Şənbə günü, 10 may 2025
     

Tarixi Urud abidələrinin bir hissəsi məhv edilib, digərləri erməniləşdirilib...

Image

“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında məşhur Urud abidələri barədə danışmaq, onların indiki vəziyyətindən bəhs etmək istəyirik.

Zəngəzur mahalının Qarakilsə rayonun Urud kəndindəki yaşı çox-çox qədim olan abidələr, qoç heykəlləri və sair hər zaman maraqla qarşılanıb.  Urud abidələri barədə tarixi ədəbiyyatda xeyli məlumatlar var və onlar da birmənalı şəkildə onların birbaşa türk mədəniyyəti, dünyagörüşü ilə sıx bağlı olduğunu sübut edir. Hər yazı bir tarixdir, hər məzar daşı, hər abidə o yerin ilk sakinlərinin ünvanını nişan verən amildir. Bu baxımdan Urud abidələri Azərbaycan-türk tarixi - memarlıq abidələri kompleksidir. Tədqiqatçıların üzə çıxardığı məlumata görə, kompleksə Urud qalası, Urud qəbirsanlığındakı nadir məzar daş nümunələri və daş stelaları, o cümlədən digər abidələr daxildir. Qeyd olunur ki, Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü.

Tədqiqatçılara görə, Urud qalasının adı mənbələrdə 450-ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104-cü ildə Səlcuqlar, 1386-cı ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif tərəfindən fəth edilib.

Vurğulayaq ki, 3 iyul 1968-ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə “Vorotanberd” qoyublar. Ermənilərin kəndin tarixi adını dəyişdirməsi bu toplumun başqa mədəniyyətlə düşmənliyindən irəli gəlir. Onlar nə qədər çalışsalar da Urud kəndinin tarixi simasını dəyişə bilməyiblər. Kəndin abidələrinə divan tutublar, adını dəyişdiriblər, amma  Urud kəndində 1988- ci ilə kimi qədər yalnız Azərbaycan türkləri yaşayıb. Məlumatlara görə, bu kənddə ermənilərin ilk məskunlaşması 1988-ci ildən sonra baş verib. Qərbi Azərbaycan türklərinin 1988-ci il deportasiya və soyqırımından sonra o kəndə də ora yad olan ermənilər köçürülüb.

  • Məşədixanım Nemət Urud abidələrini tədqiq edərkən hansı təzyiqlərlə üzləşib?

Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü mərhum Məşədixanım Nemət vaxtilə  “Xalq qəzeti”nə müsahibəsində Urud abidələri barədə belə danışırdı: “...1961-ci ildən Zəngəzurda Urud abidələrinin tədqiqinə başlamışam... Həyat yoldaşım Ağakərim Quliyev keçmiş Lenin rayonu icraiyyə komitəsində baş mühəndis işləyirdi. Allah rəhmət eləsin, yaxşı insan idi. Çox çalışdı ki, məni bu ekspedisiyalardan çəkindirsin, ancaq bacarmadı. Hər yay məzuniyyətini, bir ay da öz hesabına götürüb mənimlə tədqiqata gedərdi. Uruda da birlikdə getdik. Birinci dəfə bizə dəyib-dolaşan olmadı. Sonrakı səfərlərimizdə isə izləndiyimizi açıq-aşkar hiss edirdik. Bir dəfə içərisində iki nəfər oturmuş bir maşın bizi Urud qəbiristanlığına qədər gətirdi və bizim maşından bir qədər kənarda dayandı. Sonra iki qoca erməni yanımıza gələrək bizdən çıxıb getməyi tələb etdi. Kənddən bir dəstə azərbaycanlı gələndən sonra bizdən əl çəkdilər. Mənsə heç nəyə məhəl qoymadan abidələrin surətini çıxarırdım. Axşama yaxın sürücümüz narahatlıqla dedi ki, getmək lazımdır, nəsə bunların pis niyyəti var. Biz tərpəndik, bizi izləyən maşın da arxamızca. Həmin maşın bizi düz Azərbaycanın sərhədinədək ötürdü.

Zəngəzurun Urud kəndində üzə çıxarılan və XIV-XVII əsrlərə aid edilən qoç heykəlli və sənduqə formalı məzar daşları, iki abidə üzərində yazılmış “Avladi ağvan” (alban övladları) sözləri Zəngəzurda yaşamış alban tayfalarının türkləşməsini və İslamı qəbul etməsini təsdiqləyir. Abidələr üzərindəki qədim türk tayfalarına məxsus onqonların (tanrıların) – maral üzərində oturdulmuş ov quşları, Tibet yak öküzləri, şaman təsvirləri onların hələ İslamı qəbul etməzdən çox-çox əvvəl türkləşməsini göstərir. Onlar İslamı qəbul etdikdən sonra bir müddət qədim inanclarını saxlamış, sonra isə bunu təsviri sənətə keçirmişlər.

Urud kəşflərinə qədər tarixi ədəbiyyatda belə bir fikir mövcud idi ki, xristian olan alban tayfaları xilafətin Qafqazı istilası zamanı İslamı qəbul etməsinlər deyə, qriqorian xaçını qəbul edib erməniləşdilər, gürcü xaçını qəbul edib gürcü oldular. Urud abidələri isə indiyə qədər tarixi ədəbiyyatda mövcud olan türk elementinin Qafqaza gəlmə olduğu konsepsiyasını alt-üst etdi və sübut olundu ki, türklər Qafqazın aborigenləridir. Zəngəzur, Laçın, Kəlbəcər, habelə Armazisxevidə (Gürcüstan), Qobustan tərəfdəki Qarabağ və digər qəbiristanlıqlarda aşkar etdiyim XIV-XIX əsrlərə aid at, qoç heykəlli və başdaşı formalı məzar daşlarında türk tayfalarına məxsus tamqaların, şamanların təsvirləri əsasında Cənubi Qafqazda türk tayfalarının yayılma arealını və beləliklə, Azərbaycanın tarixi ərazisini müəyyənləşdirmişəm”.

Alimin Urud abidələrinə həsr olunmuş tədqiqatları 1981-ci ildə çapdan çıxan “Memorialnıye pamyatniki Azerbaydjana” kitabında verilib. M.Nemət qeyd edirdi ki, kitab çapdan çıxan kimi keçmiş SSRİ-nin müxtəlif təşkilatlarına, Sov.İKP MK-ya imzalı-imzasız məktublar axmağa başladı. Əsas məzmunu da bu idi ki, M.Nemət qardaş xalqlar arasında təfriqə salır, proletar beynəlmiləlçiliyi prinsipini pozur və s.

“Erməni tarixçiləri A.D.Papazyan, A.A.Xaçaturyan və A.A.Akopyan isə açıq hücuma keçdilər. Mən onlara tutarlı dəlillərlə cavab verdim. A.D.Papazyanın “Zəngəzur heç vaxt Azərbaycan ərazisinə daxil olmayıb” iddiasının yanlış olduğunu isə onun çap etdirdiyi sənədlər əsasında sübut etdim və göstərdim ki, Zəngəzur Naxçıvana, Naxçıvan isə Azərbaycana daxildir.

Yeri gəlmişkən onu da deyim ki, erməni millətçiləri rəhmətlik Ziya Bünyadovla bərabər, mənim də başıma mükafat kəsmişdilər. Bunu az qala Mahaçqalada icra edəcəkdilər. 1989-cu ildə burada keçirilən elmi konfransda mən də məruzə etdim. Ermənilər və onların sadvalçı tərəfdarları üstümə hücum çəkdilər. Kumık dostum, tarix elmləri doktoru Adil Gerey yanıma gəlib həyəcanla dedi: “Məşədixanım, bunların fikri başqadır. Gəl deyək ki, sabah Dərbəndə ekskursiyaya gedəcəksən, axşam da səni Bakıya yola salaq”. Elə də etdik. O vaxtdan daha Dağıstana getməmişəm...”

Urud abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığındakı orta əsrlər Azərbaycan məzarlığıdır. Məzarlıqda bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olub.  Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınıb.

1961–ci ildə Urud kəndində elmi ezmiyyətdə olan AMEA - nın müxbir üzvü, t.e.d. prof. M.Nemət  XV – XVII əsrlərə aid yüzə qədər belə abidəni tədqiq etmişdir. Həmin abidələrin hər birinin üstündə ərəb dilində mərhumun kimliyi, ölüm tarixi, bəzi hallarda isə hətta ölüm səbəbi də qeyd olunub.
Qarakilsə rayonunun Urud kəndinin qənşərində, qalanın qarşısında, Bədir qayasının yanında, Bazar çayın sol sahilində tarixi 500 ildən yuxarı sayılan Urad qəbirstanlığı yerləşirdi. Qəbiristanlıq hər yerdə və bütün zamanlarda müqəddəs yer sayılırdı. Urud qəbiristanlığı isə tarixi-etnoqrafik əhəməyyəti baxımından təkcə bir kəndi deyil, bütöv mahalın keçmişi haqqında ən geniş məlumatı və tutarlı dəlilləri qoruyub saxlamış bir məbədgah idi.

  • Urud qəbiristanlığının tədqiqi tarixi...

Urud qədirstanlığındakı Orta əsr və Orta əsrə qədərki qəbir daşlarının tədqiqatı hələ bu əsrin 20-ci illərində Azərbaycan alimlərinin diqqətini cəlb edib. 1926-cı ildə Urud kəndində olmuş etoqraf alim Ə.Ələkbərov Urud qəbirstanlığı haqqında ilk elmi məlumat dərc etdirib. 1959-cu ildə Urudda olan akademik Ziya Bünyadov Urud qəbirstanlığındakı qədir daşlarının dini-milli mənsubiyyəti və tarixi əhəmiyyəti barədə dəyərli fikir söyləyib. Urud qəbirstanlığında olan qəbir daşlarındakı kolloqrafik oymalarda ərəb qarfikasının hufi, nəsx, süls, nəstəliq şifrələri işlənilib.

Məlumdur ki, VII-XVI əsrlərə aid olan Urud abidələr kompleksi ermənilər tərəfindən talan edilib, bəzi hissəsi mənimsənilib,  qədim məzarlıq dağıdılıb, Urud qalasının və monastırın xarabalıqları qalır.
Tədqiqatçılara görə, Urud qəbirstanlığındakı bir sıra qəbir daşlarında onqonlarla bağlı epiqrafika, əsasən, maralın, öküzün, yaxud qoçun üzərinə qonmuş qanadları geniş açıülmış qartal rəmzlərindən ibarətdir. Bu cür onqonlar türk xalqlarının islamdan əvvəlki dövrü üçün əsas sitayiş yerləri idi. Başqa qrup qəbir daşlarında qarşı-qarşıya dayanmış tibet öküzləri, öküzlərin sağ tərəfindən bir əlində balta, bir əlində xəncər tutmuş kişi təsviri olan səhnə təsvir olunur. Məlum olduğu kimi, tibet öküzü bütün türk xalqlarının ümumi onqonu-sitayiş heyvanı sayılmışdır. Qədim türklərin inamına görə ildə bir dəfə bu heyvanı qurban kəsməklə tayfa gələcək qada-baladan hifz olunardı. Hər evə bu qurbanlar müəyyən qədər pay verilərdi ki, qədim inama görə bu pay o evə il boyu ruzi gətirəcəkdi. Urud qəbirstanlığındakı bəzi qəbir daşlarında əllərini göyə qaldırmış adam – dua edən şaman təsvirinin həkk olunması, yazı olmasaydı belə bu daşların yalnız türk xalqlarına mənsub olmasını göstərən tutarlı dəlildir.

  • Qəbir daşlarında sənəti əks olunan insanlar...

Tədqiqatçılar yazır ki, qəbir daşlarında dəfn olunmuş şəxsin sənətini əks etdirən maraqlı işləmələr də vardır.
Bir qəbir daşında mərhumun (xan Məhəmməd 983-cü il) zərgər olduğuna işarə edən üzük, boyunbağı, sırğa, bilərzik şəkilləri həkk olunub, başqa bir qəbir daşında isə (Aysoltan 992-ci il) xana, həvə, bıçaq, əlində kırgıd tutmuş qadın təsviri mərhumənin xalçaçı olduğunu göstərir.
Urud qəbirstanlığındakı qəbir daşlarına mərhumun məişətini, həyat fəaliyyətini əks etdirən zəngin ov səhnələrinin, ov heyvanlarının (maral, ceyran, dağ keçisi, cüyür), ov ləvazimatının (silah, nizə, balta, ox, kaman) təsviri o dövrdə Urudda yaşayan babalarımızın həyat tərzi, məişəti haqqında dəyərli məlumat verir. Qəbir daşlarında həkk olunmuş şer parçaları, daular, islam dini hədislərindən və Qurai-Kərimdən sitatlar, bu ərazilərdə yaşayan mənəvi mədəniyyəti haqqında kifayət qədər ətraflı məlumat verir. Xarakterik haldır ki, bütün qəbir daşlarında mərhumun yalnız ölüm tarixi qeyd olunub.
Yuxarıda qeyd etdiyimiz kimi, Urud qəbiristanlığında 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınıb və deportasiyadan sonra  bu abidələr ermənilər tərəfindən tamamilə dağıdılıb. Hazırda burada heç bir abidə qalmayıb.

Bu da ermənilərin hansı dərəcədə vandal, mədəni irs düşməni olduğunu bir daha sübut edir.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

09.05.2025 / 20:56
ABŞ və Rusiya Avropaya qaz nəqlini masaya yatırdı - rus qazını Avropaya Amerika şirkətləri satacaq…

09.05.2025 / 20:43
"Hindistanın Pakistana hücumu Hərbi Hava Qüvvələrinin bacarıqsızlığını üzə çıxardı"

09.05.2025 / 20:34
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni səhifə açılır

09.05.2025 / 19:27
Çin lideri Moskvada “əsas qonaq” statusu aldı - başqa dövlət başçıları aşağılarda...

09.05.2025 / 19:18
“Femin Art” Beynəlxalq Qadın Rəssamların sərgisi Bakıda – Mədəniyyət və sülhün birliyi

09.05.2025 / 18:43
ABŞ müdafiə naziri İsrailə səfərini ləğv etdi

09.05.2025 / 18:17
Trampın yeni niyyəti - Ərdoğanı Ukrayna bataqlığında batırmaq...

09.05.2025 / 18:02
İşğalçı Hindistan əsasən Rusiya və İsrail silahlarından istifadə edir

09.05.2025 / 17:44
Ermənistandan yeni tələb - terrorçu Monte Melkonyanı hər yerdən silin…

09.05.2025 / 17:20
Makronla Şolts bacarmadı, Merslə Makron bacaracaq?...

09.05.2025 / 16:53
Roma Papasının əsas vəzifəsi Trampı Avropaya yaxınlaşdırmaq olacaq...

09.05.2025 / 16:44
Heydər Əliyev: Əsrlərə sığmayan tarixi Lider

09.05.2025 / 16:10
Moskvada Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirildi

09.05.2025 / 16:02
Pakistan gecə ərzində Hindistanın 4 kəşfiyyat təyyarəsini vurub

09.05.2025 / 15:37
Pakistanın J-10c qırıcısı Hindistan qırıcılarını quş kimi ovlayır

09.05.2025 / 15:15
Prezident “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışında iştirak edib - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:43
“Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:15
Tramp Ərdoğandan vasitəçilik xahişini məqsədli şəkildə etdi...

09.05.2025 / 14:07
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:03
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:56
DİN əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

09.05.2025 / 13:52
Prezident və Birinci xanım Daşaltı kənd məscidinin açılışını etdi - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:42
“Putin istəsə belə müharibəni dayandıra bilməz”

09.05.2025 / 13:20
Zatulin həddini aşdı: “Onu yerinə oturtmağın vaxtı deyilmi?”

09.05.2025 / 13:08
Ermənilər Şuşanın işğalını Qələbə günü kimi qeyd edə bilmədilər

09.05.2025 / 12:55
Ailə Konsepsiyası ilin sonuna qədər hazırlana bilər...

09.05.2025 / 12:43
Bill Qeyts bütün sərvətini xeyriyyəçiliyə bağışlayacaq

09.05.2025 / 12:24
Tramp Kiyevin 30 günlük atəşkəs təklifini dəstəklədi

09.05.2025 / 11:51
İsrail Ordusu Radiosu: “Tramp Netanyahu ilə əlaqəni kəsdi”

09.05.2025 / 11:36
Kreml: ”Tramp Ukraynanın tələblərini anlamağa başlayıb, lakin bir nüans var”

09.05.2025 / 10:55
Prezident İlham Əliyev Fridrix Mertsi təbrik edib

09.05.2025 / 10:52
Prezident İlham Əliyev Ekvadorun Prezidentini təbrik edib

09.05.2025 / 10:48
Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib

09.05.2025 / 10:32
Bir gündə bank kartlarından 11 min manatdan çox pul oğurlandı...

09.05.2025 / 10:07
Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

09.05.2025 / 09:51
Prezident İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2025 / 09:40
Prezident İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2025 / 09:28
Vensdən yeni açıqlama: - "Ukraynanın parçalanmasını istəmirik"

09.05.2025 / 09:26
Bakı məktəblərində kütləvi narkoloji test... Geniş panika yaranıb…

09.05.2025 / 09:20
Papa Leo ilk çıxışında papalığı ilə bağlı əsas ipuçlarını verdi

09.05.2025 / 09:18
Konfrans Liqası: Finalın adı "Çelsi"-"Betis" olacaq!

09.05.2025 / 09:16
Papa XIV Leo niyə Vensi və Ağ Evin siyasətini tənqid etdi

09.05.2025 / 09:07
Anqola və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

09.05.2025 / 09:02
Zatulin yenə sərsəmlədi:” Azərbaycan Rusiyanın müttəfiqi deyil”

09.05.2025 / 08:41
Türkmənistan pomidorunun ümidinə qalanda axırımız elə belə olar...

09.05.2025 / 08:00
Faşizm üzərində Qələbədən 80 il keçir

09.05.2025 / 00:05
Prezident İlham Əliyev 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO

08.05.2025 / 23:57
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı - Pakistan xalqı ilə həmrəyik...

08.05.2025 / 23:57
Yeni Papa katoliklərə müraciət etdi

08.05.2025 / 22:46
Amerikalı kardinalın 267-ci Roma Papası seçilməsi təsadüfdür?...

08.05.2025 / 22:33
BƏƏ Prezidenti Prezident İlham Əliyevə zəng edib

08.05.2025 / 22:07
Məhkəmədə Ermənistan tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib - FOTO

08.05.2025 / 21:50
14-cü Leo 267-ci Roma Papası seçildi

08.05.2025 / 21:35
Pakistan: “Hindistandan fərqli olaraq mülki insanları hədəf almadıq”

08.05.2025 / 21:26
İraq Kürdüstanında Azərbaycan konsulluğu - Bakı-Ankara münasibətlərində həssas məsələ...

08.05.2025 / 21:09
Avtosalonlarda "qarantiyalı satış fırıldaqlarını" dilerlərin özləri açır - rəsmi servisə 200 manat veririk ki, müştəriyə bu sözləri desinlər...

08.05.2025 / 20:54
Bayden Trampa sərrast atəş açdı - “ay axmaq...”

08.05.2025 / 20:40
Vatikan yeni papanı seçdi

08.05.2025 / 20:37
Ermənistan bu il də Azərbaycanla sülh imzalanmasının qarşısını aldı...

08.05.2025 / 20:24
Əliyevin və Paşinyanın Moskva paradına yanaşmaları müqayisəli təhlil edildi - üstünlük...

08.05.2025 / 20:11
Ermənistan hökumətinin "məxfi 2-ci bəndi" - Azərbaycanla delimitasiya prosesi pozula bilər...

08.05.2025 / 19:57
Hindistan-Pakistan müharibəsi Şimal-Cənub dəhlizinə təqribən bu qədər ziyan vura bilər...

08.05.2025 / 19:44
Pakistan Hindistanın 85 qırıcısının rabitə sistemini pozdu - düşmənin "güc mifi" yerlə bir oldu...

08.05.2025 / 19:31
Əhmədiyyə Cəbrayılovun ruhu Makrona qənim olsun - Milli Qəhrəmana qarşı unutqanlıq...

08.05.2025 / 19:17
Oxucularımızdan xalq artisti Samir Cəfərova mesaj...

08.05.2025 / 19:04
Rusiya nefti büdcə qiymətinin 40 faizindən də aşağı düşdü - əsl fəlakət indi başlana bilər?..

08.05.2025 / 18:50
DİM qabiliyyət müsabiqəsinə keçidi 10 bal artırdı... Narazılıqlar var

08.05.2025 / 18:36
Son 70-80 ildə Azərbaycan-Vyetnam mədəni əlaqələrində unudulmuş şedevrlər...

08.05.2025 / 18:30
Bir vaxtlar "nazirlər vətəni" deyilən Naxçıvan indi "bir nazirin əlində qalıb"...

08.05.2025 / 18:26
Konyada “Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirildi

08.05.2025 / 18:22
Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

08.05.2025 / 18:16
DTX və DSX birgə əməliyyat keçirdi - saxlanan var...

08.05.2025 / 18:09
Azərbaycanda bütün partiyaların pulu 1 illiyə kəsildi...(?)

08.05.2025 / 18:01
Müstəqil Azərbaycan səhiyyəsinin memarı - Əhliman ƏMİRASLANOV yazır...

08.05.2025 / 17:56
Ədliyyə naziri konstitusiya ilə bağlı suala birbaşa cavabdan qaçdı - erməni elitası hələ oynayır...

08.05.2025 / 17:43
Valideynlərin məktəb və müəllim seçimində böyük problem var - şəxsi məlumatlar açıq olsa nə olar?!...

08.05.2025 / 17:33
Narendra Modinin faşizmə, müharibə dəliliyinə söykənən siyasi maraqları

08.05.2025 / 17:30
Vyetnam-Azərbaycan əlaqələrinin yeni Yol xəritəsi ortadadır...

08.05.2025 / 17:17
Qobustan Qoruğuna giriş bahalaşır - YENİ QİYMƏTLƏR açıqlandı...

08.05.2025 / 17:08
"Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Kəlbəcərdə girov götürülən zərərçəkmiş

08.05.2025 / 16:55
Avropa Birliyi Türkiyə xalqına qarşı növbəti tarixi ədalətsizlik etdi...

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678