Çərşənbə axşamı günü, 15 aprel 2025
     

Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...

Image

I yazı
Tarixin uzaq çağlarından gələn miniatürlər Azərbaycan təsviri incəsənətinin ən parlaq lövhələrini təşkil edir. Miniatürlər sənəti, rəssamlıq, təsviri incəsənət görkəmli sənətkarlarımızın, fırça ustalarımızın azərbaycançılığa bəxş etdiyi töfhələrdir. Qədim və orta əsr Azərbaycan təsviri sənətində azərbaycançılıq izləri özünü olduqca qabarıq şəkildə büruzə verir. Azərbaycançılıq təsviri incəsənətdə, qədim rəssamlıq nümunələrində öz əksini tapıb.
Məlumdur ki, azərbaycançılıq məfkurəsi, ideyası xalqımız, mədəniyyətimiz, dövlətçiliyimiz mövcud olandan yaranıb. Tarixin hansı çağında səsimiz eşidilirsə, həmin dövrdə də azərbaycançılıq olub. Ola bilsin adı fərqli olsun, amma məzmunu eynidir. Xalqı dövlətə, dövlətçiliyə bağlayıb azərbaycançılıq. Milli mədəniyyətimizə, dəyərlərimizə sevgi, ana vətənin hər bir övladına qayğı və sayğı aşılayıb bu ideya.
Azərbaycan təsviri sənəti, eləcə də təsviri incəsənəti azərbaycançılıq ruhunda köklənib. Azərbaycan təsviri sənəti respublika ərazisində inkişaf edən incəsənət növü kimi məşhurdur. Tədqiqatçılar qeyd edir ki, Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olub. Tədqiqatçılar bildirir ki, monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapıb. Məlum olduğu kimi, Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uz. 215-220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Azərbaycançılığın ünvanlarından olan Azıx mağarası təəssüf ki, hazırda erməni tapdağı altındadır.
Azərbaycan təsviri incəsənətini bir neçə dövrə aid etmək olar. Ən diqqətçəkəni qədim və orta əsrlər təsviri sənətidir ki, onun inkişafı xalqımızın mədəniyyət tarixində parlaq səhifə açıb.
Sənətşünaslar qeyd edir ki, təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalan Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunan rəsmlərdə orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Tədqiqatçılar yazır ki, burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunub. Qobustan qaya rəsmləri-piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.
Bütün bu nümunələrin bizi tarixi keçmişimizə bağladığını qeyd edən sənətşünaslar vurğulayır ki, bu, azərbaycançılığın tərənnümüdür.
Sənətşünaslar bildirir ki, təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-in Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Mil, Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII-VII əsrlər). Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri-dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.
Tədqiqatçılar qeyd edir ki, həkkaklıq və heykəltəraşlıq nümunələri Albaniya (Qafqaz) dövrü sənətində geniş yayılıb. Mingəçevir məbədinin (5-6-cı əsrlər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsviri Qafqaz Albaniyası dövrü heykəltəraşlığının ən kamil nümunələrindəndir.
Sənətşünaslar vurğulayır ki, bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala və s. yerlərdən tapılmış gümüş camların, tuncdan hazırlanmış su qablarının üzərində maral, şir, tovuz quşu, buta təsvirləri verilib. Bu dövrün dairəvi və qabartma heykəltəraşlıq nümunələrindən (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur. VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Azərbaycanın qədim tarixi şəhərlərində-Qəbələ, Naxçıvan, Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz, Marağa və Ərdəbildə memarlıq kompleksləri, saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin binaların dekorativ tərtibatında kalliqrafiya-kitabə, ornament, kaşı və qabartma elementlərindən geniş istifadə olunub. Tədqiqatçıların qeyd etdiyinə görə, Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan binalarda daş üzərində oyma sənəti nümunələri, həndəsi və nəbati naxışlar, Naxçıvan memarlıq məktəbini təmsil edən binaların dekorativ bəzəklərində isə şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament motivləri başlıca yer tutur.
Tədqiqatçılar qeyd edir ki, heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsi üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynayıb. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənib. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib.
Sənətşünaslar vurğulayır ki, orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmiş, Gəncə, Beyləqan və digər şəhərlərdən tapılmış keramika nümunələri üzərində nəbati və həndəsi ornamentlərlə yanaşı, iti caynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilib. Bu dövr Azərbaycan İntibah mədəniyyəti Nizami Gəncəvinin yaradıcılığı ilə sıx bağlı olmuş, o, poemalarında memar, heykəltəraş, nəqqaş və rəssam obrazları yaradıb (Fərhad, Şapur, Simnar).
Tədqiqatçılar deyir ki, barəsində danışdığımız bu dəyərlərin hər birində azərbaycançılıq ruhu hakimdir. Azərbaycançılığın qədim və orta əsrlər təsviri sənətində əsas götürüldüyünü qeyd edən sənətşünaslar bildirir ki, hər bir təsvirdə xalqımızın tarixi, mədəniyyəti, flora və faunası, dünyagörüşü, mənəviyyatı, dövlətçiliyə bağlılığı əks olunub.
Gənc muzeyşünas və diyarşünas Yadigar Şərəfxanov yazır ki, XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. "Molla Nəsrəddin" və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janrları yaranır. O yazır ki, "Molla Nəsrəddin" jurnalının rəssamları O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə və X.Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərib: "Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai bərabərsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur "Yüz tip" rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə M.Ə.Sabirin "Hophopnamə" əsərinə çəkdiyi illüstrasiyalar Ə.Əzimzadənin ən uğurlu işlərindəndir.
Azərbaycan realist dəzgah boyakarlığının yaradıcılarından biri olan B.Kəngərlinin yaratdığı "İlanlı dağ Ay işığında", "Günəş batarkən", "Bahar mənzərələri", "Qaçqınlar" silsiləsinə daxil olan yurdsuz insanların portretləri, "Elçilik", "Toy" kimi məişət kompozisiyaları, eləcə də 1910-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuş "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundov), "Pəri-cadu" (Ə.Haqverdiyev) və b. səhnə əsərlərinə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan rəssamlığının dəyərli örnəklərindəndir: "Bakıda "İstiqlal" dövlət muzeyi təsis olunur (1919), milli rəmzlər-dövlət gerbi və bayrağı yaranır, tarixi sənət abidələrinin qorunması və bərpası ilə əlaqədar tədbirlər həyata keçirilir. Milli təfəkkürün carçısı sayılan "Fyüzat" jurnalının naşiri, görkəmli filosof, jurnalist və rəssam Əli bəy Hüseynzadə "Bibiheybət" məscidi, "Şeyxülislamın portreti" kimi əsərlərini yaradır.
Azərbaycanda 1920-ci ildə kommunist rejiminin 70 illik hökmranlığı bərqərar oldu. Respublikada mədəni quruculuq və yeni tipli incəsənətin təşəkkülü prosesi başlandı. Bakıda ilk rəssamlıq məktəbi açıldı (1920), təsviri sənətin yeni növ və janrları yarandı. Keçən əsrin 30-cu illərində qrafika sahəsində Ə.Əzimzadə ilə yanaşı, Q.Xalıqov, İ.Axundov, Ə.Hacıyev, M.A.Vlasov, K.Kazımzadə, Ə.Məmmədov və b. rəssamlar da fəaliyyət göstərir, Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkir, müxtəlif aktual mövzularda siyasi plakatlar yaradırdılar. Müasir dəzgah boyakarlığının təşəkkülü 20-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş gənc rəssamların fəaliyyəti ilə bağlı olub. 1928-ci ildə Azərbaycan Gənc Rəssamlar Cəmiyyətinin ilk yaradıcılıq sərgisi, 30-cu illərdə Azərbaycan İnqilabi Təsviri İncəsənət Birliyinin təşkil etdiyi sərgi böyük uğur qazandı. Bakıda və Moskvada nümayiş etdirilən ilk rəssamlıq sərgilərində S.Salamzadə, Q.Xalıqov, Ə.Rzaquliyev və b. müasir mövzulara həsr etdikləri tablolar mühüm yer tuturdu. 1932-ci ildə Azərbaycan rəssamlarının təşkilat komitəsi yaradıldı. Boyakarlıq sahəsində bir sıra uğurlar qazanıldı. S.Şərifzadənin "Üzüm yığımı", H.Haqverdiyevin "Ə.Əzimzadənin portreti", Q.Xalıqovun "Nizami Gəncəvinin portreti", M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev, S.Bəhlulzadə və K.Xanlarovun məişət və tarixi tabloları kolorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb edir".
Müəllif qeyd edir ki, 1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayı keçirilib. O bildirir ki, İkinci Dünya Müharibəsindən sonra, 50-ci illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoyub: "Bunun inkişafında keçirilən sərgilərin mühüm rolu olub. SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.Abdullayevin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunub. Rəssamın "Axşam", "Mingəçevir işıqları", "Azərbaycan çöllərində" (triptix), "Sevinc" və s. əsərlərində əmək adamları, məişət səhnələri lirik səpkidə verilib. "Hindistan silsiləsi"nə görə M.Abdullayev beynəlxalq Nehru mükafatına (1970) layiq görülüb. Xalq rəssamının çoxillik yaradıcılıq fəaliyyəti "Şöhrət" (1997), "İstiqlal" ordenləri ilə qiymətləndirilib.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, xalq rəssamı T.Salahovun "Növbədən qayıdanlar", "Səhər qatarı", "Abşeron qadınları", "Yeni dəniz" tablolarında dövrün qəhrəmanlıq pafosu, Xəzərdə yüksələn polad adaların əzəməti duyulur. T.Salahovun yaratdığı "Bəstəkar Qara Qarayevin portreti" əsəri portret sənətinin klassik nümunələrindəndir.
Azərbaycan təsviri incəsənətinin qızıl dövrü haqqında çox fikirlər bildirilib. Dahi rəssamların yaratdığı hər bir nümunə Azərbaycan reallığından, azərbaycançılıqdan, bu müqəddəs ideyadan qaynaqlanıb. Azərbaycançılıq ideyasının təsviri incəsənətə sirayət etməsi tariximizin, milli mədəniyyətimizin yaşaması, təbliği deməkdir. Son illər Azərbaycan dövlətinə, dövlətçiliyinə həsr edilən əsərlərin meydana çıxması onu göstərir ki, fırça ustalarımızın məqsədi azərbaycançılıq ideyasını rəsm əsərləri vasitəsilə dünyaya yaymaqdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

15.04.2025 / 20:52
Ursula Layen Orta Dəhlizə 10 milyard dolları Azərbaycansız necə xərcləyəcək?..

15.04.2025 / 20:39
Türkiyə ilə sərhədləri açmaq hara, Türkiyədə olmayan "erməni şəhərini" axtarmaq hara?!.

15.04.2025 / 20:25
Azərbaycan Prezidenti Avropa ilə əməkdaşlığın yeni prinsiplərini açıqladı...

15.04.2025 / 20:18
ABŞ Ukraynadan beş regiondan imtina etməyi tələb etdi

15.04.2025 / 20:12
Mirzoyan Zəngəzur dəhlizində "alternativ rejim" təklif edir - təki "dəhliz məntiqi" işləməsin...

15.04.2025 / 20:00
Azərbaycan Çini Avropaya, Çin isə Azərbaycanı Cənub Şərqi Asiyaya bağlayacaq...

15.04.2025 / 19:47
Ermənilər Qarabağın kəndlərində bərpa-tikinti işlərini “baş-ayaq” görürlər...

15.04.2025 / 19:33
Paşinyan Konstitusiya dəyişikliyini bu dəfə də "hərb, ya sülh" arasında seçimə bağladı...

15.04.2025 / 19:20
Köçkün hüquqları insan hüquqlarının təmin edilməsinin yüksək nəticələrindən biridir...

15.04.2025 / 19:07
Mirzoyan Naxçıvan yolunda "Yeni mexanizmlərdən" danışır - Bakı hansı mexanizmi "qəbul edib"?..

15.04.2025 / 18:56
Zərifə Əliyevanın nurlu xatirəsi hörmətlə anılır

15.04.2025 / 18:51
Netanyahu oğlunun cəhənnəmə göndərdiyi Makronla danışdı

15.04.2025 / 18:50
Rusiya-Ukrayna müharibəsi Trampın komandasında fikir ayrılığı yaratdı

15.04.2025 / 18:48
Azərbaycanda kimin “dinini əlindən alıblar”? - ABŞ-da yanaşma dəyişmir...

15.04.2025 / 18:47
Lavrovun sərsəm iddiası – “Ukrayna ərazi bütövlüyünə layiq deyil”

15.04.2025 / 18:46
Husilərlə ABŞ yox,Yəmən silahlı qüvvələri döyüşəcək

15.04.2025 / 18:44
İran “Böyük qardaş”sız ABŞ ilə danışıqlara getmək istəmir

15.04.2025 / 18:33
Rusiya XİN geri çəkildi - Ermənistanın maraqlarını pozmaq planımız yoxdur...

15.04.2025 / 18:30
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi - FOTO

15.04.2025 / 18:18
İran-Ermənistan strateji sənədi hazırlanır...

15.04.2025 / 18:10
Himalay Məmişov maliyyə nazirinin müavini təyin edildi

15.04.2025 / 18:07
Anar Kərimov maliyyə nazirinin birinci müavini təyin olundu

15.04.2025 / 18:04
Türk dövlətlərinin Şimali Kiprə qarşı addımları Avropanın oyunlarının nəticəsidir?..

15.04.2025 / 18:01
2030-cu ilədək manatın məzənnəsi sabit qalacaq - Maliyyə Nazirliyi açıqladı...

15.04.2025 / 17:57
Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir...

15.04.2025 / 17:50
Közərmə lampaları niyə qadağan olunur?

15.04.2025 / 17:45
Qarabağa həsr olunan sərgi keçirilib

15.04.2025 / 17:39
Rusiyadan Qərbə təhdid kimi xəbərdarlıq - Ukrayna NATO-ya qəbul edilsə, bu 4 ölkə ilk hədəfimiz olacaq...

15.04.2025 / 17:28
Fransa Ermənistan-Azərbaycan sərhədində mübahisəli müşahidəçilərin sayını artırır...

15.04.2025 / 17:18
Aqroparkların tabeliyi dəyişdirildi - hansı nazirliyin daha uğurlu olduğu görünəcək...

15.04.2025 / 17:06
Avrokomissiya Avropa şirkətlərinin Rusiya ilə qaz müqavilələrini ləğv etməyə hazırlaşır...

15.04.2025 / 16:52
ABŞ rəsmisi Rusiya ilə Ukrayna danışıqlarında əsas fikir ayrılığını açıqladı – 5 bölgənin status…

15.04.2025 / 16:36
Gürcüstan Prezidenti Bakıya gəldi - FOTO

15.04.2025 / 16:24
BNMİ əməliyyat keçirdi - saxlanan şəxsin maşınından 29 kq narkotik aşkarlandı

15.04.2025 / 15:43
Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədr və hakimlər təyin etdi

15.04.2025 / 15:41
Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edildi

15.04.2025 / 15:36
Bakıda marketlərdən 54 min manatlıq naqil oğurlayanlar yaxalandı

15.04.2025 / 15:13
AZƏRBAYCAN ELMİNİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ

15.04.2025 / 15:10
1500 tankçı Netanyahuya qarşı üsyan qaldırdı

15.04.2025 / 14:44
Hulusi Akar Qarabağ Zəfərini qlobal təhlükələrə qarşı mühüm model adlandırdı

15.04.2025 / 14:16
"Fransa Xarici İşlər Nazirliyinə məlumat verməli idim" - Fransa casusları Bakıda məhkəmə qarşısında...

15.04.2025 / 13:54
Hesablama Palatası bu qurumlarla bağlı materialları Baş Prokurorluq və DTX-ya göndərdi...

15.04.2025 / 13:37
"Regionda müxtəlif ölkələr və dairələr öz gizli planlarını həyata keçirməyə çalışır" - Sahibə Qafarova

15.04.2025 / 13:17
Paşinyan: "Hər iki sənədin eyni gündə imzalanmasını istəyirik"

15.04.2025 / 13:10
А.Леонков! Не Алиева сожгут, а тебя с Путиным! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.04.2025 / 12:46
Ceyhun Bayramov suriyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

15.04.2025 / 12:33
Abbas Abbasov BMT-də Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən danışdı

15.04.2025 / 12:20
DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başlayıb

15.04.2025 / 12:12
Gürcüstan Prezidenti bu gün Bakıya gəlir

15.04.2025 / 12:03
"Büdcə gəlirləri və xərcləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb"

15.04.2025 / 11:35
Oğuzda evdən oğurluq edən şəxs yaxalanıb

15.04.2025 / 11:20
İrandan Azərbaycana PUA-ilə narkotik keçirmək istədilər...

15.04.2025 / 11:15
Xınalığa 20 sm qar yağıb - FAKTİKİ HAVA

15.04.2025 / 11:10
Ukraynada müharibəyə görə,Tramp Putini, Baydeni və Zelenskini günahlandırdı

15.04.2025 / 11:06
Çinin Azərbaycana yeni təyin olunmuş səfiri artıq Bakıdadır

15.04.2025 / 11:00
Bu gün Sulutəpə və Çiçək qəsəbələrində işıq olmayacaq

15.04.2025 / 10:45
Cəmi iki ayda nikah və boşanma sayı açıqlandı

15.04.2025 / 10:37
İnanmayacaqsınız - Moskvada qırğzlara qarşı bu cür təhqiramiz cəza əməliyyatı keçirildi...

15.04.2025 / 10:28
Zərifə xanım Əliyeva: Azərbaycan tibb elminin işıqlı siması

15.04.2025 / 10:26
Buzovnada ticarət mərkəzi yanıb

15.04.2025 / 10:15
"Fransadan bu addımlara son qoymağı tələb edirik" - XİN

15.04.2025 / 10:10
Bir gündə bank kartlarından 14 min manata yaxın pul oğurlandı..

15.04.2025 / 10:06
Trampdan Harvard Universitetinə ZƏRBƏ - 2,2 milyard dollar qrant donduruldu!

15.04.2025 / 10:00
Bu gün Bərdədə 900-ə qədər abonent qazsız qalacaq - XƏBƏRDARLIQ

15.04.2025 / 09:30
Azərbaycanda qatarların sürət həddi endirildi - küləkli-yağışlı havaya görə..

15.04.2025 / 09:23
Adamın özündən xəbərsiz adına kredit niyə belə asan götürülə bilir? - "Banklar özləri oyunun içində" iddiaları...

15.04.2025 / 09:20
1/4 final: “Borussiya” “Barselona”ya, PSJ “Aston Villa”ya qarşı

15.04.2025 / 09:13
90 yaşında həyatdan köçdü...

15.04.2025 / 09:10
"Yaxın vaxtlarda israilə cavab veriləcək" - HƏMAS bəyanat yaydı

15.04.2025 / 09:02
Bu yolda bəzi zolaqlar üzrə sürət həddi endirilib - XƏBƏRDARLIQ

15.04.2025 / 08:37
Şadlıq saraylarında toy pulu niyə nağd ödənilir? - Külli vergidən yayınma illərdir davam edir…

15.04.2025 / 00:33
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

14.04.2025 / 23:42
Məhkəmədə Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edildi – FOTO

14.04.2025 / 21:50
Evlərdə qanunsuz artırmalar əmlak sənədləşməsində ciddi problemlər törədir

14.04.2025 / 21:35
Tramp İranla müharibə iddiasından çəkildi...

14.04.2025 / 21:21
Sülh sazişi ilə eyni vaxtda Minsk Qrupundan imtina? - İrəvanın yeni pozuculuğu...

14.04.2025 / 21:06
“Azərbaycan Konstitusiyasında ərazi iddiaları var” fikri məhv edildi...

14.04.2025 / 20:52
Amerikasız Bakı-İrəvan birbaşa təmaslarının yeni mərhələsi açıldı...

14.04.2025 / 20:39
AB-nin Orta Dəhliz bəyanatı Azərbaycanın kəskin etirazını doğurdu...

14.04.2025 / 20:25
Rusiya Ermənistanı Aİİ-dən çıxarmaq anonsunu verdi...

14.04.2025 / 20:12
Ərdoğan azərbaycanlı alim Aygün Attarı böyük vəzifədən niyə çıxardı...

Köçkün hüquqları insan hüquqlarının təmin edilməsinin yüksək nəticələrindən biridir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011