Çərşənbə axşamı günü, 8 aprel 2025
     

Tarix və diyarşünaslıq muzeylərimiz-canlı tariximizin izləri və azərbaycançılıq nümunələri...

Image

Azərbaycançılıq ölkənin mədəniyyət mərkəzlərində, muzeylərdə yüksək səviyyədə təbliğ olunur. Azərbaycanın hər bölgəsində xalqımızın tarixini yaşadan, mədəniyyətini, etnoqrafik yaddaşını qoruyan tarix diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Bu muzeylərdə o bölgələrə xas olan mədəniyyət elementləri saxlanır. Bilirik ki, qədim insan yaşayış məskəni olan Azərbaycan torpağında çox zəngin bir mədəniyyət də yaranaraq formalaşıb.
Biz tariximizin bir sıra açılmayan qatlarına arxeoloji qazıntılar zamanı üzə çıxarılan maddi sərvətlər vasitəsilə bələd oluruq. Tarix və diyarşünaslıq muzeylərimiz respublikamıza gələn turistlərin ən çox maraq göstərdiyi məkanlardandır. Qeyd edək ki, respublikamızda bir neçə tarix diyarşünaslıq muzeyi fəaliyyət göstərir və onların işi azərbaycançılıq ideyasına xidmət istiqamətində qurulub.
Abşeron rayonu Tarix-Diyarşünaslıq Muzeyi Xırdalan şəhərində yerləşir. Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam rayonu Qaradağlı kəndində yerləşir. Ağdaş rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Ağcabədi rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Astara rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Ağstafa rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Ağsu rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Beyləqan rayonu Tarix-Diyarşünaslıq Muzeyi,Bərdə rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Biləsuvar rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi (muzeydə 19 minə yaxın eksponat toplanıb. 1993-cü ilin dekabrında muzey Bakıda, İstiqlal Muzeyinin fondunda yerləşdirilib), Cəlilabad rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Daşkəsən rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Füzuli Tarix-Diyarşünaslıq Muzeyi (hazırda rayon Ermənistan tərəfindən işğal olunduğu üçün müvəqqəti olaraq Bakı şəhərində yerləşir. Muzeydə Füzuli rayonunun təbiətini və tarixini əks etdirən 9 mindən çox eksponat toplanıb. 1993-cü il iyul-avqust aylarında rayonun erməni işğalına məruz qaldığı bir vaxtda muzey eksponatlarının 7 minə yaxını çıxarılaraq Bakıda İstiqlal Muzeyinə yerləşdirilib), Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Göygöl rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Goranboy rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Gədəbəy rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Göyçay rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Hacıqabul rayonu Tarix-Diyarşünaslıq Muzeyi, İsmayıllı rayonu Tarix-Diyarşünaslıq Muzeyi, İmişli Tarix-Diyarşünaslıq Muzeyi, Kürdəmir rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Lerik rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Lənkəran rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Masallı rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir şəhərinin Tarixi Muzeyi, Naxçıvan MR Kəngərli rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan MR Şahbuz rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan MR Sədərək rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan MR Babək rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan MR Culfa rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan MR Ordubad rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naftalan Tarix-Diyarşünaslıq Muzeyi, Neftçala rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Qax rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Qusar rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Quba rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Qazax rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı rayonu Tarix-Diyarşünaslıq Muzeyi (hazırda rayon Ermənistan tərəfindən işğal olunduğu üçün müvəqqəti olaraq Sumqayıt şəhərində yerləşir. İşğaldan sonra muzeyin fonduna 600-dən çox eksponat toplanıb), Qəbələ rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Salyan rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Saatlı rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Sumqayıtın Tarixi Muzeyi, Sabirabad rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Şirvan Tarix-Diyarşünaslıq Muzeyi, Şabran rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Şuşa şəhərinin Tarixi Muzeyi (Şuşa Tarix Muzeyində, XX əsrə qədər dövrləri əhatə edən müxtəlif əşyalar, ləvazimatlar daxil olmaqla, 5 mindən yuxarı eksponat olub. Erməni işğalı ilə əlaqədar olaraq hazırda fəaliyyət göstərmir), Şəmkir rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Şəki rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Şamaxı rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Tovuz rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Tərtər rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Ucar rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Xankəndi Tarix-Diyarşünaslıq Muzeyi (Muzeydə Xankəndi şəhərinin təbiətini və tarixini əks etdirən eksponatlar toplanıb. Hazırda şəhər Ermənistan tərəfindən işğal olunduğu üçün müvəqqəti olaraq fəaliyyət göstərmir), Xaçmaz rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Xoylu Tarix-Diyarşünaslıq Muzeyi, Yaloba Tarix-Diyarşünaslıq Muzeyi (Xocalı şəhərində yerləşirdi. Şəhər Ermənistan tərəfindən işğal olunduğu üçün müvəqqəti olaraq fəaliyyət göstərmir), Yardımlı rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Yevlax rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Zərdab rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Zaqatala rayonu Tarix-Diyarşünaslıq Muzeyi özündə Azərbaycan tarixinin müxtəlif mərhələlərini əks etdirir.
Qeyd edək ki, 2012-ci ildə İlham Əliyevin iştirakı ilə Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışı olub.
Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsi olan muzeylərə qayğı məsələsi özünü doğruldur. Dövlət səviyyəsində muzeylərin, xüsusən də bölgələrdə yerləşən diyarşünaslıq muzeylərinin hərtərəfli inkişafına böyük önəm verilir. Azərbaycan qədim və zəngin maddi-mədəniyyət abidələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti xüsusi məna daşıyır. Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət edir. Muzeyin rayonun Heydər Əliyev parkının ərazisində tikilən, ümumi sahəsi 917 kvadratmetr olan binası xüsusi dizaynla inşa olunub. Binanın həyətində qədim dövrdə Saatlı ərazisində yaşamış insanların məişət əşyalarından və əmək fəaliyyətindən bəhs edən guşələr qurulub. İkimərtəbəli binanın digər xüsusiyyəti isə burada Rəsm Qalereyasının yaradılmasıdır. Binanın ikinci mərtəbəsindəki qalereya bütün lazımi avadanlıqla təchiz olunub. Yeni bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub. Binanın foyesində böyük öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rayona səfərlərindən bəhs edən fotoguşələr yaradılıb.
Birinci mərtəbədə yerləşən Tarix-Diyarşünaslıq Muzeyi arxeologiya, etnoqrafiya, mədəniyyət, ideoloji və təsviri sənət bölmələrindən ibarətdir. Arxeologiya bölməsində Saatlı ərazisində tapılan və eramızdan əvvəl III minilliyə aid müxtəlif məişət əşyaları nümayiş olunur. Burada Kür-Araz mədəniyyətindən başlayaraq orta əsrlər dövrünədək istifadə olunan məişət əşyaları da sərgilənir. Müxtəlif tarixi formasiyalar zamanı əhali tərəfindən istifadə edilən pullardan ibarət numizmatika guşəsi də böyük maraq doğurur.
Muzeyin etnoqrafiya bölməsində XIX-XX əsrlərdə saatlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yer alıb. Dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdə yaşayış tərzini əks etdirir. Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir. İdeoloji bölmədə isə Azərbaycan tarixi, görkəmli şəxsiyyətlər və dövlətçiliyimizə həsr olunan filmlər nümayiş olunur. Muzeydə eksponatların bərpası və qorunması məqsədilə ayrıca fond-bərpa otaqları da yaradılıb.
Binanın ikinci mərtəbəsində yerləşən Rəsm Qalereyasına baxan dövlət başçısının diqqətinə çatdırılıb ki, burada geniş məkanda müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri nümayiş etdirilir. Əsasən yerli rəssamların əsərlərinin sərgiləndiyi Rəsm Qalereyasında heykəltəraşlıq nümunələri də yer alıb. Qalereyada ayrıca konfrans zalı, fond və digər texniki otaqlar da var.
Azərbaycan bölgələrində fəaliyyət göstərən diyarşünaslıq muzeylərindən biri də Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyidir. Gəncə şəhərində yerləşən ən böyük və qədim muzeyin əsası 1924-cü ildə qoyulub. Məlumatlara görə, hazırda muzeydə 30.000-dən çox eksponat saxlanır.
Muzeyin yerləşdiyi bina XIX əsrdə tikilib. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olub. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olub, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət edib.
Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnib. Onların şəxsi mülkü olan bina da zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilib. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilib.
1924-cü ildə muzeyin yaradılmasında Gəncə Seminariyasının müəllim və tələbələrindən İ.Cəfərzadə, S.Seyidov, C.Rəfibəyov, F.Məlikov və başqaları fəal iştirak ediblər. İlk illər muzey 2 şöbədən ibarət olub: diyarşünaslıq və kənd təsərrüfatı, muzeyin 500-dən çox eksponatı mövcud idi.
1927-ci ildə Xanlarda (indiki Göygöl rayonu) alman arxeoloq Y.İ.Hümmel arxeoloji qazıntılar aparıb. O, tapılan eksponatların bir hissəsini Xanlar Diyarşünaslıq Muzeyinə təhvil verib, digər bir hissəsini isə öz vətəninə göndərməyə nail olub. 1961-ci ildə Xanlar və Gəncə muzeyləri birləşdirilib. 1964-cü ildə muzey Gəncə şəhəri, Əzizbəyov 260 ünvanında yerləşən binaya köçürülüb. Həmin vaxtlar muzey 7 böyük zaldan ibarət olub və 3 şöbəyə bölünüb: təbiətşünaslıq, inqilabaqədərki dövr və sovet dövrü tarixi. 1972-ci ildə muzey indi yerləşdiyi Ziyadxanovlar mülkü binasına köçürülüb. Hazırda muzeyin 30 mindən çox eksponatı var. Muzeyin ekspozisiyasında Gəncənin ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri 18 salonda nümayiş etdirilir.
Muzeyin əsas fondunda 24785 eksponat var. Onlardan 4483 arxeologiya, 1648 ədədi etnoqrafiya, 392 rəssamlıq, 9 heykəltəraşlıq, 2753 fotoşəkil, 9259 sənəd, 3441 numizmatika sahələrinə aiddir. 972 kv.m. sahəsi olan muzey salonları hazırda iki şöbədən ibarətdir: qədim dövr və müasir dövr şöbələri. Qədim dövr şöbəsi Azərbaycanın ən qədim zamanlarından XIX əsrin sonlarınadək olan tarixini əks etdirir. Gəncə yaxınlığından tapılmış tunc təbərzin və onun düzəldilməsi üçün istifadə olunmuş daş qəlib muzeyin eksponatları sırasına daxildir. Həmçinin muzeyin ekspozisiyasında e.ə. II minilliyə aid boyu 2 m. 20 sm. olan qadın skleti və onunla bərabər basdırılmış bəzək və məişət əşyaları nümayiş olunur.
Muzeydə VII əsrə aid olan Qafqaz Albaniyası hökmdarına məxsus qəbirüstü abidə saxlanır.
Bunlardan başqa, muzeyin ekspozisiyasına Qafqaz Albaniyası dövrünə aid gümüş qadın tacı, Nizami Gəncəvinin qəbrində aşkarlanmış çıraqlar, Gəncə xalçaçılıq məktəbinə məxsus xalça nümunələri, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid sikkələr, zərgərlik nümunələri, müxtəlif dövrlərə aid saxsı nümunələri, metalişləmə nümunələri, Gəncə xanlığının bayrağı da daxildir.
Diyarşünaslıq muzeyləri yerləşdiyi bölgənin ruhunu, həyat tərzini, ovqatını bütövlükdə ehtiva edir. Azərbaycançılıq ünvanı olan bu muzeylərə dövlət səviyyəsində yüksək qayğı göstərilir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

SON XƏBƏRLƏR

08.04.2025 / 17:08
İran-ABŞ danışıqlarının yeri və tarixi açıqlandı - “razılaşma olmasa, İran böyük təhlükə ilə üz-üzə qalacaq”

08.04.2025 / 16:53
DTX terrorçuluğu maliyyələşdirən 3 nəfəri saxladı - məhkəmə başladı

08.04.2025 / 16:48
Trampdan Avropanı şoka salacaq addım - Şərqi Avropadakı ABŞ əsgərləri geri çəkilir...

08.04.2025 / 16:29
ABŞ konqresmeni ukraynalıları seçkilərdə Zelenskiyə səs verməməyə çağırdı – o ərazilər Rusiyaya verməlidir...

08.04.2025 / 16:11
"İrəvan Azərbaycanın şərtlərini qəbul etməyənə qədər Türkiyə Ermənistan istiqamətində heç bir müsbət addım atmayacaq" - Çağrı Erhan

08.04.2025 / 16:05
London meri Fitr bayramıyla bağlı müraciətində İsraili tənqid etdi

08.04.2025 / 15:38
Microsoft da İsraili tənqid edən işçilərini cəzalandırdı

08.04.2025 / 14:56
QAİ-dən Avropa Şurasının ali komissarına çağırış - gedin Ermənistanda bunları araşdırın...

08.04.2025 / 14:23
Yeni tədris ilindən məktəb avtobusları fəaliyyətə başlayacaq - Nazir açıqladı

08.04.2025 / 14:01
Ближний Восток или Европа: где взорвётся миропорядок? Беседа с политологом Русланом Айсин - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.04.2025 / 13:57
Ceyhun Bayramov Əbu-Dabidə İsrailin xarici işlər naziri ilə görüşü

08.04.2025 / 13:45
Qaçaqmalçılara rüşvət müqabilində himayədarlıq edən gömrükçülər həbs edildi...

08.04.2025 / 13:36
Bir gündə vətəndaşların bank kartlarından 66 min manat oğurlandı - DİN-dən çağırış etdi...

08.04.2025 / 13:35
Tramp mifi əriyir...

08.04.2025 / 13:22
2030-cu ilə qədər Qarabağ bölgəsində 150 ​​minə yaxın iş yeri açılacaq...

08.04.2025 / 13:06
Tramp bunu da etdi: - Ad günündə hərbi parad keşirəcək

08.04.2025 / 13:02
"ADA Siyasi Forumu iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq" - Hafiz Paşayev

08.04.2025 / 12:58
Yeni xəttin istismara verilməsi işləri davam etdirilir

08.04.2025 / 12:54
Çin Trampa təslim olmaq fikrində deyil

08.04.2025 / 12:53
Netanyahu Vaşinqtonda da Qəzzalıların köçürülməsindən danışdı

08.04.2025 / 12:44
Məmmədbağır Əliyev “Şərəf” ordeni ilə təltif edildi

08.04.2025 / 12:32
Vətəndaşları şantaj edən baş redaktor və redaktor həbs edildi

08.04.2025 / 12:05
Maşınını səkidə saxlayanlara XƏBƏRDARLIQ - 60 manat və 2 bal CƏRİMƏ...

08.04.2025 / 11:47
Xankəndidə ADA Universitetinin 7-ci Siyasi Forumu start götürüb

08.04.2025 / 11:38
Hökumətə qarşı minlərlə israilli etiraza qalxdı

08.04.2025 / 11:33
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - YENİLƏNİB

08.04.2025 / 11:30
Hakan Fidan İsraili məsuliyyətli olmağa çağırdı

08.04.2025 / 11:23
Bu gündən Bakıdakı bağçalarda yerdəyişməsi müsabiqəsi başlayır

08.04.2025 / 11:18
Trampın tarif siyasəti Maskı da vurdu

08.04.2025 / 11:08
62 yaşında qayadan yıxılıb öldü...

08.04.2025 / 11:04
Netanyahunun siyasəti Türkiyə ilə qanlı savaşa aparır - CANLI

08.04.2025 / 11:01
Tramp ABŞ ordusuna 1 trilyon dollar ayırdı

08.04.2025 / 10:58
XİN Ağdaban qətliamının 33-cü ildönümü ilə bağlı paylaşım etdi - FOTO

08.04.2025 / 10:36
"Real" "Arsenal"a, "İnter" "Bavariya"ya qarşı

08.04.2025 / 10:26
Tariflərə görə Maskla Tramp arasında münasibətlər soyudu

08.04.2025 / 10:20
Trampın diqqət çəkən “Ərdoğan” açıqlaması

08.04.2025 / 10:18
TƏBİB-in Çağrı mərkəzinə cari ilin ilk rübündə 32 mindən çox müraciət daxil olub

08.04.2025 / 10:12
"Rusiyanın Ukraynanı bombalamasından xoşum gəlmir"

08.04.2025 / 10:06
Tramp Iranla “çox böyük görüş” elan etdi

08.04.2025 / 10:00
Ceyhun Bayramov Abdullah bin Zaid Əl Nəhayyan ilə görüşüb

08.04.2025 / 10:00
“Aİ ABŞ-a zərər vermək üçün yaradılıb” - ABŞ prezidentindən AÇIQLAMA

08.04.2025 / 09:33
Yas yerində evin eyvanı uçub - 5 nəfər xəsarət alıb

08.04.2025 / 09:31
Abşeronun bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

08.04.2025 / 09:27
Dmitriyevin atası Ukraynada yaşayır

08.04.2025 / 09:23
Ölənin kredit borcunu övladlarından alırıq, toplanmış pensiya kapitalını övladlarına vermirik... Təklif...

08.04.2025 / 09:21
Ağ Evdə ÇAT - Mask Trampa qarşı

08.04.2025 / 09:11
Borclu olanların ölkədən çıxışı barədə yeni qayda hazırlanır

08.04.2025 / 09:06
Bu ölkədə baş prokuror prezidentin həbsini tələb edir...

08.04.2025 / 09:00
ABŞ Ali Məhkəməsi Trampa dəstək çıxdı

08.04.2025 / 08:49
Bu gecə Kəlbəcərdə zəlzələ olub

08.04.2025 / 08:38
Pullu parklanma yaxşı - ancaq AYNA "parklanma xaosu" yaradır...

07.04.2025 / 22:21
Avropa İttifaqı ABŞ-a qarşı cavab rüsumları tətbiq edəcək

07.04.2025 / 22:18
Ermənistanda doğum səviyyəsinin azalması fevral ayında da davam etdi

07.04.2025 / 21:30
İpə-sapa yatmayan Kreml yenə şərt irəli sürdü

07.04.2025 / 21:21
Tramp Çini 50% -lik əlavə rüsumla hədələdi

07.04.2025 / 21:21
Fidan nə demək istədi - Türkiyə Avropanı ABŞ-dan ayrılmağa təşviq edir?..

07.04.2025 / 21:19
Çin ABŞ-dan qaz idxalını dayandırdı

07.04.2025 / 21:14
David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi" - MƏHKƏMƏ + FOTO

07.04.2025 / 21:07
ABŞ-Rusiya barışığı Ermənistan iqtisadiyyatını çökdürür...

07.04.2025 / 20:49
Qazaxıstan və Türkmənistan Türk Kiprinə qarşı təhlükəli addım atdı...

07.04.2025 / 20:34
Ermənistan hakimiyyətinin bu qərarı da Rusiyaya təsir etmədi...

07.04.2025 / 20:19
İlham Əliyevin Pakistan səfərinə qarşı Ermənistanda hazırlıqlar başladı...

07.04.2025 / 20:04
Qaçaq Süleymanın Səttarxan hərəkatında böyük yeri var...

07.04.2025 / 19:51
ABŞ və İsrail İranda bu yerləri vuracaq - Tehran qonşu ölkələrdən başladı...

07.04.2025 / 19:43
David Babayan: "İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı"

07.04.2025 / 19:36
Müxtəlif növ istehlak kreditləri tam fərqli faizlərlə verilir - Mərkəzi Bank bunu normal sayır?...

07.04.2025 / 19:30
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırıldı

07.04.2025 / 19:25
İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirildi

07.04.2025 / 19:23
Türk Dövlətləri Təşkilatında dağıdıcı təzahürlər başlayıb - Qazaxıstan, Türkmənistan və Macarıstanın jestləri...

07.04.2025 / 19:09
Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

07.04.2025 / 18:55
“Kollektiv öz səhvini düzəldərək filmdən Buzovna adını sildi” - Mirzə Ağabəyli

07.04.2025 / 18:46
Müttəhim general Ermənistanın Qarabağda basdırdığı minanı markasına kimi etiraf etdi…

07.04.2025 / 18:44
Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq

07.04.2025 / 18:44
Respublikaçılar Ukraynaya yardımın kəsilməsini istəyir

07.04.2025 / 18:32
Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

07.04.2025 / 18:20
Qardaş xalqlar ədəbiyyatı - özbək ədəbiyyatı...

07.04.2025 / 18:18
Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

07.04.2025 / 18:06
Avroittifaqın Gürcüstanda çevriliş planı ifşa edildi - QHT-lərə bunun üçün pullar verilir...

07.04.2025 / 17:57
BOKT-larda "qızıl ehtiyatları" hansı yollarla əldə edilir?..

07.04.2025 / 17:50
Müraciətlərin çox olduğu məktəblərə qəbul zamanı kimlərə üstünlük tanınacağı açıqlandı

07.04.2025 / 17:44
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011