Sumqayıtda qadın ərini bıçaqlayıb

Sumqayıtda bıçaqlanma olub. Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 38 yaşlı qadın ərini bıçaqlayıb. 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb