Çərşənbə axşamı günü, 1 aprel 2025
     

“BAHAR VƏ ZÜLFÜ” DASTANI

Image

Pərişan Məmmədova: “Çox xoşbəxtəm ki, onların övladıyam“...

Cahana səs salmış məhəbbət dastanlarımız var. Müasir dövrümüzdə biri də yaranıb. Bahar nənə və Zülfüqar babanın sevgi hekayəsi.

Əzəli yurd yerimizdə - Göyçə elində göz açıb nənə-babamız. Böyük Qarakilsə mahalının Hollavar kəndində anadan olublar. 1988-ci ilə qədər orada yaşayıblar. Həmin illər Qorbaçovun elan etdiyi "yenidənqurma" siyasi xətti ermənilərin işinə yarayıb. Düşmən fürsətdən istifadə edərək hiyləsini, məkrini işə salıb. Həmişə olduğu kimi bu dəfə də hədəf Azərbaycan, Türk övladları olub…

El arasında Zülfü baba deyilən Novruzov Zülfüqar İsaq oğlu ailəsi-həyat yoldaşı Novruzova Bahar Məmməd qızı və övladları ilə birlikdə doğma ocağını tərk etməyə məcbur olub Şabran rayonunun Zeyvə kəndinə sığınır. Sönmüş ocağının, boya-başa çatdığı yerlərin nisgilini çəkə-çəkə günləri aylara, ayları illərə calayırlar. Zülfü ömür-gün yoldaşı Bahar və övladları ilə birlikdə bu illərdə çox çətinliklər görürlər. Amma dözür, tab gətirə bilirlər. Yeni yerdə ev-eşik qurub yeni həyata başlayırlar.

Bu günlərdə Bakımızın istirahət məkanlarının birində Zülfü baba və Bahar nənənin nikahlarının 75 illiyi münasibətilə təmtəraqlı şah toyu çalındı.

Elə toy vaxtı övladlarından, nəvə-nəticələrindən bəzilərini danışdırdıq. Xoşbəxt cütlüyün qız övladı, tədbirin ərsəyə gəlməsində böyük əməyi olan Pərişan Məmmədova sevincini fəxrlə dilə gətirdi:

-- Bu gün yanımda olan bütün dostlara, qohumlara təşəkkür edirəm. Bütün bəylərə, xanımlara ata və anamın yaşadığı uzun və xoşbəxt ailə ömrünü diləyirəm. Atamla anamın on övladı - üç oğlu, yeddi qızı var. 75 ildə 50 nəvə, 35 nəticə görüblər.

Hamımız da şükür ki, sağ və salamatıq.

Atam və anam el-obanın, nəslimizin tacı, Azərbaycanın simvollarıdır. Çox xoşbəxtəm ki, onların övladıyam.

Nəvələrdən ən böyüyü Salatın Novruzova baba və nənəsinin onlara həmişə dəstək olduqlarından, onlara olan sonsuz sevgisindən söz açdı:

-- Babamla nənəm bizim ailəyə həmişə dayaq olublar. Uşaqlığımız onlarla bağlı xoş xatirələrlə doludur. O vaxtlar hər axşam nənəm bizə nağıl danışırdı. Bəzən müşahidə etdiyi həyat hekayələrini də bizim üçün nağıla çevirirdi. Onu dinləməkdən yorulmazdıq. Bizə çox dadlı yeməklər hazırlayırdı. Biz də nənəmlə babama əkin-biçinlə məşgul olanda kömək edirdik. Nənəm bizə heyvanlarla necə rəftar etməyi öyrədirdi.

Demək olar ki, biz xanımlığa, analığa aid çox şeyi ondan öyrənmişik. Bizim üçün corab toxuyar, dərslərimizdə kömək edirdi.

Ən böyük nəvəsi olaraq nənəm və babama uzun ömür, sağlam can arzu edirəm. Onların böyük nəticələri də elə mənim 27 və 25 yaşda olan övladlarımdır. Ümid edirəm ki, kotücələrini də görərlər.

Cütlüyün digər nəvəsi Günay Novruzova isə öz hisslərini bu cür ifadə etdi:

-- Babam və nənəmlə həmişə fəxr etmişəm. Onlar bizə hər zaman arxa, dayaq olublar.

Böyüməyimizdə, aldığımız tərbiyədə onların böyük rolu olub. Hamının nənə-babası var, hər kəs nənə-babasını sevə bilər. Amma bizim nənə və babamız və onlara olan bağlılığımız bir başqa idi. Bahar nənəmlə Zülfü babanın sevgisi, bir-birinə olan hörməti el-obaya səs salıb. Məhz onların arasında olan həmin sevgi bağıdır ki, bizi heç zaman bir-birimizdən ayrı salmayıb. Onlar bizə böyük sevginin nə demək olduğunu öyrədiblər. Onlardan öyrəndiyim, aldığım tərbiyə mənə ömürlük mirasdır.

Çox maraqlıdır ki, hər yerə bir yerdə gedirlər, bir-birindən ayrı səfərlərini görmədim. Bu mənə həmişə xoş təsir edib. Baxanda zövq almışam, baxmaqdan doymamışam. Allahdan nənəm və babama daha cox uzun ömür, can-sağlığı arzulayıram.

Bahar nənə ilə Zülfü babanın Salatın adlı başqa nəvəsi də var. O, uşaqlığının nənəsi və babasının yanında keçirdiyini söylədi:

-- Mən birinci sinfə gedənə kimi nənə baba yanında böyümüşəm. Mənə elə gəlir ki, nənə, baba yanında böyüyən uşaqlar həyatda daha şən, daha pozitiv, və nikbin olurlar. Axı, nənələr və babalar nəvələrini balalarından da çox istəyir. Bu gün həyatda sevgi dolu olmağım, həmişə müsbətə köklənməyim uşaqlığımda yaşadığım gözəl anlardan gəlir. Seçdiyim sahə də bu üzrədir. Mən psixologiya sahəsində işləyirəm. Həmişə pasientlərimə də deyirəm ki, övladlarınızı sevgiylə böyüdün. Körpəlikdən sevgi ilə böyüməyən uşaqlar illər keçəndən sonra da əziyyət çəkirlər. O şəxslərə dünya qədər sevgi bəxş etsən də, yenə də qəlbləri dolmur. Həyatının hər dönəmində uşaqlığından almadığı sevgini yalnış insanlarda axtaracaq.

Nənə və babasına ona bəxş etdikləri sevgi üçün təşəkkürünü bildirən S.Məmmədova söhbətinə uşaq xatirələri ilə davam etdi:

-- Uşaq vaxtı nənəmə olan sevgim o qədər böyük olub ki, hətta birinci sinfə gedəndə də nənəmdən ayrıla bilmirdim. Belə bir epizod hələ də ağlımdadı , unutmuram. Məni dərsə gətirən nənəmdən ayrılanda sinif rəhbərinə söylədim ki, „olar ki, nənəmi bir dəfə də qucaqlayım“.

Nənəmi qucaqlayanda ondan ayrılmaq istəmirdim. Şəhərə öyrəşmək, nənədən ayrı qalmağım çətin oldu mənim üçün. Hətta dərsdə də hərdən düşünərdim ki, kaş ki, sehrli bir qapı olardı, gedib nənəmi, babamı tez görərdim, sonra qayıdardım.

Həmişə körpə qəlbimlə dua edərdim ki, nənəm və babam çox yaşasın. Bu gün çox şükür ki, nənəmin 95, babamın isə 98 yaşı tamam olur. Müasir zamanda insanların bir-birlərindən soyuduğu, qohumluq əlaqələrinin azaldığı bir vaxtda nənəmlə babam bizim üçün bu istiliyi, mehribanlığı bir arada tutan stimuldur. Hər bayramda, özəl günlərdə hamımız nənəmlə babamın evinə toplaşırıq.

Olduqca, axıcı, maraqlı xatirələrini dilə gətirən Salatın Məmmədova, yanlarında olduğu bu son günlərdə nənə və babasının bir-birinə olan münasibətində maraqlı müşahidələrindən danışdı:

-- Nənəmlə babamdan xahiş edib , onları restorana dəvət etdim. Yanımızda digər yaxınlar da var idi. Havaya görə biz evə başqa maşınlarda qayıtmalı olduq. Nənəm mənim maşınımda, babam isə, ailə üzvlərimizdən digərinin maşınında evə gəldik.

Yolboyu nənə ancaq bu sözləri dedi:

-- Baba dəqiq maşına mindi? O maşın da belə istidi? Birdən ona soyuq olar, xəstələnər. Yolboyu Bahar nənə ancaq Zülfū babamdan danışdı.

Evə gələndə də, babamın maşından düşən kimi ilk sözü bu oldu:

-- Nənəni rahatlayın, ayaqüstə çox qalmasın. Üşüməsin. Sonra mənə baxarsınız.

Inanın ki, nənəmin ayaqqabısını belə bəzən özü əyilib geyindirir.

Belə fikirləşirəm ki, insan həyat yolunda öz həyat yoldaşını doğru seçməlidir.

Nənəmlə babam həmişə bir-biri üçün ən doğru yol yoldaşı oldular. Bu günə qədər də bu gözəl yoldaşlıq davam edir. Əl-ələ verib, əsl ömür yaşayırlar.

Bütün gənclərə nənəm və babamın yolu kimi yol arzulayıram.

Ən böyük nəticələri Səbinə Vüqarlı da bu xoşbəxt cütlük haqqında ürək sözlərini belə ifadə etdi:

-- Hər il yay aylarında babamgilə qonaq gedirik, onlar bizi çox gözəl qarşalayırlar. Bayramlarda, doğum günlərində bizi dəvət edirlər. Onların sevgisinə həmişə heyranlıqla baxıram. Babam hər il nənəmin doğum günündə varlığına şükr edirmiş kimi gurban kəsir. Hər yerdə əl-ələ gəzirlər. Bunu izləmək bizə çox xoş olur. Mən arzu edirəm ki onların sevgisi əbədi, canları sağlam, ömürləri uzun olsun. Kötükcələrini də görmək nəsibləri olsun.

Zülfüqar Baba və Bahar Nənənin qızı Şəmsiyyə xanım valideynlərinin ona olan qayğısından sevgi ilə siz açdı:

- Yeni ailə qurmuşdum. Çətinliklərim başlamışdı. Kirayədə qalırdıq. Sonra əkiz qız övladlarım dünyaya gəldi. Onda hara üz tutacağımı bilmirdim. Yaxşı günlər deyildi. Atamla anamı incitmək istəmirdim. Onların da o zamanlar maddi vəziyyəti o qədər qənaətbəxş deyildi. Amma bir gün gözləmədiyim bir sevinci yaşadım. Anam kirayə qaldığım evə gəldi. Mənə Maddi və mənəvi dəstəyini əsirgəmədi. Atamla bərabər mənə torpaq aldılar, ev tikdilər. Sevincimin həddi-hüdudu yox idi. Elə bil dünyanı mənə vermişdilər. O günlərdə valideynlərimin mənə göstərdiyi dəstəyi, qayğını ömrümün sonuna kimi unuda bilmərəm. Onlar mənə həm valideynim, həm də dostum kimidirlər. İndiyə qədər də qayğılarını əsirgəmirlər. Deməyim odur ki, heç vaxt kiminsə valideynində, ata-anasında gözüm olmadı. Heç vaxt kiməsə baxıb demədim ki, „kaş, filankəs mənim ata-anam olardı“. Valideynlərimlə həmişə fəxr etdim. Allah onlara daha çox uzun ömür versin.

Zülfüqar Baba və Bahar nənənin ən sevimli nəticələrindən olan Aişə Isaqı da sevərək dinlədik:

-- Mən bu xoşbəxt cütlüyün nəticəsiyəm. Bir nəticə kimi onların belə gözəl münasibətlərini özümə də arzu edirəm. Fikrimcə, onları bu zamana kimi ayaqda saxlayan həm öz sevgiləri, həm də el arasında qazandıqları hörmət və məhəbət qazanmalarıdır.

Onlarla birlikdə keçirdiyimiz zaman əyləncəli olur. Gülüb, danışırıq, əylənirik. Həmin vaxtlar mənim üçün ən dəyərli günlərdən sayılır. İndi də o xoş günləri yaşayıram. Çünki onlar yenə də bizim yanımızdadırlar. Nənəm və babam bizim ailə simvolumuzdur! Azərbaycanın bütün ailələrinə belə uzunömürlü sevgi və məhəbbət arzulayıram!

Hazırladı: Gülər Natiq İsaq



VİDEO

SON XƏBƏRLƏR

01.04.2025 / 12:20
Sülh sazişindən dəm vuran Ermənistan 100 minlik ordu qurmağı hədəflədi

01.04.2025 / 12:16
“Nəqliyyat haqqında” Qanun - yeni güzəştlər hansılardır?

01.04.2025 / 12:06
Ulduz basketbolçunun imzası olan ticarət kartı 1 milyon dollara satılıb

01.04.2025 / 12:00
Gömrükdə saxlanılan mallar 50 % endirimlə hərraca çıxarılacaq - AÇIQLAMA

01.04.2025 / 11:50
Tramp İranı və Husiləri hədələdi: “Onlar hələ əsl ağrını dadmadılar”

01.04.2025 / 11:31
Prezident İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib - YENİLƏNƏCƏK

01.04.2025 / 11:17
"Maaşımı azaldın, təki "Bavariya"da qalım..."

01.04.2025 / 11:07
Makron Fransada despot rejim yaradıb

01.04.2025 / 11:07
Türkiyə mediası Azərbaycanda ermənilərin törətdiyi soyqırımı barədə yazır

01.04.2025 / 11:04
Milli Məclis plenar iclas keçirir

01.04.2025 / 11:02
Piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutulub

01.04.2025 / 10:30
Ərdoğanın partiyası Makronu "topa tutdu"

01.04.2025 / 10:23
"Onlara məsləhət görmüşəm ki..." - Emin oğlanlarının peşə seçimindən danışdı

01.04.2025 / 10:20
5 şahmatçımız Avropa çempionatına qələbə ilə başladı

01.04.2025 / 10:17
Bakı-Naxçıvan aviareysində gecikmə olub

01.04.2025 / 10:11
İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox uşaq ölüb

01.04.2025 / 10:06
Makrona ŞOK - Fransada jurnalistlər də tətilə başladı!

01.04.2025 / 10:02
Xəyal Müəzzin: “İrana qarşı istənilən təhdid uğursuzluğa məhkumdur”

01.04.2025 / 09:48
Trampın “qəzəbindən” sonra Kreml Ukraynada sülh ideyaları üzərində işlədiyini bildirdi

01.04.2025 / 09:40
Almaniya prezidenti Avropanın qeyri-ciddi erməni layihəsinə ciddi maraq göstərdiyini iddia etdi

01.04.2025 / 09:36
“İrəvan KTMT-ni maliyyələşdirməkdən imtina etməklə Qərbin rəğbətini qazanmaq istəyir”

01.04.2025 / 09:35
Netanyahunun mətbuat katibi və müşaviri həbs edildi, özü isə istintaqa çağırıldı

01.04.2025 / 09:26
Erməni faşizmi faşizmin ən yüksək forması deyil? İlham Əliyev düz demir? - erməni faşizminin Hitler faşizmindən üstün fərqinə birlikdə baxaq...

01.04.2025 / 09:10
Almaniya Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edildi

01.04.2025 / 09:02
Ermənilər dinc durmur - mövqelərimiz yenə atəşə tutulub

31.03.2025 / 21:35
“Doyçe Velle”nin saxtakarlığı - azərbaycanlı qaçqınların görüntülərini ermənilər kimi təqdim etdi...

31.03.2025 / 20:08
Rusiyanın “Avropa bazarı müqabilində Ukraynada sülh” şərti - Aİ yola gəlmir, danışıqlar dalana dirənir…

31.03.2025 / 18:43
Almaniya səfiri Azərbaycan XİN-ə çağırıldı

31.03.2025 / 18:38
"Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə gizlətməyə çalışır" - MN

31.03.2025 / 18:09
“Deutsche Welle”nin qərəzli sənədli filmi Almaniya mediasının ölkənin siyasi dairələrinin təsiri altında olduğunu nümayiş etdirir" – Aydın Quliyev

31.03.2025 / 17:59
"Deutsche Welle"nin aşkar ermənipərəst mövqeyi yolverilməzdir" - Mətbuat Şurası bəyanat yaydı...

31.03.2025 / 17:39
BAMF BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanlı uşaqlarla bağlı bəyanat yayımladı

31.03.2025 / 17:30
Azərbaycana qarşı qərəzli münasibət Avropadakı soydaşlarımızı ayağa qaldırdı - Haaqada etiraz aksiyası keçirildi

31.03.2025 / 15:45
Tramp Zelenskiyə barmaq silkələdi - "...çox böyük problemləriniz olacaq"

31.03.2025 / 15:02
Yardımlıda əməliyyat... 2 iranlı narkotacir yaxalandı - polis dəstənin digər üzvlərinin də izinə düşdü + FOTO

31.03.2025 / 14:41
Ermənistan KTMT-nin büdcə qərarını imzalamaqdan rəsmən imtina etdi…

31.03.2025 / 14:26
İsrail Ramazan bayramında da qəzzalılara rəhm etmədi

31.03.2025 / 14:20
Prezident İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı olub

31.03.2025 / 14:10
Finlandiya prezidenti Trampa Putinə etibar etməməyi tövsiyə etdi...

31.03.2025 / 13:53
"1918-ci ilin mart hadisələri ötən əsrdə mülki əhaliyə qarşı törədilmiş ən qanlı soyqırımlardan biridir" - Vüqar Rəhimzadə

31.03.2025 / 13:40
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin "diktator" ittihamına sərt cavab verdi

31.03.2025 / 13:34
Netanyahu təhlükəsizlik rəsmiləri ilə "Türkiyənin Suriyadakı varlığını" müzakirə edəcək

31.03.2025 / 13:18
Makron İsraili Qəzzaya hücumları dayandırmağa və atəşkəs rejiminə qayıtmağa çağırdı

31.03.2025 / 13:17
Tehran ABŞ-a boyun əymək fikrində deyil

31.03.2025 / 13:14
Ramazan İnsanlığın bayramıdır

31.03.2025 / 12:51
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

31.03.2025 / 12:48
Əlcəzair Prezidenti Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik etdi

31.03.2025 / 12:45
QAİ Ermənistanı törətdiyi soyqırım və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə çağırdı...

31.03.2025 / 12:26
İsrailin müdafiə naziri Katz qəzzalıların taleyini “qaraldan” təşkilat yaratdı

31.03.2025 / 11:43
Tramp Rusiyanı hədələdi - razılaşa bilməsək...

31.03.2025 / 11:02
Prezident İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib – FOTO

31.03.2025 / 10:41
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi - FOTO

31.03.2025 / 10:27
Sərhəddə Ermənistanın növbəti təxribat cəhdinin qarşısı alındı

31.03.2025 / 10:22
Türkiyəli müğənni səhnədə yıxılaraq öldü

31.03.2025 / 10:15
Klopp "Real"ın sükanı arxasına keçir?

31.03.2025 / 10:04
Tramp ilk xarici səfərini bu ölkəyə edəcək?

31.03.2025 / 10:01
"Günahsız qurbanların xatirəsini dərin hörmət və ehtiramla yad edirik" - XİN bəyanat yaydı

31.03.2025 / 01:20
Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür

30.03.2025 / 20:11
Tramp İranı bombalamaqla hədələdi

30.03.2025 / 18:05
Netanyahu atəşkəs üçün fələstinlilərin Qəzzanı tərk etməsini istədi

30.03.2025 / 17:23
İrandan Trampın təhdidlərinə sərt cavab – Dieqo Qarsiyadakı ABŞ-Britaniya bazası vurulacaq...

30.03.2025 / 16:51
"Yenidən qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək" - Vüqar Rəhimzadə

30.03.2025 / 16:31
Suriyanın müvəqqəti prezidenti Şara yeni kabinetini açıqladı

30.03.2025 / 15:49
Ermənistan silahlı qüvvələri növbəti dəfə sərhəddə təxribatlara əl atdı

30.03.2025 / 15:43
Ukrayna narahatdır - Rusiya ordusu bütün istiqamətlərdə hücuma keçəcək…

30.03.2025 / 15:27
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub

30.03.2025 / 15:24
Abbas Əraqçı: "ABŞ İsrailin bölgədəki qanunsuz hərəkətlərinə ortaqlıq edir"

30.03.2025 / 15:24
BCM-nın qərarını heçə sayan Netanyahu Macarıstana səfər edəcək

30.03.2025 / 15:13
Bolton: “Tramp Putinlə dost olduğunu, Putin isə Trampın asan ov olduğunu düşünür”

30.03.2025 / 15:11
Tramp ABŞ-ın Qrenlandiyanı alacağına əmin olduğunu bildirdi

30.03.2025 / 15:11
Zelenskinin "tezliklə öləcək" dediyi Putinin limuzinində partlayış baş verdi

30.03.2025 / 15:09
Danimarka XİN rəhbəri ABŞ-ı Qrenlandiya ilə bağlı tonunu dəyişməyə çağırdı

30.03.2025 / 15:07
“Vens “Signal” söhbətinə görə Trampa Maykll Ualtsı işdən çıxarmasını təklif edib”

30.03.2025 / 10:39
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

30.03.2025 / 10:36
Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib

30.03.2025 / 10:18
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

30.03.2025 / 08:00
Bu gün Azərbaycanda Ramazan bayramıdır

29.03.2025 / 23:53
Rusiyadan Sudja qaz stansiyasını darmadağın edən hücumla bağlı şok iddia - 2 böyük Qərb ölkəsinin əli var…

29.03.2025 / 23:35
Almanlar Qəzzada soyqırıma qarşı etiraz aksiyası keçirdi

29.03.2025 / 23:04
Myanmadakı zəlzələnin gücü ilə bağlı şok açıqlama - 334 atom bombası…

29.03.2025 / 22:09
WSJ: “Pentaqon rəhbəri xarici həmkarları ilə görüşlərə qohum-qardaşını da aparır”

Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011