Cümə axşamı günü, 1 may 2025
     

AZƏRBAYCAN DİLÇİLİYİNDƏ AFAD QURBANOV FENOMENİ

Image

Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Türk Dil Qurumunun üzvü, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, professor Afad Qurbanovun elmi yaradıcılığı çoxşaxəli, dəyərli və mövzu dairəsi etibarilə olduqca geniş və əhatəlidir.

Onun mənalı yaradıcılıq yolu əsl ziyalılıq təcəssümüdür. Azərbaycan dilçiliyinin inkişafında əvəzsiz xidmətləri olan, adı Azərbaycan və türkoloji dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, görkəmli alim professor Afad Qurbanov 80 illik ömrünün 60 ilini Azərbaycan  dilçilik elminin inkişafına, Azərbaycan təhsilinə, elminə həsr etmişdir. Görkəmli alim Azərbaycan dilçiliyinin müxtəlif şöbələri, eləcə də ümumi dilçiliyin nəzəri problemləri ilə bağlı 70-dən çox kitab, monoqrafiya, dərslik və 500-dən artıq elmi məqalənin müəllifidir. Bu əsərlərində görkəmli türkoloq dillər ailəsində Azərbaycan dilinin yerini müəyyənləşdirmis, Azərbaycan dilinin inkişaf tarixini, dilin lüğət tərkibinin zənginləşmə yollarını, Azərbaycan dilinin leksik və fonetik sisteminin, qrammatik qurulusunu, funksional üslublar və onların təsnifi məsələlərini nəzəri dilçiliyin problemləri istiqamətində tədqiqata cəlb etmişdir. Dilçilik elminin obyekti, elmi və əməli əhəmiy­yəti və inkişafı, ictimai elmlərlə əlaqəsi faktlarla izah olunmuşdur. Dilin mahiyyəti, mənşəyi, işarəvilik sistemi və inkişafı məsələləri, dünya dilləri, dillərin genealoji bölgüsü, dil və yazı, yazının tipləri istiqamətinə görə yazıların təsnifi (üfüqi, şaquli), təhlil edilmişdir. Bununla yanaşı Afad Qurbanov tətbiqi dilçiliyin əlifba, qrafika, yazı və onun növləri, orfoqrafiya, orfoepiya, leksikoqrafiya şöbələrinin aktual problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 

Azərbaycan dilçiliyində onomastikanın dilçiliyin bir şöbəsi kimi aktual problemlərinin sistemli şəkildə tədqiqi A.Qurbanovun adı ilə bağlıdır. Şəxs adlarının yaranma və inkişaf tarixi, onların mahiyyəti, sistemi, mənşəyi, yayılma regionu antrotoponimikanın əsas problemləri kimi ilk dəfə onun əsərlərində tədqiq olunmuşdur. Azərbaycan dilçiliyində onomastik vahidlərin formalaşmasını, inkişaf dövrlərini və hər bir dövrün səciyyəvi cəhətlərini dil faktları ilə araşdıran A.Qurbanov olmuşdur. Onomalogiyanın aktual problemləri ilə bağlı 100-ə qədər məqaləsi, "Antroponim nəzəriyyəsi", "Azərbaycan onomastikası" və "Azərbaycan onomalogiyasının əsasları" (2 cild) monoqrafiyalarında onomalogiyanın elmi-nəzəri əsasları müəyyənləşdirilmişdir. Professor A.Qurbanov bu əsərlərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmış, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirməyə nail olmuşdur. Onun onomalogiya ilə bağlı ən fundamental əsəri  1988-ci ildə nəşr olunmuş, Dövlət Mükafatına layiq görülmüş "Azərbaycan dilinin onomalogiyası" kitabıdır. Afad Qurbanov yalnız Azərbaycan onomastikasının deyil, türkdilli xalqların onomastikası ilə bağlı tədqiqatlar apararaq ümumiləşdirmələr əsasında bəşər tarixində türk dillərinin qlobal problemlərini həll etmişdir. Çünki onomastikanın mühüm layını təşkil edən toponimlər qədim türk tayfalarının yaşayış yerlərini, yayılma areallarını müəyyənləşdirməyə zəngin faktlar verir. Alimin fikrincə,  toponimik layda  etnotoponimlər türk xalqlarının mənşəyini, kökünü özündə əks etdirən qədim leksik vahidlərdir. Həmin leksik layın təhlili göstərir ki, müxtəlif dövrlərdə coğrafi obyektləri adlandıran toponimlər müəyyən dövrdə yaşayan tayfa və qəbilələrin əsasında formalaşmışdır. Bu nəzərə alınaraq  Afad Qurbanov türkoloji və Azərbaycan dilçilik tarixində Azərbaycan onomalogiyasının əsas problemlərini, nəzəri əsaslarını tədqiq etmişdir. Ardıcıl olaraq onomastikanın əsas problemləri ilə bağlı olan "Azərbaycan onomastikası"(1986), "Azərbaycan onomalogiya məsələləri" (1986), "Azərbaycan dilinin onomalogiyası"(1988), "Poetik onomastika"(1988) əsərlərini yazmaqla Azərbaycan onomalogiyası elminin əsasını qoyaraq  elmi məktəb yaratmışdır. 

Afad Qurbanov Azərbaycanda ümumi dilçilik probleminə dair fundamental araşdırmalar aparan ilk alimdir. 1976-cı ildə  nəşr olunan "Dilçiliyin sistemi" əsərində dilçilik elmi, dilçiliyin sahələri, dilçiliyin şöbələri, 1977-ci ildə çap olunmuş "Ümumi dilçilik" adlı dərsliyində dilçilik elminin obyekti, nəzəri və tətbiqi dilçilik, ümumi dilçiliyin aktual problemləri geniş səviyyədə tədqiq edilmişdir. Ümumi dilçilik məsələlərinin tam əhatə olunduğu   "Ümumi dilçilik" əsəri Azərbaycanın ali təhsil müəssisələrində  uzun müddətdir ki,  əsas dərslikdir. Afad Qurbanov respublikamızda ilk "Ümumi dilçilik" dərsliyini yazmaqla tələbələrə və bu sahə ilə maraqlanan tədqiqatçılara çox qiymətli töhfə verdi.  Sonradan nəşr olunanan irihəcmli "Ümumi dilçilik" əsərində ümumdilçilik problemləri sistemli şəkildə araşdırılmışdır. Alim dünya dillərinin genealoji bölgüsündə özünəməxsus bir mövqe tutaraq dünya dillərinin təsnifinə dair yeni bölgü vermişdir. Onun Altay dilləri ailəsi haqqındakı təsnifi bir sıra cəhətlərinə görə dünyada yeni, orijinal bölgü hesab olunur. Müəllifin yaradıcılığında Altay dilləri ailəsində türk dillərinin mövqeyi yeni istiqamətdə aydınlaşdırılır və ilk dəfə 20-yə qədər dil ailəsi haqqında sistemli elmi məlumat verilir. Ümumi dilçilik üçün ən mübahisəli və aktual problemlərdən olan dünya dillərinin genealoji bölgüsü təsnif edilmiş, dilçiliyinin inkişaf tarixi dövrləşdirilmiş, türk dilləri qrupunun yarımqruplara ayrılmasında  dəyərli konsepsiyalar irəli sürülmüşdür. Xü­su­sən, Al­tay dil­lə­ri ailə­si ilə bağ­lı verilən təsniflər tür­ko­lo­ji dil­çi­liyin inkişafına  ye­ni istiqamət verir. Mü­əl­lif ümu­mi dil­çi­lik prob­lem­lə­ri­nə və dün­ya dil­lə­ri­nin inkişaf prosesinə da­ir ye­ni fi­kir­lər söy­lə­mişdir. Bilinqvizm problemləri və onunla bağlı nəzəriyyələri təhlil edərək yazır ki, ikidillilik aydınlaşdırılarkən onun ərazi və dövlət əhəmiyyəti fərqləndirilməlidir. Bilinqvizmin əsas növləri olan saf və qarışıq bilinqvizmin əsas əlamətlərini nəzərə alaraq onların xüsusiyyətlərini müəyyənləşdirir. Qeyd edilir ki, bilinqvizm müxtəlfsistemli dillərin, diqlossiya etnik cəhətdən yaxın olan dillərin paralel işlədilməsidir. Uzunillik tədqiqatlarında monoliqvizm və polinqvizm və onun əsas xüsusiyyətləri təyin edilmişdir. İkidillik hadisəsinin nitqdə mövcudluğu nəzərə alınaraq onu nitq hadisəsi kimi canlı prosesdə öyrənilməsi əsas hesab edilir. Bu əsərlərdə nəzəri dilçiliyin əsas problemləri araşdırılmış, elmi anlayışlar dəqiqləşdirilmiş, dil və cəmiyyət, dil və təfəkkür məsələləri məntiqi, fəlsəfi, dilçilik baxımından təyin edilmişdir. Ümu­mu dil­çi­li­yin prob­lem­lə­ri­nin təd­qi­qin­də  Afad Qur­ba­no­vun öz dəst-xət­ti, kon­sep­si­ya­sı və hə­min əsərin yüksək  fundamental elmi dəyəri nəzərə alınaraq üç cild­də Türk Dil Qu­ru­mun­da türk di­lin­də və Ru­si­ya Elm­lər Aka­de­mi­ya­sı­nın Dil­çi­lik İns­ti­tu­tun­da rus di­lin­də, ha­be­lə di­gər bey­nəl­xalq el­mi təş­ki­lat­lar­da in­gi­lis və fran­sız dil­lə­rin­də nəşr olun­muş­dur.

Tür­ko­lo­gi­ya ilə bağlı önəmli və aktual prob­lem­lə­ri­nin həlli istiqamətində Afad Qur­ba­novun apar­dı­ğı araş­dır­ma­lar hə­lə so­vet dö­nə­min­dən bü­tün dün­ya­da bö­yük ma­raq­la qar­şı­la­nmışdır. Ali­min "Tür­ko­lo­ji dil­çi­lik" mo­noq­ra­fi­ya­sı, "Türk ant­ro­po­nim­lə­ri­nin in­ki­şaf dövr­lə­ri", "Ümum­türk ant­ro­po­ni­mi­ya­sı ta­ri­xi", "Tür­ko­lo­ji dil­çi­li­yə da­ir bib­li­oq­ra­fi­ya", "Türk xalq­la­rın­da ad­ver­mə ənə­nə­lə­ri", "Qə­dim türk ad­la­rı", "Or­taq türk di­li" və s. ki­tab­la­rı ali­min  bu sahədə ardıcıl ax­ta­rış­la­rı­nın nə­ti­cə­si­dir. Afad Qur­ba­no­vun dün­ya dil­çi­li­yi­nə və türk dil­lə­ri­nin möv­qe­yi­nə da­ir ye­ni el­mi kon­sep­si­ya­la­rı Azər­bay­can dil­çi­li­yi ilə ya­na­şı dün­ya və tür­ko­lo­ji dil­çi­li­yin in­ki­şa­fı­na öz töh­fə­si­nin ver­miş­dir. Ali­min tür­ko­lo­ji dil­çi­li­yin müx­tə­lif sa­hə­lə­ri ilə bağ­lı 10-a qə­dər mo­noq­ra­fi­ya­sı, dərs­lik və dərs və­sai­ti nəşr olun­muş­dur. A.Qurbanov "Türkoloji dilçilik" kitabında türk dillərinin tarixi, türk xalqlarının yayılma arealları, türk dillərinin dünya dilləri arasında mövqeyi, dünya dillərinin təsnifi prinsipləri müəyyənləşdirilmiş, dilçilik tarixində türk dillərinə dair irəli sürülən təsnifatların təhlili verilmişdir. A.Qurbanov Altay dillər ailəsini altı qrupa 1. Türk dilləri  (23 dil), 2. Monqol dilləri  (3 dil), 3. Tunqus dilləri  (3 dil), 4. Mancur dilləri qrupu (5 dil), 5. Koreya dili (1 dil), 6. Yapon dili (1 dil) qrupuna   ayırmışdır. Müəllif doğru olaraq Altay dilləri ailəsinin tərkibində olan dillərin 64 faizini türk dilləri təşkil etdiyini xüsusi qeyd etmişdir. A.Qurbanov Altay dilləri ailəsində 23 türk dilinin olduğunu qeyd edərək, tarixi inkişaf və linqvistik əlamətlər əsasında beş yarımqrupda - oğuz dilləri, qıpçaq dilləri, bulqar dilləri, qarluq dilləri, tukyuy dilləri yarımqrupuna bölərək təsnif etmişdir. Türkoloji problemlərdən  biri kimi nitq hissələrinin dəqiq təsnifini vermiş, o cümlədən türkoloji dilçilikdə olan müxtəlif bölgülər nəzərdən keçirilmişdir.

Afad Qurbanov türkoloji əsərlərində türk tayfa dillərinin xüsusiyyətlərini müəyyənləşdirmiş, qədim türk yazılı abidələri və onların qədin leksikasının tədqiqi məsələlərinə münasibətini bildirmişdir. Alim müasir mərhələdə ümumtürk dünyası üçün aktual olan ortaq ünsiyyət dili, ümumtürk əlifba problemi və türk dillərinin qarşılıqlı əlaqədə inkişaf yolları təyin edilmişdir. Gör­kəm­li al­tay­şü­nas alimin ya­ra­dı­cı­lı­ğın­da ak­tu­al prob­lem­lər­dən bi­ri də ümum­türk əlif­ba­sı və or­taq türk di­li ya­ra­dıl­ma­sı idi. Türk xalqlarının siyasi, iqtisadi və mədəni  əlaqələrinin, birliyinin yaranmasında ortaq türk dili  əlifbasının xüsusi tarixi əhəmiyyəti vardır. O, özü­nə­məx­sus ya­ra­dı­cı­lı­ğı ilə or­taq türk əlif­ba­sı və or­taq türk di­li­nin ya­ra­dıl­ma­sı yonümündə fəa­liy­yət gös­tər­miş­dir.  A.Qurbanovun qeyd etdiyi kimi, ortaq əlifba türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynaya biləcəkdir.   O, ortaq türk əlifbası layihəsinin hazırlanmasının təşəbbüskarlarından  olmuşdur. 1993-cü ildə Ankarada altı türkdilli dövlətin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın nümayəndələrinin iştirakı ilə alimin tərtib etdiyi ortaq türk dili əlifba layihəsi daha geniş müzakirə üçün qəbul olunmuşdur. Alim tərəfindən əlifba layihəsi hazırlanan zaman hər bir türk dilinin xarakterik cəhətləri nəzərə alınmışdır.   Qəbul olunan layihədə  ortaq cəhətlər əsas götürülərək ,  türk dillərinin hər birinin fonemlərinin qrafikası təyin edilmişdir. Buna görə də  34 hərfdən ibarət əlifba bütün türk xalqlarının fonemlərini əks etdirmək baxımından əhəmiyyətlidir. Vahid ortaq türk əlifbası layihəsinin tərtibçisi olan A.Qurbanov qeyd edir ki, bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Ortaq türk əlifba layihəsi Türkiyədə bütün türk xalqları alimlərinin nümayəndələrinin iştirakı ilə 1993-cü ildə müzakirə olunaraq bəyənilmişdir. Onun or­taq türk əlif­ba­sı­nın və or­taq türk di­li­nin ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də da­nıl­maz xid­mət­lə­ri var­dır. Qeyd et­di­yi ki­mi bu əlif­ba türk dil­lə­ri­nin ha­mı­sı­nın da­nı­şıq səs­lə­ri­ni əha­tə edir. Ali­min müa­sir tür­ko­lo­ji dil­çi­li­yin ən ak­tu­al prob­lem­lə­ri­nə həsr olun­muş "Or­taq türk ədə­bi di­li" ki­ta­bı xü­su­si vur­ğu­lan­ma­lı­dır. Əsərdə ümumtürk  dil mərkəzinin yaradılması ideyası, ümumtürk lüğət probleminin həlli istiqamətində fikirləri öz aktuallığını saxlayır. A.Qur­ba­no­vun al­tay­şü­nas, tür­ko­loq ki­mi fəa­liy­yə­ti so­vet­lər döv­rün­də əha­tə­li­li­yi ilə diq­qə­ti cəlb edir. O, 1984-1989-cu il­lər­də SSRİ Aka­de­mi­ya­sı­nın So­vet Tür­ko­loq­la­rı Ko­mi­tə­si­nin üz­vü, Türk Ono­mas­ti­ka Böl­mə­si bü­ro­su­nun  üz­vü, Təd­ris Me­to­di­ki Böl­mə­si­nin rəh­bə­ri, son­ra­dan hə­min Ko­mi­tə­nin sədr müa­vi­ni və­zi­fə­lə­rin­də ça­lış­mış­dır. Hə­min dövr­də aka­de­mik­lər A.Ko­no­nov, E.Te­ne­şev, A.Şer­bak və on­la­rın sı­ra­sın­da A.Qur­ba­nov türk dün­ya­sın­da ta­nın­mış tür­ko­loq­lar ki­mi qə­bul olu­nur­du­lar. Tür­ko­lo­ji dil­çi­li­yin in­ki­şa­fın­da­kı xid­mət­lə­ri­nə gö­rə A.Qur­ba­nov Türk Dil Qu­ru­mu­nun üzv­lü­yü­nə qə­bul edil­miş­dir. Xü­su­si­lə, di­lin ulu­türk – ilk türk di­li bü­növ­rə­si, Azər­bay­can ədə­bi di­li­nin for­ma­laş­ma­sı və in­ki­şa­fı, sa­bit­ləş­mə döv­rü, ədə­bi dil ta­ri­xi, konk­ret dil fakt­la­rı əsa­sın­da araş­dı­rıl­mış­dır. Ümumi və türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili, onomalogiya, bədii əsərlərin dili və təhsilin inkişafı ilə bağlı yazdığı əsərlər fundamentallığı ilə seçilir. A.Qur­ba­novun məh­sul­dar el­mi ya­ra­dı­cı­lı­ğı nə­ti­cə­si olaraq 13 cild­dən iba­rət se­çil­miş əsər­lə­ri çap olun­muş­dur. 

Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın təd­bir­lə­rin­də fə­al iş­ti­rak et­miş, Ter­mi­no­lo­gi­ya Ko­mi­tə­si­nin, Döv­lət di­li haq­qın­da qa­nun la­yi­hə­si­nin ha­zır­lan­ma­sı ilə bağ­lı Ko­mis­si­ya­nın, Ad­lar və So­yad­lar üz­rə Xü­su­si Ko­mis­si­ya­nın, İc­ti­mai elm­lər üz­rə Əla­qə­lən­dir­mə Şu­ra­sı­nın, Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun El­mi və Mü­da­fıə Şu­ra­la­rı­nın üz­vü ol­muş­dur. Gör­kəm­li alim Bey­nəl­xalq Pe­da­qo­ji Elm­lər, Ru­si­ya Pe­da­qo­ji və So­si­al Elm­lər, Nyu-York Aka­de­mi­ya­la­rı­nın aka­de­mi­ki, Türk Dil Qu­ru­mu­nun fəx­ri üz­vü, Türk Di­li Məc­li­si­nin hə­qi­qi üz­vü, Bel­çi­ka Ono­mas­ti­ka Cə­miy­yə­ti­nin, Fin­lan­di­ya­nın Fin-Uqor Cə­miy­yə­ti­nin hə­qi­qi və fəx­ri üz­vü ol­muş­dur. Afad Qurbanov eyni zamanda Azərbaycan ictimai-siyasi həyatında fəal iştirak edən ictimai-siyasi xadim olmuşdur. 1990-1995-ci illərdə Azərbaycan Respublikasının  Milli Məclisinin deputatı kimi ölkəmizdə aparılan bir sıra islahatlarda, o cümlədən əlifba islahatının təşkilatçısı olmuşdur. Azərbaycanın görkəmli alimi Afad Qurbanov müasir Azərbaycan dilinin problemlərinə, ana dilinin inkişafına, ümumi dilçiliyə dair  mükəmməl əsərlər yazmışdır. Dilçilik elminin korifeyi olan Afad Qurbanovun işıqlı xatirəsi bizi kimi həmkarlarının, yetirmələrinin qəlbində həmişə yaşayacaqdır. 

Şəbnəm Həsənli-Qəribova 
filologiya elmləri doktoru



VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:26
Bakıda “Porsche” ilə “avtoşluq” edən sərxoş sürücü həbs edildi...

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

01.05.2025 / 17:15
Rusiyada bir mənzildə güclü partlayış 3 ukrayna agentini ələ verdi - bomba əllərində partladı...

01.05.2025 / 17:03
Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...

01.05.2025 / 16:33
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

01.05.2025 / 16:28
“Azəristiliktəchizat”a yeni sədr təyin edildi

01.05.2025 / 16:20
Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edildi

01.05.2025 / 16:17
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - FƏRMAN

01.05.2025 / 15:19
Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası ona həvalə olundu

01.05.2025 / 15:13
“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”

01.05.2025 / 15:11
Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı

01.05.2025 / 15:06
Polis Qaradağda əməliyyat keçirdi - saxlanan var...

01.05.2025 / 14:50
Koordinasiya Şurasının növbəti iclası keçirildi

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:23
"Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var" - Eldar Səmədov

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 13:22
Bir gündə vətəndaşların bank kartlarından 30 min manat apardılar - DİN növbəti dəfə xəbərdarlıq etdi

01.05.2025 / 13:10
Что такое родина для армян? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.05.2025 / 12:54
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:05
Putin məhz buna görə sülhdən qorxur - CANLI

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanımı olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678