Şənbə günü, 3 may 2025
     

İrəvan Azərbaycan teatrının tarixində məşhur azərbaycanlı sima - Yunis Nuri…

Image

“İrəvanda izim qaldı” rubrikasında İrəvanda teatr qurucularından biri, bəzi mənbələrə görə banisi, Ermənistan SSR-in əməkdar artisiti, tanınmış Azərbaycan aktyoru Yunis Nuri (Yunis Hacı Süleyman oğlu Süleymanov) barədə danışacağıq.

Azərbaycan mədəniyyətinin tarixi mərkəzlərindən olan İrəvan şəhərində milli mədəni intibahın tarixi məktəb, teatr quruculuğu ilə bağlıdır.

Onu da qeyd edək ki, Yunis Nuri kimi səhnə xadimlərinin çiyinlərində Azərbaycan teatrı inkişaf edib.

  • Hacı Süleymanın oğlu Yunis…

Yunis Nurinin bioqrafiyasına diqqət yetirək. Aktyor barədə internet resurslarında yerləşdirilən məqalədə bildirilir ki, Yunis Nuri və ya Yunus Nuri 1878-ci il yanvarın 23-də İrəvanın Şəhər məhəlləsində, Hacı Novruzəli məscidinin yanındakı ata-baba evində şəhərin mötəbər şəxslərindən olan Hacı Süleymanın ailəsində anadan olub. Yazılanlara görə,  Y. Nurinin ulu babaları Ağrı vadisində yerləşən Qəmərli rayonunun Sabunçu kəndindən olublar. İstər əcdadı, istərsə özləri, bu kəndlə bağlı olan qohumlar ya qohum olmayan azərbaycanlıların hamısı orada yaşayıb-yaşamalarından asılı olmayaraq özlərini sabunçulu adlandırıblar. Qeyd edilənlərə görə, Hacı Süleyman da, Y. Nuri də, İrəvanda doğulub böyümələrinə baxmayaraq, özlərini daima iftixarla sabunçulu hesab edərmişlər.

  • 14 yaşlı fəhlə…

Məlumatlara görə, Yunis Nuri hələ beş yaşında ikən atası vəfat edib. Yunisin təlim-tərbiyəsi ilə anası Leyla xanım məşğul oldu. Maddi çətinlik içərisində yaşasa da oğlunu molla məktəbinə qoyub. Yunis burada cəmi altı il oxuyub, öz fitri istedadı, səyi və çalışqanlığı sayəsində Azərbaycan dili ilə yanaşı fars və ərəb dillərini də öyrənib. Şərq ədəbiyyatı ilə tanış olub. O, bir tərəfdən Sədinin "Gülüstan"ını, digər tərəfdən Quranı yaxşı bilir, Azərbaycan dilinə tərcümə edirdi. Maddi çətinlikdən 14 yaşlı yeniyetmə Yunis təhsilini buraxıb fəhləlik etməyə məcbur qalır.

  • Sənət yollarında…

Uşaqlıqdan istedadı, fəhmi ilə seçilən Yunis Nurinin səhnədən keçən yolu çox maraqlıdır. Onun aktyorluq faəliyyətinə başladığı tarixə diqqət yetirsək görərik ki, aktyorluğa 1896-cı ildə İrəvanda başlayıb və ömrünün sonunadək İrəvan Azərbaycan Teatrında fəaliyyət göstərib.

O, bu teatrda M.F.Axundovun “Hacı Qara” pyesində Hacı Qara, Ü.Hacıbəyovun “Arşın mal alan”ında  Soltan bəy, Molyerin “Zorən təbib” pyesində təbib, C.Cabbarlının “Sevil” pyesində Atakişi, “1905-ci ildə” pyesində Allahverdi, Q. Sundukyannın “ Pepo" əsərində Giko, C.Məmmədquluzadənin “Ölülər” əsərində Şeyx Nəsrullah rollarını oynayıb.

"Zəngəzur", "Sevan balıqları" və "Anahid" filmlərinə çəkilib. Buradan görsənir ki, Y.Nurinin istedadı o qədər yüksək olub ki, onu filmlərə çəkmək məcburiyyətində qalıblar. Ermənilər kimi eqoist, ikiüzlü millətin bir azərbaycanlını filmə çəkməsi təəccüblü görsənir…

Yazlı məlumatlara görə, ömrü boyunca İrəvanda yaşayan və yaradan 1935-ci ildə Ermənistanın əməkdar artisti adını qazanmış azərbaycanlılardan biri Yunis Nuri 1950-ci il yanvarın 5-də 72 yaşında vəfat edib.

  • XIX əsrin teatr intibahı…

Yazılı mənbələrə görə, 1880-ci illərdən etibarən İrəvanda maarif-mədəniyyət qığılcımları alovlanmağa başlayır, azərbaycanlılar arasında ziyalıların, kitab və mətbuatla maraqlananların sayı artırdı. İrəvanın qabaqcıl azərbaycanlı ziyalıları əsasən şəhərdə yeganə gimnaziyanın sayca az müəllimlərindən ibarət idi. Onların arasında Qori seminariyasının məzunu, 1885-ci ildən burada işləyən Firidun bəy Köçərli də var idi. Xalqı maarifləndirməyə, mədəniyyətə çağırmağa can atan şəhər müəllimlərinin, xüsusən F. Köçərlini son illərdə Bakıda, Naxçıvanda, Şuşada və s. yerlərdə Azərbaycan dilində göstərilən teatr tamaşaları çox sevindirir və nəhayət onlar bu sahəfə öz qüvvələrini sınamağa qərar verirlər. İrəvanda Azərbaycan dilində ilk teatrın əsası böyük dramaturq Mirzə Fətəli Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" komediyası ilə qoyuldu və böyük müvəffəqiyyət qazandı. "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasının ilk tamaşasının təşkilində və sonralar təkrarən göstərilməsində F. Köçərliyə Eynəli bəy Sultanov və "fars Abbas" kimi tanınan Mirzə Abbas Məhəmmədzadə kimi açıq fikirli yerli ziyalılar yaxından kömək göstəriblər.

1896-cı il dekabr ayının 8-də İrəvanda "Müsyo Jordan və dərviş Məstəli şah" komediyası yenidən tamaşaya qoyuldu. Erməni dramaturqu Emin Ter-Qriqoryan ermənicə "Nor dar" qəzetində dərc etdirdiyi "İrəvanda türkcə ilk tamaşa" adlı məqaləsində yazmışdı: "Dekabrın 8-ni türklərin teatr tamaşasının və ümumi xeyriyyə işinin başlanğıcı hesab etmək olar.

Dünən türk teatr həvaskarlarının kiçik bir dəstəsi birinci dəfə olaraq öz ilk tamaşasını verdi. Tamaşa, əlbəttə, türk dilində idi və özlərinin həyatından alınmışdı. Onu, din ayrıseçkiliyi qoymadan yerli gimnaziyanın şagirdlərinin xeyrinə oynadılar. Tamaşaya gəlincə deməliyik ki, ilk təcrübə olduğuna görə, onu pis hesab etmək olmazdı. Qadınların rollarını da yoğun bığlı gənclər ifa edirdilər; bu rolları səsləri qadın səsinə daha müvafiq gələn cavan oğlanlara vermək barəsində düşünməmişdilər... İfaçılardan Şəhrəbanu xanım rolunda çıxış edən çox yaxşı idi, bu rolu bir məlahətli türk gənci ifa edirdi. Onda səhnə qığılcımı özünü göstərirdi..."

  • Cəhaləti, qaranlığı qılınc kimi kəsən Nuri…

Tədiqatçılar yazırlar ki, özündə "səhnə qığılcımı" biruzə verən "məlahətli türk gənc", gələcəyin görkəmli aktyoru Yunis Nuri idi. 18 yaşlı gənc böyük yaradıcılıq həyatının ilk xoşbəxt anını yaşamışdı. Təsadüfi deyildir ki, o özünə "Nuri" təxəllüsünü qəbul etmişdir. Cəhalətin qaranlıqlarını qovan bir nura çevrirən insanların qəlbinə və zehninə hərarət, işıq səpən teatrın fədaisi idi. 1896-cı il tamaşasından sonra İrəvan teatr həvəskarları daha sıx birləşdilər. Məhz o zamandan etibarən Yunis Nuri İrəvan teatrının ən fəal xadiminə və rəhbərinə çevrilir.

1903-cü ilin əvvələrində İrəvanın mötəbər adamlarından olan Pənah xan Makinski Yunis Nuriyə bir tamaşa hazırlamağı tapşırmışdı. Vasaq Mədətovun (Nəzmi) "Qırt-qırt" vodevilini oynamağa icazə alındı. Bu vodevil o illərdə Azərbaycan səhnəsində şöhrət qazanmış və tez-tez tamaşaya qoyulan əsərlərdən idi. Yunis Nuri ifaçıları tapmaq üçün yorulmaq bilmədən bütün şəhəri dolaşır, tamaşada iştirak etmək üçün gimnaziyanın şagirdləri ilə razılığa gəlirdi. Tamaşa səs-küy saldı, xana yaxın adamlar onun yenidən göstərilməsini xahiş etdilər. Buna görə də "Qırt-qırt" Pənah xanın imarətində bir neçə dəfə təkrar oynandı.

  • Tarixi unutmayaq…

İrəvan Azərbaycan Dövlət Dram Teatrının tarixinə aid tədiqiqatlarla tanış olarkən belə bir faktla üzləşdik. Məlumata görə,1920-ci ildə daşnak hökümətinin yıxılması və Abbasqulu bəy Şadlinskinin mübarizəsi nəticəsində İrəvanın yerli əhalisi doğma torpağına qayıda bildi. 1922-ci ildə Yunis Nuri truppanı toplayaraq teatrın fəaliyyətini bərpa etdi və teatra rəhbərliyi öz öhdəsinə götürdü.

Onu da vurğulayaq ki, 1918-ci ildə erməni daşnak dəstələrinin qərbi azərbaycanlılara divan tutması nəticəsində yerli əhali öz ev işişlərindən didərgin düşmüşdülər…Onların bir çoxu bir də qeyd edilən tarixdə geri dönə bildilər.

İrəvanda teatr fədaisi, Ermənistanın əməkdar artisti Yunis Nuri barədə danışdıq. Nuri heç zaman İrəvandan ayrılmadı, əbədi olaraq orada qaldı. Bu gün orada böyük aktyorun məzarının qalıb-qalmadığını deyə bilmərik, amma onun ruhu doğulduğu və cisminin dəfn edildiyi İrəvandadır…

İradə SARIYEVA
P.S. yazıda internet resurslarında əks olunan faktlardan istifadə olunub.



VİDEO

SON XƏBƏRLƏR

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678