Bazar ertəsi günü, 12 may 2025
     

Azərbaycan uşaq filminin banisi - ilk qadın kinorejissor Qəmər Salamzadə...

Image

Elə bir sahə yoxdur ki, Azərbaycan qadını orada öz sözünü deməsin, izini qoymasın. Xanımlarımız yalnız aktrisa kimi kinoya xidmət etməyib, ssenari müəllifi, rejissor, quruluşçu rejissor və operator kimi də bu sahədə böyük işlər görüb. Azərbaycanın ilk qadın kinorejissoru və ilk qadın teatr rejissorları olub. İlk kinorejissor kimi kino tariximizə Qəmər xanım Almaszadənin adı yazılıb.
İlk qadın teatr rejissoru isə Ulduz xanım Əliyeva-Rəfibəylidir.
Onu da qeyd edək ki, görkəmli kino və teatr rejissorları olan bu xanımların yubileyləri dövlət səviyyəsində qeyd edilib. Xüsusi vurğulayaq ki, Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın ilk qadın kinorejissoru və ölkəmizdə ilk uşaq filminin yaradıcısı Qəmər Salamzadənin 100 illik yubileyi qeyd edilib. Onu da bildirək ki, əməkdar incəsənət xadimi Cəmil Quliyev yubilyar haqqında maraqlı fikirlər bildirib: "Hələ körpə ikən evlərində qırmızı cildli, qızıl xətli "Molla Nəsrəddin" jurnalını görən, Naxçıvanın, Tiflisin ədəbi mühitlərində böyüyən Qəmər xanım kinorejissorluq sənətini Azərbaycanda hələ də qadınların köhnəlik buxovundan bütövlükdə xilas ola bilmədiyi bir vaxtda özünə peşə seçib. Q.Salamzadə Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirib. Arzusu milli kinomuzun inkişafına xidmət olsa da, keçən əsrin 30-cu illərinin repressiyaları onun geniş fəaliyyət göstərməsinə imkan verməyib. Çox vaxt azərbaycanlı xanımı yeni çəkiləcək filmə rejissor təyin etsələr də, son anda bu alınmayıb. Q.Salamzadənin əsas yaradıcılıq fəaliyyəti "Azərbaycanfilm" kinostudiyasından başlayıb. Mehdi Hüseynin "Səhər" romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın - Q.Salamzadə kino sənətinə öz töhfəsini verə bilib".
Görkəmli qələm adamı Əliqulu Qəmküsarın ailəsində doğulan Q.Salamzadə ssenari müəllifi, rejissor olaraq özünü təsdiqləyib. 1908-ci ildə doğulan Qəmər xanımı əmisi Rzaqulu Nəcəfov tərbiyə edərək böyüdüb. Qəmər xanım Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirib. O, ötən əsrin əvvəllərində dünyada məşhur olan rejissorlarla görüşüb, onlardan rejissorluq sənətini öyrənib.
Atası kimi Qəmər xanımın da mədəniyyətə marağı güclü olub. Hələ Bakıda Pedaqoji İnstitutda oxuduğu zamanlardan tamaşaya qoyulan əsərlərdə bir sıra rollar yaradıb. Sonralar isə nəcib insanların köməyi sayəsində Qəmər xanıma etimad göstərilib. Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılan atası Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olub. 2008-ci ildə Dövlət Film Fondunda Q.Salamzadənin 100 illiyi ilə bağlı xüsusi tədbirlərin keçirildiyi haqqında qeyd etdik. Maraqlı kino axşamının keçirildiyi yubiley tədbirində Q.Salamzadənin 1936-cı ildə çəkdiyi və elə həmin ildə də it-bata düşmüş "Dəcəl dəstə" filmi Azərbaycan tamaşaçılarına ilk dəfə təqdim olunub. Bu film keçən əsrin 40-cı illərində etinasız münasibət ucbatından Azərbaycanda qorunub saxlana bilməyib. Rusiya Dövlət Film Fondunda saxlanan film nəhayət ki, ölkəmizə gətirilib. "Molla Nəsrəddin"çi şair-publisist, aktyor Əliqulu Qəmküsarın gəncliyindən səhnəyə meyl edən, Bakı pedaqoji təhsilini yarımçıq qoyub Moskvada kinorejissorluq sənətinə yiyələnmiş qızı Q.Salamzadənin ikinci rejissor Aleksandr Popovla birgə quruluş verdiyi "Dəcəl dəstə" (ssenari müəllifi-Yuri Fidler) 1937-ci ildə Bakı kinostudiyasında çəkilən yeganə bədii-oyun film kimi kino tariximizin ikinci uşaq filmi oldu. Titrlərdən göründüyü kimi, Bakıdakı beynəlxalq məktəbdə cərəyan edən hadisələr burada ən çox sevilən coğrafiya dərsində baş verir. Hindistan cəngəlliklərindəki vəhşi pişiklərin ov axtarmasından danışan müəllimi dinləməklə xəyala dalıb özünü ovçu kimi görən Heydərin yanındakı Olyaya o yerlərə getməyi təklif etməsi ilkin süjeti yaradır. Xəritədə Hindistanı göstərməli olan Heydərin müəllimin tapşırığını Olyanın yerindən göstərdiyi işarələr hesabına yerinə yetirməsi komizmi artırır. Heydərin Olyaya evdə Hindistan oyunu oynamağı təklif etməsilə epizod tamamlanır. Kanitapin küçəsindəki 21 saylı evin həyətində Olyanın gətirdiyi dibçəkdəki bitki və palaz ilə ağaca söykənmiş nərdivana dırmaşan Heydərin cəngəllik yaratmaları şərti mühiti reallaşdırır. Xəyalpərvərlikdən uzaq ölkələr haqqında təsəvvürdən uzaq olan Mişa ilə Qrişanın onları lağa qoyması ziddiyyətin tərəflərini nizamlayır. Rəngləməklə pələngə bənzədən Bobik adlı itin arxasınca düşən Heydərin dərsdən əlavə vaxtlarda kimya ilə məşğul olan Yusifə rəğmən bekarçılıqdan havaya köpük uçuran Mişa ilə Qrişanı da ovçuluq oyununa cəlb etməsi tamaşalılığı artırır. Beləliklə, hər gün dərsdən sonra dəridən paltarlar geyinib özlərini pələngə bənzədən Mişa ilə Qrişanın məktəbin qarşısında Olyanın üzərinə cummasına maraq göstərən sinif rəhbəri Anna Pavlovnanın şagirdlərin bu oyunu pioner düşərgəsində davam etdirəcəyinə söz verdikdə Heydərin ətrafında artan həvəskarların əllərinə "nizə" götürüb cəngəllik oyununa qoşulması kütləviliyi artırır. Titrlərdən göründüyü kimi, bu oyuna qoşulmayıb evdə kimyəvi təcrübələrilə məşğul olan Yusifin atasının (Ağasadıq Gəraybəyli) yanına gələn Olya ilə Heydəri gülərüz qarşılaması valideynlərin də bu işə rəvac verdiyini təsdiqləyir. Hazırladığı sehrli rəngin tərkibini öyrənmək istəyən Olyaya məhəl qoymadan kitab uzatmaqla kifayətlənən Yusifin sirri bir kimsəyə açmamaq şərtilə yalnız Heydərə açması uşaqların arasında daxili ziddiyyət yaradır. Bazar günü dəniz gəzintisinə çıxan altıncı sinif şagirdlərinin gəmidə udun, tarın, dəfin sədaları altında çırtma vurub mahnı oxuması, rəqs etməsi tamaşalılığı artırır. Evdə Yusifin təcrübəsini təkrarlayan Heydərin çimərlikdəki dostlarına bacarığını nümayiş etdirmək üçün qızlardan birinin paltarına əcaib rəsm çəkməsi, Olyanın isə bunu Yusifin etdiyini Anna Pavlovnaya çatdırması dövrün mənzərəsini də yaradır. Anna Pavlovna anasını məktəbə çağırtdırsa da, məktəb yığıncağında töhmət alsa da, tərəddüdlər keçirib əzab çəksə də, dostunu satmayan Yusifin anasının oğlunun günahsızlığına inanması və həqiqəti açmaq üçün bir neçə gün möhlət istəməsi dövrün modelini yaradır. Bulvarda Heydərlə vaxtını şən keçirən Olyanın gəmidə baş verənlərlə bağlı etirafını eşitdiyi Heydəri Anna Pavlovnanın yanına aparmaq cəhdi baş tutmadıqda qəzəblənərək evinə qaçdığı müəllimənin körpəsini təknədə çimizdirən görməsi və son anda satqınlıqdan daşınması mövzunu genişləndirir. Heç nə olmayıbmış kimi, begemotlar haqda kitab istədiyi Yusifə riyaziyyat dərsindən yoxlamada köməklik göstərməyən Olyasız heç bir misalın həll edilməməyi səbəbindən ağ vərəqə təəccüblə baxan müəllimənin heyrəti gərginliyi yarada bilir. Növbəti epizodda xəstələnib yatağa düşən Olyanın yanına gələn Anna Pavlovnadan Heydərin onu axtarıb-axtarmadığını soruşması, bir dostunun bəd hərəkətini gizlətməklə digərinə qarşı haqsızlıq etdiyini anlaması ilə dövrə hakim kəsilən cəza mexanizmi işə düşür. Dərsdə Heydərə köməkdən vaz keçib yalnız Yusifin qarşısında günahını etiraf etdiyi təqdirdə onunla dostluq edəcəyini bildirməklə savadına görə şəriksiz liderə çevrilən Olya ideya daşıyıcısı funksiyasını da öz üzərinə götürür. Ninanın, Mişanın, Qrişanın da yoxlama zamanı köməklik göstərmədiyinə görə ittiham etdikləri Olyanın tərəfini tutaraq uşaqlara oxuyub özlərinə güvənməyi məsləhət görən Yusif də bu dramaturji yükə şərik qoşulur. Coğrafiya fənnindən yoxlamaya hazırlaşmaq üçün bazar günü Yusifgilin evində Hindistanla bağlı oyuna hazırlaşanlardan fərqli olaraq, çıxış yolunu şparqalkada görənlərə qoşulub Nina ilə dondurma yeyən Heydərin uzaqdan gördüyü, ardınca qaçsa da, çatmadığına təəssüfləndiyi Olyaya qarşı pis münasibətdə olanlara qarşı çıxması onun daxilində gedən təbəddülatlardan xəbər verir. Oyuna hazırlaşan Olyaya köməklik göstərən Heydərin haqsız olduğuna görə üzr istəməsi, qızın təkidinə baxmayaraq, Yusifə və hətta onun sonra atasına yaxınlaşıb günahını boynuna ala bilməməyi əsas mətləbə işıq salır. Minlərlə günahsızın repressiyalara məruz qaldığı bir dövrdə paltara ləkə salmaq üstündə uşaqların da cəza mexanizmi yaratması dövrün mənəvi məngənəsinin təzahürünə çevrilir. Tənbəllərdən uzaqlaşıb coğrafiyadan yoxlamaya hazırlaşaraq Ninanın yerindən köməyinə məhəl qoymadan, xəritə qarşısında bütün suallara cavab verən Heydərin əla qiymət alması savadla əməyin qələbəsi kimi səslənir. Yay tətilinə çıxan uşaqların pioner düşərgəsində oynadıqları Hindistan oyununda əllərindəki nizələr, üzlərindəki maskalar, əyinlərindəki geyimlərlə döyüş səhnələrini canlandırmaları, guya yaralanmış "döyüşçü"nün üzünü nizə ilə qaşıması, ulağın başına şlyapa qoyulması, Qrişa ilə Mişanın oyun zamanı da yeməkdən qalmağı tamaşalılığı artırır. Və uşaqların dənizə baş vurması ilə Olyanın şahidliyi ilə Yusifə üz tutan Heydərin etirafı, üç dostun dənizə üz tutması filmi bitirir.
Tədqiqatçılar yazır ki, 1946-cı ildə "Mosfilm" kinostudiyasında Miçurinə həsr olunan "Çiçəklər içində həyat" filmində staj keçən və "Təəssüf edirəm ki, Azərbaycan xalqının yaradıcı oğulları ilə şəxsi tanışlığım çox az olub. Ancaq onun çox dəyərli oğullarından birini yaxşı tanıyıram ki, onun simasında bu xalqa mənim böyük hörmətim var, Ruhulla Axundovla tanışlığımı heç vaxt unutmayacağam" deyən quruluşçu rejissor A.P.Dovjenkodan: "İstehsalatdakı iş üslubu, onun estetik mühakiməsi və kino sənəti haqqında gündəlik iş əsnasında meydana gələn fikirləri və habelə onun işə olan son dərəcə nəzakətli davranışı mənə ona yüksək və xeyirxah qiymət vermək imkanı yaradır.
Mən bunu məmnuniyyətlə edirəm. Bir də ona görə ki, qardaş xalqın bir sənət elçisinə az da olsa fayda verə bildim" xasiyyətnaməsi də alan Q.Salamzadənin də təməlini qoyduğu uşaq kinosu sonrakı illərdə yeni uğurlar qazandı.
Qəmər xanım Azərbaycan kinosunda silinməz izlər qoyub və inanırıq ki, 107 yaşlı kinorejissorun irsi daha ətraflı öyrəniləcək. Q.Salamzadənin xatirəsi, ruhu Azərbaycan dövləti tərəfindən böyük ehtiramla anılır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

SON XƏBƏRLƏR

12.05.2025 / 13:57
Bakıda avtoşluq edən motosiklet sürücüləri həbs olundu

12.05.2025 / 13:44
ABŞ irandan nüvə obyektlərinin sökülməsini istədi, Tehrandan da rədd cavabı gəldi...

12.05.2025 / 13:41
Rəcəb Tayib Ərdoğanın böyüklüyü ondadır ki... – Emin Həsənli

12.05.2025 / 13:38
Terror təşkilatından QƏRAR - fəaliyyətini dayandırdı

12.05.2025 / 13:30
Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirildi...

12.05.2025 / 13:21
Məhkəmə ilk dəfə cinayət işləri üzrə mediasiya yolu ilə barışıq sazişi əsasında şəxsi çəkilməmiş cəzadan azad etdi

12.05.2025 / 13:10
Гос. Путин, попробуйте изучить историю войны заново! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

12.05.2025 / 12:53
Ceyhun Bayramov Bəhreyn vəliəhdi ilə görüşdü

12.05.2025 / 12:16
“Trampın HƏMAS-la əlaqəyə girməsi Nitanyahunu dəliyə döndərdi ”

12.05.2025 / 12:05
PKK silahı buraxır – bəs siyasi mübarizəni necə?

12.05.2025 / 12:00
Türkiyənin müdafiə naziri Bakıya gəlir - TƏCİLİ

12.05.2025 / 11:43
Məzahir Pənahov Türküstana səfər edib

12.05.2025 / 11:33
Mbappe "Real"da əsrin rekorduna imza atdı!

12.05.2025 / 11:22
Şərurda bir evdən 22800 dollar oğurlanıb

12.05.2025 / 11:18
Rusiyalı nazir müavini ümid edir - Sumqayıtda müştərək sənaye parkının işə salınacağına...

12.05.2025 / 11:12
Avropa İttifaqı və Böyük Britaniya birgə müdafiə paktı elan edəcək

12.05.2025 / 11:08
Suren Papikyan Berlinə gedib - silah şirkətləri ilə görüşəcək

12.05.2025 / 11:03
Rusiyanın qələbəsini arzulayan içimizdəki manqurtlara sərt cavab - CANLI

12.05.2025 / 11:03
12 min manatlıq naqil oğurlayanlar həbs olundular

12.05.2025 / 10:27
“Ukraynada atəşkəs və döyüşlərə son qoymaq ABŞ-ın əsas prioritetidir”

12.05.2025 / 10:20
Kiberdələduzluq bitmir - 2 gündə bank kartlarından 13 min manatdan çox pul oğurlanıb

12.05.2025 / 10:18
PKK özünü ləğv etdi - TƏCİLİ

12.05.2025 / 10:14
“Barselona”- “Real” derbisində tarixi rekord

12.05.2025 / 10:05
Həm Çin, həm də ABŞ yumşalır - yeni ticarət razılaşması hazırlanır...

12.05.2025 / 10:00
İsrail Qəzzada məktəb binasını bombalayıb, 15 nəfər ölüb

12.05.2025 / 09:30
“Qətər Tramp üçün ABŞ tarixində ən qiymətli hədiyyə - "Uçan saray" hazırlayır”

12.05.2025 / 09:20
Xırdalanda motosiklet yanıb

12.05.2025 / 09:17
Moskvada 9 may paradına rəsmi Antihitler koalisiyasından bircə üzv dövlət də qatılmadı....

12.05.2025 / 09:13
İngiltərə nəhəngləri üçün "qara gecə" - hər üçü uduzudu..

12.05.2025 / 09:08
Göyçayda güclü yanğın - tövlə, avtomobil və ot bağlamaları kül oldu...

12.05.2025 / 09:03
Ceyhun Bayramov Bəhreyn Krallığına səfərə gedib

12.05.2025 / 08:58
Zelenski cümə axşamı Putini Türkiyədə “duelə” çağırdı

11.05.2025 / 22:06
Putin saxtalaşdırdı, Ermənistana "qəhrəman" dedi... - VİDEO

11.05.2025 / 20:33
Üç günlük döyüş tarixə Pakistanın qəhrəmanlıq salnaməsi kimi düşdü

11.05.2025 / 20:15
Tramp Hindistan və Pakistana Kəşmir məsələsinin həll yolunu tapmağı təklif etdi

11.05.2025 / 15:28
Peyk görüntüləri Hindistanın iddialarını təkzib etdi

11.05.2025 / 15:16
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan 3 iranlı saxlandı, biri özünü çaya atdı...

11.05.2025 / 15:11
Pakistan Hindistan üzərində qələbəsini elan etdi

11.05.2025 / 14:55
Kamal Kılıçdaroğlunun paylaşımını iqtidaryönlülər dəstəklədi, müxaliflər qınadı

11.05.2025 / 14:35
Ağdamın Kəngərli kəndinə birinci mərhələdə 292 ailə köçürüləcək...

11.05.2025 / 14:26
Zelenski Putinin İstanbulda görüş təklifinə cavab verdi – öncə 30 günlük atəşkəs, sonra...

11.05.2025 / 13:30
Putin Ermənistanı faşizm üzərində Qələbənin "əsas qəhrəmanı" adlandırdı... Azərbaycanın adını çəkmədi - İlham Əliyev düz etdi...

11.05.2025 / 13:12
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib

11.05.2025 / 12:57
Öcalan video zəng vasitəsilə konqresə qatıldı

11.05.2025 / 12:34
Pakistan və Hindistan bir-birlərini atəşkəsi pozmaqda ittiham etdi

11.05.2025 / 11:42
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi

11.05.2025 / 10:16
Putin Ukraynaya mayın 15-də İstanbulda danışıqlara başlamağı təklif etdi...

11.05.2025 / 09:50
Tramp Putinlə görüşün çox çətin olduğunu açıqladı – O, hər şeyi istəyir…

10.05.2025 / 23:32
Sovet kosmik gəmisi yerə çırpıldı: “Dünya rahat nəfəs aldı”

10.05.2025 / 23:25
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Ağdama səfərdən görüntülər paylaşdı - VİDEO

10.05.2025 / 23:11
Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazır olduğunu bildirdi

10.05.2025 / 20:27
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışladı...

10.05.2025 / 20:15
“Qarabağ, can Qarabağ, ana yurdum!” - Prezidentin Ağdama səfərindən səmimi görüntülər - VİDEO

10.05.2025 / 18:45
Prezident: "Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik"

10.05.2025 / 18:39
"Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur" - Prezident İlham Əliyevdən mühüm mesaj

10.05.2025 / 18:20
Prezident: "Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər"

10.05.2025 / 18:12
"Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir" - Prezident

10.05.2025 / 17:48
Pakistan və Hindistan atəşkəs barədə razılığa gəldi

10.05.2025 / 17:11
Medianın İnkişafı Agentliyinin kollektivi Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib - FOTO

10.05.2025 / 16:21
Prezident İlham Əliyev: "İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək"

10.05.2025 / 16:10
"Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük" - Prezident

10.05.2025 / 16:07
Ukraynaya genişmiqyaslı hava hücumu gözlənilir - ABŞ səfirliyi xəbərdarlıq etdi…

10.05.2025 / 15:53
Prezident Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - FOTO

10.05.2025 / 15:45
ABŞ İsrailin iştirakı olmadan Qəzzaya humanitar yardım çatdıracaq

10.05.2025 / 15:34
Prezident Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub - FOTO

10.05.2025 / 15:31
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib - FOTO

10.05.2025 / 15:25
Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışı oldu - FOTO

10.05.2025 / 15:20
Prezident İlham Əliyev Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub - FOTO

10.05.2025 / 15:15
Prezident Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub

10.05.2025 / 14:42
Ceyhun Bayramovdan Rusiyanın vurduğu AZAL təyyarəsilə bağlı açıqlama - istintaqın başa çatmasını gözləyirik

10.05.2025 / 14:27
Gərginlik artır... Pakistan Hindistanın təcəvüzünə darmadağınla cavab verir!

10.05.2025 / 14:15
Pakistan "nüvə həddinin pozulmasının" qarşısını almağa çağırdı

10.05.2025 / 13:59
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub

10.05.2025 / 13:37
Əbədiyaşar lider!

10.05.2025 / 13:25
Pakistan Hindistanın elektrik şəbəkəsini sıradan çıxardı, bir aerodromunu isə məhv etdi

10.05.2025 / 13:12
Pakistan Hindistana qarşı irimiqyaslı hücum həyata keçirdiyini bildirdi

10.05.2025 / 12:45
Ağdam Muğam Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

10.05.2025 / 12:41
"Ermənistan 2020-ci ildən sonra üç il Qarabağa mina daşıyıb" - Nazir

10.05.2025 / 12:32
XİN rəhbəri Bakıda Türkiyə-İsrail danışıqlarının keçiriləcəyi xəbərlərinə münasibət bildirdi...

10.05.2025 / 12:26
Nazir: "Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik"

10.05.2025 / 12:10
"Azərbaycanın Hindistan-Pakistan münaqişəsindəki mövqeyi tamamilə beynəlxalq hüquqa əsaslanır" - XİN rəhbəri

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678