şərqşünaslıq İnstitutu, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Memarlar İttifaqı, Quba Rayon İcra Hakimiyyəti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.
Qeyd edək ki, Əbu Müslüm məscidi (748/749) Qubanın Qrız kəndində yerləşir. Bu abidə Azərbaycanın 3 ən qədim məscidindən biridir (Dərbənd Cümə məscidi (733/734) və Şamaxı Cümə məscidindən (743/744) sonra).
İradə SARIYEVA