“Kollektiv öz səhvini düzəldərək filmdən Buzovna adını sildi” - Mirzə Ağabəyli

“Çoxsaylı şikayətləri nəzərə alaraq Buzovna adı filmdən silindi. Bizə dəstək olan hər bir kəsə ayrı-ayrılıqda təşəkkürmü bildirirəm. El gücü, sel gücü...”
Bu fikirləri respublikanın əməkdar artisti, tanınmış aktyor Mirzə Ağabəyli rəsmi Feysbuk hesabınında yazıb.
Bildirilir ki, "Ayıq sürücü" filminin kollektivi ilə çay süfrəsi arxasında söhbət ediblər və sonda problemin həllinə nail olublar: “Gənc rejissor Elvin Rüstəmzadəyə və çəkilişlə bağlı gələ bilməyən gənc ssenarist Əli Ucala uğurlar arzu edirəm. Kollektiv öz səhvlərni düzəldərək filmdən Buzovna adını sildi”.
Qeyd edək ki, rejissor E.Rüstəmzadənin “Ayıq sürücü” qısametrajlı filmində “xala Buzovnada qalır” ifadəsi Buzovna sakinlərinin narazılığına səbəb olmuş, onlar bunu buzovnalılara təhqir kimi qiymətləndirmiş və filmdən bu sözün çıxarılmasını tələb etmişdilər.
İradə SARIYEVA