Çərşənbə günü, 23 aprel 2025
     

Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...

Image

III yazı

Mirzə Fətəli Axundovun Azərbaycan ədəbiyyatı və ictimai fikrində xidmətləri haqqında qiymətli əsərlər yazılıb, tədqiqat nümunələri meydana çıxarılıb. Onun xidmətləri haqqında ən əsas sözü isə mütəfəkkirin əsərləri deyir. Bilirik ki, Mirzə Fətəli Axundovun irsi, onun yaratdıqları zaman-zaman qiymətləndirilib.

Axundovun əlifba siyasətimizdəki rolu isə danılmazdır. Dahi mütəfəkkirin bu istiqamətdə həyata keçirmək istədiyi işlər müstəqil Azərbaycan dövləti tərəfindən həyata keçirilib.

Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Məsud Mahmudov «Azərbaycanda latın qrafikalı əlifbaya keçid təcrübəsi» məqaləsində qeyd edir ki, M.F.Axundovun milli əlifbanın formalaşmasına verdiyi töhfə əvəzsizdir: «Pəncşənbə» sözü ilə bağlı M.F.Axundovun yarızarafat, yarıdoğru dedikləri onun ərəb qrafikasına münasibətini bir daha nəzərə çarpdırır. Bir gün Mirzə Fətəli işdən evə çox gec gəlmiş və arvadı bunun səbəbini soruşduqda, o, ərəb əlifbasında çoxlu nöqtə olduğuna və bunların qoyulmasına çox vaxt sərf edilməsinə işarə edərək demişdi: «Pəncşənbənin nöqtələrini qoymağa başım qarışdığından gecikdim!

Çox təəssüf ki, o nöqtələrdən yenə qurtula bilmədik».

Lakin M.F.Axundovun bu cəhdi, sonralar isə onun yenidən bu məqsədlə İstanbula və Tehrana səfərləri heç bir nəticə vermir, onun yaratdığı əlifba layihələri həyata keçmir.

XX əsrin 20-ci illərində yeni əlifbaya keçid, ərəb əlifbasının Azərbaycan dilinə uyğunlaşdırılması məsələləri yenidən aktuallaşdı. Görkəmli türkoloq-alim, Krım tatar və Azərbaycan dilçisi, ədəbiyyatşünas, şair Bəkir Çobanzadə «Yeni yol» qəzetinə müsahibəsində məsələyə münasibətini belə ifadə edirdi: «...bütün mahiyyəti ilə dilimizə uymayan ərəb əlifbasını islah etmək çətindir. Ərəb əlifbasını islah etmək yalnız yeni hərflər icad etmək deyil, bəlkə bütün sistemi dəyişmək məsələsidir ki, bu təqdirdə də yeni bir əlifba meydana gətirmiş oluruq. Latın əlifbası xaricdən əvvəl Azərbaycanda tam müvəffəqiyyət qazanmalıdır».

1921-ci ildə Xalq Komissarları Soveti tərəfindən Azərbaycanda Əlifba Komitəsi yaradılıb. 1922-ci ildə N.Nərimanovun başçılıq etdiyi xüsusi komissiya geniş müzakirələrdən sonra latın qrafikalı yeni Azərbaycan əlifbasının layihəsini mətbuatda dərc etdi. 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Şurası 1924-cü ildən başlayaraq, ərəb əlifbası ilə bərabər, yeni əlifbanı rəsmi olaraq dövlət əlifbası kimi qəbul etmək haqqında dekret imzaladı. 1929-cu il yanvarın 1-dən rəsmi olaraq tam şəkildə latın qrafikasına keçildi. 1939-cu ildə kiril əlifbasına keçidlə bağlı qərar verildi. 1940-cı il yanvarın 1-dən kiril əlifbası tətbiq olundu. Həmin il sentyabrın 1-dən məktəblər kirilə keçmiş oldu. Ümumiyyətlə, əlifbanın tez-tez dəyişdirilməsi hər hansı bir mədəni xalq üçün ağır nəticələr verir. Ərəb əlifbasını dəyişməklə biz minillik tariximizdən, mədəniyyətimizdən, elm xəzinələrimizdən ayrı düşdük. Yenidən latından kirilə keçidlə 15 illik tariximizdən, yazı vərdişimizdən aralandıq. Yeni latın qrafikalı əlifbaya son keçid nəticəsində isə 70 illik tariximizdən, nəşr olunmuş bütün mədəni irsimizdən (bu, heç də az itki deyil, bütün klassik irsimiz, dünya mədəniyyəti və ədəbiyyatı inciləri kirildə artıq çap olunmuşdu) imtina etməli olduq».

M.Mahmudov qeyd edir ki, 1991-ci il dekabr ayının 25-də Azərbaycan Respublikasının Ali Soveti «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə qərar verdi. Bu əlifba kiçik fərqlər nəzərə alınmazsa, demək olar ki, türk əlifbası əsasında yaradılıb. Professor Mahmudovun qeyd etdiyinə görə, bu, türk xalqlarının yaxınlaşması, ortaq türk ədəbi dili, ortaq türk terminologiyası yaradılması sahəsində olduqca mühüm addımdır: «Bu baxımdan vahid əlifbanın mövcudluğu zəruri şərtdir. Yeni əlifbaya keçidin ağrısız və səmərəli olması üçün keçid dövrünün olması mühüm şərtdir. Azərbaycanda yeni əlifbaya keçid prosesi təxminən 10 il olub. İlk əvvəl olaraq orta məktəblərin birinci sinifləri yeni əlifbaya keçmiş, 10-cu sinifdə artıq yeni əlifbanı mənimsəmiş yeni nəsil yaranıb. Həmin ildən ali məktəblərin birinci kursları yeni abituriyentləri qəbul etmiş, onlar artıq yeni qrafikalı dərsliklərdən istifadə etməyə başlamışlar. Keçid dövrü həm də zəruri ədəbiyyatın, dərsliklərin, lüğətlərin çapı baxımından zəruridir.

Azərbaycan Respublikasında Azərbaycan dilinə qayğı dövlət səviyyəsindədir və bir çox hüquqi sənədlər, Prezident sərəncamları ilə tənzimlənir».

Alim vurğulayır ki, Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin 18 iyun 2001-ci il tarixdə imzaladığı «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Fərman, «Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2001-ci il tarixli Sərəncamı, «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Sərəncamı, «Azərbaycan Respublikasında Dövlət dili Haqqında» 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu, «Azərbaycan Respublikasında Dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanı olduqca qiymətli səndlərdir. M.Mahmudov həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında» 12 yanvar 2004-cü il tarixli, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə 12 yanvar 2004-cü il tarixli, «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında» Azərbycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamları dilçilik sahəsinə, ölkənin əlifba siyasətinə verilən dəyərdir: «Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 29 may 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına bu məqsədlə 2 milyon manat vəsait ayrılmış oldu. Bu fərman və sərəncamlarla bağlı xeyli iş görülüb, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlər həyata keçirilib, bütün zəruri ədəbiyyat çap olunub. Ümummilli lider Heydər Əliyevin dil siyasəti onun layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Krım tatar əlifbası barədə fikirlərimi bildirmək istərdim. Hər şeydən əvvəl demək istərdim ki, mən bu əlifbanı bəyənirəm və məqbul hesab edirəm. Bu əlifbanın ən qiymətli cəhəti onun müasir türk və Azərbaycan əlifbası ilə, kiçik fərqlər nəzərə alınmazsa, eyni olmasıdır. Bu da türk xalqlarının bir-birinə yaxınlaşması, inteqrasiyası, vahid türk əlifbası, terminologiyası, orfoqrafiya, orfoepiya və qrammatikası yaradılması baxımından olduqca önəmli bir hadisədir. Məlum olduğu kimi, gələcəkdə ortaq ədəbi dil yaradılması da mühüm bir vəzifə kimi qarşıda durur, bu sahədə məsləhətləşmələr, söhbətlər aparılır, elmi konfrans və sessiyalar keçirilir.

Əlbəttə, dilçi-mütəxəssis kimi bu əlifbada məni qane etməyən məqamlar da var. Amma bu iradlarım təkcə Krım tatar əlifbasına deyil, eyni zamanda latın qrafikalı türk və Azərbaycan əlifbalarına da aiddir. Əgər islahatlar aparılacaqsa, hər üç əlifbada eyni zamanda aparılmalıdır. Bunlar daha çox ç(çe), ş(şe), x(xe) hərflərinə, hərflərin üstündə qoyulan nöqtələrə və quyruqcuqlara aiddir. Əlifbada nöqtələrdən imkan dairəsində qurtulmaq lazımdır. Yoxsa yenə «pəncşənbə» yazmalı olarıq və vaxt itkisinə məruz qalarıq. (E) sonor samiti vaxtilə Azərbaycan əlifbasında da olub. Sonradan ixtisara salınıb. Fikrimizcə, ona çox da ehtiyac yoxdur və onun funksiyasını «N» (ne) yerinə yetirir. Krım tatar əlifbasında L(le), M(me), N(ne), R(re) kimi səslənmə formasını məqbul hesab edirəm. Azərbaycan əlifbasında bu hərflər müvafiq olaraq L(el), M(em), N(en), R(er) kimi qəbul edilib. Krım tatar əlifbasında Q(qı), Ğ(ğı) səslənmələrinin unifikasiyası da məqbul olardı.

Bütövlükdə, mən bu əlifbanı bəyənir, Krım tatar və qazax xalqlarını yeni latın qrafikalı əlifbanın qəbulu münasibətilə təbrik edirəm».

Tədqiqatçılar yazır ki, azərbaycançılıq ideologiyasının nəzəriyyəçilərindən və təbliğatçılarından olan Əli bəy Hüseynzadə 1909-cu ildə nəşr olunan «Yazımız, dilimiz və «ikinci il»imiz məqaləsində yazırdı ki, əlifba və dil ilə bağlı islahatçı ideyaların ancaq Qafqazda, xüsusilə Tiflisdə M.F.Axundov, M.A.Şahtaxtlı və b. tərəfindən irəli sürülməsi düşündürücüdür: «Üç yüz milyon islamın əlifbasının altmış-yetmiş milyon türkün imlasını bir hökmi-qaraquşilə türkün, islamın mərkəzindən uzaq olan yuvalarından birdən dəyişmək istəyirlər! Halbuki, böylə mühüm bir əmr üçün kəndilərində lazım gələn məlumatdan əsər belə yox! Türkün imlasını islahı üçün deyil, sərf və nəhvi mükəmməl bilmək, bəlkə bütün türklərin tarixinə, ədəbiyyatına, etnoqrafiyasına, fonologiyasına haqqı ilə aşina bulunmaq tələb edər».

Əlifba ilə bağlı Əbdürrəhim bəy Haqverdiyev də yazırdı ki, Azərbaycan türk ədəbi dilinin və əlifbasının formalaşmasında rus dilinin mühüm təsiri olub: «1890-cı illərdə ortalığa atılıb ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız, özümü də o cümlədən hesab edirəm, iki tərəfdən də avara olub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri işlətməyə üz qoydular».

Tədqiqatçılar qeyd edir ki, bu baxımdan Əli bəy Hüseynzadə xeyli dərəcədə haqlı idi ki, ortaq türkcədən ayrı Azərbaycan türkcəsinin inkişafında, eləcə də əlifba islahatı məsələsində əvvəlcə çar Rusiyası, sonralar Sovet Rusiyası ideoloqlarının maraqlı, hətta icraçı olmaları təsadüfi olmayıb. Hər iki halda məqsədi Azərbaycanı türk dünyasından, xüsusilə Cənubi Azərbaycan və Türkiyə türklərindən ayırmaq idi.

Tədqiqatçılar qeyd edir ki, Azərbaycan Cumhuriyyəti latın əlifbasına keçidlə bağlı Türkiyə Cumhuriyyəti ilə də ortaq addım atmaq niyyətində olub. Həmin vaxt isə istər Türkiyə, istərsə də Azərbaycan Cumhuriyyəti üzərinə xaricdən olan basqılar bu məsələnin öz həllini tapmasına əngəl olub.

Göründüyü kimi, Axundovdan sonra digər fikir adamları da bu ideyaya sadiq qalıb. Məlumdur ki, Mirzə Fətəli Axundovdan başlanan əlifba ideyası XXI əsrdə həyata keçdi, böyük mütəfəkkirin arzularını müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev reallaşdırdı.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

23.04.2025 / 12:00
Vilayət Eyvazov Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

23.04.2025 / 11:37
TƏBİB: Bu ilin I rübündə 20 milyondan çox tibbi xidmət göstərilib

23.04.2025 / 11:35
İsrail Papa Fransisin ölüsündən belə qisas aldı

23.04.2025 / 11:25
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları açıqlandı

23.04.2025 / 11:20
Tramp Krımı və Ukraynanın başqa ərazilərini Putinə verir –“Zelenski hələlik “yox” deyir”

23.04.2025 / 11:16
Marko Rubio Zelenskinin bu sözlərindən sonra London səfərini ləğv edib...

23.04.2025 / 11:11
Gəncə-Göygöl-Şəmkir bölgəsində genişmiqyaslı abadlıq-quruculuq işləri

23.04.2025 / 11:07
Azərbaycan ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb

23.04.2025 / 11:06
Bir gündə bank kartlarından 21 min manatdan çox pul oğurlanıb

23.04.2025 / 11:04
Pekində Azərbaycan-Çin sənədləri imzalanıb

23.04.2025 / 11:00
Bu gün Əfv Komissiyasının iclası keçiriləcək

23.04.2025 / 10:55
Oman sultanı və Putin İsrail qoşunlarının Qəzzadan çıxmasını tələb etdi

23.04.2025 / 10:22
Qubada ata yol qəzası törətdi, oğlu vəfat etdi

23.04.2025 / 10:17
"Terrorsuz Türkiyə" strategiyası getdikcə populyarlığını itirir - Aydın Quliyev yazır...

23.04.2025 / 10:12
Qırğızıstanda "Rus evi"nin xanım əməkdaşı həbs edilib

23.04.2025 / 10:08
Bu ölkələr Rusiyanın acığına Qələbə - 80 paradı keçirməyəcəklər...

23.04.2025 / 10:06
"Barselona"nın futbolçusu La Liqada rekord qırdı

23.04.2025 / 10:00
Trampın Çini təkləmək siyasəti apardığı indiki şəraitdə bu doğru və cəsarətli fikri hamı deyə bilməz...

23.04.2025 / 09:37
Polis Lerikdə 10 kiloqram narkotik vasitə aşkarlayıb

23.04.2025 / 09:35
Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub - YENİLƏNƏCƏK

23.04.2025 / 09:25
Onlayn kazino-qumar oyunlarının qanunsuz reklamı qızışır, "tanınmışlar" xüsusi fəallaşıblar...

23.04.2025 / 09:23
Bu gün bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

23.04.2025 / 09:16
Ermənistan həbsxanalarında intiharlar artır

23.04.2025 / 09:10
"Qalatasaray" darmadağınla finala yüksəldi!

23.04.2025 / 09:05
Bu gün Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür

23.04.2025 / 08:37
5 il tez pensiyaya çıxanların pulu niyə dövlət büdcəsindən ödənir? - Daha real təklif var...

22.04.2025 / 23:23
Tramp hələ 10 il əvvəl Krımı Rusiya üçün “gözaltı eləmişdi”

22.04.2025 / 21:31
Azərbaycan Qlobal Cənubda müstəqil "üçüncü qüvvə"ni formalaşdıracaq... Beynəlxalq hesabatdan rəy...

22.04.2025 / 21:16
Avroittifaq Mərkəzi Asiyanın türk dövlətlərini Kiprə qarşı necə şantaj etdi?...

22.04.2025 / 21:03
Ukraynaya ordu göndərmək yox, onun silahlandırılması daha yaxşıdır... Trampa mesaj....

22.04.2025 / 20:49
Azərbaycan iqtisadiyyatı üçün unudulmuş gəlir mənbəyi - kazino biznesi...

22.04.2025 / 20:45
Tramp Nitanyahu ilə İran məsələsini müzakirə etdi

22.04.2025 / 20:44
Qondarma “erməni soyqırımı”na görə Ermənistan parlamentində dava düşdü...

22.04.2025 / 20:35
Türk Dövlətləri Təşkilatının yeni Zirvəsi böyük problemlərlə üzləşir...

22.04.2025 / 20:22
Paşinyan və Ermənistan Konstitusiya Məhkəməsinin sədri bir-birinə geyişdilər... Yeni böhran...

22.04.2025 / 20:09
Yunan Kiprinin şovinist EOKA-çıları yeni “türk qırğınlarına” çağırır...

22.04.2025 / 19:55
MD Fondu məscidlərə paylanan kitabları hansı prinsiplərlə seçir?

22.04.2025 / 19:42
Azərbaycana düşmənçilik etmiş Baydenin özünü demokratlar siyahıdan sildilər... Bayden qayıtmaq istəyir…

22.04.2025 / 19:33
Vardanyanın məhkəməsində Ermənistanın mina terrorunun qurbanları danışıblar - "Bir gündə iki oğlumu itirdim" - FOTO

22.04.2025 / 19:29
“Dağlıq Qarabağdan 41-45 müharibəsinə 90 min erməni gedib? DQ-yə” Sovet ittifaqı qəhrəmanı?”...

22.04.2025 / 19:15
Dövlət müstəqilliyimizlə həmyaşıd nadir media orqanlarından biri - "Olaylar" 30 ildir yanılmadan gəlir...

22.04.2025 / 19:02
Eldar Əzizov yağışlara qarşı üsul təklif etdi, əksəriyyət bəyənmədi...

22.04.2025 / 18:47
Britaniya səfiri Azərbaycan sərhədində pozucu bəyanat yaydı...

22.04.2025 / 18:33
FB şəbəkəsinin erməni təsirində olduğu təsdiqləndi - terrorçulara açıq himayəçilik başladı...

22.04.2025 / 18:19
İran vurulsa, Türkiyə neytral qalacaq - ABŞ-ın istəyi baş tuta bilər?

22.04.2025 / 18:06
Ədalət Partiyası İlyas İsmayılovsuz ilk qurultaya qərar verdi... - MÜSAHİBƏ

22.04.2025 / 17:52
Marqarita Simonyan da “Erməni soyqırımı” nağılından danışdı

22.04.2025 / 17:52
İranın BMT-dəki daimi nümayəndəsi ABŞ və İsraili sərt şəkildə tənqid etdi

22.04.2025 / 17:38
Paşinyan sülhdən, erməni kilsəsi qisasdan danışır - Qaregin "qan-qan” deyir...

22.04.2025 / 17:24
Nisyə mal satanlara qarşı yeni qayda tətbiq olundu....

22.04.2025 / 17:11
Milli adət-ənənələrə bağlılıq dövlətçilik uğurlarının mühüm şərtidir...

22.04.2025 / 17:05
Vüqar Rəhimzadə: Azərbaycan və Çin müstəqil xarici siyasət yürüdən etibarlı tərəfdaşlardır

22.04.2025 / 16:55
Komitə sədri vətəndaşların qəbulunu keçirdi

22.04.2025 / 16:51
Saxta kredit elanı verərək bank kartlarını talayan şəxs Abşeronda yaxalandı

22.04.2025 / 16:37
ABŞ Krımı Rusiya ərazisi kimi tanıyacaq? - Tramp qərarını yaxın günlərdə açıqlayacaq...

22.04.2025 / 16:35
Poeziyamızın Zeynəb gülü...

22.04.2025 / 16:22
Vətənə şöhrət olan Vüqar...

22.04.2025 / 16:05
Putin Ukraynaya mülki hədəflərə hücumların qarşılıqlı dayandırılmasını təklif etdi...

22.04.2025 / 15:55
Prezident İlham Əliyev Çin Xalq Respublikasına səfər edib - FOTO

22.04.2025 / 15:25
Yasamalda ağaclara qənim kəsilən "Avant Group" tikinti şirkətinə cinayət işi açıldı...

22.04.2025 / 15:20
Mingəçevirdə vətəndaşa hədə-qorxu gəlib soyan şəxslər həbs edildi

22.04.2025 / 14:55
Sabiq senator Menendezin erməniəsilli arvadı da rüşvətə vasitəçilikdə təqsirli bilindi

22.04.2025 / 14:30
Mina partlayışı zamanı xəsarət almış şəxslər Vardanyanın məhkəməsində ifadə verirlər...

22.04.2025 / 14:13
Müxalifət “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti təklif edir

22.04.2025 / 14:11
Suriyada İslami Cihad liderləri həbs edildi

22.04.2025 / 14:05
Kimlər Sülh Müqaviləsinə qarşıdır?

22.04.2025 / 13:49
Səyyad Salahlı tarixi və mədəni abidələrin bərpası ilə bağlı təklif verdi, spiker etiraz etdi - siz nə danışırsınız?

22.04.2025 / 13:36
Binəqədi məhkəməsi Şərurlu İsfəndiyar barəsində qərar verdi - təqsirləndirilən şəxs...

22.04.2025 / 13:21
"Bəzi tibb mərkəzlərində bir-birini təkrarlayan pozuntular aşkarlanıb" – Millət vəkili

22.04.2025 / 13:10
Маргарита Симоньян! Я не знал, что Дьявол плачет - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.04.2025 / 12:51
Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

22.04.2025 / 12:37
"Ermənilər regionla bağlı bütün faktları saxtalaşdırıblar" - Əziz Ələkbərli

22.04.2025 / 12:14
Kamran İmanov erməni saxtakarlıqlarının və plagiatçılığının ifşasına dair faktlar açıqladı

22.04.2025 / 12:03
Ədliyyə Nazirliyi yanında İctimai şuraya yeni tərkib seçilib

22.04.2025 / 11:47
Daha 20 ailə Ağdərənin Həsənriz kəndinə yola salınıb

22.04.2025 / 11:37
“Qarabağ” və “Neftçi”nin oyunlarını bu hakimlər idarə edəcək

22.04.2025 / 11:20
İranda növbəti edam gerçəkləşib

22.04.2025 / 11:16
Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşüb

22.04.2025 / 11:16
Şin Bet rəhbəri Netanyahuya qarşı ağır ittihamlar irəli sürdü

22.04.2025 / 11:10
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər...

22.04.2025 / 11:04
İmamoğlu Almaniyaya çağırış etdi: Türkiyə Ərdoğan deyil, qərarınızı geri çəkin

Milli adət-ənənələrə bağlılıq dövlətçilik uğurlarının mühüm şərtidir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011