Əməkdar artist nazirlə görüşdə nədən şikayət edib? - "İnanırıq ki, bu görüşün nəticəsi yaxşı olacaq"

"Mədəniyyət naziri Adil Kərimli teatr kollektivimizlə görüşdü. Təklif və şikayətlərimizə diqqətlə qulaq asaraq, fikirlərimizə hörmətlə, həssaslıqla yanaşdı. İnanırıq ki, bu görüşün nəticəsi yaxşı olacaq". Bunu Feysbuk hesabında Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova yazıb.
"Haqq səsimizin duyulmasında yanımızda olan bütün media nümayəndələrinə və haqsızlığa qarşı susmayan, göz yunmayan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Əziz həmkarlarım Münəvvər Əliyeva və Məsmə Aslanqızı ilə ədalət uğrunda başlatdığımız mübarizə, yaddaşlarda qalacaq sarsılmaz bir dostluğun tarixini yazdı. Bu dostluq dürüstlüyün, cəsarətin və birliyin təmsilçisi oldu"-, deyə əməkdar artist bildirib.
Qeyd edək ki, xeyli müddət əvvəl bir qrup aktyor Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyətindən narazılıq edib və qarşıdurma həddinə çatan problemi ictimailəşdiriblər.
Leyla QARAXANLI