Çərşənbə axşamı günü, 29 aprel 2025
     

Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib

Image

II yazı

Dərin tarixi kökləri olan Azərbaycan mədəniyyəti, ictimai fikri hər zaman daxilində tolerantlıq, multikulturalizm anlayışı yaşadıb. Elə xalqlar, dövlətlər var ki, orada bu anlayış yenidir və cəmiyyətdə, incanların şüurunda elə də dərindən oturuşmayıb. Azərbaycan cəmiyyəti tarixən multikulturalizm ovqatında olub və bu gün də o ab-havanı hiss etdirir.
Tarixə qayıtsaq şahidi olarıq ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə deyib: "Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyllər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunur".
Bildirilənə görə, dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Ekspertlər vurğulayır ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. Ekspertlər qeyd edir ki, ikincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Ekspertlərə görə, üçüncüsü isə, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.
Tədqiqatçılar bildirir ki, Prezident İlham Əliyev 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində bu barədə deyib: "Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək".
Məlumatlara görə, beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşaması üçün bütün zəruri şəraitin yaradıldığını görürük. Tədqiqatçılar qeyd edir ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb ki, indi bu dəstək özünün çiçəklənmə dövrünü yaşayır.
Tədqiqatçılar vurğulayır ki, multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Məsələn, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verib. Məlumatlara görə, 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. "Bakı prosesi" adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı beynəlxalq humanitar forumlarının keçirilməsinə təkan verdi. Bu tədbirlər isə multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu göstərdi.
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə dönmədən sadiq qalmasının bariz nümunəsinə çevrildi.
Qeyd edilənə görə, dövlətimizin başçısı 2015-ci il mayın 18-də Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqində bu barədə deyib: "Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə, səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək".
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilir. Məsələn, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçirilən konfrans multikulturalizmin bu və ya digər formada sıxışdırıldığı Avropanın gələcəyində onun əhəmiyyətini göstərirdi.
Mehriban Əliyeva həmin konfransdakı çıxışında qeyd edirdi: "Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik. Ayrıseçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır".
Tədqiqatçılar yazır ki, beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Məlumatlara görə, bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.
Multikulturalizmin Azərbaycan nümunəsi dünyada ilk yerlərdədir.
Multikulturalizm üzrə mütəxəssis Niyaz Niftiyev bildirib: "Azərbaycanda multikulturalizm ənənələri ölkəmizdə yaşayan xalqların tarixi qədərdir. Bu cür birgəyaşayışın Azərbaycan modelinin bütün dünyaya təqdimatına ehtiyac var. Bu baxımdan, cənab Prezidentin 2016-cı ili Azərbaycanda multikulturalizm ili elan etməsi çox önəmlidir".
N.Niftiyevin bildirdiyinə görə, bu qərar Azərbaycanda ötən müddət ərzində bu sahədə baş verən yeniliklərlə birbaşa əlaqəlidir: "Azərbaycanda yaşayan xalqlar və dini inanclı insanlara qarşı tolerantlıq və mədəni müxtəliflik prinsipləri multikulturalizm adı altında birləşdirilib. Bu dəyərin cəmiyyətdə öz yerini tutması, hər bir xalqın sosial, iqtisadi inkişafının yüksəldilməsi istiqamətində dövlətin atdığı addımlar onların özləri tərəfindən də yüksək dəyərləndirilir. Azərbaycan xalqının tarixi boyunca bizdə milli, dini nöqteyi-nəzərdən qarşıdurma yaranmayıb və bu proses bu gün də davam etməkdədir".
Niyaz Niftiyev onu da vurğulayıb ki, indiyədək Azərbaycanda multikulturalizm, sivilizasiyalararası dialoqun təşəkkül tapması istiqamətində xeyli ciddi tədbirlər keçirilib. Halbuki, qloballaşma şəraitində bir çox ölkələrdə, xüsusilə də Avropa məkanında multikulturalizm siyasətinin iflasa uğradığı bəyan edilib.
Azərbaycanda yaradılan şərait dünyanın heç yerində yoxdur fikrini irəli sürən mütəxəssis bildirir ki, indi ərəb ölkələrindən qaçqın düşənlərin xarici ölkələrə keçməsinə ciddi əngəllər yaradılır. Onun dediyinə görə, bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda multikulturalizm sahəsində yaradılan şərait nəinki regionda, heç dünyada heç yerdə yoxdur: "Azərbaycanda bütün xalqlar bərabər şəkildə yaşayır. Həm dövlətin, həm də bu xalqların nümayəndələrinin özlərinin irəli sürdüyü təşəbbüslər sayəsində ölkənin multikulturalizm siyasəti uğurla davam edir. İnanıram ki, 2016-cı ildə Azərbaycanda multikulturalizm siyasətinin coğrafi arenası daha da genişləndiriləcək, ölkəmizdə yaradılan birgəyaşayış modeli həm ölkə daxilində inkişaf etdiriləcək, həm də digər ölkələrə də sirayət edəcək. Çünki biz artıq bu məsələdə Azərbaycan reallığı ilə məhdudlaşmalı deyilik".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə mətbuata açıqlamasında multikulturalizmin əhəmiyyətindən danışıb. N.Qasımzadənin sözlərinə görə, bu il təmsil etdiyi qurum tərəfindən xüsusi tədbirlər planı hazırlanması nəzərdə tutulub: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi indiyə kimi Azərbaycanda multikulturalizmin təbliği və öyrənilməsi istiqamətində xeyli layihələr həyata keçirib. Qeyd etmək lazımdır ki, artıq "Azərbaycan multikulturalizmi" fənni 11 xarici ölkə universitetində tədris edilir. Bu fənn Azərbaycandakı universitetlərin tədris proqramında da yer alır. Artıq bizim tələbələr də Azərbaycan multikulturalizminin qaynaqlarını, tarixini, siyasətini, tarixi köklərini, ədəbi-bədii, fəlsəfi, elmi və publisistik qaynaqlarını öyrənirlər.
Görülən işlər, verilən qərar mərkəzin üzərinə daha ciddi vəzifələr qoyur. Buna görə də bu il daha yeni təşəbbüslər, fərqli layihələr, müxtəlif nəşrlər və tədbirlərin keçirilməsi planlaşdırılır.
Cənab Prezident elan etdi ki, Azərbaycanda multikulturalizm dövlət siyasəti və həyat tərzidir. Bu, gəlişigözəl sözlər deyil. Bu bizim tariximizə, milli, siyasi, bədii irsimizə əsaslanan fikirlərdir. Ölkəmizin məişətində, təfəkküründə, şüurunda çoxmədəniyyətlilik təfəkkürü inkişaf edib və bu gün nümunəvi bir məzmun daşıyır. Düzdür, indi dünyanın digər ölkələrində də bu dəyərlər təbliğ olunur. Amma Azərbaycan nümunəsi bu sırada ən önəmli yerlərdən birini tutur. Biz bu dəyərin təbliği və yayılması istiqamətində nəzərdə tutulan layihələri bu il də həyata keçirməyi planlaşdırırıq".
Başqa ölkələrin bizim modeli öyrənməyə çalışdığını qeyd edən N.Qasımzadə bildirib ki, hazırda mühacir axını ilə üzləşən bəzi Qərb ölkələri yaşadıqları çətinliklərin məhz multikulturalizmlə əlaqədar olduğunu iddia edir: "Azərbaycanda isə başqa bir model var. Ölkəmizin nümunəsi, əksinə, tərəqqiyə xidmət edən məzmundadır. Bunu öyrənməyə çalışırlar, istəyirlər bilsinlər ki, müxtəlif xalq və mədəniyyətlərin qovuşduğu bir cəmiyyətdə bu dəyər sabitliyin qorunmasına necə xidmət edə bilər".
Məlumdur ki, Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıb. Tədqiqatçılar qeyd edir ki, neonasizmə, dözümsüzlüyə, ksenofobiyaya əks qüvvə olan tolerantlıq və multikulturalizm əsrlərlə Azərbaycanda mövcud olub. Onlar deyir ki, müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur.
Bildirək ki, Azərbaycanda multikulturalizm siyasəti dövlət siyasəti elan edilib və 2008-ci ildən etibarən ölkəmiz bu məzmunda bir çox beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edib.
Azərbaycanda multikulturalizmin hərtərəfli təbliğ edilməsi bu məfhumun əsrlərdən bəri ölkəmizdə mövcudluğunu bir daha təsdiqləyir. Azərbaycanda multikulturalizm, tolerantlıq azərbaycançılığın əsas prinsiplərindən biri kimi özünü büruzə verir.
Ölkəmizdə tarixən bizimlə birgə yaşayan dinlərin, xalqların təmsilçiləri multikulturalizm və azərbaycançılıq bütövlüyünü, əyilməzliyini qoruyur və gələcəkdə də qoruyacaq. Buna heç kəsin şübhəsi olmasın. Əsrlərdir nəfəs-nəfəsə yaşayan xalqların bir-birinə xəyanət etməsi qətiyyən inandırıcı görünmür. İndiyə qədər işıq-işığa yaşadığımız xalqlarla dinc, qardaşlıq, anlaşma şəraitində mədəniyyətlərimizi paylaşırıq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur. 



VİDEO

SON XƏBƏRLƏR

29.04.2025 / 12:06
Pezişkian Azərbaycan səfərini əməkdaşlıq üçün yeni üfüqlərin açılmasında müqəddimə adlandırıb

29.04.2025 / 12:01
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb - Şabranda ucuz, Gəncədə baha...

29.04.2025 / 11:37
Əli Əsədov vəkillərlə bağlı qərar imzalayıb

29.04.2025 / 11:24
Zelenski Putinin atəşkəs təklifini rədd etdi

29.04.2025 / 11:17
"Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması vacibdir"

29.04.2025 / 11:10
Diaspor gəncləri Xankəndiyə toplaşacaq

29.04.2025 / 11:04
Bank kartlarından daha 12 min manatdan çox pul oğurlandı

29.04.2025 / 11:00
Trampın impiçmenti Konqresə təqdim edildi

29.04.2025 / 10:34
“Neftçi”dən 1600-cü qol!

29.04.2025 / 10:25
Siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə növbəti birgə səfəri həyata keçirilir

29.04.2025 / 10:25
Rubio Lavrovu müharibəni dərhal bitirməyə çağırdı

29.04.2025 / 10:18
"Güzəştə gedib barmağınızı uzatsanız, bütün qolunuzu ələ keçirəcək" - ÇİN-dən ABŞ açıqlaması

29.04.2025 / 10:12
64 yaşlı kişi pilləkəndən yıxılıb öldü

29.04.2025 / 10:06
İcazəsiz Həccə gedənləri 5 min dollar cərimə və 10 illik deportasiya gözləyir!

29.04.2025 / 10:00
Maskdan Çin xəbərdarlığı - "bu böhranla üzləşəcək"

29.04.2025 / 09:34
Sumqayıtda qadın ərini bıçaqlayıb

29.04.2025 / 09:25
Çempionlar Liqasında ilk yarımfinal oyunu - PSJ "Arsenal"a qarşı

29.04.2025 / 09:22
Qızıl dükanları milyardlarla manat vergidən qaçır... Necə?

29.04.2025 / 09:16
Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb

29.04.2025 / 09:10
İngilislərdən ŞOK QADAĞA - Çin maşınlarında iş barədə danışmayın...

29.04.2025 / 09:04
Fransa mediasından yanğında ölən 3 türk körpəyə qarşı İYRƏNC HƏRƏKƏT!

29.04.2025 / 09:00
Britaniyaya miqrant axını güclənir - kiçik qayıqlarla keçənlərin sayı rekord həddə çatıb...

29.04.2025 / 08:48
Nigeriyada bomba dolu 2 avtomobil partlayıb, 26 nəfər ölüb

29.04.2025 / 08:35
MTK-ların daha bir dələduzluğu açılır - evi ucuz sökür, baha satırlar...

29.04.2025 / 08:28
“Rusiya həqiqətən sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır" - Ukraynadan AÇIQLAMA

29.04.2025 / 00:06
İran Prezidenti Bakıda Azərbaycanca şeir oxudu - VİDEO

28.04.2025 / 22:34
Pezeşkian İlham Əliyevlə görüşdə hələ çox dartışılacaq bir fikir dedi- "Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər....."

28.04.2025 / 22:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidentinin Azərbaycana səfərindən görüntülər paylaşılıb - VİDEO

28.04.2025 / 21:37
Azərbaycanda 1300 illik məscid təhlükəyə düşüb...

28.04.2025 / 21:22
ABŞ Panama və Süveyş kanallarında, Azərbaycan Zəngəzur dəhlizində bunu edə bilər...

28.04.2025 / 21:17
Məhkəmədə Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı barədə videomateriallar nümayiş etdirildi - FOTO

28.04.2025 / 21:12
İran Prezidenti Pezeşkian Bibiheybət məscidində... - FOTO

28.04.2025 / 21:09
Türkiyə parlamentinin assuriyalı deputatı ermənilərdən də pis danışdı - nə 3 milyon?...

28.04.2025 / 20:55
Kallasın bu sözlərinin Bakı-İrəvan sülhünə müsbət təsiri şübhə doğurur...

28.04.2025 / 20:41
Bakı Qlobal Cənubun haqq mübarizəsinə yeni struktur bəxş... etdi...

28.04.2025 / 20:27
Dünya QHT-nin üçdə ikisi Azərbaycanın ideyasını dəstəklədi...

28.04.2025 / 20:15
"İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər" - Pezeşkian

28.04.2025 / 20:14
Çinlə “Kəmər, yol” layihəsi üzərində Azərbaycanın maraqlı biznes planları var...

28.04.2025 / 20:01
Dünya mediası Kallasın Bakıdan İrəvana getməməsinə xüsusi vurğu etdi...

28.04.2025 / 19:47
Çindən Azərbaycana ildə azı 1,5 milyon turist gələ bilər...

28.04.2025 / 19:46
"Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir" - Prezident

28.04.2025 / 19:41
Nəslimizin tarixi – Səməd bəy və Əhəd bəyin hekayəsi

28.04.2025 / 19:34
Rus səfir saxta genosidi Rusiya və Ermənistanın "ümumi tarix məsələsi" adlandırdı...

28.04.2025 / 19:33
İran şirkətləri Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştiraka dəvət edildi

28.04.2025 / 19:25
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi

28.04.2025 / 19:20
Putin 3 günlük, Tramp isə daimi atəşkəs istəyir

28.04.2025 / 19:15
Prezident İlham Əliyev: "Azərbaycan və İran önəmli beynəlxalq layihələrdə iştirak edir"

28.04.2025 / 19:12
Suverenliyin iqtisadi əsaslarında sahibkar töhfəsi...

28.04.2025 / 19:07
"Səfər zamanı əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir" - Prezident İlham Əliyev

28.04.2025 / 19:00
Azərbaycanlı tələbələr Çində ən çox nələri öyrənə bilər?...

28.04.2025 / 18:46
Kağız jurnallardan imtina etmiş məktəblər necə işləyir?..

28.04.2025 / 18:40
Bakıda sinaqoqa terror hücumu hazırlayan İŞİD-çinin məhkəməsi başladı

28.04.2025 / 18:39
Prezident İlham Əliyev və Məsud Pezeşkian Bakıda Azərbaycan-İran biznes forumunda iştirak ediblər - FOTO/YENİLƏNDİ

28.04.2025 / 18:37
"Azərbaycan ilə İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var" - Prezident İlham Əliyev

28.04.2025 / 18:32
"Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq" - Pezeşkian

28.04.2025 / 18:32
ABŞ və Avropa Birliyi eyni anda saxta erməni genosidinə qarşı çıxdılar...

28.04.2025 / 18:17
Ermənilər Vatikan kardinallarını Azərbaycandan rüşvət almaqda ittiham edir...

28.04.2025 / 18:04
Bəndər Abbas bağlandı - Azərbaycan nə qədər qazanc itirə bilər...

28.04.2025 / 17:50
Haaqa Məhkəməsi Bakıda mühakimə olunan ermənilər barədə şikayəti rədd etdi

28.04.2025 / 17:43
Türkiyə Pakistana 6 təyyarə dolusu silah göndərib? - Türkiyə PA açıqlama yaydı...

28.04.2025 / 17:36
Büdcə pulları şəxsi banklara yönəldiləcək - Maliyyə Nazirliyinin islahatı risqli görünür...

28.04.2025 / 17:23
Biri Azərbaycanın dostu, biri düşmənimizin dostu - 2 nüvə dövləti üz-üzə dayanıb...

28.04.2025 / 17:10
Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verildi

28.04.2025 / 17:03
Şəbəkə marketlərinin qadın və gənclərin məşğulluğunda rolu danılmazdır

28.04.2025 / 16:55
Sumqayıtda su sayğaclarını oğurlayan bir kişi və iki bacı yaxalandı - FOTO

28.04.2025 / 16:48
Əmisi oğlu Əsədin Suriyada yeni qanlı planını ifşa etdi - 150 ​​minlik ordu ilə hərəkətə keçəcəklər...

28.04.2025 / 16:43
AYB-də tanınmış şairə Zeynəb Bəhmənlinin “Seçmələr” (Yuxuma güllə dəyib) kitabının təqdimatı olub - FOTO

28.04.2025 / 16:33
Senator Con Kennedi Putini təhdid etdi: "Onu və ölkəsini balıq yeminə çevirərik"

28.04.2025 / 16:15
Bəndər Abbasdakı partlayışı İsrail törədib?

28.04.2025 / 16:10
Lavrovu Özbəkistanda dediyinə peşiman etdilər... - VİDEO

28.04.2025 / 16:01
"Tezliklə yenidən Azərbaycana səfər edəcəyəm" - Pezeşkian

28.04.2025 / 15:56
Pezeşkian: "İran və Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini daha da inkişaf etdirə bilərlər"

28.04.2025 / 15:43
Suriya hökuməti PKK/YPG-nin muxtariyyət tələbini rədd etdi - bu bizim qırmızı xəttimizdir

28.04.2025 / 15:37
"Mən özümü burada yad kimi hiss etmirəm, özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm" - Pezeşkian

28.04.2025 / 15:35
Prezident İlham Əliyev: "Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk"

28.04.2025 / 15:28
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında - FOTO

28.04.2025 / 15:18
"İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür" - Prezident İlham Əliyev

28.04.2025 / 15:16
Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

28.04.2025 / 15:12
Prezident İlham Əliyev: "Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"

28.04.2025 / 15:11
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

28.04.2025 / 15:05
Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO

Suverenliyin iqtisadi əsaslarında sahibkar töhfəsi...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011