Çərşənbə axşamı günü, 29 aprel 2025
     

Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...

Image

II yazı

Milli musiqi sənətimizin qorunması, təbliği sahəsində dövlətin həyata keçirdiyi işlər olduqca çoxdur. Milli musiqimiz, milli musiqi alətlərimiz xalqımızın dünyagörüşünü əks etdirir. Məlumdur ki, aşıq sənəti ən qədim milli musiqi sənətimizdir. Aşıq sənəti özündə dilimizi, tariximizi, mənəvi keyfiyyətlərimizi, söz və musiqi sərvətimizi qoruması, dövləti, dövlətçiliyi ruhunda yaşatdığı üçün azərbaycançılığa xidmət edir.
Məlum olduğu kimi, Aşıqlar Birliyi Zəlimxan Yaqubun sədrliyi dövründən başlayaraq həm də bir elmi mərkəz kimi tanındı. 2010-cu ildən Birliyin nəşri olan "Ozan dünyası" jurnalı nəşr olunur (baş redaktoru əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu). Eləcə də "Ustad aşıqlarımız" seriyasından kitablar nəşr olunub. İlk dəfə olaraq sazbəndlər haqqında kitab da məhz Aaşıqlar Birliyində hazırlanıb. Musa Nəbioğlunun müəllifi olduğu "Sazımız - sazbəndimiz" kitabı 2011-ci ildə çap olunub.
Aşıqlar Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə də bir sıra uğurlu layihələr həyata keçirib. 2010-cu ildə bu qurumun maliyyə dəstəyi ilə dünyasını dəyişmiş aşıqlara həsr olunmuş kitab nəşr olunub (M.Nəbioğlu. "Ozan-aşıq dünyası", Bakı, "Elm və təhsil" nəşriyyatı, 2010). 2012-ci ildə yenə bu qurumun maliyyə dəstəyi ilə "Ustad aşıqlarımız" seriyasından "Aşıq Ələsgər" adlı kitab işıq üzü görüb.
Aşıqlar Birliyinin fəaliyyətində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi də mühüm rol oynayır.
Aşıqlar Birliyi öz fəaliyyətində gənclərə böyük önəm verir. 2015-ci ilin may ayında R.Behbudov adına Dövlət Mahnı Teatrında "Gəncliyin səsi" adlı konsert təşkil olunub. Həmin il eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Sarıtel - gənc aşıqların səs incisi" adlı layihə həyata keçirilib, gənclərin ifalarından ibarət disk buraxılıb.
Gədəbəydə müasir tipli Aşıq Məktəbinin tikilib istifadəyə verilməsi aşıq sənətinə yüksək dövlət qayğısının nümunəsidir. Gədəbəy Aşıq Musiqisi Məktəbi Azərbaycanda ilk dəfə yaradılan aşıq musiqisi məktəbidir. Qeyd edək ki, 30 daimi iş yerinin açıldığı bu mədəniyyət ocağında 200 nəfər aşıq sənətinin sirlərinə yiyələnəcək. Məktəb binasının tikilib istifadəyə verilməsi aşıq və saz sənətini UNESCO səviyyəsinə çıxarmağa xidmət edib.
Qeyd edək ki, bu musiqi ocağının təməli 2009-cu il mayın 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub. Onu da bildirək ki, Aşıq Musiqisi Məktəbi binasının tikinti işlərini "Regionların inkişafı" İctimai Birliyinin sifarişi ilə "Lider monolit" şirkəti həyata keçirib. İkimərtəbəli bina Heydər Əliyev parkının qərb hissəsində 4 min 169 kvadratmetr torpaq sahəni əhatə edir. Musiqi məktəbi binasının ən müasir standartlara uyğun inşası üçün 1,5 milyon manat vəsait ayrılıb.
Məlum olduğu kimi, tikinti işləri 2013-cü ilin iyununda başa çatdırılıb. Bildirək ki, Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışı 2013-cü il sentyabr ayının 10-da olub. Ölkə başçımız İlham Əliyev məktəbin açılışında iştirak edib.
Qeyd edək ki, 2014-cü ilin sentyabrından məktəb ilk tədris ilinə başlayıb. Məktəbin direktoru Etibar Əliyevdir.
İkimərtəbəli məktəb binasının həyətində Aşıq Ələsgərin heykəli ucaldılıb. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına və Gədəbəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Burada kitabxana və qiraət zalı yaradılıb, musiqi xəzinəsini özündə əks etdirən kitab və nəşrlərlə zənginləşdirilib. Sahəsi 194 kvadratmetr olan 121 yerlik akt zalı, həmçinin, səhnə zəruri avadanlıqla təchiz olunub. Məktəbdə səsyazma studiyası da qurulub. Məktəbdə köməkçi otaqlarla yanaşı, qrim otağı, yeməkxana da fəaliyyət göstərir. Sinif otaqlarında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait var. Bu musiqi məktəbinin özəlliyini artıran mühüm amillərdən biri də burada aşıq musiqi sənəti ilə bağlı muzeyin yaradılmasıdır. Muzeydə Gədəbəy aşıqları, o cümlədən ölkəmizin tanınmış saz ustadları haqqında məlumatlar toplanıb. Bundan əlavə, aşıq sənətinə dair müxtəlif eksponatların nümayiş etdirildiyi muzey zənginliyi ilə diqqəti cəlb edir. Hazırda rayonda 150-dən çox aşıq var. Binanın ikinci mərtəbəsində divarda Azərbaycanın tanınmış aşıqlarının fotoları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə aşıq sənətinin inkişafı ilə bağlı sərəncamlarının surətləri asılıb. Məktəbdə Mübariz Cəfərov, Dilqəm Bağırov, Şahin Əkbərov kimi müəllimlər dərs keçir. Məktəbdə folklor ansamblı fəaliyyət göstərir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında geniş nitq söyləmişdi:
"...Bax, bu məktəbin açılışında bərabər toplaşmışıq. Xatırlayırsınızsa, bu məktəbin təməl daşını biz bərabər qoyduq. Çox şadam ki, artıq gözəl, göz oxşayan bir məktəb tikilmişdir. Bu məktəbin tikintisi o deməkdir ki, aşıq sənəti yaşayır və yaşayacaqdır.
Əlbəttə ki, məktəbdə oxuyan şagirdlər, uşaqlar, gənclər bu sənəti gərək yaşatsınlar. Sizdən nümunə götürüb bu sənəti yaşatsınlar. Çünki aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri var. Azərbaycan aşıq sənətinin vətənidir. Əlbəttə ki, sizin kimi istedadlı aşıqların fəaliyyəti, sizin əməyiniz gələcək nəsillər üçün də örnək olmalıdır. Çünki gənc nəsil vətənpərvərlik ruhunda və milli ruhda tərbiyə almalıdır. Həmişə gənclərlə görüşlər zamanı bunu qeyd edirəm ki, gənclər bilikli, Vətənə bağlı olmalıdırlar, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir. Milli ruh bizim musiqimizdir, muğam sənətidir, ədəbiyyatımızdır, xalçaçılıq sənətidir. Azərbaycanın bu sənəti bizim böyük sərvətimizdir, dünyanın sərvətidir.
Xalçaçılıq sənəti - onun vətəni Azərbaycandır. Aşıq sənətinin vətəni Azərbaycandır. Muğamın vətəni Azərbaycandır. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bu sənəti siz yaşadırsınız və gənc nəsillərə əmanət edirsiniz. Ona görə bu məktəbin tikintisi çox böyük məna daşıyır. Təsadüfi deyil, mən ikinci dəfə burada olarkən məsələ qaldırıldı ki, belə məktəbin tikintisinə ehtiyac var. Məktəbin təməl daşını bərabər qoyduq. Bu gün isə məktəbin açılışında bərabər iştirak edirik. Yəni Azərbaycan dövləti gücləndikcə, əlbəttə ki, məktəblərin tikintisi, musiqimizin, mədəniyyətimizin inkişafı ilə bağlı daha da ciddi addımlar atılacaq. Çünki bu bizim gələcəyimizdir. Azərbaycan dövləti güclü, müasir dövlətdir. O dövlətdir ki, milli köklər üzərində qurulub. Ulu öndər Heydər Əliyevin dünyagörüşü bundan ibarət idi ki, müasir Azərbaycan dövlətçiliyinin əsasları ancaq milli-mənəvi dəyərlər üzərində qurulmalı idi və quruldu da.
Belə olan halda, xalqımızın gələcəyi çox parlaq olacaqdır. Çünki bizim dövlətçiliyimizin əsasları milli əsaslardır. Bu gün bizim ideoloji əsaslarımız milli əsaslar, milli dəyərlər üzərində qurulub. Bu dəyərlər arasında bizim musiqimiz, ədəbiyyatımız, aşıq sənətimiz xüsusi yer tutur. Aşıq sənəti sadəcə olaraq xalq yaradıcılığı deyil. Bu, Azərbaycan xalqının ürəyində yaşayan çox böyük dəyərdir. Siz də dəyərli insanlarsınız ki, bu sənəti yaşadırsınız. Ölkəmizin hər bir yerində milli musiqi, ədəbiyyat inkişaf edir. Bizim musiqimiz çox gözəldir və dünya miqyasında tanınır. Ədəbiyyatımız, kitablarımız, tarixi abidələrimiz - bizim dövlətimiz nə qədər zəngindir, xalqımız nə qədər istedadlıdır! Bütün bunlar xalqımızın istedadının məhsuludur. Ona görə bu gün təkcə Gədəbəy üçün deyil, ölkəmiz üçün əlamətdardır. Çünki gözəl, yaraşıqlı məktəb açılır və bu məktəbdə oxuyacaq uşaqlar, gənclər bu sənəti yaşadacaqlar".
Ölkə başçısı çıxışında aşıq sənətinə və aşıqlara dərin hörmətini bildirib və onlara cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.
Həmin görüşdə iştirak edən professor Məhərrəm Qasımlı Gədəbəyin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib: "Cənab Prezident, Gədəbəyimizə xoş gəlmisiniz. Biz bu gün çox böyük bir mədəni-tarixi hadisənin iştirakçısıyıq. Əlbəttə, belə bir möhtəşəm sarayın qurulması, sözün həqiqi mənasında, çox əzəmətli bir tarixi hadisədir. Bildiyimiz kimi, ozan-aşıq mədəniyyəti, bayaq siz də çox gözəl dediniz, bizim milli-mənəvi varlığımızın əsas göstəricilərindən biridir. Ulu öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətinin milli varlığımızın mötəbər qaynağı olduğunu xüsusi qeyd edib. Bu söz Dədə Qorqud ensiklopediyasında qızıl hərflərlə keçir.
Bu gün o ideya, o düşüncə bu sarayın simasında öz əyaniliyini bir daha tapır. Biz Sizə təşəkkür edirik ki, Sizin dövrünüzdə Azərbaycanın milli sərvətləri qeyri-maddi irs olaraq UNESCO səviyyəsində öz təsdiqini tapdı. Allah Mehriban xanımın canını sağ etsin ki, bu fədakarlığı çox səylə həyata keçirdi və doğrudan da bu gün Azərbaycanımızda təkcə iqtisadi sahədə deyil, mədəni-mənəvi sahədə də çox böyük quruculuq işləri gedir. Bizim sazımız, sözümüz, muğamımız, xalça sənətimiz, Novruz bayramı ilə bağlı olan proseslər bunun hamısının ifadəsidir. Biz bəlkə də hadisələrin içərisində olduğumuz üçün bunun möhtəşəmliyini o qədər də görə bilmirik, amma kənardan gələnlər, xarici qonaqlarımız Azərbaycanı heyrət içərisində seyr edirlər. Bu çox böyük uğurdur. Bu, Sizin sayənizdə, Sizin ulu Heydər Əliyev siyasətini, onun strateji hədəflərə yönəlmiş siyasətini gerçəkləşdirməkdə əldə etdiyiniz uğurların nəticəsidir. Biz Sizə çox təşəkkür edirik. İnşallah, sazımız-sözümüz hər zaman Sizinlə bir yerdə olacaq. Əlbəttə, ustadımızın da dediyi kimi, saz çox müqəddəs alətdir. Qoy sazın ruhu, sazı qoruyan ruh, ulu ozanların ruhu hər zaman Sizə yardımçı olsun, onun işığı, xeyri, bərəkəti Sizinlə bir yerdə olsun. Biz Sizə dərin təşəkkür edirik ki, sazımıza, sözümüzə, aşıq sənətinə belə gözəl, əzəmətli sarayı bəxş etdiniz. İnanırıq ki, Siz Bakımızda da aşıqlar üçün belə gözəl bir saray tikdirəcəksiniz. Buna da şübhəmiz yoxdur. Çünki Siz sazın, sözün, mənəviyyatımızın dostusunuz. Biz Sizinlə fəxr edirik. Siz burada qeyd etdiniz ki, aşıq məktəbi gənclər üçündür, gələcəyimiz üçündür. Burada gənclərimiz dayanıblar. Sizin sözünüzə qüvvət olaraq indi onlar ifa edəcəklər. Siz gənclərin dostu olan bir Prezidentsiniz. O mənada gəncləri də dinləməyinizi xahiş edirik".
Aşıq sənətinə dövlət qayğısı hər zaman razılıqla qarşılanır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli Sərəncamı ilə 6 nəfər aşığa "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib. Bu da aşıq sənətinə böyük qayğı və diqqətin nümunəsidir.
Onu da yadınıza salaq ki, aşıq sənəti UNESCO-nun müvafiq siyahısına daxil edildikdən sonra Azərbaycan aşıqları beynəlxalq müsabiqələrə dəvət edilir. Azərbaycanda da iki dəfə beynəlxalq aşıq müsabiqəsi keçirilib.
Azərbaycan aşıqları hər zaman dövlətin yanında olub və sazları ilə tariximizi, söz sənətimizi təbliğ edib, yaşadıblar. Aşıq sənəti yarandığı gündən birliyə, bərabərliyə, insanların dostluğuna xidmət edib. Azərbaycançılığı yaşadan, bu müqəddəs dəyəri tərənnüm edən aşıq sənəti dövlət qayğısı sayəsində əsrlər sonra da inkişaf edərək yaşayacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur. 



VİDEO

SON XƏBƏRLƏR

29.04.2025 / 21:17
Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyası tikiləcək - ölkə kosmik yarışa qoşulur...

29.04.2025 / 21:14
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTO

29.04.2025 / 21:02
Ermənistan 3 ayda 4 faizdən çox iqtisadi artımı nəyin hesabına əldə edib...

29.04.2025 / 20:48
İranla münasibətlər yeni pillədə - Azərbaycanın Avrasiyada logistika-tranzit mövqeyi misilsiz dərəcədə güclənir...

29.04.2025 / 20:40
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılışı oldu - FOTO

29.04.2025 / 20:33
Tarixdə Tramp kimi 100 gündə bu qədər nüfuz itirmiş 2-ci prezident olmayıb...

29.04.2025 / 20:19
Ermənilər qəti etiraf edir - Bakı Ermənistandakı revanşizmi yerindəcə məhv etməyə qadirdir...

29.04.2025 / 20:11
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: "Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik" - FOTO

29.04.2025 / 20:04
Şimal-Cənub dəhlizinin əsas hissələrinə Azərbaycanda yenidən sərmayə qoyulur...

29.04.2025 / 19:50
Hindistan müharibəyə başlayır - nüvə apokalipsisi dünyanı haqladı...

29.04.2025 / 19:37
Sibirdə sürgündə doğuldu, 1 yaşında Qazaxa köçdü... Vəli Xramçaylı-70

29.04.2025 / 19:23
Naxçıvana Araz dəhlizi ilə bağlı fərziyyələr və şayiələr...

29.04.2025 / 19:09
Məktəblərdə elektron gündəlik, elektron jurnal və elektron lövhələr...

29.04.2025 / 18:54
Pezeşkian Ermənistanın Naxçıvana yol verməsinə ikibaşlı yanaşdı - “beynəlxalq hüququ pozmursa...”

29.04.2025 / 18:53
Siyasi partiya sədrlərinin birgə səfərlərinin növbəti ünvanı Laçın şəhəridir

29.04.2025 / 18:40
Saxta erməni “genosid” abidəsinin üstündə 29 il əvvəl başladılmış siyahıya daha 2 şübhəli ad yazılacaq...

29.04.2025 / 18:36
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradıldı

29.04.2025 / 18:26
Azərbaycanla İran çoxdan "unudulmuş" bir sahə üzrə də əməkdaşlığa başlayır...

29.04.2025 / 18:12
Tramp Putinə inamını itirməyə başlayır - "onun mülki obyektləri vurmasına səbəb yox idi"...

29.04.2025 / 18:06
Ceyhun Bayramov britaniyalı naziri Ermənistanın mina təhdidi barədə məlumatlandırdı

29.04.2025 / 17:58
"Bakıda xristian abidələri dağıdılır, xristianlar öldürülür, tarix silinir" - Qərbdən yalanların sonu gəlmir...

29.04.2025 / 17:45
“Araz”la yüksələn “Oba”nın nağılı…

29.04.2025 / 17:32
Tramp Krımın başında Zelenski ilə tələ qurduqlarını nümayiş etdirir - hansı tələdir?...

29.04.2025 / 17:27
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

29.04.2025 / 17:23
XİN AŞ komissarını qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə çağırdı

29.04.2025 / 17:19
Azərbaycan-İran əlaqələrinin yeni istiqamətlərinin anonsu verildi...

29.04.2025 / 17:14
Azərbaycan XİN-dən Avropa Şurasının komissarına sərt cavab - gedin AŞ ölkələrində bunları araşdırın...

29.04.2025 / 17:06
Avrobonda görə Azərbaycanın 1,4 milyard manat xarici borcu yaranıb...

29.04.2025 / 17:02
Prezident İlham Əliyev Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət etdi

29.04.2025 / 16:55
"Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu" - Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs

29.04.2025 / 16:47
Azərbaycanın Almaniya və Fransadakı səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifələri ləğv edildi

29.04.2025 / 16:32
Vüqar Rəhimzadə: Azərbaycan-İran əlaqələri ölkələrimizin və bölgənin inkişafı baxımından böyük önəm kəsb edir

29.04.2025 / 16:24
Bakıda psixotrop tərkibli həb satan şəxslər saxlandı

29.04.2025 / 16:15
Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edildi

29.04.2025 / 16:10
Naxçıvanda içməli su təminatının artımına dair əsas və digər icraçı qurumların yerləri dəyişdirildi - SƏRƏNCAM

29.04.2025 / 15:57
Bakıda “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzusunda müzakirələr aparılıb

29.04.2025 / 15:35
Bakıda “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” mövzusunda müzakirə aparıldı

29.04.2025 / 15:30
Azərbaycanda ICESCO-nun regional ofisi yaradılır

29.04.2025 / 14:40
DİN-dən daha bir yenilik... Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - VİDEO

29.04.2025 / 14:31
"Azərbaycan kimi ölkələrin bizə yardımı Qərbin maraqlarına ziddir" - Nigerli Forum iştirakçısı

29.04.2025 / 14:25
İran prezidentinin Bakı səfəri, səsləndirdiyi bəyanatlar erməniləri dəli etdi

29.04.2025 / 14:21
İmamoğlu həbsdə qalsa, Mənsur Yavaş namizəd, İmamoğlu isə baş nazir olacaq

29.04.2025 / 14:10
“İçərişəhər” ərazisində avtomobili sürətlə sürən şəxsin əraziyə girişi qadağan edildi

29.04.2025 / 13:52
"Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisindən qovulmuş 300 minə yaxın əhali birləşir" - Əziz Ələkbərli

29.04.2025 / 13:36
"Azərbaycanın Qlobal Cənub QHT Platformasına sədrliyi mühüm prosesin başlanğıcını göstərir" - QHT Koalisiyasının rəhbəri

29.04.2025 / 13:21
"Bölgələrdə həkim çatışmazlığı var, tibb işçiləri əsasən Bakıda toplaşıblar" – Nazirlik rəsmisi

29.04.2025 / 13:10
Путин проиграл, но признать не может - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

29.04.2025 / 12:53
"Azərbaycan ədalətli inkişaf məsələlərini prioritet hesab edir" - Ərəb Platformasının prezidenti

29.04.2025 / 12:36
Deputatdan 65 yaşına çatan tibb işçiləri ilə bağlı təklif...

29.04.2025 / 12:06
Pezişkian Azərbaycan səfərini əməkdaşlıq üçün yeni üfüqlərin açılmasında müqəddimə adlandırıb

29.04.2025 / 12:01
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb - Şabranda ucuz, Gəncədə baha...

29.04.2025 / 11:37
Əli Əsədov vəkillərlə bağlı qərar imzalayıb

29.04.2025 / 11:24
Zelenski Putinin atəşkəs təklifini rədd etdi

29.04.2025 / 11:17
"Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması vacibdir"

29.04.2025 / 11:10
Diaspor gəncləri Xankəndiyə toplaşacaq

29.04.2025 / 11:04
Bank kartlarından daha 12 min manatdan çox pul oğurlandı

29.04.2025 / 11:03
Azərbaycanın işğalı... Tarix öyrətmir, cəzalandırır! - CANLI

29.04.2025 / 11:00
Trampın impiçmenti Konqresə təqdim edildi

29.04.2025 / 10:34
“Neftçi”dən 1600-cü qol!

29.04.2025 / 10:25
Siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə növbəti birgə səfəri həyata keçirilir

29.04.2025 / 10:25
Rubio Lavrovu müharibəni dərhal bitirməyə çağırdı

29.04.2025 / 10:18
"Güzəştə gedib barmağınızı uzatsanız, bütün qolunuzu ələ keçirəcək" - ÇİN-dən ABŞ açıqlaması

29.04.2025 / 10:17
Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub - FOTO

29.04.2025 / 10:12
64 yaşlı kişi pilləkəndən yıxılıb öldü

29.04.2025 / 10:06
İcazəsiz Həccə gedənləri 5 min dollar cərimə və 10 illik deportasiya gözləyir!

29.04.2025 / 10:00
Maskdan Çin xəbərdarlığı - "bu böhranla üzləşəcək"

29.04.2025 / 09:34
Sumqayıtda qadın ərini bıçaqlayıb

29.04.2025 / 09:25
Çempionlar Liqasında ilk yarımfinal oyunu - PSJ "Arsenal"a qarşı

29.04.2025 / 09:22
Qızıl dükanları milyardlarla manat vergidən qaçır... Necə?

29.04.2025 / 09:16
Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb

29.04.2025 / 09:10
İngilislərdən ŞOK QADAĞA - Çin maşınlarında iş barədə danışmayın...

29.04.2025 / 09:04
Fransa mediasından yanğında ölən 3 türk körpəyə qarşı İYRƏNC HƏRƏKƏT!

29.04.2025 / 09:00
Britaniyaya miqrant axını güclənir - kiçik qayıqlarla keçənlərin sayı rekord həddə çatıb...

29.04.2025 / 08:48
Nigeriyada bomba dolu 2 avtomobil partlayıb, 26 nəfər ölüb

29.04.2025 / 08:35
MTK-ların daha bir dələduzluğu açılır - evi ucuz sökür, baha satırlar...

29.04.2025 / 08:28
“Rusiya həqiqətən sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır" - Ukraynadan AÇIQLAMA

29.04.2025 / 00:06
İran Prezidenti Bakıda Azərbaycanca şeir oxudu - VİDEO

28.04.2025 / 22:34
Pezeşkian İlham Əliyevlə görüşdə hələ çox dartışılacaq bir fikir dedi- "Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər....."

28.04.2025 / 22:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidentinin Azərbaycana səfərindən görüntülər paylaşılıb - VİDEO

28.04.2025 / 21:37
Azərbaycanda 1300 illik məscid təhlükəyə düşüb...

28.04.2025 / 21:22
ABŞ Panama və Süveyş kanallarında, Azərbaycan Zəngəzur dəhlizində bunu edə bilər...

Məktəblərdə elektron gündəlik, elektron jurnal və elektron lövhələr...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011