Salyanda piyada yol qəzasında öldü

Salyan rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində baş verib. Yol qəzası zamanı ciddi xəsarətlər alan piyada E.Mədətov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mətləb