Xaçmazda ər arvadını öldürüb

Xaçmazda qətl hadisəsi törədilib. Hadisə Xaspoladoba kəndində qeydə alınıb. Belə ki, kənd sakini Məmmədova Yaqut Bayram qızı boğaz nahiyəsindən yaylıqla boğulmaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadına xəsarət yetirməkdə həyat yoldaşı A.Məmmədov şübhəli bilinir. O, özü könüllü təslim olub. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.
Mətləb