Bir gündə bu qədər silah-sursat aşkarlandı...

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları martın 25-də ölkə ərazisində avtomat, qumbara atan və tapançalar aşkar ediblər. Bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki avtomat silahı, iki tapança, bir qumbara atan, bir tüfəng, üç patron darağı, aşkar edilərək götürülüb.
Mətləb