Cümə axşamı günü, 24 aprel 2025
     

Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...

Image

I yazı

Dərin tarixi kökləri olan Azərbaycan mədəniyyəti, ictimai fikri hər zaman daxilində tolerantlıq, multikulturalizm anlayışı yaşadıb. Elə xalqlar, dövlətlər var ki, orada bu anlayış yenidir və cəmiyyətdə, incanların şüurunda elə də dərindən oturuşmayıb. Azərbaycan cəmiyyəti tarixən multikulturalizm ovqatında olub və bu gün də o ab-havanı hiss etdirir.
Əksər hallarda deyirlər ki, Azərbaycanda mövcud olan multikulturalizm əhvalı başqa ölkələrdə bu qədər qabarıq görsənmir. Bu fikri irəli sürənlər haqlıdır. Azərbaycandakı mühit başqa ölkələrdə yoxdur.
Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev əsrlər boyu Azərbaycanda bərqərar olan tolerantlıqla bağlı maraqlı fikirlər bildirib: "Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox
cəhətlərinə aiddir. O təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir".
Bəli, Azərbaycanda millətlər və dinlər arasında kifayət qədər şəffaf münasibətlər var. Bu dövlətin vətəndaşı olan hər bir toplumun nümayəndəsi rahatlıqla yaşayır və fəaliyyət göstərir. "Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da-bütünlükdə hamısı azərbaycanlıdır" - deyə tövsiyə edən Heydər Əliyev Azərbaycanda millətlər və mədəniyyətlər arasında yüzillərlə mövcud olan sülh və əminamanlıq əhvalına böyük töhfələr verib.
Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir: "Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir".
Heydər Əliyevin multikulturalizmin bərqərar olması ilə bağlı yürütdüyü siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir. İlham Əliyev dəfələrlə qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir: "Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir".
Həmçinin ölkə başçımız qeyd edib ki, Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürüb: "Biz hesab edirik ki, multikulturalizmin
müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalnız ayrıseçkilik, irqçilik, ksenofobiya, islamafobiya və antisemitizm ola bilər. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin
kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar".
Prezident İlham Əliyev haqlı olaraq qeyd edir: "Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar
qorunmalıdır".
Bəllidir ki, Azərbaycanda əsrlər boyu davam edən multikulturalizm mədəniyyətimizə, ictimai fikrimizə dəyərli töhfədir. Bu barədə Prezident İlham Əliyev belə deyib: "Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur".
Ölkə başçımız başqa bir çıxışında isə "Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm
ayrıseçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır" - fikrini vurğulayıb. Azərbaycançılığın ayrılmaz hissəsi olan multikulturalizm Azərbaycanın adını ucalara qaldırır.
Bilirik ki, Azərbaycanda multikulturalizm və tolerantlığın geniş səviyyədə və müxtəlif formalarda təbliğ edilməsində böyük rolu olan Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyeva bu sahədə mühüm işlər görüb.
Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycanın multikulturalizm örnəyi ilə bağlı qiymətli fikirlər bildirib: "Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına
malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar".
Bu bir həqiqətdir ki, Azərbaycanda mövcud olan bu harmoniya başqa ölkələri təəccübləndirir. Onlar düşünürlər ki, bu ab-havanı öz cəmiyyətlərində necə yaşatmalıdırlar? Bilirik ki, ölkəmizdə multikulturalizm azərbaycançılığın ayrılmaz hissəsi kimi dövlət siyasətini təşkil edir.
Ölkəmizin birinci xanımı "Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolik kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir" - deyə bildirərkən ölkəmizin dini palitrasını göz önündə sərgiləyir.
"Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq, gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın" -fikri də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya məxsusdur. Mehriban Əliyevanın bu sahədə həyata keçirdiyi genişmiqyaslı işlər çeşidli mövzuları əhatə edir. Fondun təşkilatçılığı ilə həm ölkəmizdə, həm də xaricdə böyük işlər görülür, kitab təqdimatları keçirilir, sərgilər təşkil olunur. Fondun maliyyə dəstəyi ilə nəinki ölkəmizdə, hətta xarici ölkələrdə müqəddəs evlər təmir edilir.
Məlumdur ki, bu sahədə Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi də az iş görmür. Fondun vitse-prezidenti Leyla Əliyevanın ayrı-ayrı yığıncaq və tədbirlərdə iştirakı, multikulturalizmin daha geniş səviyyədə təbliğ etməsi göz önündədir. "Azərbaycanda-bu qədim torpaqda həmişə müxtəlif millətlərə, mədəniyyət və ənənələrə məxsus insanlar yaşamışlar. Onların hər biri öz töhfəsini vermiş və tarixdə öz izini qoymuşdur. Bu gün ölkəmizdə xristianlar, müsəlmanlar və yəhudilər sülh və əminamanlıq şəraitində yaşayırlar. Tolerantlıq anlayışı xalqımız üçün
hər hansı nailiyyət deyil: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq. Tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənənələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanır, daha doğrusu, bu, Azərbaycan xalqının ən böyük sərvətidir. Azərbaycan beynəlxalq dialoqu, mədəni dialoqu dəstəkləyir" - deyə Leyla Əliyeva vurğulayıb.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin də tolerantlıq və multikulturalizmlə bağlı fikirləri maraqlıdır: "Polietnik cəmiyyətdə vətəndaş millətçiliyi daxili birliyə malik olmuş Azərbaycan cəmiyyətinin ətraf mühiti qavraması üsuludur.
Mədəni və etnik birliyə nail olmayan dövlət tolerantlıq olmadan sabitliyini təmin edə və normal inkişaf edə bilməz".
"Bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki
uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi məhz bunu istəyirdi" - fikrilə isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev çıxış edib. Akademik Abdullayev eyni zamanda vurğulayıb ki, Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, azərbaycançılıq
məfkurəsini, tolerantlığı bir yerə toplayıb sistemləşdirmək
və dünyaya nümayiş etdirmək ən mühüm vəzifəmizdir.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə qeyd edib: "Multikulturalizm dünyada tolerantlığa, dözümlülüyə, dövlətlərarası etibarlı münasibətlərə və bütövlükdə demokratik prinsiplərin beynəlxalq münasibətlərdə bərqərar olunmasına xidmət edir.
Müxtəlif mədəniyyətlərə və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. Artıq dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir".
Bu fikirlər Azərbaycanda multikulturalizmin azərbaycançılığın bir qolu olduğunu göstərir, eyni zamanda da bu anlayışın doğurduğu əks-səda təhlil olunur.
"Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada
ayrı-ayrı millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir və tarixən formalaşan bu tolerantlıq Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib" - fikri ilə ombudsman Elmira Süleymanova çıxış edib.
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ölkəmizdə hökm sürən barış, sülh siyasətindən danışıb: "Məhz Azərbaycanda dini sahəyə münasibətdə yürüdülən müdrik siyasətin nəticəsidir ki, dünya ictimaiyyəti, o cümlədən
nüfuzlu beynəlxalq təşkilatlar, habelə dünya miqyasında tanınmış dini liderlər ölkəmizin sülhpərvərliyini, tolerantlığını, başqa dinlərlə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu yüksək dəyər kimi qiymətləndirirlər".
"Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görməyimiz üçün dünyada bir çox örnəklər var və biz onlardan dərs almalıyıq. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Bütün
bunlar mənim ölkəmin bütün dinlərə və mədəniyyətlərə yüksək
ehtiram bəsləməsindən xəbər verir və dövlətimiz bu istiqamətdəki fəaliyyətini gələcəkdə də davam etdirəcək"-deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanda dinlərin və millətlərin təmsilçilərinin qarşılıqlı dialoq şəraitində yaşadığını beynəlxalq ictimaiyyətə çatdırıb.
"Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millət yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənib. Tolerantlıq Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələdir. Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş
və vətəndaşlığı olmayan insanlar yaşayır. Dini tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtlərindən biridir. Tolerantlıq milli dövlətlər üçün ən zəngin xəzinə və dəyərlərdən biridir" - deyə bildirən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, professor Nizami Cəfərov qeyd edib ki, bu münasibətlər tarixi ənənənin davamıdır.
Millət vəkili Yevda Abramov "Yəhudilərə münasibətdən, onların yaşamından deyə bilərəm ki, Azərbaycan dövləti qədər nə MDB məkanında, nə də bütövlükdə dünya miqyasında tolerantlıq nümunəsi ola biləcək dövlət yoxdur. Həm Konstitusiya yolu ilə, həm də cəmiyyətin özünün ənənələri ilə bütün millətlərə bir dözümlülük nümayiş etdirilir. Bütün millətlərin nümayəndəsi Azərbaycanda özünü doğma hesab edə bilir" - fikrini irəli sürüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışlarından birində bildirib: "Fəxrlə qeyd edə bilərəm ki, Azərbaycan bu gün güclü dövlət quruculuğu istiqamətində möhkəm təməllər üzərində irəliləyir və bu dayaqlardan biri, bəlkə də birincisi xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlılığıdır".
Tədqiqatçıların qeyd etdiyinə görə, multikulturalizm Azərbaycan üçün böyük dəyərdir. Onlar qeyd edir ki, bu dəyərdən qonşu dövlətlər, xalqlar da istifadə etməyə can atır. Multikulturalizm Azərbaycan xalqının həyat tərzi elan edildikdən sonra bu sahədə silsilə tədbirlər həyata keçirilir. Əsrlərdir xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Bu da vurğulanır ki, Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

24.04.2025 / 22:43
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd bəyanatları rədd etdi

24.04.2025 / 22:37
Aİ missiyasının saxta "soyqırımla" bağlı yazısı müəmmalı şəkildə yoxa çıxdı və yenisi peyda oldu...

24.04.2025 / 21:40
Ermənistandakı Avropa missiyasının "casus-kəşfiyyat qurumu" olduğu tam sübuta yetirildi...

24.04.2025 / 21:29
Azərbaycanın Çinlə yaxınlaşması Avropa üçün böyük üstünlüklər açır...

24.04.2025 / 21:14
Ermənistandakı qadın zorakılığı Azərbaycanda olsaydı... Mirzoyanın rüsvayçı etirafı...

24.04.2025 / 21:00
İrəvanda saxta “genosid muzeyinə” ildə 300 nəfər türk turist(?) gəlir - biabırçılıq...

24.04.2025 / 20:47
Avroittifaq missiyası Ermənistan üzərindən İranın nüvə obyektlərini müşahidə edir...

24.04.2025 / 20:33
Çinlə viza ləğv olundu - bizə, ya çinlilərə çox faydası dəyəcək...

24.04.2025 / 20:20
Çinlə Azərbaycanın arasında misilsiz bir Sazişə hazırlıq başladı...

24.04.2025 / 20:06
Azərbaycan-Fransa Universitetindənsə, Azərbaycan-Çin universiteti dəfələrlə üstündür...

24.04.2025 / 19:53
Kəşmir uğrunda dördüncü müharibə: Azərbaycanın müttəfiqi öz qonşusu ilə müharibə həddinə çatdı...

24.04.2025 / 19:39
Erməni əsilli məhbus Bakı məhkəməsindən İrəvana səs atdı - “Xocalını...”

24.04.2025 / 19:26
Rusiyadan Azərbaycana yenidən pul axını başlanır, lakin prosesin böyük mənfi tərəfi də var...

24.04.2025 / 19:15
Suriya kürdləri qondarma “erməni soyqırımı” ilə bağlı məşəl yürüşünə qatıldılar

24.04.2025 / 19:12
Şəhid atasının məktubu - Hafiz Təmirov yazır

24.04.2025 / 19:08
Soyqırımlar törədən ölkənin deputatı Avropanı Ermənistanı dəstəkləməyə çağırdı

24.04.2025 / 19:01
Məktəblərimizdə hərbi vətənpərvərlik dərsləri - dinamika var, bəs nəticə?

24.04.2025 / 18:50
Boğazadək çamura batan ölkələr, qurumlar Türkiyəni saxta "soyqırımı” tanımağa çağırır

24.04.2025 / 18:47
Zatulin ermənilərin Qarabağdan getməsinə "don qalmır geyindirir" - indi də bu versiya...

24.04.2025 / 18:40
Irəvanda Azərbaycan və Türkiyə bayraqlarına qarşı vandallıq... - VİDEO

24.04.2025 / 18:33
Ermənistan idmançıları Xankəndiyə gəlməsələr dünya dağılmaz...

24.04.2025 / 18:23
"Qadınlar bir-birinə sözdə yox, əməldə dəstək olmalıdır" - QHT sədri

24.04.2025 / 18:19
PKK-nın özünü buraxacağına ümidlər getdikcə sönür - “Apo” ikibaşlı oynayır?..

24.04.2025 / 18:10
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

24.04.2025 / 18:06
Belə türk rektor ermənidən də pisdir - "Ermənistanla açılıma Azərbaycan mane olur"...

24.04.2025 / 17:55
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Çinə dövlət səfərindən görüntülər paylaşılıb - VİDEO

24.04.2025 / 17:52
Çin Əliyevin sülh gündəmini tam dəstəklədi - İrəvana birbaşa mesaj...

24.04.2025 / 17:48
Prezident Velosiped Turu 60-cı dəfə təşkil ediləcək

24.04.2025 / 17:37
İrəvanda rus diplomatdan gözlənilməz(?) hərəkət... Putinin sülh siyasəti hara, bu göz yaşı hara...

24.04.2025 / 17:26
Avropa Ukrayna məsələsində Trampın qarşısında geri çəkilir – Kiyevi ərazi güzəştlərinə apara biləcək formul axtarışları başladı…

24.04.2025 / 17:18
Cənubi Qafqazı bəlaya salan Rusiyanın nümayəndəsi də “erməni soyqırımı”ndan danışdı

24.04.2025 / 17:15
Ermənilər Irandaki Ermənistan səfirini fitə basdılar

24.04.2025 / 17:13
Vüqar Rəhimzadə: Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi mühüm siyasi hadisədir

24.04.2025 / 17:04
Putin Azərbaycanın 21 nəfər dünya müharibə iştirakçısını 9 May paradına dəvət edəcək?..

24.04.2025 / 16:48
Türkiyənin nüvə alimlərinə sui-qəsd çağırışı... ABŞ-dan İsrailə ŞOK təklif...

24.04.2025 / 16:41
EUMA personalına verilən imtiyazlar erməni pilotlara təlim keçməyə imkan yaradır - Ramid Namazov

24.04.2025 / 16:40
Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb - FOTO

24.04.2025 / 16:27
"Ermənistan Avropa İttifaqı missiyası və personalına kəşfiyyat, casus fəaliyyəti üçün şərait yaradıb" - Komissiya sədri

24.04.2025 / 16:10
"Ermənistan Avropa Sülh Fondu vasitəsilə müharibəyə hazırlaşdırılır" - Ramid Namazov

24.04.2025 / 15:52
Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğal edilməsinə qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq olunub - FOTO

24.04.2025 / 15:43
Beynəlxalq səyyahlar Xankəndidə

24.04.2025 / 15:31
“Nar”dan Ümumdünya Kitab Gününə dəstək - FOTO

24.04.2025 / 15:25
Azərbaycanı Roma Papasının dəfn mərasimində Sahibə Qafarova təmsil edəcək

24.04.2025 / 15:10
Uyğur törəsi (33 buyruq)- “Türk” etnonimi və törələri" kitabından- YUNUS OĞUZ yazır

24.04.2025 / 15:08
Çalabyan: “Soyqırım”ı tanımadan Türkiyə ilə real barışıq mümkün deyil”

24.04.2025 / 15:07
Kanadanın Ermənistandakı səfiri saxta erməni “soyqırımı” tanımasıyla fəxr etdi

24.04.2025 / 14:31
Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub - FOTO

24.04.2025 / 14:10
Bir milyon itirən eks-məmur oğlu ifadə verdi - "100 min qoydum, bir neçə aya 1 milyon 300 min manat oldu"

24.04.2025 / 13:54
Azyaşlının sükan arxasına keçməsi qəza ilə nəticələndi - BDYP valideynlərə çağırış etdi

24.04.2025 / 13:29
Polis Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirdi

24.04.2025 / 13:22
"Bu günədək Avropa İttifaqı Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb" - Ramid Namazov

24.04.2025 / 13:10
Поговорим о символах Армении - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.04.2025 / 12:58
Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 2 şəxs saxlandı

24.04.2025 / 12:46
Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb

24.04.2025 / 12:44
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

24.04.2025 / 12:43
Türkiyə və Azərbaycan bayraqlarının yandırılması Aram Sarkisyanın xoşuna gəlmədi

24.04.2025 / 12:35
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb - FOTO

24.04.2025 / 12:10
Çin Cənubi Qafqazda mühüm oyunçuya çevrilir

24.04.2025 / 12:00
Dünyanın tanınmış səyyahları Qarabağda

24.04.2025 / 11:21
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO

24.04.2025 / 11:21
Bu təşkilatın Zirvə Görüşü Xankəndidə keçiriləcək

24.04.2025 / 11:18
“Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı” genişləndirilib

24.04.2025 / 11:10
"Bu, təxribatdır" - Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya verdi

24.04.2025 / 11:03
Bank kartlarından oğurluq davam edir - bir gündə 20332 manat oğurlanıb...

24.04.2025 / 11:02
ABŞ-ın Ukrayna planı açıldı. Dəhşət indi başlayır - CANLI

24.04.2025 / 10:31
İrəvanda keçirilən məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqları yandırıldı

24.04.2025 / 10:26
Bu uşaqlar peyvənd olunacaq - nazir əmr imzaladı

24.04.2025 / 10:22
Məşhur aktrisanın atası həbs edildi - keçmiş arvadını döydüyü üçün...

24.04.2025 / 10:12
Qəzzada bir gündə 45 sakin ölüb - “Al Jazeera” telekanalı

24.04.2025 / 10:06
Rusiyadan Kiyevə dron hücumu - ölən və yaralananlar var

24.04.2025 / 10:00
Mədət Quliyev Federasiya prezidentliyindən istefa verib

24.04.2025 / 09:30
"Bu növbəti dezinformasiyadır" - Müdafiə Nazirliyi məlumat yaydı

24.04.2025 / 09:22
Mirzoyan Ermənistanda qadınlara qarşı ayrı-seçkilik olduğunu etiraf edir, Aİ isə susur

24.04.2025 / 09:19
Azərbaycana avtomobil axını inanılmaz sürətlə artır - ölkə tıxaclardan "dağılacaq"...

24.04.2025 / 09:18
Bu gün Xırdalanın bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ

24.04.2025 / 09:16
Qobustan sakini araqdan ölüb...

24.04.2025 / 09:12
Fransa Afrika qitəsindən qovulur, Türkiyə təsirini artırır

24.04.2025 / 09:06
"Milan" İtaliya Kubokunun finalında

24.04.2025 / 09:00
Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb

24.04.2025 / 08:53
Almaniya polisi elan etdi - 575 nəfər “təhlükəli şəxs” kimi qeydə alınıb

24.04.2025 / 08:37
Dövlət xəstəxanalarında əsassız ödənişlər, əmlakın özəl sektora şübhəli icarəsi və sair - deputatdan ifşa, ekspertdən dəstək...

Məktəblərimizdə hərbi vətənpərvərlik dərsləri - dinamika var, bəs nəticə?

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011