Şənbə günü, 10 may 2025
     

Bir səmanın üç ulduzu - Ulduz Əliyeva, Səkinə Axundzadə və Göyərçin xanım...

Image

Ayrı-ayrı şəhərlərdə doğulsalar da, müxtəlif talelər yaşasalar da, onları ortaq bir cəhət birləşdirirdi - teatra vurğunluq. Keçən yazımızda ilk qadın kinorejissorumuz, Azərbaycan uşaq kinosunun banisi Qəmər xanım Salamzadədən söhbət açmışdıq. O yazıda qeyd etmişdik ki, Azərbaycanın ilk qadın teatr rejissoru Ulduz xanım Əliyeva-Rəfili olub.
2012-ci ildə 90 illik yubileyi dövlət səviyyəsində keçirilən Ulduz xanım milli teatr sənətinin inkişafında, gənc teatr rejissorlarının yetişməsində önəmli rol oynayıb. Ulduz Saleh qızı Rəfili görkəmli teatr rejissoru, əməkdar incəsənət xadimi, professor olaraq mədəniyyət tariximizdə görkəmli yer tutur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər təşkilatlar, uzun illər çalışdığı teatr xanım rejissorun xatirəsinə ehtiram göstərir.
Tədqiqatçılar yazır ki, Ulduz Saleh qızı Rəfili 15 dekabr 1922-ci ildə (Gəncədə) Goranboyda doğulub. Azərbaycanda bir çox dəyərli nəsillər kimi görkəmli rejissorun da ailəsi repressiya dalğasından can qurtara bilməyib. 12 yaşı olanda nəsilləri sovet repressiyasına məruz qalıb və o, böyük bacısı Səmayə xanımla 1934-cü ildə Bakıya köçüb. Tədqiqatçılar Ulduz xanımın öz əli ilə yazdığı avtobioqrafiyasını təqdim edib: "Atam Saleh Əliyev hələ mən dünyaya gəlməmiş vəfat edib. Anam ikinci dəfə ailə qurub. 1935-ci ildə anam rəhmətə gedəndən sonra mən müstəqil həyata atılmalı oldum. Böyük Vətən Müharibəsinə qədər Moskvada yaşayan böyük bacım Səmayə Rəfilinin yanında yaşamalı oldum. 1938-ci ildə Sənaye Texnikumunu bitirdim". Daha sonra Ulduz xanım Moskvada Dəmiryol Nəqliyyatı üzrə Mühəndislər İnstitutuna daxil olur, orada oxumaqla yanaşı, Moskva metropolitenində stansiya növbə rəisi və elektrik qatarında maşinist kimi çalışır. Ulduz Rəfili müharibə bitdikdən sonra Bakıya qayıdır, burada indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub, 1951-ci ildə oranı bitirib. Həmin müddətdə də təhsil almaqla yanaşı, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsləhətçi və o zamankı Kitabxanaçılıq Texnikumunda pedaqoq kimi fəaliyyət göstərib. O, ali məktəbi bitirdikdən sonra 1951-ci ildə ilk Azərbaycan qadın teatr rejissoru kimi Gənc Tamaşaçılar Teatrının rus bölməsində fəaliyyətə başlayıb. 1972-1975-ci illərdə Gənc Tamaşaçılar Teatrının baş rejissoru kimi fəaliyyət göstərib. Burada həm Azərbaycan, həm də rus bölmələrində tamaşalar hazırlayıb, onlara quruluş verib. Tədqiqatçılar yazır ki, U.Əliyeva 50-dən artıq tamaşaya - "İkinci ailə" (1954), "Ayrılan yollar" (1957), "Durna qatarı" (1958), V.Hüqo "Qavroş" (1959), "Ümid nəğməsi" (1959), "Hünər" (1963), S.Qədirzadə "Şirinbala bal yığır" (1965), "Xoruz" (1965), X.Əlibəyli "Dovşanın ad günü" (1966), C.Məmmədov "Dan ulduzu" (1967), K.Haldoni "İki ağanın bir nökəri" (1968), M.Təhmasib "Rübailər aləmində" (1968), Anar "Ötən ilin son gecəsi" (1968), S.Sani Axundov "Qaraca qız" (1971), X.Əlibəyli "Aycan" (1973) və s. maraqlı quruluşlar verib. Ulduz xanım Rəfili Gənc Tamaşaçılar Teatrının inkişafındakı xidmətlərinə, rejissor sənətində qazandığı nailiyyətlərə görə 29 iyun 1964-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. Tədqiqatçılar onu da qeyd edir ki, rejissorun səhnələşdirdiyi bir çox tamaşalar ümumittifaq festivallarının qalibi olub, diplom və mükafatlara layiq görülüb.
1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayan Ulduz xanımın yaradıcı fəaliyyəti yüksək qiymətləndirilib, 1957-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin (S.Mixalkovun "Sombrero" əsərinə görə), 1959-cu ildə Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülüb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının müdiriyyəti tərəfindən Azərbaycan SSR Mədəniyyət Nazirliyinə sənətkar haqqında təqdim olunan xasiyyətnamədə oxuyuruq: "Ulduz Rəfili-Əliyeva Azərbaycan teatrının ilk professional qadın rejissoru olaraq 1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 20 illik əmək fəaliyyəti müddətində 50-dən artıq tamaşaya quruluş verib. Onun quruluş verdiyi tamaşalar öz müasirliyi, bədii-ideya xüsusiyyətləri və yaradıcılıq mövqeyi baxımından seçilir. Bu əsərlər tamaşaçılar tərəfindən müvəffəqiyyətlə qarşılanaraq dəfələrlə mətbuatda müsbət fikirlərlə qeyd edilib. O, teatrın həm Azərbaycan, həm də rus bölmələrində uğurlu tamaşalara imza atıb. Teatrın Bədii Şurasının üzvü kimi də səmərəli fəaliyyətini qeyd etmək vacibdir. Teatrda gənc aktyorların yetişməsində və dramaturqlarla yeni pyeslərin seçilib repertuara daxil edilməsi işində həmişə aktivdir. Bütün bunlarla yanaşı, Ulduz xanım teatrın ictimai həyatında da aktiv olub, böyük həvəslə mütəmadi olaraq məktəblilərlə görüşlər təşkil edib".
Məlumatlara görə, U.Rəfili 1975-ci ilin sentyabrından pedaqoji fəaliyyətə başlayıb. O, uzun illər Musiqi Akademiyasının vokal və opera hazırlığı kafedrasının professoru olub. Musiqi Akademiyasında çalışdığı müddətdə rejissor kimi S.Raxmaninovun "Aleko", P.Çaykovskinin "İolanta", F.Əmirovun "Sevil", V.A.Motsartın "Fiqaronun toyu" və s. əsərləri uğurla səhnələşdirib. Ulduz xanım musiqi-vokal əsərlərinin dərin məzmununu açaraq hər bir əsərə fərdi yanaşmağı bacarırdı. O deyirdi: "Tələbə bu günün ruhuna uyğun tərbiyə olunmalı, zamanın tələbinə cavab verməlidir. Xalqını və dövlətini sevərək onun tarixini dərindən bilməlidir".
Tədqiqatçılar yazır ki, Ulduz xanımın həyat yoldaşı Qurban Əliyev uzun müddət Azərbaycan SSR Təhsil Nazirliyində çalışıb. Yeganə övladı Həsən Əliyev isə səhiyyə sistemində işləyib. Keşməkeşli həyat yolu və maraqlı yaradıcılıq tarixçəsi ilə yaddaşlarda yaşayan Azərbaycanın ilk qadın teatr rejissoru U.Rəfili 2006-cı ildə Bakıda vəfat edib.
Onu da qeyd edək ki, 2012-ci il oktyabrın 16-da Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) əməkdar incəsənət xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfilinin anadan olmasının 90 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib.
Sənətə və sənətkara hörmət, ehtiram hər zaman olub, bu gün də var. Məlum olduğu kimi, bugünkü mövzumuz ilklərə imza atan Azərbaycan qadınları ilə bağlıdır.
İndi haqqında danışmaq istədiyimiz ilk qadın dramaturqumuz Səkinə xanım Axundzadədir. Məlumat üçün qeyd edək ki, Səkinə xanım Mirzə Heybət qızı Axundzadə (1865-1927) ilk qadın dramaturq, yazıçı Mirzə Heybət Axundzadənin qızıdır. Səkinə xanım həm də Azərbaycanın ilk qadın müəllimələrindəndir. Tədqiqatçılar bildirir ki, o, yazıçılıqla, o cümlədən dramaturgiya ilə də məşğul olub.
Xatırladaq ki, Səkinə xanım 1865-ci ildə Qubada anadan olub və ibtidai təhsilini orada alıb. Atası Mirzə Heybət "Fəda" təxəllüsü ilə şeirlər yazırdı və A.Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edib. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görüb, qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərib. Səkinə xanımın bədii yaradıcılığı haqqında danışarkən bildirməliyik ki, S.Axundzadə teatr həvəskarları ilə yaradıcılıq əlaqələri saxlayıb. "Elmin bəhrəsi" pyesini və "Gəlin və qayınana" komediyasını yazıb. Milli folklorumuz əsasında "Əbülfəz və Rəna" hekayəsini qələmə alıb, bu əsər əsasında isə eyniadlı opera librettosu işləyib. Tədqiqatçılar yazır ki, S.Axundzadə Türkiyə ədəbiyyatından da maraqlı əsərləri dilimizə çevirib. Namiq Kamal yaradıcılığından hazırladığı "Bəxtsiz bala", "Zülmün səmərəsi" adlı dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulub. Səkinə xanım məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında "Zülmün səmərəsi" adlı dram əsərini yazıb. Bu əsər ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyularaq uğur qazanıb. Həmçinin, əsər "Nicat" truppasında, 1920-ci illərin əvvəllərində Milli Dram Teatrında müxtəlif səhnə quruluşunda tamaşaya qoyulub.
1927-ci ildə uzun sürən astma xəstəliyindən Bakıda dünyasını dəyişən S.Axundzadə Bibiheybətdə dəfn olunub.
Tədqiqatçılar yazır ki, Səkinə xanımın yazdığı əsərlər o dövrün repressiyalarından qorxan qardaşı İbrahim bəyin qızı Reyhan Topçubaşova tərəfindən yandırılıb. Həmin dövrdə Reyhan xanım Topçubaşova Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini idi.
S.Axundzadənin teatr sənətinə töhfələrindən yazan tədqiqatçılar bildirir ki, o, "Elmin bəhrəsi", "Gəlin və qayınana", "Bəxtsiz bala", "Zülmün səmərəsi", "Haqq söz acı olar", "Şahzadə Əbülfəz" və bir çox pyeslərin müəllifidir. "Zülmün bəhrəsi"ni Hüseyn Ərəblinski 1914-cü ildə Tiflisdə, Abbas Mirzə Şərifzadə 1917-ci ildə və 1922-ci ildə Bakıda tamaşaya qoyublar. Əsas rollarda özləri və Kazım Ziya, İsmayıl Talıblı, Yeva Olenskaya, Yunis Nərimanov oynayıblar. "Bəxtsiz bala" da bu dəstələrin, digər əsərlər isə Qız Gimnaziyası tələbələrinin iştirakı ilə göstərilib.
Azərbaycan səhnəsinin parlaq ulduzu olan ilk azərbaycanlı aktrisa Gövhər Qazıyeva (Göyərçin xanım) haqqında da qeydlərimiz yerinə düşərdi. Biz son həftələr Azərbaycan mədəniyyət, incəsənət, ədəbiyyat, dövlətçilik tarixində böyük şəxsiyyətlərdən, xanımlardan bəhs edirik.
İlk qadın aktrisamız Göyərçin xanımdan da söhbət açmağımız yerinə düşür. Tədqiqatçılar yazır ki, Göyərçin əslində onun teatr təxəllüsüdür, əsl adı isə Gövhərdir. Gövhər Əhməd qızı Qazıyeva 1887-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olub, orada Nəcib Qızlar İnstitutunu bitirib, rus və Azərbaycan dillərində mükəmməl təhsil alıb. İbrətamiz, maraqlı bir həyat yolu keçib. XIX əsrin sonu XX əsrin əvvəllərində Tiflisin teatr mühiti çox maraqlı və rəngarəng idi. Tədqiqatçılar yazır ki, Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktrisalar, aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906- cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva (Göyərçin xanım) hər iki truppanın tamaşalarında uğurla çıxış edib. İlk qadın aktyorumuzun Tiflis zadəgan teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsi idi. 1910-cu il oktyabrın 9-da verilmiş bu tamaşa böyük müvəffəqiyyətlə keçir. Yenə həmin il oktyabrın 30-da "Səadət" dram dəstəsi Şəmsəddin Saminin "Gaveyi-ahəngdar" pyesini tamaşaya qoyur. Tamaşada Gavə rolunda Sultanov, Fərhad rolunda Mir Seyfəddin Kirmanşahlı, Xubçöhr rolunda Gövhər Qazıyeva çıxış edirdilər.
G.Qazıyevanın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayıldı. Bakı qəzetləri ona məqalələr həsr etdi. "Nicat" cəmiyyəti onu Bakıya çağırdı.
Göyərçin xanımın repertuarı geniş və əhatəli idi. O, Henrix Heynenin "Əlmənsur", Loxmanovun "Napaleonun vəfatı", Namiq Kamalın "Qara bəla" əsərləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşalarında da oynayıb. Azərbaycanlı qızı Nəriman Nərimanovun "Nadir şah" pyesində Gülcahan, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu" tamaşasında Hafizə, "Bəxtsiz cavan" faciəsində Mehri xanım, Zülfüqar Hacıbəyovun "Evliykən subay" əsərində Pərizad rollarını sənətkarlıqla yaradıb. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Gülnaz, "Leyli və Məcnun"da Leyli rollarının ifaçısı olan G.Qazıyeva bu obrazları səhnədə özünəməxsus tərzdə canlandıra bilib. 1911-ci il mayın 26-da və 30-da Tiflisdə G.Qazıyevanın benefisi keçirildi. Bu gecədə ilk dəfə Zülfüqar Hacıbəyovun "On bir yaşlı arvad" pyesi göstərildi. Lakin azərbaycanlı qadının səhnəyə çıxması cahil adamları narahat edirdi. Odur ki, cahillər və din xadimləri müsəlman qadının səhnəyə çıxması əleyhinə müxtəlif fitnələr törədirdilər. G.Qazıyeva Azərbaycan teatr səhnəsinin bir çox görkəmli aktyorları- Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Hüseynqulu Sarabski, Mir Seyfəddin Kirmanşahlı və başqaları ilə birgə çıxış edib. Onun Mirzəağa Əliyevlə əməkdaşlığı ilk dəfə Tiflisdə "Əlli yaşında cavan" tamaşasında olub. İrəvanda onlar daha böyük müvəffəqiyyət əldə edib. Mirzəağa Əliyevlə G.Qazıyevanın sənət dostluğu sonralar məhəbbətə çevrilir. 1912-ci ilin mayında onlar evlənib Bakıya köçdülər. Çar hökuməti orqanlarının fitnəkarlığı nəticəsində Mirzəağa Əliyev həmin il Həştərxana sürgün olundu. G.Qazıyeva isə 1913-cü ildə Polşaya getdi və Varşavada "Müqəddəs Sofiya" tibb məktəbinə daxil oldu. 1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsini bitirib Bakıya qayıtdı. 1915-ci ildə "Bəsirət" qəzeti akuşerka G.Qazıyevanın peşə fəaliyyətinə başlaması haqqında elan da verib.
Teatr tarixçiləri qeyd edir ki, M.Əliyevlə G.Qazıyevanın tale yolları ayrıldığı üçün onlar boşanır. Qəribədir ki, evlənəndən sonra M.Əliyev həyat yoldaşının səhnədə çıxış etməsinə icazə verməyib. Reallıq budur ki, G.Qazıyeva ərə gedəndən (bu onun ikinci nikahı idi və birinci ərindən İsmayıl adlı oğlu var idi) sonra səhnəyə çıxmayıb.
Onu da bildirək ki, 1937-ci ildə G.Qazıyeva artıq daima yaşadığı İrandan bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə yoldaşları teatrda onun şərəfinə qəbul düzəldirlər. Keçmiş aktrisa Cəfər Cabbarlının "Almaz" pyesinin tamaşasına baxır. Tamaşa və qəbul günü qeyri-adi hadisə baş verir. G.Qazıyeva on beş ildən bəri itirdiyi oğlu İsmayılı tapır. Qəfil sevincdən özünü itirən Göyərçin xanım hamıya hədiyyə paylayır.
G.Qazıyeva İrana görkəmli aktyor və rejissor Mir Seyfəddin Kirmanşahlının təhriki ilə gedib. 1960-cı ildə Cənubi Azərbaycanda vəfat etmiş Gövhərin - Göyərçin xanımın Azərbaycan teatrının salnaməsinə ilk qaranquş kimi düşməsi təbiidir. Onun adı uzun illər unudulsa da, qədirbilən teatrşünasların əməyi sayəsində yenidən yaddaşımıza qaytarılıb.
Azərbaycan teatr sənətinin üç görkəmli xanım nümayəndəsi barədə məlumatlarla sizi tanış etdik. Vətən bağının üç solmaz çiçəyi, üç sönməz ulduzu - Ulduz Rəfili, Səkinə Axundzadə və Gövhər xanım Qazıyevanın sənət yolu, fəaliyyəti, xalqımız, dövlətimiz üçün gördüyü işlər unudulmazdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

10.05.2025 / 23:32
Sovet kosmik gəmisi yerə çırpıldı: “Dünya rahat nəfəs aldı”

10.05.2025 / 23:25
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Ağdama səfərdən görüntülər paylaşdı - VİDEO

10.05.2025 / 23:11
Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazır olduğunu bildirdi

10.05.2025 / 20:27
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışladı...

10.05.2025 / 18:45
Prezident: "Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik"

10.05.2025 / 18:39
"Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur" - Prezident İlham Əliyevdən mühüm mesaj

10.05.2025 / 18:20
Prezident: "Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər"

10.05.2025 / 18:12
"Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir" - Prezident

10.05.2025 / 17:48
Pakistan və Hindistan atəşkəs barədə razılığa gəldi

10.05.2025 / 17:11
Medianın İnkişafı Agentliyinin kollektivi Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib - FOTO

10.05.2025 / 16:21
Prezident İlham Əliyev: "İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək"

10.05.2025 / 16:10
"Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük" - Prezident

10.05.2025 / 16:07
Ukraynaya genişmiqyaslı hava hücumu gözlənilir - ABŞ səfirliyi xəbərdarlıq etdi…

10.05.2025 / 15:53
Prezident Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - FOTO

10.05.2025 / 15:45
ABŞ İsrailin iştirakı olmadan Qəzzaya humanitar yardım çatdıracaq

10.05.2025 / 15:34
Prezident Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub - FOTO

10.05.2025 / 15:31
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib - FOTO

10.05.2025 / 15:25
Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışı oldu - FOTO

10.05.2025 / 15:20
Prezident İlham Əliyev Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub - FOTO

10.05.2025 / 15:15
Prezident Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub

10.05.2025 / 14:42
Ceyhun Bayramovdan Rusiyanın vurduğu AZAL təyyarəsilə bağlı açıqlama - istintaqın başa çatmasını gözləyirik

10.05.2025 / 14:27
Gərginlik artır... Pakistan Hindistanın təcəvüzünə darmadağınla cavab verir!

10.05.2025 / 14:15
Pakistan "nüvə həddinin pozulmasının" qarşısını almağa çağırdı

10.05.2025 / 13:59
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub

10.05.2025 / 13:37
Əbədiyaşar lider!

10.05.2025 / 13:25
Pakistan Hindistanın elektrik şəbəkəsini sıradan çıxardı, bir aerodromunu isə məhv etdi

10.05.2025 / 13:12
Pakistan Hindistana qarşı irimiqyaslı hücum həyata keçirdiyini bildirdi

10.05.2025 / 12:45
Ağdam Muğam Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

10.05.2025 / 12:41
"Ermənistan 2020-ci ildən sonra üç il Qarabağa mina daşıyıb" - Nazir

10.05.2025 / 12:32
XİN rəhbəri Bakıda Türkiyə-İsrail danışıqlarının keçiriləcəyi xəbərlərinə münasibət bildirdi...

10.05.2025 / 12:26
Nazir: "Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik"

10.05.2025 / 12:10
"Azərbaycanın Hindistan-Pakistan münaqişəsindəki mövqeyi tamamilə beynəlxalq hüquqa əsaslanır" - XİN rəhbəri

10.05.2025 / 11:58
"Delimitasiya prosesi ilə bağlı təmaslar davam edəcək" - Ceyhun Bayramov

10.05.2025 / 11:40
Çəmbərək istiqamətindən mövqelərimiz atəşə tutuldu

10.05.2025 / 10:56
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2025 / 10:23
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

10.05.2025 / 10:10
Romada MAMA “Ana təbiət” sərgisinin təqdimatı olub

10.05.2025 / 10:06
"Ermənistanda marixuananı leqallaşdıraq" - erməni spikerdən ŞOK ÇAĞIRIŞ!

10.05.2025 / 10:01
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

10.05.2025 / 09:50
AZƏRBAYCANÇILIQ HƏR ŞEYİN FÖVQÜNDƏDİR

10.05.2025 / 09:48
Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları - FOTO

10.05.2025 / 09:33
Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO

10.05.2025 / 09:15
Prezident Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı videoçarx paylaşıb - VİDEO

10.05.2025 / 08:53
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib - FOTO

10.05.2025 / 06:37
Hindistan Pakistanı ballistik raketlərlə vurdu, Pakistan genişmiqyaslı hərbi əməliyyata başladı - düşmənin 4 hərbi bazası bombalandı… - VİDEO

10.05.2025 / 00:25
Hindistan qorxu içində - ümumi hərbi səfərbərlik elan olundu...

10.05.2025 / 00:16
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşanın Daşaltı kəndinə səfərdən görüntülər paylaşıb - FOTO

10.05.2025 / 00:10
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO

09.05.2025 / 23:53
“ABŞ-ın Raketdən Müdafiə Sistemi Husilərin raketini vura bilmədi”

09.05.2025 / 20:56
ABŞ və Rusiya Avropaya qaz nəqlini masaya yatırdı - rus qazını Avropaya Amerika şirkətləri satacaq…

09.05.2025 / 20:43
"Hindistanın Pakistana hücumu Hərbi Hava Qüvvələrinin bacarıqsızlığını üzə çıxardı"

09.05.2025 / 20:34
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni səhifə açılır

09.05.2025 / 19:27
Çin lideri Moskvada “əsas qonaq” statusu aldı - başqa dövlət başçıları aşağılarda...

09.05.2025 / 19:18
“Femin Art” Beynəlxalq Qadın Rəssamların sərgisi Bakıda – Mədəniyyət və sülhün birliyi

09.05.2025 / 18:43
ABŞ müdafiə naziri İsrailə səfərini ləğv etdi

09.05.2025 / 18:17
Trampın yeni niyyəti - Ərdoğanı Ukrayna bataqlığında batırmaq...

09.05.2025 / 18:02
İşğalçı Hindistan əsasən Rusiya və İsrail silahlarından istifadə edir

09.05.2025 / 17:44
Ermənistandan yeni tələb - terrorçu Monte Melkonyanı hər yerdən silin…

09.05.2025 / 17:20
Makronla Şolts bacarmadı, Merslə Makron bacaracaq?...

09.05.2025 / 16:53
Roma Papasının əsas vəzifəsi Trampı Avropaya yaxınlaşdırmaq olacaq...

09.05.2025 / 16:44
Heydər Əliyev: Əsrlərə sığmayan tarixi Lider

09.05.2025 / 16:10
Moskvada Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirildi

09.05.2025 / 16:02
Pakistan gecə ərzində Hindistanın 4 kəşfiyyat təyyarəsini vurub

09.05.2025 / 15:37
Pakistanın J-10c qırıcısı Hindistan qırıcılarını quş kimi ovlayır

09.05.2025 / 15:15
Prezident “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışında iştirak edib - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:43
“Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:15
Tramp Ərdoğandan vasitəçilik xahişini məqsədli şəkildə etdi...

09.05.2025 / 14:07
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:03
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:56
DİN əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

09.05.2025 / 13:52
Prezident və Birinci xanım Daşaltı kənd məscidinin açılışını etdi - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:42
“Putin istəsə belə müharibəni dayandıra bilməz”

09.05.2025 / 13:20
Zatulin həddini aşdı: “Onu yerinə oturtmağın vaxtı deyilmi?”

09.05.2025 / 13:08
Ermənilər Şuşanın işğalını Qələbə günü kimi qeyd edə bilmədilər

09.05.2025 / 12:55
Ailə Konsepsiyası ilin sonuna qədər hazırlana bilər...

09.05.2025 / 12:43
Bill Qeyts bütün sərvətini xeyriyyəçiliyə bağışlayacaq

09.05.2025 / 12:24
Tramp Kiyevin 30 günlük atəşkəs təklifini dəstəklədi

09.05.2025 / 11:51
İsrail Ordusu Radiosu: “Tramp Netanyahu ilə əlaqəni kəsdi”

09.05.2025 / 11:36
Kreml: ”Tramp Ukraynanın tələblərini anlamağa başlayıb, lakin bir nüans var”

09.05.2025 / 10:55
Prezident İlham Əliyev Fridrix Mertsi təbrik edib

09.05.2025 / 10:52
Prezident İlham Əliyev Ekvadorun Prezidentini təbrik edib

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678