Gədəbəydə gəlin qaynatası və baldızı tərəfindən döyüldü

Gədəbəydə gəlinin və övladının qaynatası və baldızı tərəfindən döyülməsi hadisəsi ilə bağlı araşdırma aparılır.
Bu barədə KİV-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, hadisə ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub.
"Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək"- deyə o əlavə edib.
NAMİQ