Goranboyda məktəbə bıçaqlı hücum - qadın valideyn müəllimə xəsarət yetirdi

Goranboyda qadın valideyn məktəbə hücum edib. Bu barədə KİV-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideyinin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.
"Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli Ə. Rzayeva saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir",- deyə o əlavə edib.
ZÜMRÜD