Bazar günü, 4 may 2025
     

Milli uşaq mahnılarımız - müasir uşaqlara çatmayan töhfə...

Image

Biz uşaq olanda Azərbaycan Radiosundan ünvanımıza yazılan uşaq mahnılarını hər zaman dinləyirdik. Ağabacı Rzayevanın "Dəcəl buzovum" mahnısını hələ də unuda bilmirəm. Uşaq psixologiyasını dərindən bilən, uşaq duyğusunu yaxşı anlayan şairlər, bəstəkarlar elə gözəl, elə maraqlı mahnılar yazırdılar ki, bu yaşımızda da onlardan zövq alırıq. Bizim uşaqlığımız o qədər maraqlı, o qədər rəngarəng idi ki, onu sözlə təsvir etmək çətindir.
Al-əlvan oyuncağımız olmasa da, al-əlvan günlərimiz vardı. Bizi dinlədiyimiz uşaq mahnıları, uşaq şeirləri, nağıl və hekayələr formalaşdırırdı. Uşaqlar üçün yazılan hər bir nəğmə dilimizin əzbərinə çevrilərdi. Biz mənəviyyata söykənib, elin ruhundan güc alıb formalaşmışıq. Ona görə də maddiyyat adamından daha çox mənəviyyat adamıyıq. Uşaq mahnıları, uşaq şeirləri öz gözəlliyi, cəlbediciliyi ilə yüzillər boyu insanların mayasına hopub, mənəviyyatını formalaşdırıb, əxlaqını gözəlləşdirib. Bizim uşaqlığımız sanki nağıllar aləmində, qeyri-adi bir dünyada keçib-zəngin, al-əlvan, gözəl, unudulmaz.
Gəl, gəl, a yaz günləri,
İlin əziz günləri...
Oxuyardıq baharı çağıranda. Olduqca maraqlı, olduqca zəngin mahnılardı bunlar. Bəzən fikirləşirəm ki, indiki uşaqlar əsl uşaqlığın nə olduğunu bilmir. Ancaq sonra fikrimdən daşınıram ki, hər dövrün öz gözəlliyi, hər dövrün öz maraqlı tərəfləri var. Bu öz yerində, amma 20 il bundan əvvəllə indiki çağ arasında belə dərin uçurumun tez bir zamanda yaranması adamı incidir. Dünən biz uşaq idik, uşaq mahnılarını sevirdik, o bizim dünyagörüşümüzü, arzu və istəyimizi tam ifadə edirdi. Lakin müasir uşaqlar o mahnılarda özünü tapa bilmir. Niyə? Mənə belə gəlir ki, uşaqlar arasında uşaq mahnıları təbliğ olunmur, çağdaş bəstəkarlar onların zövqünü oxşayan mahnılar, nəğmələr yaratmır. O da həqiqətdir ki, insan gördüyünü, duyduğunu tələb edir. Uşaqlar üçün elə mahnı yazılmalıdır ki, bu onların hisslərinə toxunsun, onları milli ruha qaytarsın.
Azərbaycan bəstəkarlarının uşaq mahnıları yazması dövrü sovet illərinə təsadüf edir. Təbii ki, bəstəkarlarımız xalq ədəbiyyatından, zəngin folklorumuzdan istifadə edərək gözəl nümunələr yarada biliblər. Bilirik ki, Azərbaycan xalqının çox zəngin uşaq folkloru mövcuddur. Uşaq mahnıları da analarımızın laylasından, nənələrimizin əzizləmə və oxşamalarından boy atıb.
Atım, tutum mən səni,
Şəkərə qatım mən səni.
Baban evə gələndə
Önünə tutum mən səni...
Anaların yaratdığı bu bayatı bitkin bir uşaq nəğməsidir. Əsrlər əvvəl qoşulan bu nəğmələr bəstəkarlara böyük qol-qanad verib, onların uşaq mahnıları yaratmasına stimul olub.
Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri zaman-zaman uşaqlar üçün çox maraqlı, yaddaqalan nəğmələr yazıb. Onlardan biri, özü də ən çox populyar olanı Oqtay Zülfüqarovdur. O.Zülfüqarov 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vurduqdan sonra müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, "Qız-ulduz", "Pişik və sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, şüngülüm və məngülüm" adlı musiqili komediyasını yazıb. 2010-2012 illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehirli alma" iki hissəli balet, "Tumurcuq" və "Aysel" Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə II və V siniflər üçün musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazmış və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. Prezident təqaüdçüsü, xalq artisti, bəstəkar Oqtay Zülfüqarov hazırda Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəridir.
Digər uşaq bəstəkarı Əfsər Cavanşirovdur. Dahi bəstəkar Üzeyir Hacıbəyovun yetirməsi olan Əfsər Cavanşirov yaradıcılığında əsasən simfonik musiqi janrı yer alıb. Bəstəkar BSO üçün 7 simfoniya, poemalar, kapella xoru üçün və uşaq xoru üçün əsərlər yaradıb. Uzun illər Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olan Ə.Cavanşirov 1982-ci ildə respublikanın əməkdar mədəniyyət işçisi və qabaqcıl maarif xadimi fəxri adlarına layiq görülüb. Əfsər Cavanşirov 2006-cı ildə Bakı şəhərində vəfat edib. Bəstəkarın dillər əzbəri olan "Ağacdələn",
"Oyun-oyuncaqlarım", "Quşlar" kimi uşaq mahnıları indi də maraqla dinlənir.
Uşaq mahnılarının mahir ifaçısı Zabitə Məmmədovanın əməyini xüsusi qeyd etməliyik. O, uşaq mahnılarının ərsəyə gəlməsində, onların ifasında xüsusi yer tutur. Bildirək ki, uşaqlıqdan sevə-sevə dinlədiyimiz bir sıra uşaq mahnılarını Zabitə xanım ifa edib. Onun ifasında biz qızların uşaq vaxtı tez-tez qulaq asdığımız Ağabacı Rzayevanın "Kukla" mahnısı unudulmazdır. Z.Məmmədovanın özü də uşaqlar üçün "Çəpişim",
"Məktəb valsı" mahnılarını yazıb.
Görkəmli qadın bəstəkarımız, dahi Üzeyir bəyin ilk tələbələrindən olan Hökümə Nəcəfovanın "Günəş olaram mən də" mahnısı heç yadımızdan çıxmır.
Uşaqlar üçün bir-birindən gözəl əsərlər yazan bəstəkar Oqtay Rəcəbovun "Göyçək Fatma" cizgi film-operası (1992) "Xeyir və Şər" uşaq operası (N.Gəncəvinin əsəri əsasında, 1994), "Uşaqlar sevinsin həmişə" mahnısını tez-tez dinləyirik.
Uşaqlar üçün Oqtay Zülfüqarov, Rəşid Şəfəq, Əfsər Cavanşirov, Səid Rüstəmov, Zabitə Məmmədova, Hökümə Nəcəfova, Ağabacı Rzayeva, Soltan Hacıbəyov, Oqtay Rəcəbov, Musa Mirzəyev, Qəmbər Hüseynli, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Mirişli, Aygün Səmədzadə, Səadət Fərziyeva, Nazim Quliyev və başqaları əsərlər, mahnılar yazıb. Gördüyümüz kimi, onların sayı elə də çox deyil, ancaq yazdıqları bütün dövrlər üçün aktualdır. Sadəcə o mahnıların təbliğatı zəif olduğundan, indiki uşaqlara çatdırılmasında problemlər var. O da məlumdur ki, respublikada fəaliyyət göstərən uşaq bağçalarının çoxunda musiqi dərsi keçilir, amma bəzi istisnaları nəzərə almasaq, o dərslərdə uşaq mahnıları elə də dərindən öyrədilmir.
İllər əvvəl yaranan "Ad günü", "Ad günün mübarək olsun", "Ağacdələn", "Ala-bula boz keçi", "Anamın köməkçisiyəm mən", "Ay nəğməsi", "Azərbaycan", "Bahar bayramı", "Bahar gəlir",
"Bizim gəmi", "Bənövşə", "Can nənə", "Cücələrim", "Çəpişim", "Dostluq himni", "Gözəl bahar", "Gözəl yolka", "Günəş olaram mən də", "Gəl, gəl, a yaz günləri", "Heyvanların qonaqlığı",
"İdman", "Kukla", "Lavaş", "Məktəb illəri", "Məktəb valsı", "Məktəbə yazdırsana", "Mənim dəcəl buzovum", "Mənim gülüm", "Nağara", "Nənəm evdə qalıb tək", "Oynaq topum", "Oyun-oyuncaqlarım", "Qaçma dayan", "Qaranquş", "Qaranquşum", "Qırmızı şar", "Qonaqlıq", "Quşlar", "Saat", "Sürücü",
"Səməni", "Sərçə", "Tar çalıram", "Telefon-telefon", "Tıq- tıq xanım", "Uşaqlar sevinsin həmişə", "Vətən", "Vətənim",
"Xoruz", "Yeni il gəlir", "Yol", "Yolka", "Əziz ana, can ana", "Alma", "Balaca kapitan", "Balaca neftçiyəm", "Balaca ovçu", "Bip-bipin nəğməsi", "Bizim Bakı metrosu" və başqa uşaq mahnıları uğurlu bələdçilərdir.
Arzu edərdim ki, müasir bəstəkarlar da uşaq mahnıları bəstələsin. Uşaq mahnıları müasir dövrdə uşaqların mənəvi aləminin zənginləşməsinə, dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Düzdür, uşaq mahnıları sifarişlə yaranmır, o, bəstəkarın ürəyindən süzülüb gəlməlidir ki, səmimi olsun və ünvanına çatsın...
İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər - FOTO/YENİLƏNDİ

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678