Şəkidə 16 yaşlı iki yeniyetmə bir - birini bıçaqlayıblar..

Şəki şəhərində yeniyetmələr arasında mübahisə onlardan birinin xəsarət alması ilə nəticələnib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan mətbuat üçün verilən açıqlamada deyilir ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib. Əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.
Mətləb Salahov