Paytaxt sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs yaxalandı

Paytaxt sakininə hədə-qorxu gələrək onun maddi vəsaitini talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayonu ərazisində yeniyetməyə hədə-qorxu gələrək 240 manatınının ələ keçirilməsi ilə bağlı daxil olan məlumat əsasında ərazi üzrə polis əməkdaşları şübhəli şəxsin kimliyini müəyyən ediblər.
Cinayəti törədən şəxs 18 yaşlı S.Təhməzov saxlanılıb.
Araşdırma aparılır.
ZÜMRÜD