Şənbə günü, 26 aprel 2025
     

Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...

Image

Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə, vahid ideologiyaya xidmət edib. Hər bir sənət növünün yaradılmasında məqsəd birmənalı olaraq maarifçiliklə bağlıdır. Sənət milli düşüncəyə, dövlət və dövlətçiliyə, cəmiyyətin inkişafına xidmət etməlidir. Böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib.
Kinoşünaslar bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvələrinə ucalacaq.
Milli kinomuzda hər zaman ictimai, eləcə də dövlətçilik maraqları üstün tutulub. Müxtəlif filmlərimizdə tarixi irsimizə, adət-ənənələrimizə, tolerantlıq dəyərlərimizə, qəhrəmanlıq salnaməmizə, ictimaiyyəti maraqlandıran problemlərə nəzər salınıb. Bu gün də filmlərimizdə həmin yanaşma davam etdirilir. Azərbaycan kinosunun müasir reallıqlar nəzərə alınaraq inkişafı, beynəlxalq kinematoqrafiya ilə inteqrasiya xətti seçməsi diqqəti cəlb edir. Bu inteqrasiya kinomuzun potensialının artmasına öz töhfəsini verir. Kino ictimaiyyətinin mənəvi dəstəyi, başqa bir tərəfdən də dövlətin milli kinoya qayğısı kinomuzun perspektivləri ilə bağlı böyük nikbinlik yaradır.
Qeyd edək ki, Azərbaycan dövlətinin kino siyasəti peşəkarlar tərəfindən dəstəklənir. Onlar hesab edir ki, kinomuzun inkişafı üçün böyük şərait var və onun gələcəyi işıqlıdır.
Azərbaycan dövlətinin kino sənətinə böyük qayğısını dəyərləndirən xalq artisti Hacı İsmayılov qeyd edib ki, Azərbaycan kinosuna qayğı siyasətinin əsasını Heydər Əliyev qoyub: "Ulu öndərimiz istənilən mədəniyyət hadisəsini yüksək qiymətləndirirdi. Yaradıcı insanlara xüsusi qayğı göstərirdi. Yadımdadır ki, "Ad günü" filminə baxıb çox bəyənmişdi. O vaxt SSRİ-nin İrandakı səfiri Vinoqradov Moskvaya gedərkən yolunu Bakıdan salmışdı. Ulu öndərimiz onunla birgə "Ad günü" filminə baxmışdı. Vinoqradov İrana qayıdanda ulu öndərimizdən xahiş etmişdi ki, filmin bir nüsxəsini onlara versinlər. Film həmin vaxt Dövlət Mükafatına layiq görülüb. O mükafatı ulu öndərimiz şəxsən özü bizə təqdim etdi. Həmin gün həyatımın ən unudulmaz günü kimi yadımda qalıb. Ulu öndərimiz yalnız kinoya deyil, Azərbaycanın bütün sahələrinə diqqət və qayğı göstərirdi. Bu diqqət və qayğı bu gün də davam edir. Onun siyasətinin layiqli davamçısı İlham Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman diqqət və qayğı göstərir".
Xalq artisti, görkəmli kinorejissor Eldar Quliyev milli kinomuzun inkişafından danışarkən qeyd edib ki, bu uğurlar Heydər Əliyevin dəstəyi il əldə edilib: "Ulu öndər Azərbaycanda tarixi filmlərin çəkilməsinə xüsusi diqqət göstərirdi. O istəyirdi ki, çoxlu sayda tarixi filmlərimiz çəkilsin. Dünyaya çıxsın və dünya görsün ki, Azərbaycan necə milli-mənəvi dəyərlərə malik, gözəl adət-ənənəsi olan bir xalqdır. Xalqın, millətin tanıdılması yolunda onun əməyi danılmazdır. Yadımdadır ki, hətta "Babək" filminin çəkilişi ilə bağlı yaradıcı qrupa mane olmaq istədilər. Bəziləri bu filmin çəkilməsinin əleyhinə idi. O zaman ulu öndər işə qarışdı. Filmin çəkilişləri başlandı. Moskvanın verdiyi vəsaitdən əlavə filmə respublika büdcəsindən 1 milyon rubl ayırdı. Bu pulun hesabına filmin çəkilişləri üçün 1 mindən çox silah-sursat, hərbi geyimlər hazırlandı, kütləvi səhnələr çəkildi".
E.Quliyev bildirib ki, Azərbaycan kinosunun inkişafı üçün Heydər Əliyev xaricdən kino texnikası gətirdib: "Azərbaycan kinosunun inkişafı üçün ulu öndər xaricdən kino texnikası gətizdirmişdi. O texniki avadanlıqdan Sovetlər İttifaqında üç ölkədə vardı. Ulu öndər fenomen şəxsiyyət idi. O, musiqini, rəssamlığı, kinonu beş barmağı kimi bilirdi. Fenomen yaddaşa malik idi, bütün Azərbaycan filmlərinə baxmışdı. Kinonu kinematoqraflardan, rəsmi rəssamlardan, musiqini musiqiçilərdən gözəl bilirdi və duyurdu. Onun mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğını unutmaq mümkünsüzdür. Nə qədər sənət adamına evlər verdi, fəxri adlar, təqaüdlərlə təmin etdi. Bu gün də bu ənənəni onun siyasətinin layiqli davamçısı İlham Əliyev davam etdirir".
Tanınmış tədqiqatçı-alim, kinoşünas Aydın Kazımzadənin kino tədqiqatçılığı sahəsində fəaliyyəti misilsizdir. Vaxtaşırı olaraq tanınmış tədqiqatçının fikirlərinə istinad edirik. Aydın Kazımzadə "Heydər Əliyev və kinematoqraf" kitabı yazıb. Alim mətbuata açıqlamasında qeyd edib ki, bu kitab kinonun böyük himayəçisinə həsr olunub: "Bildiyiniz kimi, Heydər Əliyevin fəaliyyəti ilə bağlı xeyli kitab nəşr edilib. Lakin kino ilə bağlı yeganə əsər yalnız mənim yazdığım kitabdır. Bəs necə oldu ki, mən bu ideyanı gerçəkləşdirdim? Mən Heydər Əliyevi 1965-ci ildən tanımağa başlamışam. O vaxt hələ Heydər Əliyev cəmiyyət üçün bir qədər qapalı insan idi. Çünki Dövlət Təhlükəsizliyi Komitəsində rəhbər vəzifədə çalışırdı. Yalnız müəyyən insanlar onu tanıyırdılar. O vaxt bizdə "İstintaq davam edir" filmi çəkilirdi. Azərbaycan çekistlərinin fəaliyyətindən bəhs edən bu filmin rejissoru Əlisəttar Atakişiyev idi. Həm rejissor, həm operator, həm rəssam, həm də ssenari müəllifi kimi böyük sənətkar idi. Filmin məsləhətçisi Azərbaycan DTK-nın o vaxtkı rəhbəri Sviqun hesab olunurdu. Amma filmin ərsəyə gəlməsinə DTK sədrinin müavini Heydər Əliyev böyük yardım göstərirdi. Ə.Atakişiyev Heydər Əliyevdən mənə heyranlıqla danışırdı: "Aydın, bilirsən necə insandır? Söz ağzımızdan çıxan kimi hər şeyi hazır edir. Sanki bu insan üçün "yox" kəlməsi mövcud deyil. Bütün məsələlərlə özü şəxsən maraqlanır. Bizim üçün əməlli-başlı "yaşıl işıq" yandırıblar. Hamımız maraqlanırıq ki, görəsən bu insan kimdir". Mən o vaxt "Kino" qəzetini və "Film" jurnalını buraxırdım. Redaksiya respublikanın Kinoprokat İdarəsinin nəzdində yerləşirdi. Hər həftə axşam oraya Mərkəzi Komitədən adamlar gəlir və oturub filmlərə baxırdılar. Təzə Azərbaycan və xarici filmlərə baxırdılar. Bir gün xəbər gəldi ki, bundan sonra Heydər Əliyev də filmlərə baxmağa gələcək. Mən də Heydər Əliyevi onda tanıdım. Hündürboylu bu adam general şinelində xidməti maşınından düşüb zala keçir və filmləri diqqətlə izləyirdi. Qarşısına qoyulan suya və yaxud çaya da toxunmurdu. Sonrakı dövrdə Heydər Əliyev DTK sədri işləyərkən bizim bir filmimizi və onun yaradıcı heyətini fəlakətdən qurtardı -"Bir cənub şəhərində" filmini. Məni həmişə düşündürür: görəsən "Bir cənub şəhərində" filmi ləğv olunsaydı, onun müəllifləri-rejissor Eldar Quliyev, ssenari müəllifi Rüstəm İbrahimbəyov və operator Rasim Ocaqovun sonrakı taleyi necə olacaqdı? Onlara bir daha film çəkmək etibar olunacaqdımı? Lakin Heydər Əliyev öz nüfuzu sayəsində bu filmi xilas etdi. Film ekranlara çıxdıqdan sonra "Kommunist" qəzeti onun Azərbaycanı və azərbaycanlıları bütün ölkədə biabır etdiyini yazdı. Lakin "Bakinskiy raboçiy" yazırdı: "Nəhayət ki, otağın nəfəsliyi açıldı və Azərbaycan kinosuna təzə nəfəs gəldi".
Sözsüz ki, bunlar tarixi həqiqətlərdir və milli kinomuzun himayədarı olan Heydər Əliyevin fəaliyyətinin kiçik bir hissəsidir. Müasir kinonun səhifəsi dövlət qayğısı ilə açılır. Bu gün dövlətin milli kinoya diqqət və qayğısı geniş vüsət alıb və bunun nəticəsini vaxtaşırı olaraq görürük.
Azərbaycan kinosu bu gün azərbaycançı bir kinodur desək yanılmarıq. Çünki dövlət dəstəyi ilə çəkilən filmlərdə bu ruh özünü göstərir.
Sözsüz ki, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan sonra kinomuzun həyatında yeni bir səhifə açıldı. Bunu kino yaradıcılığında böyük bir hadisə saymaq olar. Çünki bu Dövlət Proqramında kino yaradıcılığından tutmuş, onun texniki problemlərinə, kadr hazırlığı kimi gərəkli bir məsələyə geniş yer ayrılıb. Bu gün o proqramın müxtəlif bəndləri icra edilir. "Azərbaycanfilm" Kinostudiyası artıq təmir olunub, Dövlət Film Fondu üçün yeni bina tikilib. Azərbaycandan kənarda saxlanan filmlərimizin ölkəmizə gətirilməsi prosesinə başlanıb. Yeni filmlər çəkilir, gənclərə öz yaradıcılıq potensialını ortaya qoymaq üçün şərait yaradılır. Artıq gənc kinematoqraflar öz filmlərini çəkir.
Bu gün dövlət sifarişi ilə ekranlaşdırılan filmlərə zəruri vəsait ayrılır, xaricdən texniki avadanlıqlar da alınıb gətirilir. Filmlərin montaj prosesi bəzən xaricdə aparılır. Dövlət bu işlərin ölkəmizdə həyata keçirilməsi üçün böyük işlər görür. Hesab edirik ki, Azərbaycan kinosu öz yeni siması ilə dünyada da məşhur olacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

SON XƏBƏRLƏR

26.04.2025 / 16:47
Avropa İttifaqı Azərbaycanla yarımçıq buraxdığı prosesi yenidən başlayır...

26.04.2025 / 16:14
İri bankların "pensiya monopoliyasına" son qoyulur...

26.04.2025 / 15:22
İranın Bəndər Abbas limanında güclü partlayış – 300-ə yaxın yaralı var...

26.04.2025 / 15:08
Hindistanla Pakistan arasında toqquşmalar başladı...

26.04.2025 / 14:34
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

26.04.2025 / 14:21
Qondarma “erməni soyqırımı” “qurbanlarının” sayını 3 milyona çatdırmaq istəyirlər

26.04.2025 / 14:05
Fransalı deputat Bakıda mühakimə olunan caniləri siyasi məhbus adlandırdı

26.04.2025 / 13:21
Prezident İlham Əliyev: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"

26.04.2025 / 13:20
"Azərbaycan ilə Çinin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsəti var" - Prezident

26.04.2025 / 13:12
Prezident İlham Əliyev: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"

26.04.2025 / 13:06
"Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" - Prezident

26.04.2025 / 13:04
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.04.2025 / 12:57
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO/YENİLƏNDİ

26.04.2025 / 12:25
BAMF Kanadanın Baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayımladı

26.04.2025 / 12:22
Kuklaçıların Ankara səfəri uğurla başa çatdı

26.04.2025 / 11:03
Beynəlxalq Məhkəmə Vardanyan və 15 erməni əsilli şəxslə bağlı Ermənistanın iddialarını rədd etdi...

26.04.2025 / 10:15
Bir gündə bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

26.04.2025 / 10:06
Serenay Sarıkayanın yeni serialı bu tarixdə yayımlanacaq

26.04.2025 / 10:00
Ağdaşda "Opel" və VAZ toqquşub, bir nəfər ölüb

26.04.2025 / 09:31
“Beşiktaş” darmadağınla üçüncü pilləyə yüksəldi

26.04.2025 / 09:25
Deputat Rövşən Muradovun kombilərə qarşı kampaniyası uğursuz başladı - dəstəkləyən yoxdur....

26.04.2025 / 09:16
Orbandan Ukrayna AÇIQLAMASI: - "bu, yaxın gələcəkdə baş verməyəcək"

26.04.2025 / 09:09
Ərəbistan nəşri İlham Əliyevin Çin səfərindən yazdı

26.04.2025 / 08:43
"Azparkinq"in fəaliyyətindən narazılıqlar böyüyür...

26.04.2025 / 00:21
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək

25.04.2025 / 23:37
İsfəndiyar Axundov alimlərə qarşı danışanda deputatlar, deputatlar barədə danışanda isə alimlər dillənir... Niyə?..

25.04.2025 / 23:34
Əkrəm İmamoğlu həbsxanadan “bayraq çağırışı”etdi

25.04.2025 / 21:27
Ermənistan 8 dekabr 2023-cü il sazişi ilə rəsmən Avropadan idarə olunur...

25.04.2025 / 21:11
Gah deyir "genosid"i Stalin uydurub, gah da özü saxta genosid sərgisinə gedir - Paşinyan nə istəyir...

25.04.2025 / 21:05
Zərərçəkmiş şəxs: "Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər" - MƏHKƏMƏ +FOTO

25.04.2025 / 20:56
18-ci əsrdə erməni pul sikkələri? - Bu qədər yalan?

25.04.2025 / 20:44
Tramp:-“Rusiya bütün Ukraynanı ələ keçirməməklə “böyük güzəştə gedib”

25.04.2025 / 20:42
Avropa İttifaqı Azərbaycana münasibətdə səhvlərini düzəldir...

25.04.2025 / 20:32
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

25.04.2025 / 20:27
Fransa və Ermənistan Cənubi Qafqazda 2 müharibə variantının ortasındadır...

25.04.2025 / 20:14
AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

25.04.2025 / 20:00
Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

25.04.2025 / 19:54
Ədalət Partiyasında "veto" qalmaqalı...

25.04.2025 / 19:47
Oljas Süleymenov Azərbaycana mesaj göndərdi - “gec tez Turan olacaq”...

25.04.2025 / 19:41
“Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur” - Ceyhun Bayramov

25.04.2025 / 19:34
Tramp ermənilərin "genosid gözləntisinə" od qoydu...

25.04.2025 / 19:22
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib - FOTO

25.04.2025 / 19:19
Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

25.04.2025 / 19:06
"Vətən marşı" şeirinin ...məni suçlayanlar yanılırlar" - Asif Rüstəmli

25.04.2025 / 19:03
DİN-in Kollegiya iclasından mühüm fakt - Azalma var.. - FOTO

25.04.2025 / 18:57
Banklarda müştəri böhranı var - Taleh Kazımov iqtisadçılarla müzakirə apardı…

25.04.2025 / 18:45
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

25.04.2025 / 18:43
Əliyev-Netanyahu görüşündə bütün Şərqin taleyi həll oluna bilər - işdə ABŞ və Türkiyə də var...

25.04.2025 / 18:29
Azərbaycan Ermənistanın Avropa ilə "Ümumi təhlükəsizlik" sazişini ifşa etdi...

25.04.2025 / 18:23
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişdi

25.04.2025 / 18:15
Avroparlamentin yunan deputatı Kallasın Bakı səfərinə qarşı çıxdı - Yunanıstanın "qazı azaldılmalıdır"...

25.04.2025 / 18:02
Bakı-Tbilisi-Qars dəmiryolu ilə neft məhsulları daşınacaq...

25.04.2025 / 17:53
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi

25.04.2025 / 17:48
Tramp Zelenskini təkləmək istəyir - kəskin reaksiya: “Krım verilməyəcək”...

25.04.2025 / 17:35
Erməni məsələsi yenidən Rusiya-Türkiyə münasibətlərini poza bilər - Zaxarovadan “350 min erməni” təxribatı...

25.04.2025 / 17:30
Narışkin Bakıda Suriyanın xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşdü

25.04.2025 / 17:28
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq

25.04.2025 / 17:25
Anar Quliyev Bakıda keçiriləcək WUF13-ün milli koordinatoru təyin edildi

25.04.2025 / 17:22
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

25.04.2025 / 17:18
Banklarda Elman Rüstəmovdan qalmış süni problemlərin kökü kəsilmir - "marja nədir"?

25.04.2025 / 17:15
“Nəqliyyat haqqında” qanuna dəyişiklik edildi

25.04.2025 / 17:12
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyən edildi

25.04.2025 / 17:10
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir

25.04.2025 / 16:56
İmamoğlunun həbsdə olan vəkilinin vəkili də həbs edildi

25.04.2025 / 16:41
Trampdan Ukraynaya açıq mesaj - Krım Rusiyada qalacaq...

25.04.2025 / 16:33
"Ermənistandan Qarabağa adam və silah daşınırdı" - Zərərçəkmiş şəxs

25.04.2025 / 16:17
"Ermənistan və Fransa hökuməti Azərbaycan bayrağını yandıranları məsuliyyətə cəlb etməlidir" - XİN

25.04.2025 / 16:08
Trampdan İrana sərt mesaj - masadakı iki variantdan biri heç də yaxşı variant deyil…

25.04.2025 / 16:06
Vətəni canından artıq sevən Vüsal

25.04.2025 / 15:34
Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər

25.04.2025 / 15:19
ABŞ-ın xarici siyasətinə “daşınmaz əmlak istehsalçısı” rəhbərlik edir

25.04.2025 / 15:14
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadıldı

25.04.2025 / 15:05
"ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı artıq çoxdan çatıb" - Prezident

25.04.2025 / 15:03
Nazir: "Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir"

25.04.2025 / 14:46
Ali nümayəndə: "Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır"

25.04.2025 / 14:35
"Ermənistan və Fransa hakimiyyətinin Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya verəcəyini gözləyirik" - XİN

25.04.2025 / 14:23
"Ermənistanın sürətlə silahlanması region üçün təhlükə mənbəyi olaraq qalır" - Ceyhun Bayramov

25.04.2025 / 14:12
"Aİ Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyir" - Kaya Kallas

25.04.2025 / 14:03
"Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir" - XİN

25.04.2025 / 13:55
"Azərbaycan beynəlxalq loqistik qovşağın liderinə çevrilir" - Yunus Oğuz

25.04.2025 / 13:35
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər - FOTO/YENİLƏNDİ

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011