Şüvəlanda qadını maşın vurub

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Ramin Əhmədov idarə etdiyi avtomobili geriyə sürərkən Rəhilə Cəbrayılovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.
Mətləb