Cümə günü, 25 aprel 2025
     

Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...

Image

I yazı

Mədəniyyət də təbiət kimidir-rəngarəng, parlaq və zəngin. Təbiətdə fərqli rənglər, bir-birini əvəz edən gözəlliklərin yaratdığı ahəngdarlığı izləmək çox maraqlıdır. Mənəvi aləmdə də, cəmiyyətdə də müxtəlif mədəniyyətlilik, fərqli dünyagörüşlər maraqlı mənzərə yarıdır. Azərbaycan mədəni müxtəliflik mənzərəsinin mövcud olduğu bir diyar kimi tanınır. Adama elə gəlir ki, bu rəngarənglik olmasa, respublikamızın milli mənzərəsi bir qədər solğun görünərdi.

İş burasındadır ki, Azərbaycan bu mənada kasıb deyil və qoynunda müxtəlif xalqları, onların qədim mədəniyyətini bəsləyir. Ölkəmizin harasına baxsaq, orada bir gözəllik

görərik. Hər bir toplum öz mədəniyyəti, folkloru, dəyərləri ilə gözəldir.

Mədəni müxtəliflik anlayışı, bu anlayışa elmi-metodoloji yanaşma, onun tədqiqi, başqa ölkələrlə müqayisəli təhlili olduqca əhəmiyyətlidir. Azərbaycanda multikulturalizmin həyat tərzinə çevrilməsi, ümumilikdə multikulturalizm məfhumunun, mədəni müxtəlifliyin yaratdığı assosiasiyanın geniş elmi izahının verilməsi alimlərin işidir. Alimlərimiz bu mövzu ilə bağlı davamlı araşdırma işləri aparır və maraqlı tədqiqat işləri meydana çıxarır.

Multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə metodoloji yanaşma məsələsi alimlərimizi düşündürüb və onlar olduqca dəyərli araşdırmalarını təqdim edib.

Mövzu ilə əlaqədar tədqiqatçılar qeyd edir ki, XXI əsrdə multikulturalizm ifadəsi bir sıra elmi araşdırmaların yeni bir istiqaməti kimi aktuallaşıb. Sosioloq və filosofların qeyd etdiyinə görə, mahiyyətcə bu təhlillərin motivini həm empirik nəzəriyyə, həm de-fakto təcrübə, həm mədəni tarix, həm de-yure hüquq, həm də real siyasət və ictimai prosesə yanaşma fəlsəfəsinin metodu təşkil edir. Tədqiqatçılar qeyd edir ki, burada da məhz interdisiplinar tədqiqatlar nəticəsində interkultural və intermilli dialoq kreativ mühakiməsində daha üst səviyyədə yer alan dəyərlər sistemi müəyyənləşir. Fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Zümrüd Quluzadə bu barədə yazır ki, mədəniyyətin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər mədəniyyəti, daim müxtəlif dil və din daşıcıyıları olan regionlarla əlaqələrin mövcudluğu mühüm rol oynayıb: «Multikulturallıq problemlərinin nüvəsi konkret milli eyniləşmənin təşviqində müxtəlif identiklərə rast gəlinməsi ilə aydınlaşır. Ümumilikdə isə diqqət yetirək ki, milli mədəniyyətlər daim qarışıq mədəniyyətlərin cəmlənməsinin tarixi yekunu kimi təşəkkül tapıb. Digər bir tərəfdən isə, XXI əsr dünya siyasi mənzərəsi özü mədəni müxtəlifliyin təzahürüdür və qloballaşan dünyanı vahid bir mədəniyyətlə «zəncirləmək» artıq mümkün də deyil. Dünyanı bir «tufan» kimi bürüyən qlobal mədəni proseslər bəşəriyyət önündə bir aksioma yaradıb: bu həm fərqli - müxtəlif mədənilik - yəni multikulturallıq, həm klassizm - arkaiklikləşmə, bu, həmçinin, müxtəlif mədəniyyətlərin ya toqquşması, ya qovuşması, bəzənsə çarpazlaşması, qismən də identifikasiyasıdır».

Tədqiqatçılar qeyd edir ki, multikulturalizm problemlərinin aktuallaşması onun ictimai elmlərin müxtəlif istiqamətləri üzrə araşdırılmasını da zəruriləşdirib.

Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə yazır ki, müəyyən dərəcədə multikulturalizm problematikasının bütün aktuallığının dərki bizim üçün onunla izah oluna bilər ki, onun dövlətlərarası münasibətdəki kəskinliyi ilə biz hələ XX əsrin 80-ci illərində, keçmiş Sovet İttifaqında millətlərarası münaqişələrin millətlərarası münasibətlərdə hər şeyin qaydada olmadığını və beynəlmiləlçiliyin bu «qaydasızlığın» həlli üçün kifayət olmadığı aşkarlananda rastlaşmışdıq: «Aydın oldu ki, millətlərarası münasibətlər təkcə şaquli münasibətlərə müncər edilməməlidir və ictimai şüur millətlərarası münasibətlərin inkişafına öz anlamını daxil edir».

Tədqiqatçılar yazır ki, mədəni müxtəliflik, mədəniyyətlərin qarışması, identikliyi, hətta toqquşması belə qloballaşma prosesində həm də mədəniyyətlərin bir-birinə vəhdətdə qarşılıqlı təsiri faktorunu da meydana çıxarıb.

Alimlər vurğulayır ki, bu baxımdan Bakı III Humanitar Forumunda Prezident İlham Əliyevin də söylədiyi «Bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu bizim böyük sərvətimiz, böyük dəyərimizdir. XXI əsrdə multikulturalizmə alternativ yoxdur. Əlbəttə ki, biz XXI əsrdə ayrıseçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya kimi xoşagəlməz meyllərə biganə yanaşa bilmərik. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların tətbiqi hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır» fikri geniş əks-səda yaradıb. Tədqiqatçılar vurğulayır ki, hər bir mədəni məsələnin təhlili həm də fənlərarası və fənlərqovuşuğu xarakterə malikdir. Alimlərin qeyd etdiyinə görə, bu baxımdan da multikulturalizm problemlərinin tədqiqinin metodoloji yanaşması bir sıra məsələlərin açıqlanmasını zəruri edir. Problemin tədqiqi, Prezident İlham Əliyevin deyimi ilə yanaşsaq, «Multikulturalizm Azərbaycanda həm də dövlət siyasətidir» məntiqinə söykənir və mövzunun həm ideoloji- siyasi proseslər nəzərindən aktuallığına, həm də metod və metodologiyasının da tədqiqinin vacib əhəmiyyət kəsb etdiyinə diqqət yetirilməlidir. Mütəxəssislər yazır ki, mədəni müxtəliflik problematikasına kompleks, yəni bir vəhdət təşkil edən və ya hadisələrin məcmusu kimi yanaşılmalıdır. Ekspertlərin yazdığına görə, multikulturalizm problemlərinin elmi-nəzəri təhlilində onun çoxşaxəli istiqamətləri - siyasi və geosiyasi tarixi, fəlsəfi, sosial-hüquqi, iqtisadi, beynəlxalq, mənəvi, dini, dilçilik və s. müəyyənləşdirici aspektlər var. Tədqiqatçıların yazdığına görə, multinatsiya - multimillət mədəni müxtəliflik problemlərinin özünün eyniyyətin, oxşarlığın, fərqliliyin mədəni aspektlər çərçivəsində vəhdətinin yeni yanaşmadan dərkini şərtləndirir. Bildirilənə görə, dəyişən və yeniləşən dünyanın dəyişən və təzələnən mədəniyyətləri, dünənlə bu gün zaman məhvərində insanların fərqli mədəniyyətlərə, fərqli yaşam tərzinə qarşı artıq «hörmət, ünsiyyət və tolerantlıq» düsturu siyasətində multikulturallığın formalaşması və bu identikliyi anlamasını zəruri edən düşüncənin, münasibətin vəhdəti yollarının da aydınlaşdırılması günün tələbidir. Tədqiqatçılar yazır ki, Qərb və Rusiya ictimai elmində mövzunun araşdırılması istiqamətində xeyli tədqiqatlar mövcuddur. Bu sahədə emprik baxımdan öyrənilən hətta müxtəlif dövlətlərin özünəməxsus dövlət modelləri də var. Alimlərə görə, milli eyniliyin formalaşması nəticəsi hər hansı millətə onun aidiyyətliyinə olan münasibətin pozitiv yönə dəyişməsi problemidir. Yazılanlara görə, məhz bu modellərin və fərqli mənsubluğun öyrənilməsi metoduna da yeni dərk, yeni anlamdan yanaşılması vacibdir. Tədqiqatçılar yazır ki, «etnos» (yunan sözüdür - «xalq») yəni əhalinin çoxluğunu - milli çoxluğu və milli azlığı əks etdirir. Yazılanlara görə, eləcə də burada «millət» terminini bir-birindən həm ayırmaq, həm də ümumi vəhdətdə multimillət, milli çoxluq və milli azlıqların hüququna bərabərhüquqluluq kontekstindən yanaşma aspektində tədqiq etmək lazımdır. Elmi ədəbiyyatda yazılır: «Millət - insan birliyinin tarixən təşəkkül tapmış və xalqı əvəz etmiş forması, insanların yeni sosial və beynəlmiləl birliyidir. Millət üçün ilk öncə maddi həyat şəraitinin ərazi və iqtisadi həyatın ümumiliyi, dil ümumiliyi, milli xarakterin, onun mədəniyyətinin milli özünəməxsusluqda təzahür edən müəyyən cəhətlərinin ümumiliyi xasdır. Millət xalqa nisbətən geniş birlik mənasında işlədilir».

Tədqiqatçılar yazır ki, milli etnosun keçmiş tarixi, adət-ənənələri, tarixdə özünün qurduğu müəyyən dövlət formaları olub. Yazılanlara görə, müxtəlif mədəniliyi ehtiva edən etnosların birgəyaşayış həyat tərzi normal haldır. Tədqiqatçıların vurğuladığına görə, Azərbaycanda yaşayan ləzgi də, avar da, talış da özünü azərbaycanlı kimi təqdim etsə də, yenə də milli azlıq kimi vətəndaşlıq statusunu özündə saxlayır. Bunun səbəbini izah edən sosioloq alimlər bildirir ki, çünki vətəndaşlıq özü mədəni, dini, cinsi, etnik fərqləri özündə ehtiva edən siyasi və hüquqi normadır. Tədqiqatçılara görə, bu baxımdan da bu kimi halların metodoloji yanaşmadan öyrənilməsi də hər millətin, hər etnosun bir vətəndaş kimi hüququna hörmət kəsb edir. Bu barədə fəlsəfə elmləri doktoru İlham Məmmədzadə yazır: «Maraqlıdır ki, tarixdə fransızlar və almanlar etnik baxımdan, sonradan bir çox milli mədəniyyətlərin yaranmasına impuls verəcək vahid etnos təşkil edirdilər, XIX əsrin sonunda fransızlar Fransada yaşayan yəhudiləri fransız vətəndaşları kimi qəbul etdilər və s. Başqa sözlə, milli identikliyin formalaşması problemi bu və ya digər millətə kimlərin aid olmasına münasibətin dəyişməsi prosesini ehtiva edir, «etnos» və «millət» anlayışları bir-birindən fərqlidir, vətəndaşlıq təkcə siyasi-hüquqi anlayış deyil və o özündə mədəni, dini, etnik fərqləri birləşdirir və s. Qloballaşma prosesləri mədəniyyətlərin qarşılıqlı təsiri proseslərinə yeni çalarlar gətirməklə, eyni zamanda, onları kəskinləşdirirdi. Xatırladaq ki, F.Fukuyama hesab edirdi ki, demokratiya «tarixin sonuna» gətirib çıxaracaq və ideoloji toqquşmalar dövrü bitəcək. Həqiqətdə isə ideoloji toqquşmalar, dövlətlərarası münaqişələr bütün dünyanı başına aldı. Təsadüfi deyil ki, yeni imperializm və yeni millətçilikdən danışılır, fransızlar ərəb mənşəli fransızlardan, Rusiyada «qafqazlılardan» narazıdırlar, Ermənistan da, nəyin bahasına olursa olsun, «mədəniyyət və qanının təmizliyini» qorumağa çalışır».

Tədqiqatçılar yazır ki, mədəni fərqliyin multidissiplinar fənlərdə öyrənilməsində əsasən nəzəri-metodoloji istiqamətdə beş kontekst metodlaşır:

1) faktoloji tarix, 2) etnomədəniyyət, 3) etnosiyasət, 4) qanunvericilik, 5) konkret sosioloji araşdırmalar.

Alimlər yazır ki, mədəni oxşarlıq və fərqliyin müqayisəli təhlili etnosiyasi elmin də vacib predmetidir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

25.04.2025 / 20:32
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

25.04.2025 / 20:14
AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

25.04.2025 / 20:00
Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

25.04.2025 / 19:54
Ədalət Partiyasında "veto" qalmaqalı...

25.04.2025 / 19:47
Oljas Süleymenov Azərbaycana mesaj göndərdi - “gec tez Turan olacaq”...

25.04.2025 / 19:34
Tramp ermənilərin "genosid gözləntisinə" od qoydu...

25.04.2025 / 19:22
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib - FOTO

25.04.2025 / 19:19
Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

25.04.2025 / 19:06
"Vətən marşı" şeirinin ...məni suçlayanlar yanılırlar" - Asif Rüstəmli

25.04.2025 / 19:03
DİN-in Kollegiya iclasından mühüm fakt - Azalma var.. - FOTO

25.04.2025 / 18:57
Banklarda müştəri böhranı var - Taleh Kazımov iqtisadçılarla müzakirə apardı…

25.04.2025 / 18:43
Əliyev-Netanyahu görüşündə bütün Şərqin taleyi həll oluna bilər - işdə ABŞ və Türkiyə də var...

25.04.2025 / 18:29
Azərbaycan Ermənistanın Avropa ilə "Ümumi təhlükəsizlik" sazişini ifşa etdi...

25.04.2025 / 18:23
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişdi

25.04.2025 / 18:15
Avroparlamentin yunan deputatı Kallasın Bakı səfərinə qarşı çıxdı - Yunanıstanın "qazı azaldılmalıdır"...

25.04.2025 / 18:02
Bakı-Tbilisi-Qars dəmiryolu ilə neft məhsulları daşınacaq...

25.04.2025 / 17:53
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi

25.04.2025 / 17:48
Tramp Zelenskini təkləmək istəyir - kəskin reaksiya: “Krım verilməyəcək”...

25.04.2025 / 17:35
Erməni məsələsi yenidən Rusiya-Türkiyə münasibətlərini poza bilər - Zaxarovadan “350 min erməni” təxribatı...

25.04.2025 / 17:30
Narışkin Bakıda Suriyanın xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşdü

25.04.2025 / 17:28
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq

25.04.2025 / 17:25
Anar Quliyev Bakıda keçiriləcək WUF13-ün milli koordinatoru təyin edildi

25.04.2025 / 17:22
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

25.04.2025 / 17:18
Banklarda Elman Rüstəmovdan qalmış süni problemlərin kökü kəsilmir - "marja nədir"?

25.04.2025 / 17:15
“Nəqliyyat haqqında” qanuna dəyişiklik edildi

25.04.2025 / 17:12
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyən edildi

25.04.2025 / 17:10
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir

25.04.2025 / 16:56
İmamoğlunun həbsdə olan vəkilinin vəkili də həbs edildi

25.04.2025 / 16:41
Trampdan Ukraynaya açıq mesaj - Krım Rusiyada qalacaq...

25.04.2025 / 16:33
"Ermənistandan Qarabağa adam və silah daşınırdı" - Zərərçəkmiş şəxs

25.04.2025 / 16:17
"Ermənistan və Fransa hökuməti Azərbaycan bayrağını yandıranları məsuliyyətə cəlb etməlidir" - XİN

25.04.2025 / 16:08
Trampdan İrana sərt mesaj - masadakı iki variantdan biri heç də yaxşı variant deyil…

25.04.2025 / 15:34
Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər

25.04.2025 / 15:19
ABŞ-ın xarici siyasətinə “daşınmaz əmlak istehsalçısı” rəhbərlik edir

25.04.2025 / 15:14
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadıldı

25.04.2025 / 15:05
"ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı artıq çoxdan çatıb" - Prezident

25.04.2025 / 15:03
Nazir: "Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir"

25.04.2025 / 14:46
Ali nümayəndə: "Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır"

25.04.2025 / 14:35
"Ermənistan və Fransa hakimiyyətinin Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya verəcəyini gözləyirik" - XİN

25.04.2025 / 14:23
"Ermənistanın sürətlə silahlanması region üçün təhlükə mənbəyi olaraq qalır" - Ceyhun Bayramov

25.04.2025 / 14:12
"Aİ Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyir" - Kaya Kallas

25.04.2025 / 14:03
"Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir" - XİN

25.04.2025 / 13:55
"Azərbaycan beynəlxalq loqistik qovşağın liderinə çevrilir" - Yunus Oğuz

25.04.2025 / 13:35
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər - FOTO/YENİLƏNDİ

25.04.2025 / 13:28
Bakıda oğurluq edən şəxslər saxlandı

25.04.2025 / 13:17
Paşinyanın arvadı hamını boğaza yığıb

25.04.2025 / 13:10
М.Захарова, прекратите обманывать армян! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯv

25.04.2025 / 13:02
Azərbaycan-Çin əməkdaşlığı: Qarşılıqlı hörmət, bərabərlik və dərin etimada söykənən münasibətlərin nümunəsi

25.04.2025 / 12:10
"Mançester Yunayted" 73 milyon avroya yeni futbolçu alacaq

25.04.2025 / 12:00
Aviasiya Enerji Forumu gələn ay Bakıda keçiriləcək

25.04.2025 / 11:48
Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib - FOTO/YENİLƏNDİ

25.04.2025 / 11:20
Əli Əsədov diplomatlarla bağlı qərar imzalayıb

25.04.2025 / 11:15
Krım tatar lideri Trampa tərs faktla cavab verdi....

25.04.2025 / 11:05
"Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir"

25.04.2025 / 11:02
Prezident İlham Əliyev Kaya Kallası qəbul etdi - YENİLƏNDİ

25.04.2025 / 11:00
İnam Kərimov Çin Ali Xalq Məhkəməsinin sədri ilə görüşüb

25.04.2025 / 10:26
DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış edib

25.04.2025 / 10:22
İş yerlərini dəyişmək istəyən müəllimlər üçün seçim mərhələsi başlayıb

25.04.2025 / 10:16
"Turan Tovuz" bu gün "Şamaxı" ilə qarşılaşacaq

25.04.2025 / 10:15
Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb

25.04.2025 / 10:12
Balakəndə yanğın olub

25.04.2025 / 10:06
"Müasir və çevik prokurorluq sisteminin formalaşdırılması..." - Baş prokurordan AÇIQLAMA

25.04.2025 / 10:00
Trampın xüsusi nümayəndəsi Moskvaya gəlib

25.04.2025 / 09:33
Hindistan və Pakistan əsgərləri arasında atışma olub?

25.04.2025 / 09:25
Tramp gələn ay Səudiyyə Ərəbistanına gedir - 100 milyard dollarlıq müqavilə ilə!

25.04.2025 / 09:24
Azərbaycan dəmiryolçularının şirkətlə gərgin məhkəmə davası başlayıb...

25.04.2025 / 09:16
"Kuruluş Osman"ın aktyoru yeni serialda

25.04.2025 / 09:12
“Erməni soyqırımı” haqda Türkiyəli və Amerikalı tarixcinin fərqli mövqeyi

25.04.2025 / 09:07
"Trabzonspor" finalda "Qalatasaray"a rəqib oldu

25.04.2025 / 09:00
“Telegram” Fransa bazarını tərk edir?

25.04.2025 / 08:40
Hamının hücum etdiyi "Şərurlu İsfəndiyar" deputatlara düşündürücü məzmunda baxın nələr dedi...

25.04.2025 / 00:14
Tramp 1915-ci il hadisələri ilə bağlı yenə erməniləri məyus etdi...

24.04.2025 / 22:43
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd bəyanatları rədd etdi

24.04.2025 / 22:37
Aİ missiyasının saxta "soyqırımla" bağlı yazısı müəmmalı şəkildə yoxa çıxdı və yenisi peyda oldu...

24.04.2025 / 21:40
Ermənistandakı Avropa missiyasının "casus-kəşfiyyat qurumu" olduğu tam sübuta yetirildi...

24.04.2025 / 21:29
Azərbaycanın Çinlə yaxınlaşması Avropa üçün böyük üstünlüklər açır...

24.04.2025 / 21:20
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

24.04.2025 / 21:14
Ermənistandakı qadın zorakılığı Azərbaycanda olsaydı... Mirzoyanın rüsvayçı etirafı...

24.04.2025 / 21:00
İrəvanda saxta “genosid muzeyinə” ildə 300 nəfər türk turist(?) gəlir - biabırçılıq...

24.04.2025 / 20:47
Avroittifaq missiyası Ermənistan üzərindən İranın nüvə obyektlərini müşahidə edir...

24.04.2025 / 20:33
Çinlə viza ləğv olundu - bizə, ya çinlilərə çox faydası dəyəcək...

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011