Yevlaxda avtobus aşıb, xəsarət alanlar var

Yevlax rayonunda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. Hadisə Yevlax rayonu Xanabad kənd ərazisində qeydə alınıb.
Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə 10-a yaxın sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Mətləb