Şənbə günü, 3 may 2025
     

Təbriz radiosu - Cənubi Azərbaycan mədəniyyət tarixinin incisi...

Image

Danışır Təbriz! Bu sədanı, bu nidanı eşidəndə soydaşlarımızın ürəkləri kökslərinə sığmadı, gözlərindən sevinc göz yaşları süzüldü, paralanmış Azərbaycanın bütövləşməsinə ümid qığılcımları işardı. Təbriz radiosundan eşidlən bu səs Güney Azərbaycanın səsinə çevrildi...

“Təbriz Bakıya arxa” rubrikasında Təbriz radiosundan danışmaq istəyirik.

Azərbaycan Milli Hökumətinin ömrü az olsa da, amma qısa müddət ərzində gördüyü işlər, göstərdiyi xidmətlər saysız-hesabsızdır. Bu xidmətlərdən biri də Təbriz radiosunun yaradılması və yayıma başlaması idi ki, bunu Milli Hökumət bacardı. Bunun hansı çətinliklər hesabına başa gəldiyini təbii, o dövrü araşdıranlar və prosesin içində olanlar çox yaxşı bilirlər. Təbriz radiosunun rəsmi açılış mərasimi Güney Azərbaycanda gerçək bir bayrama çevirildi. Demokrat Firqəsinin rəsmi  qəzeti “Azərbaycan” Təbriz radiosunun açılış mərasimindən geniş reportaj dərc edib.

Güneyli mərhum  xalq şairi Balaş Azəroğlu müsahibələrindən birində Təbriz radiosu barədə “1945-ci ilin yazı Azərbaycanda çox gərgin keçdi. Yeni dövlət quruluşunun çətinlikləri, Azərbaycan dilini yaxşı bilən savadlı kadrların çatışmaması, ən əsası, İran dövlətinin Azərbaycana qarşı təxribatı və böhtanlı çıxışları başladı. Milli Hökumət bütün bunlara qarşı tədbirlər görməli və eyni zamanda Milli Hökuməti möhkəmlətməli idi. Pişəvəri gecə-gündüz bilmədən çalışırdı. «Azərbaycan» ruznaməsində Tehranın böhtanlarını rədd edən baş məqalələr yazır, Tehran radiosuna cavab verən çıxışlar edirdi. Xalq da milli dövləti müdafiə edir, idarələrdə yeni həvəslə çalışan vəzirlər və rəhbər işçilər Pişəvərinin ətrafında birləşirdi. Hər gün axşam 5-dən Təbriz radiosu işə başlayır, «Danışır Təbriz» sədası bütün İrana yayılırdı. Təbriz şəhərində filarmoniya açılmış, universitet təşkil olunmuş, «Yazıçı və şairlər məclisi»nə hazırlıq işləri gedirdi. Azərbaycan mallarının dünya bazarına çıxmasına yollar aranırdı. Belə bir zamanda Tehranda çıxan demokratik ruhlu qəzetlərin müxbirləri tez-tez Təbrizə gəlir, «Pənuz tənur gərməst» (təndir hələ istidir) başlığı altında xəbərlər və reportajlar dərc etdirirdilər.

1946-cı il iyunun axırında məni yenidən Təbrizə çağırdılar. Pişəvəri məni Dövlət Radio Verilişləri İdarəsində Ağayi Mirqasım Çeşmazərin müavini təyin etdi. Bu təklif ürəyimdən oldu. İşlərimiz pis getmirdi. 1946-cı ilin oktyabr ayının sonlarında Tehran radiosu Azərbaycana qarşı hər gün böhtan dolu verilişlər verirdi. Biz də öz növbəmizdə bu böhranları tutarlı faktlarla rədd edən məqalə və çıxışlar verirdik. Bu çıxışlar bir qayda olaraq ağayi Pişəvəri tərəfindən edilirdi. Siyasi məqalələrin yerində, «Azərbaycan» ruznaməsində yenə də Pişəvəri tərəfindən yazılan baş məqalələr Azərbaycan, fars, ərəb və fransız dillərində verilirdi. Təbriz radiosunun verilişlərinə qulaq asanlar vəziyyətin necə gərgin olduğunu başa düşürdülər. Ağayi Pişəvəri o günlər tez-tez məsləhət məclisləri keçirirdi. Təbrizdə olan deputatlardan başqa orada vəzirlər, idarə başçıları, ruhanilərin nümayəndələri, ağsaqqallar, fədai başçıları da iştirak edirdi. Bu yığıncaqların birində Pişəvəri xəbər verdi ki, Qəvamül-Səltənə Azərbaycan dövlət nümayəndələri ilə bağladığı qərardadı - Azərbaycanın Milli muxtariyyətini tanıdığı qərardadı pozaraq Azərbaycana hücum etməyə hazırlaşır. Əldə olan məlumata görə, Amerika silahları və tankları ilə silahlanmış şah qoşunları Qəzvin şəhərinə toplanıb fərman gözləyir. Ağayi Pişəvərinin bu məlumatından sonra məclis iştirakçıları bu qərara gəldilər ki, müqavimət göstərmək, şah ordusunun Azərbaycan torpaqlarına soxulmasına yol verməmək lazımdır. Bu qərar Qaflankuh cəbhəsində olan fədailərə də çatdırıldı.

İran dövləti bütün ölkə üzrə İranın Milli Məclisində keçiriləcək növbəti seçkilərdə «Azərbaycanda seçkilərə nəzarət etmək» pərdəsi altında Azərbaycana qoşun yeritməyə başladı. Sonralar məlum oldu ki, İran dövlətinin amerikalılarla hazırladığı bu plana Şurəvilər də razılıq vermişdi. Yuxarıdan verilən əmrə istər-istəməz razılıq verən Pişəvəri Qaflantı fədailərinə xəbər verdi ki, şah qoşunlarına müqavimət göstərməsinlər. Belə ki, Qəzvindən hərəkət edən qoşun az bir vaxtda Zəncan şəhərinə daxil oldu. Qoşun gələn kimi şəhərin bütün idarələrini tutdu, idarə başçıları, firqə nümayəndələri, inzibati idarələrin işçiləri həbs edildi, müqavimət göstərənlər yerindəcə güllələndi. Şah qoşunlarının bu vəhşiliyinə qarşı Təbrizdə və başqa şəhərlərdə etiraz mitinqləri keçirildi. Şəhər meydanında qoyulan radio mikrofonları mitinqdə edilən çıxışları bütün dünyaya yaydı. Pişəvəri Milli Məclisin iclasını çağırdı, bu xəyanətə qarşı Milli Məclisin qərarını soruşdu, Milli hökumətin necə hərəkət etməsini məclisin müzakirəsinə verdi. Milli Məclis Qəvam dövlətinin işğalçılıq siyasətini pislədi və təslim olmamağa, son nəfərə qədər vuruşmağa səs verdi. Həmin gün Pişəvəri radioda çıxış etdi, mərkəzi hökumətin qoşunlarının Zəncan şəhərində etdiyi xəyanətdən, dinc əhaliyə divan tutmasından danışdı. Qəvam dövlətini ittiham etdi və axırda Milli Məclisin təslim olmamaq, müqavimət göstərmək qərarını bütün dünyaya çatdırdı. Milli Məclisin qərarından sonra Təbriz şəhərinin ətrafında səngərlər qazıldı, şəhərə mühüm idarələri qorumaq üçün qumla doldurulmuş kisələr gətirildi. Belə səngərlərdən biri də radio idarəsinin ətrafında quruldu və fədailərdən keşikçilər qoyuldu. Xaricdən ardıcıl təsir olunmasına baxmayaraq, Pişəvəri təslim olmaq istəmir, şəhərin müdafiəsini təşkil edirdi. Lakin deyirlər, sən saydığını say, gör özgələr sənin haqqında nə nəqşələr çəkir…”-deyə bildirirdi.

1946-cı ilin 26 aprelində, cümə günü dövlət teatrının səhnəsində Təbriz radiosunun rəsmi açılış mərasimi keçirilib. “Azərbaycan” qəzetində bu barədə qeyd edilirdi:  (məqaləni Səməd Bayramzadə təqdim edib) “...Bu gün Azərbaycan xalqının siyasi və ictimai həyatında tarixi bir gün idi. Azərbaycan bu gün rəsmi surətdə öz səsini dünyanın ən uzaq nöqtələrinə yetirib və Asiya qitəsinin bir guşəsindən azadlıqdan ötrü yorulmadan mübarizə edən şərəfli bir xalqın dili ilə danışır. Milli Hökumət xalqımızın həqiqi ehtiyaclarını nəzərdə tutmaqla radio stansiyasının yaradılması üçün sürətli addımlar atıb. Bununla xalqımızın həqiqi arzu və istəyini həyata keçirdi”.

Məqalədə vurğulanır ki, radio Milli Hökumətin parlaq uğurlarındandır. Dövlət teatrında təşkil olunan rəsmi açılış mərasimini Milli Hökumətin baş naziri S.C.Pişəvəri xəstə olduğu üçün radio Milli Məclis rəisi Şəbüstərinin vəsirəsilə açılıb.  Şəbüstərinin çıxışı dörd başqa dildə, kürd, fars, fransız və rus dilində də yayılıb. “Azərbaycan Milli Hökumətinin daha bir parlaq nailiyyətini sizə xəbər verməklə özümü çox xoşbəxt hiss edirəm. Millətlər ömründə çox qısa sayılan 4 aylı bir müddətdə Azərbaycan Milli Hökumətinin müxtəlif həyat sahələrində əldə etdiyi nailiyyətlər qəhrəman xalqımızın iftixar dolu tarixində qızıl hərflərlə yazılacaq”-deyə qeyd edən Şəbüstəri bildirirdi ki, milli radionun təsis edilib işə salınması Milli Hökumətin böyük dəyərə malik işlərindəndir.

Təbriz radiosunun ilk rəhbəri Mirqasım Çeşmiazər olub ki, o həm də S.C.Pişəvərinin köməkçisi vəzifəsində çalışıb.

Təbriz radiosu Güney Azərbaycan tarixində əhəmiyyətli rol oynayan bir təsisat olub ki, bu gün də onun barəsində qürurla danışırıq.

“Danışır Təbriz”-bu səs bütün Güneyə, eləcə də İran adlı ölkədəki digər türk ellərinə yayılırdı... Güney Azərbaycanda Milli Hökumət yenidən bərpa edildikdən sonra biz Təbriz radiosundan azad ellərimizin sədasını yenidən duyacağıq.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

02.05.2025 / 12:37
Sosial şəbəkələr neqativ informasiya bazarına çevrilib...

02.05.2025 / 12:35
Salyanda "avtoşluq" edən sürücü həbs edildi - FOTO

02.05.2025 / 12:17
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

02.05.2025 / 12:08
İsrailli köçkünlər yerli fələstinlilərə hücum etdi

02.05.2025 / 12:05
Dikiy:-“ Ukrayna təbii sərvətlərlə bağlı razılaşmaya görə böyük riskə getdi”

02.05.2025 / 12:00
Kreml 9 mayı bomba sığınacağında qeyd etməli olacaq

02.05.2025 / 12:00
Paşinyan bu iki şəxsdən birini ABŞ-a səfir göndərəcək

02.05.2025 / 11:59
“Ukrayna Rusiyanı 2014-cü il sərhədlərinə qaytara bilməyəcək”

02.05.2025 / 11:53
“Əkinçi” qəzeti milli hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib" - Əhməd İsmayılov

02.05.2025 / 11:42
Ali Məhkəmə televiziyalarda ailə həyatına müdaxilə halları ilə bağlı qərar qəbul edəcək

02.05.2025 / 11:32
Türkiyədə qeyri-leqal miqrasiya ilə məşğul olan 21 nəfər saxlanılıb

02.05.2025 / 11:22
2030-cu ildə suya tələbat 16 faiz artacaq - Hökümətdən AÇIQLAMA

02.05.2025 / 11:15
"Neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir"- Əhməd İsmayılov

02.05.2025 / 11:07
Tramp 8 Mayı Qələbə Günü elan etdi

02.05.2025 / 11:05
Hindistan- Pakistan müharibəsi Azərbaycana toxunarmı? - CANLI

02.05.2025 / 11:00
Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili layihəsinə start verildi

02.05.2025 / 10:43
"Forumun məqsədi media subyektləri ilə dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır" - Əhməd İsmayılov

02.05.2025 / 10:25
Bir gecədə 121 Ukrayna PUA-sı məhv edilib - Moskvadan açıqlama

02.05.2025 / 10:20
Baş nazirlikdən istefa verib prezident olmaq istəyir...

02.05.2025 / 10:12
"Zirə" bu gün "Turan Tovuz"la qarşılaşacaq

02.05.2025 / 10:07
Yasamalda qadın sürücünün vurduğu kişi xəstəxanada ölüb

02.05.2025 / 10:01
Bu gün Bakının iki rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

02.05.2025 / 09:35
"Dünya siyasətinə etibarsızlıq qayıdır" - Donald Tuskdan AÇIQLAMA

02.05.2025 / 09:27
Azərbaycanda həkimlərin say yox, paylaşma problemi var - təyinat sistemi bərpa edilir?...

02.05.2025 / 09:22
Novxanı bağlar massivində silah-sursat tapılıb

02.05.2025 / 09:18
“Skype” gələn həftə bağlanır

02.05.2025 / 09:12
Yunanıstanı tətillər bürüyüb- qiymət artımına qarşı...

02.05.2025 / 09:07
Tramp keçmiş müşavirini BMT-yə səfir göndərir

02.05.2025 / 09:00
Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem"dən qələbə

02.05.2025 / 08:36
"Elmlər doktoru" adı ləğv olunur - ciddi arqumentlər var...

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678