Şənbə günü, 3 may 2025
     

Dünya əl sənətinin incisi - Təbriz xalçaları...

Image

Xalçam, naxışlı xalçam,
Gün tək işıqlı xalçam...
Təbrizimin gözüsən
Ay yaraşıqlı xalçam...

Dünyada Təbriz kimi gözəl şəhər yoxdu, heç Təbriz xalçalarının da tayı-bərabəri tapılmaz, deyirdi nənələrimiz. Nağıllaşan, əfsanələşən Təbriz, sənin gözünün işığını, təbiətinin gözəlliyini, füsunkarlığını, dərdini-məlalını caninda cilalayan, ilmələrində oxuyan xalçaların dünyada məşhurdur. Təbriz xalçaları bir əfsanədir, nağıl gözəlliyidir, sehrlidir, sehrkardır deyir usta xalçaçılar, usta sənətkarlar. Təbriz xalçalarının hər çeşnisinin öz gözəlliyi, öz səsi, öz ahəngi var. Rənglərin ahəngi, çeşnilərin müxtəlifliyi, gözəlliyi, həm də özünəməxsusluğu bir ayrı aləmdir. Nənələrimiz xana arxasında oturub əlləri ilə əvvəl əriş-arğaca sığal çəkərdi, sonra da kirkirəni vurub xalıya ilmə vurardı. Yeni toxunan xalçalardan sehirli pıçıltılar eşidilərdi...xalça hekayəsinə qulaq asardıq sanki. Qışda ocaq başında oturub nənələrimizdən nağıl umanda onlar da Təbriz xalçalarından danışardı, nağıllardakı uçan xalçalar mütləq Təbrizdə toxunardı.

Bu gün əfsanəvi Təbriz xalçaları dünya muzeylərinin yaraşığına, bəzəyinə çevirib. Təbriz gözəlinin gözünün nuru, qəlbinin hərarəti, əllərinin işığı, sığalı köçən bu xalçalar insanları elə ovsunlayır ki, adam bu sehrin içində əriyib itir sanki.

Güney Azərbaycanın göz bəbəyi Təbriz şəhəri ta qədimdən mədəniyyət mərkəzidir. Sənətkarların dediyi kimi, burada incəsənətin bütün növləri ən yüksək şəkildə inkişaf edib, daxmalarda toxunan xalılar sarayları bəzəyib. Analarımızın əl əməyi, göz əməyi, könül əməyi olan Təbriz xalçaları xalqımızın tarixinin ayrıca, xüsusi bir səhifəsidir. Əsrlər əvvəl yaranan Təbriz Xalçaçılıq məktəbi əsrlər ötdükcə daha da təkmilləşib, inkişaf edib.

Təbriz xalçaları bütün Güney Azərbaycanın incəsənətini ifadə edir, özü də dərinliklə.

Sənətşünaslar qeyd edir ki, Azərbaycan xalçaları arasında Təbriz məktəbinə məxsus olanlar kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).

Təbriz qrupuna daxil olan xalçaları daha çox ilmələrin sıxlığı fərqləndirir. Elə bu yüksək sıxlıq bilavasitə xalçalarda ən zərif elementləri  belə ifadə etməyə imkan verir. “Əfsan”, “Ləçək-türünc”, “Şeyx Səfi”, “Ağaclı”, “Sarabi”, “Açma-yumma” bu qrupun geniş yayılmış çeşniləridir. İlmələrin hündürlüyü 2-15 millimetrə, bir kvadratmetrdə ilmələrin sıxlığı isə 700-800 minə çatır. Bu Təbriz xalça qrupunun texniki təsviridir.

Sənətşünaslar vurğulayır ki, Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Zəncan, Qəzvin, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. Sənətşünaslar vurğulayır ki, öz kompozisiya tələbatına süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə Cənubi Azərbaycan  xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur. Lakin əvvəlki üsullardan uzaqlaşma nəzərə çarpır. Süjetlər sanki ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal ünsürlərinə çüvrilir, artıq rəvayət xarakterli və hadisələrin mənasını açıb göstərən motivlər kimi başa düşülmür. Bir qayda olaraq ovçuların fiqurları, ov motivləri naxışlarla əvəz olunur.

İlk XVI əsrin ən erkən nümunəsindən başlayaraq, ta keçən əsrin ortalarında toxunmuş məmulatadək "Dörd fəsil" tipli Təbriz xalçaları ilin dörd fəslinə dair mövzuların açib göstərilməsinin vahid ideya-bədii zəmininə malikdir və bu mövzular dəqiq bədii formalarla işlənir. Kompozisiyasına görə orta sahə ənənəyə uyğun olaraq dörd hissəyə bölünür və onlardan hər biri ilin bir fəslinin rəmzidir. Dörd fəslin mövzusu kökləri əkinçiliyə və mistik kultlara gedib çixan rəmzləri zodiak bürclərini və Şərqin mifoloji obrazlarını təcəssüm etdirir.

Xalçalardan medalton və medalyonlar boyunca Azərbaycan memarlığının abidələrinin təsviri, tarixi və din xadimlərinin obrazlarının verilməsi təqlidçilik xarakteri daşımır. Ənənəvi Şərq mədəniyyətinə əsaslanan müstəqil xarakterə malikdir. Dörd dəqiq hissəyə bölgü Şərqin dünya şöhrətli "bağ-bağçaları" üçün səciyyəvidir. Bu xalçalar haqqında XII əsr mənbələrində məlumat verilir. Əmək istilaçıları 637-ci ildə Ktesifonda Sasanilərin iqamətgahını ələ keçirərkən "Xosrovun Baharı" adlə xalçanı qənimət kimi götürmüş və onu misilsiz bir sərvət kimi qiymətləndirmişlər. Xalçanın fonunda şəlaləli irmaqlar, arxlı güllü-çiçəkli bağ təsvir olunmuşdur.

XVI əsrə aid edilən və hazırda Məşhəd  muzeyində saxlanılan Təbriz xalçasına nəzər yetirən xalçaşünaslar vurğulayırlar ki, burada ən əvvəl xalçanın orta hissəsində dörd hissədə fəsillərin rəmzləri:qar, göyqurşağı, yağış təsvirləri, mərkəzdə medalyon nəzərə çarpır. Medalyonda çox güman Təhmasib şahın babası İmam Rzanın məqbərəsinin minarələri bir sıra dini abidələr və motivlər əks olunmuşdur. Bu prinsip sonralar tarixi və ictimai şəraitə uyğun olaraq dəyişmişdir.

Alimlər qeyd edirlər ki, Təbriz xalçalarının ənənəvi əlamətlərindən biri xalçalardan Azərbaycan memarlığının Göy Məscid, "Ucaytu Sultaniyyə" kimi abidələrin təsvir olunmasıdır. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksini Təxti-Cəmşidin xarabalıqları, habelə din xadimlərinin klassik şərq ədəbiyyatı dahilərinin portretləri verilirdi.

Qeyd edilir ki, 1828--ci il fevralın 10-da Rusiya ilə Qacarlar arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmış “sülh müqaviləsi” tarixə Türkmənçay müqaviləsi adı ilə daxil oldu və bu müqavilə 1826–28-ci illər Rusiya-Qacar müharibəsinə son qoydu. Bədnam müqavilənin şərtlərinə əsasən Azərbaycanın şimal hissəsi Rusiya tərkibinə qatıldı. Təbriz, Ərdəbil, Urmiya, Xoy, Marağa, Mərənd, Maku və digər şəhərlər də daxil olmaqla Azərbaycanın cənub hissəsi indiki İran adlanan rejimin  əsarəti altına keçdi. Tədqiqatçılar vurğulayır ki, beləliklə, Azərbaycan 2 yerə parçalandı. Bax elə həmin vaxtdan da "Cənubi Azərbaycan" termini yaranıb meydana gəldi. Həmin vaxtdan Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada “Iran xalçaları” adı ilə tanındı. Amma bu gün o xalçaların Cənubi Azərbaycan xalıçaları kimi tanınmasına ciddi ehtiyac var. Ekspertlərin fikrincə,  Cənubi Azərbaycanda xalçaçılığın dünya miqyaslı ən məşhur və iri mərkəzi Təbriz şəhəridir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.

Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr klassik və ya qızıl dövrünün 200-ə qədər şah əsərləri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir.

Təbriz məktəbini 2 yarımqrupa bölən tədqiqatçılar qeyd edirlər ki, bu Təbriz və Ərdəbildir. Təbriz qrupuna “Təbriz xalçası”, “Qeris xalçası”, Ləçəkturunc xalçası”, “Əfşan xalçası”, “Ağaclı xalçası”, “Dörd fəsil xalçası” daxildir,  Ərdəbil qrupu isə “Ərdəbil xalçası”, “Şeyx Səfi xalçası”, “Sərabi xalçası”, “Şah Abbas xalçası”, “Mir xalçası” kimi xalçaları ilə məşhurdur.

Hər iki xalçaçılıq qrupu Güney Azərbaycan xalçaçılıq məktəbinin qol-budaqlarıdır ki, bu gün onların gözəlliyi, unikallığı diqqət çəkir. Bu xalçalar Cənubi Azərbaycandakı irsimizdir ki, biz bu irsi daim təbliğ etməliyik.

Dünya muzeylərində saxlanılan Təbriz xalçaları bəs hansılardır, onlar hansı muzeylərdədir?

Qeyd edilənə görə,  1522-1523-cü illərə (hicri 929) aid olan "Ovçuluq" xalçası Milan şəhərində  Poldi-Peccoli Muzeyində, XVI əsrə aid “Heyvani” xalçası Londonda Viktoriya və Albert Muzeyində və Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyində,  Süjetli xalça Budapeştin Tətbiqi Sənət Muzeyində,   XVI əsrin ortalarına aid edilən "Heyvani"  xalça Parisdə  Dekorativ Sənət Muzeyində, XVI əsrə aid "Heyvani" xalçası  Klarens Moskinin kolleksiyasında, XIX əsrin ikinci yarısına aid olan  "Dörd fəsil"-Təbriz xalçası Bakıda R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində,

XX əsrin əvvəlinə aid olan "Ağaclı" xalçası Bakıda   Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyində, "Rüstəm ağ divi öldürür" Təbriz Təbriz xalısı XX əsrin əvvəlinə aiddir və Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyində,   "Rüstəmin Aşkavusla döyüşü" xalçası XX əsrin əvvəlinə aiddir və Moskvada Şərq xalqları Sənəti Dövlət Muzeyində, "Ömər Xəyyam öz sevgilisi ilə" Təbriz xalısı XIX əsrin axırılarında toxunub, o Bakıda Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyində, "Şeyx Sənan" xalçası  XX əsrin əvvəlində toxunub və Bakıda Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyində, XX əsrin əvvəlinə aid "Məlik Məmməd" xalıçası Bakıda  Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində, Dərviş təsvir olunmuş xalça Bakıda  Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyində saxlanılır, xalça XIX əsrə aiddir.  Dərvişlər təsvir olunmuş xalçası həm də R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində qorunur.

Dünya muzeylərində saxlanılan Cənubi Azərbaycan, Təbriz xalçaları barədə geniş danışmaq olar. Biz növbəti saylarımızda da mövzunu davam etdirəcəyik.

Təbrizin xalçaları işıqlı,
Təbrizin qızları yaraşıqlı,
Təbriz sazlı-sözlü,
Toylu-mağarlı, aşıqlı...

Təbriz xalçaları bir əfsanədir və o yalnız sözlə yadaşlardan-yaddaşlara keçməyib, həm də gözəl sənət kimi əldən-ələ, evdən evə keçib, bu gün Azərbaycanın həm güneyində, həm də qüzeyində qızlarımız, analarımız-bacılarımız Təbriz xalıları toxuyur...bütöv Azərbaycan sevdasıyla ilmə-ilmə toxuduqları xalçaya xalqımızın əbədi arzularını səpirlərlər ki, o bir gün gerçəyə çevirilsin...

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678