Cümə günü, 25 aprel 2025
     

Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...

Image

I yazı

Mirzə Fətəli Axundov Azərbaycan ictimai fikir tarixinin çox uca zirvəsində dayanır. Azərbaycan mədəniyyətində, ədəbiyyatında, elmində, ictimai fikrində rol oynayan, böyük şəxsiyyətlərdən biri olan M.F.Axundov milli mədəniyyətimizə böyük töhfələr verib. Bu da sirr deyil ki, Axundov milli mədəniyyətə xidmət etməklə yanaşı, həm də tolerantlıq nümunəsi olan görüşlərə malik olub.
Bir müddət əvvəl Gürcüstanda fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mədəniyyət Mərkəzi "Tolerantlığı dəstəkləyən təşkilat" mükafatı ilə təltif edilib. Mükafat Baş Assambleyanın təşəbbüsü ilə, UNESCO-nun tolerantlıq prinsipləri haqqında bəyannaməsinə əsasən qeyd edilən Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçirilmiş tədbirdə muzeyin direktoru Leyla Əliyevaya təqdim olunub. Qeyd edək ki, M.F.Axundovun Tiflisdə 44 il yaşadığı bina 1982-ci ildən muzeyə çevrilib, sonradan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. Hazırda muzeyin nəzdində Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq, təmsil və təbliğ etməkdir.
M.F.Axundovun adını daşıyan muzeyin belə nüfuzlu mükafata layiq görülməsi onu göstərir ki, dahi mütəfəkkir tolerantlığa böyük üstünlük verib. Axundov əsərlərində bu istiqamətdən yan keçməyib.
Mütəxəssislər qeyd edir ki, XIX və XX əsr Azərbaycan ictimai fikrinə xidmət edən maarifçilər eyni zamanda da multikultural ənənələrə, tolerantlıq görüşlərinə malik olub.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin dünyagörüşündə tolerantlıq və multikulturalizm ideyaları mövcud olub və onlar bu gün dərindən öyrənilir.
Mütəxəssislər qeyd edir ki, Azərbaycan maarifçiliyi bir-birindən fərqli iki mədəniyyətin toqquşması nəticəsində yaranan ictimai-mədəni dirçəlişdir. Bu maarifçilik bir çox cəhətlərə görə bir-birindən fərqlənən mədəniyyətlərin, ənənələrin, mentallığın qızğın mübarizəsi mühitində inkişaf edib.
M.A.Dandamaev, V.Q.Lukonin, E.Əliyev, R.Əliyevin "Azərbaycan tarixi" (İkinci cild III-XIII əsrin birinci rübü), "Uzaq keçmişdən 1870-ci ilə qədər" (Red. S.Əliyarlı), Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə", Əsgər Əhmədin "XII-XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti", "İslam: Tarix. Fəlsəfə. İbadətlər", H.İmanov, A.Əhədovun "Orta əsr islam şərqində fəlsəfi fikir", Tusi Xacə Nəsirəddinin "Əxlaqi-Nasiri", S.Xəlilovun "Şərq və Qərb. Ümumbəşəri ideala doğru" əsərlərinə istinadən alimlər qeyd edir ki, M.F.Axundov Şərqlə Qərbin dialoq və görüş formalarından biridir. Yazılanlara görə, Azərbaycan tarixi boyu bir neçə sivilizasiyaların toqquşması nəticəsində bir çox dirçəliş mərhələləri yaşayıb. Maarifçilik həmişə və hər yerdə milli intibahın, milli özünüdərkin, istisnasız bütün sahələrdə və çağdaş mənada etnik mentalitetin, ədəbi dilin və realist milli ədəbiyyatın ən qəti təşəkkülü dövrünün ideoloji hadisəsi kimi yaranır, bütünlükdə xalqın tarixi, taleyi ilə bağlı məsələlər qaldırır və onları xalq, millət miqyasında da həll edir.
Tədqiqatçılar yazır ki, xalqın iqtisadi-mədəni həyatında mövcud problemləri duyan, onların tərəqqisinə təkan verən görkəmli Azərbaycan maarifçilərindən biri də M,F.Axundov olub. O, maarifçi-realist metodunun ədəbiyyat tariximizdə böyük nümayəndəsidir.
Tədqiqatçılar vurğulayır ki, fikir azadlığını tərəqqinin əsası hesab edən M.Fətəli yazır: "Canlılar aləmində insan daim tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. Sivilizasyon elə bir ümumi sözdür ki, onun məzmununda bütün sənətlər, fəndlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olub. Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə, onları ata-babanın və övliyaların qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara
çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu surətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən
avtomat olarlar və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb həmin dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr var; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olardılar".(s. 207 Axundov Mirzə Fətəli. Əsərləri. Üç cilddə. II cild.
Bakı, "Şərq-Qərb", 2005, 376 səh).
Tədqiqatçılar vurğulayır ki, o, bərabərliyi insan tərəqqisinin özülü sayırdı, hesab edirdi ki, o, Anayasanın əsasında durmalıdır. Mənəvi, milli və ictimai bərabərlik tələblərini Axundov dialektik vəhdətdə və qarşılıqlı əlaqədə ələ alır, azadlıq və hüquq, hakimiyyət və maarif problemini həm fərd, şəxsiyyət, həm də cəmiyyət və xalq miqyasında irəli sürürdü. Böyük mütəfəkkir qeyd edirdi: "...Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaq ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olsun və bütün işlərdə də, təfəkkürdə də hadisələr deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi- mütləq olsun".
"Multikulturalizmə giriş" kitabında qeyd edilir ki, Şərqin dinçi və heç bir düşüncə və din plüralizminə haqq tanımayan qaranlıq mədəniyyətində Axundov ilk dəfə olaraq sekulyarizm sözünü tələffüz edib, dinin siyasətdən ayrı olması zərurətini savunub: "O, öz nəzərlərini konstitusiya
quruluşunun təsdiqləndiyi Avropa ölkələrinə istiqamətləndirirdi. Beləliklə, Axundov Şərqin müsəlman mütəfəkkirləri arasında ilk olaraq konstitusionalizm ideyalarını dəstəkləyən mütəfəkkir idi.
Heydər Hüseynovun fikrincə, M.F.Axundov öz xalqını savadlı görməyi çox istəyirdi. Buna görə də, ilk növbədə, Azərbaycan xalqı tərəfindən yeni əlifbanın (latın əlifbası) qəbul edilməsini zəruri sayırdı. O bildirirdi ki, ərəb əlifbası elmin və mədəniyyətin inkişafına, geniş xalq kütlələri arasında maarifin yayılmasına böyük maneə yaradır. M.F.Axundov əlifba islahatını elmi cəhətdən əsaslandıraraq, praktiki olaraq, yeni əlifbanın qəbul edilməsi-Şərqdəki mədəni inqilab uğrunda mübarizə aparırdı. Bu iş uğrunda yorulmadan, cəsarətlə mübarizə aparan Axundov yazırdı: "Mənim əlifbam yüz ildən sonra Şərq ədəbiyyatında öz layiqli yerini tutacaq... Bu əlifba ilə yeni əsərlər yazılacaq, həmçinin, onun hərfləri ilə köhnə kitablardakılar oxuculara çatdırılacaq... O zaman mənim məqsədimə nail olunacaq və mən qabaqcadan arxayın ola bilərəm, baxmayaraq ki, o xoşbəxt günü görməyəcəyəm" (H.Hüseynov. "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən". Bakı, "Zəkioğlu" nəşriyyatı-2006, 544-cü səh.).
M.F.Axundov "Kəmalüddövlə məktubları"nı fars və rus dillərinə çevirib. Dünyagörüşü Şərq fəlsəfəsi ilə yanaşı, XVII-XVIII əsrlər Avropa, daha çox Fransa materialistlərinin baxışları əsasında formalaşan Mirzə Fətəli "Həkimiingilis
Yuma cavab", "Yek kəlmə haqqında" əsərlərində Qərb idealizminin, təsəvvüfün, Şərq arestotelçiliyinin, babilər məzhəbinin mistik nəzəriyyələrinə qarşı
qəti olaraq çıxırdı".
Qeyd edək ki, məktublarının birində qayəsini izah edən alim və maarifçi yazırdı: "Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şöhrətinin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir".
Tədqiqatçılar yazır ki, Mirzə Fətəlinin A.S.Puşkini yaxından tanıyıb duyması ən çox Belinskinin əsərləri ilə tanışlıqdan irəli gəlirdi. Məlumatlara görə, M.Fətəli Rusiyada dünyəvi elmlərin banisi Lomonosovun, şair Derjavinin, Karamzinin, A.S.Puşkinin əsərlərini oxuyub, onların ədəbi fəaliyyəti ilə yaxından tanış olurdu. Belə bir vaxtda A.S.Puşkinin öldürülməsi (1837-ci il yanvarın sonu) kimi bədbəxt və gözlənilməz bir hadisə üz verdi. Tədqiqatçılar yazır ki, bu hadisə bütün Rusiyanı sarsıtdı. Ölkənin hər yerində bu xəbər milli matəm kimi qeyd edilirdi. M.Fətəli 1837-ci ildə xəyanətin qurbanı olan bu böyük şairin faciəsinə çox təsirlənmişdi. Bu münasibətlə o özünün ən yaxşı şeiri olan "A.S.Puşkinin ölümünə Şərq poeması"nı yazıb.
Qeyd edək ki, M.F.Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olub. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənib. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Tədqiqatçılar yazır ki, dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilib.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirib.
M.F.Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olub. Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və Tiflis botanika bağında yerləşən müsəlman məzarlığında dəfn olunub.
Axundovun bədii yaradıcılığı haqqında fikir bildirən tədqiqatçılar yazır ki, Axundov bədii yaradıcılığına şeirlə başlayıb ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli islam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi.
M.F.Axundov 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub. Böyük ustad bu komediyalarla Şərq aləmində dram yazmağın nümunəsini göstərib. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya M.F.Axundov dramaturgiyasının ənənələri işığında inkişaf edib.
Tədqiqatçılar yazır ki, Azərbaycan teatrı Axundovun ölməz komediyaları zəminində yaranıb. 1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşlar. M.F.Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Axundovun əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar.
Tədqiqatçılar bildirir ki, M.F.Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda alman jurnalı "Magazin für die Literatur des Auslandes" (Xarici ədəbiyyat jurnalı) yazırdı: "Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi islam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətəlayiqdir. O, Mirzə Fətəli Axundovdur...".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

26.04.2025 / 00:21
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək

25.04.2025 / 23:37
İsfəndiyar Axundov alimlərə qarşı danışanda deputatlar, deputatlar barədə danışanda isə alimlər dillənir... Niyə?..

25.04.2025 / 23:34
Əkrəm İmamoğlu həbsxanadan “bayraq çağırışı”etdi

25.04.2025 / 21:27
Ermənistan 8 dekabr 2023-cü il sazişi ilə rəsmən Avropadan idarə olunur...

25.04.2025 / 21:11
Gah deyir "genosid"i Stalin uydurub, gah da özü saxta genosid sərgisinə gedir - Paşinyan nə istəyir...

25.04.2025 / 21:05
Zərərçəkmiş şəxs: "Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər" - MƏHKƏMƏ +FOTO

25.04.2025 / 20:56
18-ci əsrdə erməni pul sikkələri? - Bu qədər yalan?

25.04.2025 / 20:44
Tramp:-“Rusiya bütün Ukraynanı ələ keçirməməklə “böyük güzəştə gedib”

25.04.2025 / 20:42
Avropa İttifaqı Azərbaycana münasibətdə səhvlərini düzəldir...

25.04.2025 / 20:32
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

25.04.2025 / 20:27
Fransa və Ermənistan Cənubi Qafqazda 2 müharibə variantının ortasındadır...

25.04.2025 / 20:14
AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

25.04.2025 / 20:00
Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

25.04.2025 / 19:54
Ədalət Partiyasında "veto" qalmaqalı...

25.04.2025 / 19:47
Oljas Süleymenov Azərbaycana mesaj göndərdi - “gec tez Turan olacaq”...

25.04.2025 / 19:41
“Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur” - Ceyhun Bayramov

25.04.2025 / 19:34
Tramp ermənilərin "genosid gözləntisinə" od qoydu...

25.04.2025 / 19:22
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib - FOTO

25.04.2025 / 19:19
Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

25.04.2025 / 19:06
"Vətən marşı" şeirinin ...məni suçlayanlar yanılırlar" - Asif Rüstəmli

25.04.2025 / 19:03
DİN-in Kollegiya iclasından mühüm fakt - Azalma var.. - FOTO

25.04.2025 / 18:57
Banklarda müştəri böhranı var - Taleh Kazımov iqtisadçılarla müzakirə apardı…

25.04.2025 / 18:45
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

25.04.2025 / 18:43
Əliyev-Netanyahu görüşündə bütün Şərqin taleyi həll oluna bilər - işdə ABŞ və Türkiyə də var...

25.04.2025 / 18:29
Azərbaycan Ermənistanın Avropa ilə "Ümumi təhlükəsizlik" sazişini ifşa etdi...

25.04.2025 / 18:23
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişdi

25.04.2025 / 18:15
Avroparlamentin yunan deputatı Kallasın Bakı səfərinə qarşı çıxdı - Yunanıstanın "qazı azaldılmalıdır"...

25.04.2025 / 18:02
Bakı-Tbilisi-Qars dəmiryolu ilə neft məhsulları daşınacaq...

25.04.2025 / 17:53
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi

25.04.2025 / 17:48
Tramp Zelenskini təkləmək istəyir - kəskin reaksiya: “Krım verilməyəcək”...

25.04.2025 / 17:35
Erməni məsələsi yenidən Rusiya-Türkiyə münasibətlərini poza bilər - Zaxarovadan “350 min erməni” təxribatı...

25.04.2025 / 17:30
Narışkin Bakıda Suriyanın xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşdü

25.04.2025 / 17:28
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq

25.04.2025 / 17:25
Anar Quliyev Bakıda keçiriləcək WUF13-ün milli koordinatoru təyin edildi

25.04.2025 / 17:22
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

25.04.2025 / 17:18
Banklarda Elman Rüstəmovdan qalmış süni problemlərin kökü kəsilmir - "marja nədir"?

25.04.2025 / 17:15
“Nəqliyyat haqqında” qanuna dəyişiklik edildi

25.04.2025 / 17:12
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyən edildi

25.04.2025 / 17:10
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir

25.04.2025 / 16:56
İmamoğlunun həbsdə olan vəkilinin vəkili də həbs edildi

25.04.2025 / 16:41
Trampdan Ukraynaya açıq mesaj - Krım Rusiyada qalacaq...

25.04.2025 / 16:33
"Ermənistandan Qarabağa adam və silah daşınırdı" - Zərərçəkmiş şəxs

25.04.2025 / 16:17
"Ermənistan və Fransa hökuməti Azərbaycan bayrağını yandıranları məsuliyyətə cəlb etməlidir" - XİN

25.04.2025 / 16:08
Trampdan İrana sərt mesaj - masadakı iki variantdan biri heç də yaxşı variant deyil…

25.04.2025 / 16:06
Vətəni canından artıq sevən Vüsal

25.04.2025 / 15:34
Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər

25.04.2025 / 15:19
ABŞ-ın xarici siyasətinə “daşınmaz əmlak istehsalçısı” rəhbərlik edir

25.04.2025 / 15:14
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadıldı

25.04.2025 / 15:05
"ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı artıq çoxdan çatıb" - Prezident

25.04.2025 / 15:03
Nazir: "Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir"

25.04.2025 / 14:46
Ali nümayəndə: "Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır"

25.04.2025 / 14:35
"Ermənistan və Fransa hakimiyyətinin Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya verəcəyini gözləyirik" - XİN

25.04.2025 / 14:23
"Ermənistanın sürətlə silahlanması region üçün təhlükə mənbəyi olaraq qalır" - Ceyhun Bayramov

25.04.2025 / 14:12
"Aİ Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyir" - Kaya Kallas

25.04.2025 / 14:03
"Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir" - XİN

25.04.2025 / 13:55
"Azərbaycan beynəlxalq loqistik qovşağın liderinə çevrilir" - Yunus Oğuz

25.04.2025 / 13:35
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər - FOTO/YENİLƏNDİ

25.04.2025 / 13:28
Bakıda oğurluq edən şəxslər saxlandı

25.04.2025 / 13:17
Paşinyanın arvadı hamını boğaza yığıb

25.04.2025 / 13:10
М.Захарова, прекратите обманывать армян! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯv

25.04.2025 / 13:02
Azərbaycan-Çin əməkdaşlığı: Qarşılıqlı hörmət, bərabərlik və dərin etimada söykənən münasibətlərin nümunəsi

25.04.2025 / 12:10
"Mançester Yunayted" 73 milyon avroya yeni futbolçu alacaq

25.04.2025 / 12:00
Aviasiya Enerji Forumu gələn ay Bakıda keçiriləcək

25.04.2025 / 11:48
Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib - FOTO/YENİLƏNDİ

25.04.2025 / 11:20
Əli Əsədov diplomatlarla bağlı qərar imzalayıb

25.04.2025 / 11:15
Krım tatar lideri Trampa tərs faktla cavab verdi....

25.04.2025 / 11:05
"Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir"

25.04.2025 / 11:02
Prezident İlham Əliyev Kaya Kallası qəbul etdi - YENİLƏNDİ

25.04.2025 / 11:00
İnam Kərimov Çin Ali Xalq Məhkəməsinin sədri ilə görüşüb

25.04.2025 / 10:26
DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış edib

25.04.2025 / 10:22
İş yerlərini dəyişmək istəyən müəllimlər üçün seçim mərhələsi başlayıb

25.04.2025 / 10:16
"Turan Tovuz" bu gün "Şamaxı" ilə qarşılaşacaq

25.04.2025 / 10:15
Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb

25.04.2025 / 10:12
Balakəndə yanğın olub

25.04.2025 / 10:06
"Müasir və çevik prokurorluq sisteminin formalaşdırılması..." - Baş prokurordan AÇIQLAMA

25.04.2025 / 10:00
Trampın xüsusi nümayəndəsi Moskvaya gəlib

25.04.2025 / 09:33
Hindistan və Pakistan əsgərləri arasında atışma olub?

25.04.2025 / 09:25
Tramp gələn ay Səudiyyə Ərəbistanına gedir - 100 milyard dollarlıq müqavilə ilə!

25.04.2025 / 09:24
Azərbaycan dəmiryolçularının şirkətlə gərgin məhkəmə davası başlayıb...

25.04.2025 / 09:16
"Kuruluş Osman"ın aktyoru yeni serialda

25.04.2025 / 09:12
“Erməni soyqırımı” haqda Türkiyəli və Amerikalı tarixcinin fərqli mövqeyi

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011